Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

23 



«H.A.İsayev funksional analiz üzrə məşhur mütəxəssis-

dir. Onun bu sahədə apardığı tədqiqatlar xarici mütəxəssis-

lərin  diqqətini  xüsusi  cəlb  etmiş,  onun  elmi  çıxışları  mütə-

xəssislər tərəfindən çox bəyənilmişdir». 

 

 


 

 

24 



ŞAIR  VƏ  TƏRCÜMƏÇI 

 

Hamlet İsayev (İsaxanlı) Azərbaycanda və ölkəmizdən 



kənarda  istedadlı  şair  kimi  tanınır.  Onun  Azərbaycanda 

çapdan  çıxmış  «Təzadlar»  (2001),  «Bu  da  bir  həyatdı» 

(2004)  əsərləri  Təbrizdə  də  ərəb  qrafikası  ilə  nəşr  olunmuş, 

üstəlik Təbriz şəhərində «Şeirə dönən duyğular» (2003) kita-

bı  da  çap  edilmişdir.  Tbilisidə  gürcü  dilində  oxuculara  təq-

dim olunmuş «Ömrün poeziyası» (2004) şeir kitabı poeziya-

sevərlərin  rəğbətini  qazanıb.  Şeirləri  məşhur  tərcüməçilər 

tərəfindən digər dillərə də çevrilmişdir. Hazırda şairin 3 şeir 

kitabı Rusiyada, Türkiyədə və Çində çapdadır.  

 

 



Şeirlərinə bəstələnmiş musiqilər 

 

Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan 

və  könülləri  ehtizaza  gətirəndir.  Məhz  buna  görə  də  onun 

müxtəlif şeirləri Azərbaycanın tanınmış bəstəkarlarının diq-

qətini  cəlb  edib.  Bu  baxımdan  şairin  «Xəzər  Universitəm» 

şeirinə  xalq  artistləri  Ramiz  Mustafayev  və  Vasif  Adıgözə-

lov,  «Xəzərimin  sorağında»  şeirinə  Ramiz  Mustafayev, 

«Hicran»  şeirinə  Vaqif  Gərayzadə,  «Səni sevdim çox sadə-

cə», «Lalə», «İnciçiçəyi» «Gözəldir», «Külək və qız», «Tək 

qalmaq  istəyirəm»  şeirlərinə  Nailəxanım  İsayeva,  «Baş  aç-

madım  bu  dünyadan»  şeirinə  Elza  Seyidcahan,  «Qədim 

sual»,  «Möcüzə  gecə»  və  digər  şeirlərinə  Dilarə  Qulamova 

könülaçan musiqi bəstələyiblər. Bu və başqa mahnılar Bril-

liant Dadaşova, Lütfiyar İmanov, Manana Caparidze, Rəşidə 

Behbudova,  Elza  Seyidcahan,  Samir  Cəfərov,  Dövlət  sim-

fonik orkestri və xoru, «Şaron» qrupu və b. tərəfindən usta-

lıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır. 



 

 

25 



 

 

Şeirlərinin  başqa  dillərə tərcümələri 



 

Hamlet  İsayevin  (İsaxanlının)  şeirlərini  tanınmış  şair-

tərcüməçi Alla Axundova rus dilinə, İmir Məmmədli gürcü 

dilinə,  Firəngiz  Nəsirova,  Şəhla  Nağıyeva,  Mərufə  Mədə-

tova  ingilis  dilinə  tərcümə  etmişlər.  Onun  şeirləri  həmçinin 

fars,  Türkiyə  türkcəsi  və  Çin  dillərinə  də  qismən  çevril-

mişdir və bu istiqamətdə işlər davam edir. 

 

 



Rus,  ingilis,  fransız  poeziyasından  

azərbaycancaya  tərcümələri 

 

 

Hamlet  İsayev  (İsaxanlı)  yaradıcılıq  fəaliyyətinin  bir 



hissəsini  poetik  tərcüməyə  həsr  etmişdir.  O,  V.A.Jukovski, 

F.İ.Tütçev,  A.Fet,  N.S.Qumilyov,  A.Axmatova,  S.Yesenin, 

F.Baratınski,  G.Bayron,  W.Bleyk,  R.Herrik,  G.De  Nerval 

kimi  məşhur  şairlərin  əsərlərini  ruscadan,  ingiliscədən  və 

fransızcadan Azərbaycan dilinə ustalıqla çevirmiş, oxucu və 

mütəxəssislərin rəğbətini qazanmışdır. 



 

 

«Qızıl  Qələm»  və  «Səməd  Vurğun»  

mükafatları  laureatı 

 

Hamlet İsayevin (İsaxanlının) ədəbi-bədii sahədəki sə-



mərəli  fəaliyyəti  nüfuzlu  mükafatlarla  qiymətləndirilib. 

Onlardan  «Qızıl  Qələm»  mükafatını  və  maarifçilik,  milli 

elmimizin  tərəqqisi,  Azərbaycan  mədəniyyəti  və  ədəbiyyatı 



 

 

26 



qarşısında  xidmətlərinə  görə  layiq  görüldüyü  «Səməd  Vur-

ğun» mükafatını qeyd etmək olar. 



 


 

 

27 



Camal Mustafayev,  

professor, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru: 

«Hamlet İsaxanlı poeziyasının bu qədər geniş əks-səda 

doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab ver-

mək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik 

fikrin orijinallığıdır.  

Hamlet müəllimin yaradıcılıq sirrini necə açmaq olar? 

Hamlet  İsaxanlı  az  sözdə  vəznli  fikir  ifadə  etmək  ustalığına 

malik şairdir. 

Yəqin  o,  təbiətin  qoynunda  böyüdüyünə  görə  belədir. 

Təbiətdə olan təzadlı, faciəli hadisələrin özünü daxilən yaşa-

maq  böyük  insani  keyfiyyət,  həm  də  şairliyə  məxsus  zərif-

likdir. 

Hamlet İsaxanlının tərcümələri də dilimizdə gözəl səs-

lənir. Bu tərcümələr sözün zərif biçimini və şairanə mənasını 

duyanların zövqünü oxşayacaq». 

 

Zəlimxan Yaqub,  

xalq şairi: 

«Hamlet özünün böyük elmi potensialı ilə, riyaziyyatda 

yaratdığı poeziyası ilə, poeziyada yaratdığı gözəlliyi ilə, «el-

msiz şeir əsassız divar kimidir» deyən möhtəşəm, ulu Füzuli 

babasının vəsiyyətinə müqəddəsliklə əməl eləyən, xalqımızın 

qəlbində heykəlləşən, adı dünyada fəxrlə çəkilən, elmi fəaliy-

yəti nəticəsində Bakı kimi bir şəhəri riyaziyyat elminin mər-

kəzinə çevirən, hamımızın sevdiyimiz böyük bir şəxsiyyətdir. 

Hamlet İsaxanlının «Səni sevdim çox sadəcə» şeiri Sə-

məd Vurğunun «El bilir ki, sən mənimsən» sözləri kimi sadə 

və gözəldir, artıq hamıya tanışdır». 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə