Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

28 



Nəriman Həsənzadə,  

xalq şairi:  

«Bizim Hamlet müəllimin Şekspirin Hamletindən daha 

qətiyyətli,  yaradıcı  və  qurucu  olduğu  fikri  dolaşdı  başımda 

və onun şəninə bir şeir yarandı: 

Şekspir dahidir şəksiz-şübhəsiz, 

"Hamlet"i Hamletə bənzər yaratdı. 

Lakin ləngimədi Borçalı prins, 

Xəzər sahilində «Xəzər» yaratdı.  

Hamlet müəllimin «Susma, danış, ay ana» şeiri anaya 

həsr edilmiş ən səmimi əsərlərdən biridir». 

 

Mövlud Süleymanlı,  

yazıçı: 

«İstanbul,  Boğaziçi»  şeirini  oxudum,  səmimi  olaraq 

deyim ki, dünyanın bütün ayrılıqlarını xatırladım.  

Lalələr haqda çox şeirlər oxumuşuq, yəqin ki, hələ də 

oxuyacağıq.  Hamlet  İsaxanlının  bu  dörd  bənddən  ibarət 

olan «Lalə» şeiri əbədi olan BÖYÜK SÖZÜN ifadəsidir. 

«Durnalar» şeirini oxuyanda M.V.Vidadinin, M.P.Va-

qifin «Durnalar»ını xatırladım. İstər-istəməz milli sərvətimiz 

olan bu gözəl, klassik şeirlərlə yanaşı görün Hamlet İsaxan-

lının  «Durnalar»ı  necə  yenidir,  təsirlidir,  fikir  baxımından, 

ifadə baxımından necə bu günündür». 

 

Vidadi Babanlı,  

yazıçı: 

«Hamlet  İsaxanlı  şeir  məclisinin  şan-şöhrətli  keçməsi 

bizim üçün fərəhlidir. Biz fərəhlənirik ki, bizdən sonra sənətə 

gələnlərin belə uğurları var». 

 

Turac Atabaki,  



tarixçi, tərcüməçi (Niderland): 


 

 

29 



«Hamlet  İsaxanlı  poeziyasını  xarakterizə  edən  ifadə-

lərdən biri müasir sufizm ola bilər». 

Hans Ahmed Schmide,  

filoloq, tərcüməçi (Almaniya): 

«Şeir kitablarınızı zövq və maraqla oxumağa başlamı-

şam. İlk varaqlayanda «Hacı oldun, çox mübarək!» adlı şei-

riniz  xüsusilə  diqqətimi  çəkdi.  Qələminizə  sağlıq!  Ümumiy-

yətlə,  şeirlərinizi  oxuyarkən  bir  daha  mənə  aydın  oldu  ki, 

riyaziyyat  ilə  şeiriyyət  arasında  qəribə  bir  ünsiyyət  var. 

Mənə  görə  riyaziyyat  dünyəvi  elmlərlə  elmi-ləduniyyətin 

qovşağındadır.  Dünya  şöhrətli  bir  matematikçinin  eyni  za-

manda  dərin  duyğulu  bir  şair  olmasını  ayrı  cür  izah  eləyə 

bilmərəm». 

 

Müzəffər Şükür,  



şair: 

«Hamlet İsaxanlı poeziyasında Şərq müdrikliyi ilə Av-

ropa düşüncəsi bir-birinə qovuşub». 

 

Nijad Mikayılzadə, 



 fizioloq və dilçi: 

«Ələ  aldıqda  aludə  olub,  birinci  şeirdən  son  nöqtəsi-

nədək  birnəfəsə  oxumamış  yerə  qoymaq  mümkün  olmayan 

şeir toplusu. Bu, Hamlet İsaxanlının «Təzadlar» kitabıdır. 

«Səni sevdim çox sadəcə» şeiri Hamlet İsaxanlının ən 

mürəkkəb  hissləri  ən  sadə  sözlərlə  ifadə  etmək  bacarığını 

əks etdirir. 

Bir  tərəfdən  yumoristik  xarakter  daşıyan,  digər  tərəf-

dən  isə  islam  dini  terminologiyası  ilə  son  dərəcə  zəngin 

olub,  klassik  şeir  üslubunda  yazılmış  «Hacı  oldun,  çox  mü-

barək!»  şeiri  xüsusi diqqətə layiqdir. Bu  şeir  müəllifin isla-

mın bütün adət-ənənə, qayda-qanun və mərasimlərinə dərin-

dən bələd olduğunu göstərir». 


 

 

30 



 


 

 

31 



Brilliant Dadaşova,  

əməkdar artist, müğənni: 

«Təzadlar»  –  mənim  ən  çox  sevdiyim  və  çox  oxudu-

ğum, ayrılmaq istəmədiyim kitablardandır». 

 

Kamran Nəzirli,  

yazıçı və publisist: 

«Hamlet  İsaxanlının  poeziyasında  diqqəti  çəkən  əsas 

cəhətlərdən biri də onun şeir üslubunun bənzərsizliyi, güclü 

bədii duyumu vasitəsilə incə lirizm yaratmasıdır. 

Onun  şeirləri  mövzusuna  görə  nə  qədər  müxtəlif  olsa 

da onları bir xətt birləşdirir, insanlıq sevgisi və məncə, şai-

rin xoşbəxtliyi də ondadır ki, bütün ziddiyyət və təzadlarına, 

əzab-əziyyətlərinə və sevincinə baxmayaraq, o, bu sevgidən 

doymur, bu sevginin yanğısıyla yaşayır. 

Onun  «Təzadlar»ında  yaratdığı  həyat  lövhələri  həm 

böyük sevinci, həm də böyük kədəri eyni dərəcədə tərənnüm 

edir.  İnsanı  heyrətə  gətirən,  onu  sarsıdan  və  həm  də  onu 

məmnun edən duyğular lirik sətirlərə dönür və əslində bu sə-

tirləri oxuyan adam onu özününkü hiss edir, doğma sayır». 

 

Əziz Pünhan,  

ilahiyyatçı: 

«Riyaziyyatçı  alimin  poetik  düşüncələri,  zərif  təbi  ilə 

yazdığı  şeirlər  müasir  ədəbi  prosesləri  özündə  ehtiva  edə 

biləcək qədər gücə malikdir. 

Hamlet  İsaxanlının  yüksək  intellektini,  mədəniyyətini, 

əxlaqını, nəcib təbiətini onun şeirlərində də görürük. 

«Hacı oldun, çox mübarək!» şeiri Hamlet İsaxanlının 

dini dünyagörüşünün yüksək olmasından xəbər verir. Həya-

tın müxtəlif sahələri ilə yanaşı dini məsələləri də ədəbi dillə 

təsvir edən Hamlet İsaxanlı Həcc mərasimində ərəbcə ifadə 

olunan sözləri olduğu kimi saxlamaq şərti ilə gözəl bir əsər 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə