Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

32 



yaradıb».  

 

Metin Turan,  

şair və filoloq (Türkiyə): 

«Bu günkü Azərbaycan poeziyasının ən parlaq təmsil-

çilərindən biri olan Hamlet İsayev  (İsaxanlı) yeni Azərbay-

can şeirinin dəyişməsində, yeni forma və məzmun qazanması 

yolunda ən mühüm simadır». 

 

Yunus Vəhdəti,  

filologiya elmləri doktoru (İran): 

«Hamlet müəllimin şeirləri ürəkdən gəlir və ürəyə ya-

tır, insanı ehtizaza gətirir, sadə və gözəldir, elə  gözəllik də 

sadəlikdədir - «Səni sevdim çox sadəcə», «Susma, danış, ay 

ana» şeirləri kimi». 

 

İmir Məmmədli, 

şair, publisist və tərcüməçi (Gürcüstan): 

«Hamlet  İsayevin  (İsaxanlının)  poetik  yaradıcılığı, 

onun bir mütərcimi kimi deyə bilərəm ki, bütünlükdə insana, 

bəşərə deyilən xoş bir kəlam, poeziya dilində deyilən, qəlb-

lərə ünvanlanan nurlu bir salamdır». 

 

Çin Mərkəzi Tərcümə Nəşriyyatı: 

«Hamlet İsayevin (İsaxanlının) şeirləri çox gözəldir və 

biz  çox  məşhur  Çin  tərcüməçisi  və  poeziya  tənqidçisinin 

arzusu və köməyi ilə bu əsərləri Çin dilinə çevirib nəşr etmək 

istəyirik». 

 


 

 

33 



Oxucu məktublarından: 

 



«Təzadlar»ı dəfələrlə oxuyuram və təkrar-təkrar oxuyan-

da hər dəfə nəsə yeni kəşflər edirəm. 

 



O,  böyük  şairdir.  Ancaq  böyük  şairlər  quşun  göz  yaşını 

görə bilər. Ancaq dahi şairlər qanadı qırılmış quşun hal-

ına  qəhərlənə,  ölən  quşu  görərkən  ağlaya  bilər.  Şair  bu 

duyğularını «Dənizdə bir quş» şeirində qələmə alıb. 

 



Fikrimcə,  şairi  kim  tanımaq  istəsə,  ilk  öncə  onun  «Tək 

qalmaq  istəyirəm» şeirini  oxumalıdır. Bu  şeirdə  əsl  şairi 

görmək olar. 

 



Kitaba  («Təzadlar»)  toplanmış  şeirlər  və  tərcümələr 

müəllifin  istedadından,  poetik  şeir  dünyasından  xəbər 

verir,  onun  bədii  təxəyyülündən  süzülən  lirik,  ibrətamiz 

duyğularını əks etdirir. 

 



Hamlet  İsaxanlının  şeirləri  gözəl  və  bənzərsizdir,  tanıdı-

ğım  və  oxuduğum  bütün  şeirlərdən  fərqlidir,  şeirlər  mə-

nalı və səmimidir. 

 



Hamlet İsaxanlı poeziyasında anaya sevgi, həyat dostuna 

sevgi, övlada sevgi, vətənə sevgi, amalına sevginin tərən-

nümü böyük bir harmoniya yaratmışdır. 

 

 


 

 

34 



HUMANITAR  VƏ  SOSIAL  ELMLƏR  

ÜZRƏ  TƏDQIQATÇI 

 

Professor Hamlet İsayevin (İsaxanlının) elmi yaradıcı-

lığı zəngin və çoxşaxəlidir. İsaxanlı soyadı onun humanitar 

və  sosial  elmlər  sahəsində  apardığı  tədqiqatlarda,  eləcə  də 

şair kimi işlətdiyi soyaddır. O, geniş ictimaiyyət arasında in-

di daha çox  Hamlet  İsaxanlı  kimi  məşhurdur, riyaziyyat sa-

həsində  və  rəsmi  sənədlərdə  isə  İsayev  soyadı  ilə  tanınır. 

Onun  fəaliyyətində  humanitar  və  sosial  elmlərlə  bağlı  araş-

dırmalar  da  mühüm  yer  tutur.  Universal  yaradıcılıq  poten-

sialına malik olan alim bu sahələrə dair  yüzlərlə məqalə və 

irihəcmli  əsərlər  müəllifidir.  Bu  əsərlərində  ədəbiyyat  və 

mədəniyyət  tarixi,  İslam  sivilizasiyası,  siyasi  tarix,  milli 

kimlik, tərcümə nəzəriyyəsi və tarixi və digər məsələlər özü-

nəməxsus şəkildə tədqiq edilib və öz müəllifinə bu dəfə hu-

manitar və sosial elmlər sahəsində böyük hörmət qazandırıb.  

Alimin  elm  və  təhsil  tarixi  və  nəzəriyyəsi  sahəsində 

yazdığı çoxsaylı əsərləri və ən nüfuzlu beynəlxalq məclislər-

də çıxışları onu məşhur elm-təhsil tarixçisi və nəzəriyyəçisi 

kimi  tanıtmışdır.  Hamlet  İsayev  (İsaxanlı)  ölkəmizdə  təhsil 

islahatlarının  aparılmasında,  Bolonya  sisteminin  həyata 

keçirilməsində  fəal iştirak edir. Azərbaycan təhsil sisteminin 

dünya təhsil sisteminə qovuşması məsələsi məhz onun geniş 

fəaliyyəti sayəsində gerçəkləşməyə başlamışdır. Bu və təhsil 

quruculuğu sahəsindəki digər böyük uğurlarına görə o, Azər-

baycan  Prezidenti  yanında  yaradılan  nüfuzlu  Təhsil  Komis-

siyasının  üzvü  seçilmişdir.  Yeri  gəlmişkən,  Hamlet  İsayev 

(İsaxanlı) bu komissiyanın tərkibinə daxil edilmiş yeganə ali 

məktəb rektorudur. 

Professor  Hamlet  İsayevin  (İsaxanlının)  həmmüəllif 

olduğu  «Xaricilər  üçün  Azərbaycan  dili»  dərsliyi  bu  gün 




 

 

35 



həm ölkəmizdə, həm də müxtəlif qitələrdə əcnəbi vətəndaş-

ların ən çox müraciət etdiyi stolüstü kitaba çevrilib.  

Tərcümə  məsələləri,  dil  siyasəti  və  lüğətçilik  işinin 

təşkili sahəsində onun xidmətləri təqdirəlayiqdir. Bu baxım-

dan  alim  öz  fikir  və  mülahizələrini  dövri  mətbuatda  dərc 

etdirdiyi məqalələrində, ayrı-ayrı elmi konfranslardakı çıxış-

larında,  habelə  irihəcmli  «Poetik  tərcümə»  əsərində  aydın 

şəkildə ifadə edə bilmişdir.  

Hamlet İsayev (İsaxanlı) vətənpərvər, öz xalqını ürək-

dən sevən, azərbaycanpərəst bir şəxsiyyətdir. O, Azərbaycan 

həqiqətlərinin,  mədəniyyətitıin  dünyada  tanınması  üçün 

əlindən  gələni  əsirgəmir. ABŞ-da nəşr olunan  «Dünya ədə-

biyyatı  bu  gün»  jurnalı  ilə  sıx  əlaqə  saxlayaraq  bu  jurnalda 

Azərbaycan ədəbiyyatı nümunələrinin çap olunmasını təşkil 

etməsi kimi misalları xeyli çoxaltmaq olar.  

Bütün  bunlarla  yanaşı,  professor  Hamlet  İsayev  (İsa-

xanlı)  uzun  müddətdir  ki,  Xəzər  Universitəsində  hazırlanan 

və artıq iki cildi nəfis şəkildə işıq üzü görən 6 cildlik «Xəzər 

İngiliscə-Azərbaycanca Böyük Lüğət»in redaktoru kimi çox 

ağır zəhmət tələb edən bir fəaliyyətlə də məşğuldur. Bu lüğət 

Azərbaycan  elmi  və  mədəniyyətinin  ən  sanballı  nailiy-

yətlərdən biridir. 



 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə