RinzasiP ®



Yüklə 26,69 Kb.
Pdf görüntüsü
tarix30.09.2017
ölçüsü26,69 Kb.
#2517


Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

RİNZASİP 



®

     daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı) 

RINZASIP 

®

 

 



 

Beynəlxalq patentləşdirilməmiş adı: Caffeine + Paracetamol + Phenylephrine + Pheniramine 

 

Tərkibi 



Təsiredici maddələr:  hər saşenin (5 q) tərkibində 30 mq kofein, 750 mq parasetamol, 10 mq fenilefrin 

hidroxlorid, 20 mq feniramin maleat vardır. 



Köməkçi maddələr: 

portağallı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, günəş qürubu sarısı  rəngləyicisi, 

portağal dadvericisi; 



limonlu toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, xinolin sarısı  rəngləyicisi, limon 

dadvericisi; 



qara qarağatlı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, azorubin rəngləyicisi, meyvə 

dadvericisi (Tutti Frutti), moruq dadvericisi, qara qarağat dadvericisi. 

 

Təsviri 

Portağallı toz: açıq-narıncı rəngdən narıncı rəngə kimi ağ və narıncı hissəcikli toz; 

Limonlu toz: açıq-sarı rəngdən sarı rəngə kimi ağ və sarı hissəcikli toz; 

Qara qarağatlı toz: çəhrayı rəngdən çəhrayı-qırmızı rəngə kimi ağ və qırmızı hissəcikli toz; 

 

Farmakoterapevtik qrupu 

KRX və “soyuqdəymə” simptomlarının aradan qaldırılması üçün vasitə (qeyri-narkotik analgetik + 

psixostimulyator + alfa-adrenostimulyator + Н

1

-histamin reseptorlarının blokatoru). 



ATC kodu: N02BE71 

 

Farmakoloji xüsusiyyətləri 

Kombinəolunmuş preparatdır. Kofein mərkəzi sinir sisteminə stimuləedici təsirə malikdir, hansı ki, 

yorğunluğun və yuxululuğun azalmasına,  əqli və fiziki işgörmə qabiliyyətinin yüksəlməsinə  gətirib çıxarır. 

Parasetamol qızdırmasalıcı  və  ağrıkəsici təsir göstərir: soyuqdəymə hallarında müşayiət olunan ağrı 

sindromunu azaldır - boğaz ağrısını, baş ağrısını, əzələ və oynaq ağrılarını, yüksək temperaturu aşağı salır. 

Fenilefrin damardaraldıcı  təsir göstərir – tənəffüs yollarının yuxarı hissələrinin və  əlavə ciblərin selikli 

qişalarının ödem və hiperemiyasını azaldır. Feniramin allergiya əleyhinə təsir göstərir: gözlərdə, burunda və 

boğazda qaşınmanı, burun boşluğunun, burun-udlaq və burunətrafı ciblərin selikli qişasında ödem və 

hiperemiyanı aradan qaldırır, ekssudativ təzahürləri azaldır. 

 

İstifadəsinə göstərişlər 

Soyuqdəymə  xəstəliklərinin, qripin, KRVİ-nin (titrəmə sindromu, ağrı sindromu, rinoreya) simptomatik 

müalicəsi. 

 

Əks göstərişlər 

Yüksək həssaslıq; eyni zamanda tərkibində preparatın tərkibinə daxil olan maddələr olan digər preparatların 

qəbulu; eyni zamanda trisiklik antidepressantların, monoaminoksidazanın inhibitorlarının, beta-

adrenoblokatorların qəbulu; saxaroza/izomaltoza çatışmazlığı, fruktozaya dözümsüzlük, qlükoza-qalaktoza 

malabsorbsiyası; hamiləlik, laktasiya dövrü; uşaq yaş dövrü (15 yaşa kimi). 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

MAO inhibitorlarının, sedativ preparatların, etanolun effektini gücləndirir. 

Antidepressantlar, Parkinson xəstəliyi  əleyhinə vasitələr, antipsixotik vasitələr, fenotiazin törəmələri sidik 

ləngiməsinin, ağızda quruluğun, qəbizliyin inkişaf riskini yüksəldir. 

Qlükokortikosteroidlər qlaukomanın inkişaf riskini artırır. 

Parasetamol diuretik preparatların effektivliyini aşağı salır. 

Feniramin eyni zamanda MAO inhibitorları, furazolidon ilə hipertonik krizə, qıcıqlanmaya, hiperpireksiyaya 

gətirib çıxara bilər. 

Tritsiklik antidepressantlar fenilefrinin adrenomimetik təsirini gücləndirir, eyni zamanda halotan ilə  təyini 

mədəcik aritmiyasının inkişaf riskini yüksəldir. 

Preparat quanetidinin hipotenziv təsirini aşağı salır, hansı ki, öz növbəsində fenilefrinin adrenomimetik 

aktivliyini gücləndirir. 




Barbituratlar, difenin, karbamazepin, rifampisin və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları ilə 

preparatın eyni zamanda təyini zamanı parasetamolun hepatotoksik təsirinin inkişaf riski yüksəlir. 

 

Ehtiyat tədbirləri 

Ehtiyatla – koronar arteriyaların nəzərə çarpan aterosklerozu, arterial hipertenziya, tireotoksikoz, 

feoxromositoma,  şəkərli diabet, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qlükoza-6-

fosfatdehidrogenazanın çatışmazlığı, qan xəstəlikləri, anadangəlmə hiperbilirubinemiyalar (Jilber, Dubin-

Conson və Rotor sindromları), qaraciyər və/və ya böyrək çatışmazlığı, bağlıbucaqlı qlaukoma, prostat vəzinin 

hiperplaziyası. 

Terapevtik effekt olmadıqda (3 gündən artıq müddətdə hipertermiya və 5 gündən artıq müddətdə  ağrı 

sindromu) həkimə müraciət edin. 

Preparatın tərkibində  şəkər vardır, bunu şəkərli diabet olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan 

şəxslər nəzərə almalıdırlar. 

 

Xüsusi göstərişlər 

Müalicə zamanı alkoqolun, yuxugətiricilərin və anksiolitik (trankvilizatorlar) dərman vasitələrinin qəbulundan 

uzaq olmaq lazımdır. Tərkibində parasetamol olan digər dərman vasitələri ilə birlikdə qəbul etməyin. Diqqətin 

konsentrasiyasını, fiziki və psixi reaksiyaların yüksək sürətini tələb edən işlərin icrası zamanı ehtiyatlı olmaq 

lazımdır. Əgər xəstəliyin simptomları 3-5 gün müddətində keçməzsə, həkimə müraciət edin. 

Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə 

tullamayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər  ətraf mühiti qorumağa 

kömək edəcək! 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Preparatın qəbulu zamanı  nəqliyyat vasitələrinin idarə edilməsindən və yüksək konsentrasiyalı diqqət və 

psixomotor reaksiyaların tezliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə  məşğul olmaqdan 

kənar olmaq lazımdır. 

 

İstifadə qaydası və dozası 

Daxilə. 


Bir saşenin (paketin) möhtəviyyatını stəkana tökmək, üzərinə isti su əlavə etmək, tam həll olana kimi 

qarışdırmaq və içmək (istəyə görə  şəkər və ya bal əlavə etmək olar). Preparatı kifayət qədər su ilə qida 

qəbulundan 1-2 saat sonra qəbul etmək lazımdır. Böyüklər və 15 yaşdan yuxarı  uşaqlar üçün: qəbullar 

arasındakı interval 4-6 saat olmaqla bir paketdən gündə 3-4 dəfə qəbul edilməlidir. Maksimal sutkalıq doza - 

4 paketdir. Müalicə kursu 5 gündən çox olmamalıdır. 

 

Əlavə təsirləri 



Allergik reaksiyalar: dəri səpgisi, qaşınma, övrə, angionevrotik ödem. 

Sinir sisteminə: başgicəllənmə, yuxuya getmənin pozulması, yüksəlmiş oyanıqlıq. 

Ürək-damar sisteminə: arterial təzyiqin yüksəlməsi, taxikardiya. 

Həzm sisteminə: ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, ağız boşluğunun selikli qişasının quruluğu, 

hepatotoksik təsir. 



Hissiyyat orqanlarına: midriaz, akkomodasiyanın parezi, gözdaxili təzyiqin yüksəlməsi. 

Qanyaranma sisteminə:  anemiya, trombositopeniya, aqranulositoz, hemolitik anemiya, aplastik anemiya, 

methemoqlobinemiya, pansitopeniya. 



Sidik çıxarıcı sistemə: sidiyin ləngiməsi, nefrotoksiklik (papillyar nekroz). 

Digər: bronxospazm. 

 

Doza həddinin aşılması 

Preparatın doza həddinin aşılması bir qayda olaraq parasetamolla əlaqədardır, sonuncunun 10-15 q-dan 

artıq qəbulundan sonra biruzə verir. Dəri örtüklərinin avazıması, anoreksiya, ürəkbulanma, qusma; 

hepatonekroz; “qaraciyər“ transaminazalarının aktivliyinin yüksəlməsi, protrombin müddətinin uzanması 

mümkündür. Doza həddinin aşılması meydana çıxan kimi təcili həkimə müraciət etmək lazımdır. 



Müalicəsi:  mədənin yuyulmasından sonra aktivləşdirilmiş kömürün qəbulu; simptomatik müalicə, doza 

həddinin aşılmasından sonra 8-9 saat müddətində metioninin və 12 saat müddətində N-asetilsisteinin 

yeridilməsi. 

 

Buraxılış forması 

Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı). 



5 q olmaqla polietilen və poliesterlə laminəolunmuş, alüminium folqadan olan saşedə. 5, 10 və ya 25 saşe 

içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25ºС-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 



İstehsalçı 

«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan 

 

İstehsal sahəsinin ünvanı 

Sahə № 101/2 & 102/1, Daman İndastrial Esteit, 

Kadaiya, Daman - 396 210, Hindistan 

 

İddiaları qəbul edən təşkilat 



«Conson və Conson» MMC 

Rusiya, 121614, Moskva ş., Krılatskaya küç., 17, tikinti 2; tel: (495) 726-55-55 



www.rinza.ru 

 

Yüklə 26,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə