Risk anlayışının mahiyyəti və onun təsnifatı meyarlarına görə növləri



Yüklə 31,94 Kb.
səhifə1/2
tarix23.05.2023
ölçüsü31,94 Kb.
#112247
  1   2
referat 6588


Azərbaycan Turizm və Menecment Universiteti

Kafedra : İqtisadiyyat kafedrası


Elmi rəhbər : Anar Mirzəyev
Qrup : Men1902
Tələbə : Qaraxanov Rəhim

Risk anlayışının mahiyyəti və onun təsnifatı meyarlarına görə növləri.
İlkin iqtisadi problemlərdə hər iki tərəfin mükəmməl informasiyaya malik olduğunu və buna əsaslanaraq seçimlər etdiyini fərz edirik. Bazarlarda istehsalçıların və istehlakçıların əmtəə haqqında tam məlumatlı olmaları bir çox halda ağlabatan fərziyyə kimi görünür. Lakin həqiqətdə istehlakçılar bəzən məhdud məlumata malik olurlar. Bəzi bazarlarda fərdlərin aldıqları əmtəələrin keyfiyyəti vəya pul yatırdığı işin nəticəsini bilməmələri yəni qeyri-müəyyənlik mövcuddur. Qeyri-müəyyənlikdə qərarvermə risk anlayışını ortaya çıxarır. Həmçinin bu anlayış özüylə birlikdə gözlənilən fayda və gözlənilən dəyər həmçinin istehlakçı davranışlarına təsir göstərən azalan marjinal fayda qaydasını da meydana gətirir. Qeyri müəyyən nəticəli işin sonunda sizin qazanc əldə etməyiniz vəya itirməyiniz mümkündür. Məhz belə vəziyyət və sövdələşmələrdə fərdin davranışları maliyə dəyəri və gözlənilən fayda kimi alətlərlə öyrənilir. Mümkün nəticənin bu nəticənin başvermə ehtimalı ilə hasilinin cəmi gözlənilən dəyər adlanır. Ən sadə misalda bərabər ehtimallı, iki mümkün nəticənin olduğu vəziyyətdə gözlənilən dəyərin(Expected Value) düsturu :
EV = (value) + (- value) = 0
Risklərin alqı satqısının keçirildiyi bazarlar mövcuddur ki, bunlar sığortalar, lotereyalar və kazinolardır. Yuxarıdakı misalda ehtimallar bərabər olduğu üçün bu hal mərc oyunlarında ədalətli oyunlar vəya ədalətli mərclər adlanır. Ədalətli oyunların gözlənilən dəyəri sıfıra bərabərdir. Bu səbəbdən belə oyunlarda böyük risklərə gedilmir, insanları daha az ödəmə cəlb edir. Lakin vurğulamaq lazımdır ki, kazino və lotoreyalarda gözlənilən dəyər digər hallarda mənfiyə bərabər olur. Hərkəs bunu bilsə belə maraqlı hesab etdikləri vəya asılılıq yarandığı üçün bu oyunlarda iştirak edirlər. Unutmamaq gərəkdir ki, insanlar gəlirlərini deyil faydalarını maksimallaşdırmaq üçün çalışırlar. Bu fikir fərdlərin riskli vəziyyətdə seçim üsullarını anlamağa kömək edir. Gözlənilən fayda və gəlir arasında düz asılılıq olsa da bu asılılıq xətti deyildir. Müəyyən dövrdə bir maldan çox istehlak etmək hər bir əlavə vahidin yaratdığı məmnunluğu (faydanı) azaldır. Əslində, gözlənilən faydanı sövdələşmənin bütün mümkün nəticələrindən meydana gələn, hər birinin baş vermə ehtimalı ilə ölçülən faydaların cəmi kimi müəyyən edə bilərik. Bu bizə varlı birisinin gəlirindən kasıbın eyni miqdarlı gəlirindən daha az fayda əldə etdiyini deyil, onun orta gəlirli birinə nisbətən gəlir artımından daha çox fayda əldə etmək istədiyini göstərir. Məsələn gəlirin 50% miqdarında artıq və kəsr gəlirin düsturu bu şəkildə göstərilir:

Yüklə 31,94 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə