Risk anlayışının mahiyyəti və onun təsnifatı meyarlarına görə növləri



Yüklə 31,94 Kb.
səhifə2/2
tarix23.05.2023
ölçüsü31,94 Kb.
#112247
1   2
referat 6588

EV = (100+50%)gəlir + (100-50%)gəlir = Sabit gəlir
Belə ki, eyni miqdarda artıq və əksik gəlir riski vəziyətində işin gözlənilən dəyəri dəyişmir. Yalnız fayda baxımından baxdıqda azalan marjinal fayda qaydasına əsaslanaraq demək olar ki, bərabər ehtimallı əksik riski zamanı marjinal fayda artım zamanı olandan daha çox azalır. Məsələn gəlirin 20 000$ artıq və əksik olması riski qrafikdə belə göstərilir :

Qrafikdən də göründüyü kimi 20 000$ -lıq artım miqdar artdıqda marjinal faydanı sadəcə 1 vahid artır. Azalma isə həmişə artımdan daha yüksək olur:
EU = U(20 000) + U(60 000) olduqda
EU = (10) + (18) = 14 *QEYD: EU – gözlənilən fayda
Göründüyü kimi sabit gəlirin marjinal faydası 15- ə bərabər idi. Risk halında isə gözlənilən fayda 14-ə düşür. Qeyri- müəyyən əmək müqavilələrini başa düşməyə gözlənilən dəyər və faydanın maksimallaşdırılması arasındakı fərqi anlamaq kömək edəcəkdir. Mərc oyunlarında da eyni fikir tətbiq olunur. Faydanı maksimallaşdırmaq istəyən hər bir oyunçu marjinal faydanın böyük olduğu kiçik mərclərə yatırım edir. Böyük ədalətli mərclərdə marjinal fayda az olduğundan və itkinin artımdan daha böyük olması səbəbilə bu onları tamamilə cazibəsiz edir. Gəlirin marjinal faydasının, səciyyəvi bir fərdin böyük mərcli ədalətli oyunları oynamayacağı mənasına gəldiyini gördük. Yalnız fərdlər də riskə qarşı mövqesinə görə bir-birindən fərqlənir. Dəqiq ödəməni bərabər ehtimallı qeyri-müəyyən ödəmədən üstün tutan fərdlər riskdən qaçan adlanır. Sıfır gözlənilən dəyəri olan ədalətli mərcə girmək istəyən fərdlər risk baxımından neytral kimi tanınırlar. Yalnız bəzi hallarda fərdlər qetri-müəyyən oyunları dəqiq nəticələrə tərcih edə bilərlər. Bu cür gözlənilən dəyəri sıfır vəya daha aşağı oyunlar üçün yatırım edənlər risksevən -dirlər. Əksər situatsiyalarda, birçox insan riskdən qaçan olduğuna görə, əsasən bu hal öyrənilir. İnsanların ümumiyyətlə riskdən qaçan olması bir çox bazarlarda görünür. Ev sahibi olan əksər insanlar tələb olunmadığı təqdirdə belə evlərini yanğından sığorta etdirirlər. Beləliklə, öz risklərini müəyyən məbləğ müqabilində başqasına ötürürlər. Bu zaman şirkət şəxsin haqqında onun özünün olduğu qədər məlumatlı olmur və bu hal asimmetrik informasiya adlanır. Həmçinin burada sığorta şirkəti fərdin gələcək davranışından asılı olaraq riskə girir. Bu zaman şirkətin ondan yaranan asılılığı əxlaqi risk adlanır. Əxlaqi risk problemi, müqavilənin tərəflərindən birinin həmin müqaviləyə reaksiya olaraq davranışının dəyişməsi və beləliklə davranışının xərcini müqavilənin digər tərəfinə ötürməsi ilə yaranır. Məsələn qəza sığorta şəhadətnamələri maşınınız qəzada zərər gördüyü halda, onun təmir xərclərini ödəməyə razılıq göstərən müqavilələrdir. Qəza keçirib-keçirməməyiniz diqqətli sürüb-sürməməyinizdən asılıdır. Həmçinin, maşınınız oğurluqdan tam sığortalanıbsa böyük ehtimalla onu kilidləmək barədə daha az ehtiyyatlı olacaqsınız. Əgər sığorta şirkəti fərdi risklərdən azad edirsə, onu götürəcəyi risklərin nəticələri maraqlandırmayacaq. Bu problemin həlli üçün şirkətlər müqavilələrdə bəzi dəyişikliklər edirlər. Məsələn, həyat sığortası olunmuş şəxsə ilk 2 il intihar hallarında ödəniş edilmir vəya duman dedektorları olmasa yanğın sığorta şirkəti müqaviləni imzalamayacaq. Hüquqi olaraq əgər sığortalanmış bir mənzildə əsası olmayan zərərə səbəb olsanız, ev sahibi təhlükəsizlik depozitinizi əlində saxlaya bilər və s.
Yüklə 31,94 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə