RiskləRİN İdarə ediLMƏSİ SİyasəTİ Kapital ilə bağlı riskin idarə edilməsi



Yüklə 56,14 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü56,14 Kb.
#68233


RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ   

  

Kapital ilə bağlı riskin idarə edilməsi 

Bank  öz  kapitalını  idarə  etməklə,  Banka  daxil  olan  qurumları  borc  və  kapital 

qalıqlarını  optimallaşdıraraq  səhmdarların  gəlirinin  artırılması  zamanı  fasiləsizlik 

prinsipi əsasında fəaliyyət göstərməsini təmin edir. 

Bankın  kapital  strukturu  kapitalda  dəyişikliklər  haqqında  hesabatda  açıqlanan 

buraxılmış  səhmdar  kapitalından  və  bölüşdürülməmiş  mənfəətdən  ibarət  olan 

payçılara məxsus kapitaldan ibarətdir. 

İ

darə Heyəti kapitalın strukturunu hər il nəzərdən keçirir. Bu yoxlamanın bir hissəsi 



kimi,  İdarə  Heyəti  kapitalın  dəyərini və kapitalın hər  bir  növü ilə bağlı  olan  riskləri 

nəzərdən keçirir.  

 

 

Riskin idarə edilməsi siyasətləri 



Riskin  idarə  edilməsi  bank  biznesinin  əsasını  təşkil  etməklə  Bank  əməliyyatlarının 

mühüm  elementi  hesab  olunur.  Bank  əməliyyatlarına  xas  olan  əsas  risklər 

aşağıdakılardır: 

a.

 



Kredit riski 

b.

 



Likvidlik riski 

c.

 



Bazar riski 

d.

 



Xarici valyuta riski, o cümlədən açıq valyuta mövqeyi 

Bank  təsdiq  edir  ki,  riskin  effektiv  və  səmərəli  idarə  edilməsi  proseslərinin 

saxlanılması çox vacib əhəmiyyət kəsb edir. Bunu həyata keçirmək üçün Bank riskin 

idarə  edilməsi  çərçivəsini  yaratmışdır  ki,  bunun  da  əsas  məqsədi  Bankı  riskdən 

qorumaq  və  fəaliyyət  məqsədlərinə  nail  olmağa  kömək  etməkdir.  Riskin  idarə 

edilməsi çərçivəsi vasitəsilə Bank aşağıdakı riskləri idarə edir: 

 

Kredit risklərinin idarə edilməsi. 

 Bankın  kredit  siyasəti  onun  strategiyası  əsasında  müəyyən  olunur  və  kreditləri 

verilməsi, sənədləşdirilməsi və idarə olunmasına məsul olan strukturları (İdarə Heyəti, 

Bankın  Kredit  Komitəsi,  Kredit  Departamenti)  və  bank  əməkdaşları  üçün  obyektiv 

standart,  parametrlərini  müəyyənləşdirir.  Bankın  Kredit  siyasəti  Kredit  Komitəsi  və 

İ

darə  Heyəti  tərəfindən  hazırlanır  və  Müşahidə  Şurası  tərəfindən  təsdiqlənir.  Kredit 



siyasətində aşağıdakılar əks etdirilir: 

•  Qarşı  tərəfin  risklərinin  yaradılması,  təhlil  edilməsi,  yoxlanılması  və  təsdiqlənməsi 

üzrə prosedurlar; 

• Qarşı tərəflər üzrə kreditin qiymətləndirilməsi metodologiyası; 

• Qarşı tərəflər üzrə kredit reytinqi metodologiyası; 

• Təminatın qiymətləndirilməsi və nəzarəti metodologiyası; 




• Kreditlərin sənədləşdirilməsi üzrə tələblər; 

• Kreditlərin idarə edilməsi prosedurları; 

• Kredit riskləri üzrə müntəzəm nəzarət prosedurları; 

• Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın yaradılması siyasəti. 

Kredit ərizələri müştəri ilə iş üzrə kredit mütəxəssisləri tərəfindən hazırlanır.  

Kredit  Departamenti  Kredit  ərizələrinin  təhlilini  aparır  və  rəy  təqdim  edir.  Kredit 

ə

rizəsi baxılmaq üçün Kredit Komitəsinə təqdim edilir. Təsdiqlənmiş kredit ərizəsində 



nəzərdə  tutulan  məbləğ  Kredit  Komitəsinin  səlahiyyətindən  yuxarı  olarsa  yəni 

100 000  manatdan  yüksək  olduqda,  həmin  ərizə  təsdiqlənmək  üçün  İdarə  Heyətinə 

təqdim  edilir.  Bankın  nizamnamə  kapitalının  50  faizindən  artıq  məbləğdə  kreditlər 

üçün ərizələr təsdiqlənmək üçün Müşahidə Şurasına təqdim edilir. 

Müştərinin  reytinqi  dörd  əsas  meyarın  təhlilinə  əsasən  müəyyən  edilir:  ödəmə 

qabiliyyəti, maliyyə göstəriciləri, kredit tarixçəsi və digər risklər. 

Balansdankənar  maliyyə  alətləri  üzrə  kredit  riski  həmin  maliyyə  aləti  üzrə 

ə

məliyyatların digər iştirakçısı tərəfindən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə 



bilməməsi  nəticəsində  zərərin  yaranması  ehtimalı  kimi  müəyyən  edilir.  Qrup  şərti 

öhdəlikləri  və  balans  üzrə  maliyyə  alətləri  ilə  əlaqədar  əməliyyatların  təsdiqlənməsi 

prosedurları, riskləri məhdudlaşdıran limitlərdən istifadə və monitorinq prosedurlarına 

ə

saslanan eyni kredit siyasətini tətbiq edir. 



Kreditlər  portfel  üzrə  qiymətləndirilir  və  bu  zaman  kreditin  məbləği  və  müddət 

limitləri,  təsdiqləmə  prosedurları,məhsulların  növləri,  defolt  haqqında  məlumatlar, 

kredit/girov əmsalları (əgər tətbiq edilərsə) və qiymətləndirmə kimi amillərə daha çox 

diqqət yetirilir. 



Girov və digər kredit təminatları.  

Kredit riski həmçinin əmlak üzrə ipoteka tələbi formasında girovun, girov qoyulmuş 

aktiv  və  qiymətli  kağızların,  eləcə  də  depozitlər,  hüquqi  və  fiziki  şəxslərə  verilmiş 

zəmanətlər  daxil  olmaqla  digər  girov  növlərinin  əldə  olunması,  nəzarəti  və 

monitorinqi vasitəsilə qiymətləndirilir və idarə edilir. 

Kredit  riskinin  qiymətləndirilməsində  girovun  əsas  faktor  olmasına  baxmayaraq, 

kredit  ərizələri  yalnız  müştərilərin  təklif  etdiyi  girova  deyil,  onların  ödəniş 

qabiliyyətinə  əsasən  qiymətləndirilir.  Girov  kreditin  qaytarılması  üçün  ikinci  ödəniş 

mənbəyi hesab edilir. Kreditlər nadir hallarda müştərinin maliyyə vəziyyətindən və ya 

kredit məhsulunun növündən yaxud həcmindən asılı olaraq təminatsız ola bilər.  

Kreditlər üçün qəbul edilən əsas girov növləri aşağıdakılardır: 

• Kommersiya əmlakı 

• Yaşayış binaları 

• Korporativ kapital aktivləri 

• Korporativ likvid aktivlər 

• Nəqliyyat vasitələri 

• Müddətli depozitlər 

• Digər, o cümlədən qiymətli metallar 




Qəbul edilmiş bütün girov növləri üzrə dəqiq qiymətləndirmə, sənədləşdirmə və tətbiq 

edildikdə  qeydiyyat  prosedurları  həyata  keçirilir.  Kreditlərin  girova  nisbətinə  Kredit 

Departamenti tərəfindən nəzarət edilir. 

 

Kredit  Departamenti  monitorinqin  nəticələri  üzrə  planın  hazırlanması,  onun  yerinə 



yetirilməsi  və  monitorinq  nəticələrinin  qənaətbəxş  olmadığı  təqdirdə  müvafiq 

tərəflərin  məlumatlandırılması  və  tədbirlər  planı  ilə  bağlı  tövsiyələrin  verilməsinə 

görə  məsuliyyət  daşıyır.  Müəyyən  edilmiş  məbləğdən  yuxarı  olan  bütün 

ə

məliyyatların monitorinqini aparılır və bu məbləğdən aşağı olan əməliyyatlar seçmə 



üsulu  ilə  yoxlayınılır.  Müəyyən  edilmiş  məbləğdən  yuxarı  olan  bütün  əməliyyatlar 

üzrə  monitorinq  ilk  olaraq  kreditin  ödənildiyi  aydan  əvvəl  və  ya  ən  azı  bir  ay 

müddətində  aparılır.  Müvafiq  olaraq,  monitorinq  cədvəlinə  uyğun  olaraq  risklərə 

nəzarət olunur.  

 

Likvidlik riski 

Likvidlik riski depozitlərin geri götürülməsi və ödəmə müddəti çatan maliyyə alətləri 

ilə  əlaqədar  digər  maliyyə  öhdəliklərini  ödəmək  üçün  vəsaitlərin  kifayət  olub-

olmaması deməkdir. 

Aktiv və Passivlərin idarəedilməsi komitəsi ("APİK") bu növ risklərə Bankın növbəti 

maliyyə dövrü üzrə strategiyasını müəyyən edərək ödəniş dövrləri ilə bağlı təhlillər 

aparmaqla nəzarət edir.  

Likvidlik riskini idarə etmək üçün, Bank aktiv/öhdəliklərin idarə olunması prosesinin 

bir hissəsi olan müştəri və bank əməliyyatları üzrə gələcəkdə gözlənilən pul vəsaitinin 

hərəkətinin  gündəlik  monitorinqini  həyata  keçirir.  Aktivlərin  və  Passivlərin 

İ

darəedilməsi Komitəsi depozitlərin geri götürülməsi üçün hazır vəsaitlərinin minimal 



nisbətinə  və  gözlənilməyən  məbləğlərdə  geri  götürmələri  ödəmək  üçün  banklararası 

və digər institutlardan alınan kreditlərin minimal səviyyəsinə hədlər qoyur. 

 

Bazar riski 

Bazar riski faiz dərəcəsi riskini, valyuta riskini və Bankın məruz qaldığı digər qiymət 

risklərini əhatə edir.  

APİK  həmçinin  faiz  dərəcəsini  və  bazar  risklərini  Bankın  faiz  dərəcəsi  mövqeyinə 

uyğunlaşdırmaqla  idarə  edir.  Maliyyə  Menecmenti  Departamenti  Bankın  hazırkı 

maliyyə  fəaliyyətinin  monitorinqini  həyata  keçirir,  Bankın  faiz  dərəcələrindəki 

dəyişikliklərə həssaslığını və onun Bankın rentabelliyinə təsirini qiymətləndirir. 

Bankın  kredit  müqavilələrinin  əksəriyyətinə  və  digər  maliyyə  aktivlərinə  və 

öhdəliklərinə  ya  dəyişkən  faiz  hesablanır  ya  da  borc  verənin  istəyindən  asılı  olaraq 

faiz  dərəcəsini  dəyişmək  imkanı  verən  bəndlər  daxil  edilir.  Bank  faiz  dərəcəsi 

marjasına  nəzarət  edir  və  nəticədə  özünün  mühüm  faiz  dərəcəsi  riskinə  və  ya  nağd 

vəsaitin axını riskinə məruz qaldığını düşünmür. 

 



Valyuta riski 

Valyuta  riski  xarici  valyuta  məzənnəsinin  dəyişməsi  nəticəsində  maliyyə  aktivinin 

dəyərinin  dəyişməsi  riskidir.  Xarici  valyuta  məzənnəsindəki  dəyişikliklər  Bankın 

maliyyə durumuna və pul vəsaitlərinin hərəkətinə təsir edir. 

APİK  valyuta  riskinə  nəzarəti  müxtəlif  valyuta  məzənnələrində  dəyişikliklərin  və 

digər  makro- iqtisadi  göstəricilərin  əsasında valyuta  mövqeyini idara etməklə həyata 

keçirir  ki,  bu  da  Banka,  milli  valyutaya  nisbətdə  xarici  valyuta  məzənnəsindəki 

mühüm dəyişikliklərdən yaranan zərərləri minimuma endirmək imkam verir.



 

 

 



Yüklə 56,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə