Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
  1   2   3   4   5   6   7   8   9   ...   48








Əziz yeddincilər!
Sizə təqdim olunan VII sinif “Riyaziyyat” dərsliyi 5 fəsildən ibarətdir. Hər fəsildə yeni
mövzularla tanış olacaq, yeni biliklər əldə edəcəksiniz. Dərsliyə daxil edilmiş mövzular
sizin sərbəst olaraq biliklərə yiyələnməyinizə kömək edəcəkdir. Hər mövzu “Fəaliyyət”
başlığı altında müəyyən əməliyyatların icrası ilə başlayır. Siz fəaliyyətdə verilən
tapşırıqları yerinə yetirməklə yeni mövzuya giriş etmiş olacaqsınız. Fəaliyyət zamanı
əldə etdiyiniz nəticələri dərslikdə verilmiş qaydalarla təsdiq etmiş olacaq, nümunələr
əsasında öyrənilən biliyin tətbiqini müşahidə edəcək və verilən çalışmaların həllinə
özünüz sərbəst olaraq tətbiq edəcəksiniz. Hər fəsilin sonunda “Özünüzü yoxlayın”
başlığı altında verilən tapşırıqları yerinə yetirməklə özünüzü qiymətləndirə biləcəksiniz.
VII sinif riyaziyyat kursunda:
rasional ədədləri oxumağı, yazmağı, müqayisə etməyi, çoxluqların birləşməsi və
kəsişməsi xassələrini məsələlər həllinə tətbiq etməyi;
natural üstlü qüvvət daxil olan ifadələri sadələşdirməyi, müxtəsər vurma
düsturlarını;
sadə faiz artımı və mürəkkəb faiz artımı düsturlarını sadə məsələlərin həllinə
tətbiq etməyi, həyati situasiyaya uyğun xətti tənlik və ya iki dəyişənli iki xətti
tənliklər sistemini qurmağı;
çoxhədlilər üzərində toplama, çıxma və vurma əməllərini yerinə yetirməyi;
birdəyişənli xətti tənliyi, modul işarəsi daxilində dəyişəni olan tənliyi və
ikidəyişənli iki xətti tənliklər sistemini həll etməyi, seçmə üsulu ilə modul işarəsi
daxilində dəyişəni olan sadə bərabərsizliklərin həllini müəyyən etməyi;
üçbucağın əsas elementləri və onlar arasındakı münasibətləri həndəsi təsvir
etməyi, üçbucağın daxili bucaqlarının cəmi haqqında teoremi və xarici bucağının
xassəsini tətbiq etməyi;
parçanın orta perpendikulyarını, bucağın tənbölənini və tərəflərinə görə üçbucağı
qurmağı, verilmiş nöqtəyə nəzərən verilmiş fiqurla simmetrik fiquru qurmağı, y =
kx + b tənliyi ilə verilmiş düz xəttin qrafikini qurmağı;
ölçmənin nəticəsinin mütləq və nisbi xətasını tapmağı;


məlumatları diaqram, histoqram və ya qrafik şəklində təqdim etməyi;
aparılan sınaqda elementar hadisələrin sayını tapmağı və ehtimalların toplanması
düsturunu tətbiq etməyi öyrənəcəksiniz.
Yeni dərs ilində sizə uğurlar arzu edirik.


I FƏSİL. RASİONAL ƏDƏDLƏR. ÜÇBUCAĞIN
ELEMENTLƏRİ
1.1. Rasional ədədlərin yazılışı və oxunuşu
Rasional ədədlər çoxluğu– Q Fəaliyyət

n şəklində göstərilə bilən ədədə rasional ədəd deyilir. 
Burada a – tam ədəd, n isə natural ədəddir. a ∈ Z, n ∈N.
Nümunə
Misal: Verilmiş ədədləri məxrəci natural ədəd olan kəsr şəklində göstərin: 
0,5; 1,3; – 0,25.
Həlli: 0,5 = 1 
2;         1,3 = 13 
10;         -0,25 = -25 
100 = -1 
4.
Qeyd: Surətdəki mənfi işarəsini lazım gəldikdə kəsr xəttinin və ya məxrəcdəki ədədin
qarşısında da yazmaq olar: -1 
4 = -1 
4 = 1 
-4.
İstənilən tam ədəd həm də rasional ədəddir, çünki istənilən tam ədədi məxrəci natural
ədəd olan kəsr şəklində göstərmək mümkündür: 7 = 7 
1; -5 = -15 
3.
1.  – 3 ədədindən 1 vahid böyük və 1 vahid kiçik tam ədəd hansıdır?
2.  Bu ədədlər hansı ədədlər çoxluğuna daxildir?
3.  2,7 ədədinin hansı tam ədədlər arasında yerləşdiyini deyin.
4.  – 2,7 ədədindən böyük və ona ən yaxın olan tam ədədi müəyyən edin.
5.  – 2,7 ədədindən kiçik və ona ən yaxın olan tam ədədi müəyyən edin.
6.  1,5 ədədini məxrəci 2 olan kəsr şəklində yazın. – 1,5 ədədini məxrəci 2 olan
kəsr şəklində yazmaq üçün surətdə neçə yazılmalıdır?
7.  11 =   
3 bərabərliyində kəsrin surətində hansı ədəd yazılmalıdır?
8.  6 = 36 
  bərabərliyində kəsrin məxrəcində hansı ədəd yazılmalıdır?
Sizcə, bütün ədədləri kəsr şəklində göstərmək mümkündürmü? Fikirlərinizi
əsaslandırın.


Rasional ədədlər çoxluğu Q hərfi ilə işarə edilir. Natural ədədlər çoxluğu tam ədədlər
çoxluğunun, tam ədədlər çoxluğu isə rasional ədədlər çoxluğunun alt çoxluğudur: N ⊂
Z ⊂ Q. Rasional ədədlər çoxluğu da natural ədədlər və tam ədədlər çoxluğu kimi
sonsuzdur.
Rasional ədədlər üzərində toplama, çıxma, vurma, bölmə və qüvvətə yüksəltmə
əməllərini yerinə yetirmək mümkündür.
Çalışmalar
1.  Aşağıdakı təkliflərdən hansılar doğrudur? Cavabınızı nümunələrlə izah edin.
1.  hər bir rasional ədəd həm də natural ədəddir;
2.  hər bir tam ədəd həm də rasional ədəddir;
3.  hər bir tam ədəd həm də natural ədəddir;
4.  hər bir natural ədəd həm də tam ədəddir;
5.  0 rasional ədəddir, 1 rasional ədəd deyil;
6.  hər bir natural ədəd həm də rasional ədəddir.
2.  –27 ədədini məxrəci hər hansı natural ədəd olan, məsələn, -27 
1 ve ya -54 
2 şəklində kəsr ədəd kimi göstərmək olar. –1,2; – 0,33; -3 8 
15; 6; 0; 12; 4,1; 53,2 ədədlərini məxrəci hər hansı natural ədəd olan kəsr
şəklində necə göstərərsiniz?
3.  Verilmiş ədədləri məxrəci: 
a) 1; b) 3; c) 10; ç) 1000 olan kəsr şəklində yazın: –7; – 3,2; – 0,8; 9; 0; 21; 7.
4.  Elə ədəd yazın ki:
1.  həm tam, həm də rasional ədəd olsun;
2.  kəsr ədəd olmasın, rasional ədəd olsun;
3.  tam ədəd olsun, natural ədəd olmasın.
5.  Verilmiş A və B çoxluqlarının elementləri tam ədədlər olan alt çoxluqlarını yazın. 
A={14; 3,5; –5; 0; – 8,2; 4 
9 ; – 82}, B= {-11 
15; – 22,3; – 11; 1,7; 17; 22,1; 0,93}
6.  Əməlləri yerinə yetirin, alınmış nəticələrin hansı ədədlər çoxluğuna aid olduğunu
söyləyin:
a) 7,3 + (– 22,8);        b) 3 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə