Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

11.  y = 0; y = 3; x = 0; x = 2 düz xətlərinin hansı fiquru əmələ gətirdiyini müəyyən
edin. 
  1 
2 ; 2 
3   nöqtəsi harada yerləşir? Fiqurun sahəsini hesablayın.
12.  Camal xətti funksiyanın qrafikini araşdıraraq aşağıdakı təklifləri müəyyən etdi.
Onun fikirlərinə münasibətinizi bildirin. Hansı təklifin doğru, hansının yanlış
olduğunu əsaslandırın.
1.  y = 9x + 1 funksiyasının qrafiki ordinat oxunu (0;1) nöqtəsində kəsir;
2.  y = – 5x – 7 funksiyasının qrafiki absis oxunun müsbət istiqaməti ilə kor bucaq
əmələ gətirir və ordinat oxunu kəsmir;
3.  y = 3x-4 
2 və y = 1,5x – 2 funksiyalarının qrafikləri üst-üstə düşür;
4.  y = 7x+12 
10 və y = 6-4x 
5 funksiyalarının hər ikisinin qrafiki OY oxunu eyni nöqtədə kəsir.
13.  y = kx + 2 funksiyasının qrafiki a) M(– 2; 4), b) N(5; 2) nöqtəsindən keçdiyi 
məlumdursa, k – bucaq əmsalının qiymətini tapın.
14.  y = – 3x + b funksiyasının qrafiki a) A(– 7; – 12), b) B(3; – 7) nöqtəsindən keçdiyi
məlumdursa, b-nin qiymətini təyin edin.
15.  Eyni düzbucaqlı koordinat sistemində y = 10 – 2x və y = 2x + 2 funksiyalarının
qrafikini qurun. Hər qrafikin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi
bucağın növünü deyin. Bu qrafiklərin kəsişmə nöqtəsinin absisini və ordinatını
müəyyən edin.
16.  Şəkil 3-də verilmiş qrafiklərin koordinat oxları ilə kəsişmə nöqtəsinin
koordinatlarını müəyyən edin. Alınmış üçbucaqların sahələrini tapın. 
17.  y = 13 – x funksiyasının qrafikini qurun və onun koordinat oxları ilə kəsişmə
nöqtəsinin koordinatlarını təyin edin. Alınmış düzbucaqlı üçbucağın sahəsini
hesablayın


5.3. Düz mütənasib asılılığın qrafiki
Fəaliyyəty = kx
y = kx (k ≠ 0) düsturu ilə verilən asılılığa düz mütənasib asılılıq deyilir. Düz mütənasib
asılılığın qrafiki O(0; 0) koordinat başlanğıcından keçən düz xətdir. k > 0 olduqda düz
mütənasib asılılığın qrafiki I və III rüblərdə, k < 0 olduqda II və IV rüblərdə yerləşir.
Çalışmalar
1.  (şifahi) Aşağıdakı düsturla verilmiş funksiyalardan hansılar düz mütənasib
asılılıqdır? Nə üçün? Düz mütənasib asılılıqlarda k-nın işarəsini deyin. 
2.  Verilmiş a) y = – 2x; b) y = 2 
5 x; c) y = 5x düsturlarında k bucaq əmsalını təyin edin. x və y-in yerinə elə
ədədlər yazın ki, nisbət k-ya bərabər olsun.
3.  Hansı nöqtə k-nın qiymətindən asılı olmayaraq həmişə y = kx funksiyasının qrafiki
üzərində yerləşir? Düz mütənasib asılılığın qrafikini qurarkən neçə nöqtənin
koordinatlarını bilmək kifayətdir? Sizcə, bu nöqtələrdən birinin hansı nöqtə
götürülməsi məsləhətdir?
4.  Düzbucaqlı koordinat sistemində y = 4x və y = 1 
4 x funksiyalarının qrafiklərini qurun. Alınmış qrafiklər eyni rüblərdə yerləşərmi?
Nə üçün? Eyni koordinat sistemində y = – 4x funksiyasının da qrafikini qurun.
Onun qrafiki hansı rüblərdə yerləşər?
1.  Düz mütənasib kəmiyyətlər hansılardır? Düz mütənasib asılılıq hansı düsturla
verilir?
2.  y = kx + b düsturunda b = 0 olarsa, düstur necə yazılar? Bu düstur hansı
asılılığı bildirir?
3.  Düzbucaqlı koordinat sistemində y = 3x funksiyasının qrafikini qurun. x = 0
olarsa, y hansı qiyməti alar? (0; 0) cütü hansı nöqtənin koordinatlarıdır? y 
3 = 3bərabərliyi nəyi bildirir?
4.  y = – 3x funksiyasının qrafikini qurun. y 
x = -3 əsasən A(– 2; 6), B(12; – 36), C(– 100; 300) nöqtələrinin qrafik
üzərində yerləşdiyini əsaslandıra bilərsinizmi?
5.  y = 3x və y = – 3x funksiyalarının qrafiklərinin hansı rüblərdə yerləşdiyini
söyləyin. Qrafiklərin yerləşdikləri rüblərlə k bucaq əmsalı arasında hansı əlaqə
var? Hər iki düz xəttin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi
bucağın növünü müəyyən edin. Fikirlərinizi deyin.


5.  y = kx funksiyasının qrafiki a) M(5; 12); b) N   -4 ; 1 
2   nöqtəsindən keçirsə, k-nı təyin edin. Bu düz xətlər absis oxuna hansı bucaq
altında meyil edir?
6.  Verilmiş qrafiklərə (şəkil 1) əsasən k-nın işarəsini müəyyən edin və fikrinizi
əsaslandırın. Bu funksiyaların düsturunu yazın. 
7.  Absisi “0”-a bərabər olan nöqtələr hansı düz xətti əmələ gətirir? Bəs ordinatı “0”
olan nöqtələrin hansı düz xətti əmələ gətirdiyini deyə bilərsiniz? Həmin düz xətləri
düsturla verin.
8.  Verilmiş A(– 1; 7), B(4; – 28), C  -1 
2 ; 3,5   , D(5,1; – 35,7) nöqtələri hansı düz mütənasib asılılığın qrafikinə aiddir?
Bunu necə müəyyən etdiyinizi əsaslandırın.
9.  Şəkil 2-də verilmiş uyğunluğa görə düz mütənasib asılılığın qrafikinin bucaq
əmsalını, düsturunu yazın. Qrafikin hansı rüblərdə yerləşdiyini təyin edin. 
10. 
1.  y = kx düz mütənasib asılılığının qrafiki nə zaman absis oxunun müsbət
istiqaməti ilə 1) iti bucaq; 2) kor bucaq əmələ gətirir?
2.  Hansı düz xəttin qrafiki ordinat oxuna 1) paralel; 2) perpendikulyar olur? Belə
düz xətlərə nümunə söyləyin.
11.  Şəkil 3-də təsvir olunmuş xətti funksiyalar üçün k və b-nin işarəsini təyin edin. 


5.4. Xətti funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti
Fəaliyyət
y = k1x + b1 və y = k2x + b2 düsturları ilə verilmiş düz xətlərin üç qarşılıqlı vəziyyəti
mümkündür:
1. k  ≠ k  olduqda, y = kx  + b  və y = k x + b  düz xətləri bir nöqtədə kəsişir. 
2. k  = k , b  = b  olduqda, y = k x + b  və y = k x + b  düz xətləri üst-üstə düşür. 
3. k  = k , b  ≠ b  olduqda, y = k x + b  və y = k x + b  düz xətləri paralel olur.
1.  Müstəvi üzərində düz xətlərin qarşılıqlı vəziyyəti haqqında öyrəndiklərinizi
xatırlayın. Heç bir ortaq nöqtəsi olmayan, bir ortaq nöqtəsi olan və ya sonsuz
sayda ortaq nöqtəsi olan düz xətlərin necə adlandırıldığını deyin.
2.  Eyni düzbucaqlı koordinat sistemində y = 2x, y =2x +1 və y = 2x–1
funksiyalarının qrafiklərini qurun. Onların qarşılıqlı vəziyyətlərini müəyyən edin
və nə üçün bu vəziyyətdə yerləşmələ
3.  Eyni düzbucaqlı koordinat sistemində y = – x + 2, y = 3x + 2 funksiyalarının
qrafiklərini qurun. Onların qarşılıqlı vəziyyətlərini müəyyən edin və nə üçün bu
vəziyyətdə yerləşmələri haqqında fikirlərinizi söyləyin.Hər iki funksiya üçün k
bucaq əmsallarını müəyyən edin.
4.  Eyni düzbucaqlı koordinat sistemində y = 0,5x – 2, y = x-4 
2 funksiyalarının qrafiklərini qurun. Onların qarşılıqlı vəziyyətlərini müəyyən
edin və nə üçün bu vəziyyətdə yerləşmələri haqqında fikirlərinizi söyləyin.
1
2
1
1
2
2
1
2
1
2
1
1
2
2
1
2
1
2
1
1
2
2


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə