Riyaziyyat dərslərində interaktiv metodlarından istifadə



Yüklə 14,57 Kb.
tarix14.01.2018
ölçüsü14,57 Kb.
#20681
növüDərs

Riyaziyyat dərslərində interaktiv metodlarından istifadə

Hər sahədə olduğu kimi təhsil sahəsində də müxtəlif islahatlar həyata keçirilir.Bu islahatlar çox geniş və möhtəşəmdir. Çünki bunların təməli ulu öndərimiz H.Əliyev tərəfindən qoyulmuşdur və bugün də İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.Muasir dövrümüzü İKT-siz təsəvvür etmək çox çətindir. və mən də çalışıram ki dərslərimi günün tələblərinə uyğun qurum.Yaxşı olar ki dərslərimizi oz istədiyimiz kimi yox şagirdlərin arzusuna uyğun olaraq quraq. Bütün dərslərin qurulmasında İKT-dən istifadə etmək olmasa çalışıram ki,əksər dərslərimin tədrisində fəal interaktiv metodlardan istifadə edim.Bu dərslərimi həm maraqlı həm də zovq oxşayan edir.Əsas diqqəti dərsin motivasiyasına və tədqiqat sualina verirəm , çünki bu dərsin əsas hissəsini təşkil edir. Çalışıram ki qrup işlərinə çox fikir verim. Şagirdləri müxtəlif qruplara bölürəm. Qruplara mövzuya aid adlar verirəm. Qruplara liderlər və təqdimatçılar seçirəm. Qruplar çox fəal şəkildə bu tapşırıqları yerinə yetirirlər. Bu tapşırıqların həlli üçün qruplara müəyyən vaxt verirəm.Verilmiş vaxt müddətində şagirdlər tapşırığı yerinə yetirirlər. Şagirdlər qrup işlərini bitirdikdən sonra lovhənin qarşısında təqdim edirlər və işçi vərəqlərini lövhədən asırlar.Hansı qrup işi daha tez bitirsə həmin qrupu rəğbətləndirirəm. Qruplara müxtəlif hədiyylər verirəm.Bu da qrupların daha fəal işləməsinə motivasiya edir.

Şagirdin bacarıq və istedadının üzə çıxarılmasında həndəsə fənninin rolu son dərəcə böyükdur.Həndəsi məşğələlər şagirdlərdə cizgiləri düzgün ifadə etmək bacarığı formalaşdırır.Həndəsənin tədrisində şagirdin fənnə marağını artırmaq üçün yeni metodlardan istifadə effektif nəticə verir.Dərsdə ilk olaraq mövzu seçilir.

İstərdim dərs dediyim şagirdlərimin də adını burada qeyd edim.

Nəzərli Mirdamət Raqub

Ağayev Taleh Xatir

Hüseyinov Xəzər Elsevər

Əşrəfova Xanım Faiq

Əşrəfli Fatimə Elxan

Musayeva Aydan İmran

Qafarlı Nuridə Qədir

Novruzova Gunel Yaqub

Dəmirova Elmira Günəş

Həsənov Məhəmməd Saleh

İndi isteyirem ki öz sevimli şagirdlərimlə maraqlı “HƏNDƏSƏ”ölkəsinə səyahət edək.”HƏNDƏSƏ”ölkəsinin “ KVADRAT”, “UÇBUCAQ” VE “DÜZBUCAQLI” şəhərlərinə.

MÖVZU:”Düzbucaqlı, üçbucaq və kvadratın perimetri . STANDART: 3.2.1. Həndəsi təsvir,təsəvvür və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamətlərini və xassələrini araşdırır.

Məqsəd:Həndəsi fiqurları tanıyır və fərqləndirə bilir.Tərəfləri verildikdə üçbucagin kvadratın və düzbucaqlının perimetrini tapır. İŞ FORMASI:Kollektiv iş.Qruplarla. İŞ ÜSULU:Beyin həmləsi. RESURS:Prometan, lovhə,dərslik,metodik vəsait,iş dəftəri,kompyuter,proyektor.

İNTEQRASİYA:İnformatika.

DİAQNOSTİK qiymətləndirmə:

1)Üçbucaq nəyə deyilir

2)Üçbucagin hansı növləri var

3)Bucaqlarına və tərəflərinə görə hansı üçbucaqları tanıyırsız.

4)Dördbucaqlı nəyə deyilir və hansı növləri var. Şagirdlər bu diaqnostik qiymətləndirmə zamanı düzbucaqlını və kvadratın da tərifini söyləyirlər.

MOTİVASİYA:Hər iki qrupda verilən şəkillərin fərqli cəhətləri hansıdı.Bu cəhətləri soyləyin.Qruplar hər iki şəkildə verilən fiqurların həm fəza, həm müstəvi fiqurları olduqlarını qeyd edirlər.Müstəvi fiqurlarının tərəflərinin toplamaq mümkün oldugunu, ancaq fəza fiqurlarının isə mümkün olmadıgını qeyd etdilər.

TƏDQİQAT SUALI:Düzbucaqlı və kvadratın sahəsini necə hesablamaq olar?ve bu bizə həyatda nəyə görə lazimdir?

DƏRSİN GEDİŞİ:Tutaq ki uzunlugu 6 sm ve eni 4 sm olan düzbucaqlının sahəsini hesablamaq lazimdir.bunu necə edək? ona görə uzunlugu 6 sm enini isə 4 bərabər hissəyə bölək.Alinmiş hissələrin sayını tapsaq 24 ədəd kvadrat alınar.sahə vahidi 1sm oldugu üçün S=6sm*4sm=24sm olar.Deməli uzunlugu a eni b olan duzbucaqlının sahəsini hesablamaq üçün onun uzunlugunu eninə vurmaq lazımdır.S=ab düsturu ilə hesablanır.Tərəfi a-ya bərabər olan kvadratın sahəsi isə S=a*a=a^2 düsturu ilə hesablanır.

TƏDQİQATIN APARILMASI:Şagirdlər 4 qrupa bölünür.Hər qrupa ad verirəm.Qruplara liderler seçirəm.Hər qrupa ayri-ayri tapşırıqlar verirəm.

TAPŞIRIQ 1: Düzbucaqlının tərəfləri 4sm və 16sm –dir. Sahəsi bu düzbucaqlının sahəsinə bərabər olan kvadratin tərəfini tapın.

TAPŞIRIQ 2:Kvadratın tərəfi 36sm-dir.Düzbucaqlının tərəfi 12sm və 27sm-dir.Kvadratın sahəsi düzbucaqlının sahəsindən neçə dəfə böyükdür.?

TAPŞIRIQ 3:Sahələri 16sm^2 olan iki kvadratı yan-yana qoymaqla alınan düzbucaqlının sahəsini və perimetrini tapın.

TAPŞIRIQ 4:Düzbucaqlının tərəflərindən birini 4 dəfə artırsaq sahəsi necə dəyişər.?

İNFORMASİYA MÜBADİLƏSİ:İşlər təqdim olunur.Qruplar işləri yekunlaşdırdıqdan sonra iş vərəqlərini lövhədən asırlar.

İNFORMASİYA MÜZAKİRƏSİ:Butun qruplar təqdimat etdikdən sonra işlər müzakirə olunur.Fikir mübadiləsi aparılır.qruplararası sual-cavab aparılır(bu mərhələnin mahiyyəti:şagirddə öz fikrini söyləmə qabiliyyətini inkişaf etdirmək).

NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ:Mən şagirdlərə nəticə çıxarmaq ücün sərbəstlik verirəm.Bu şagirdin məntiqi təfəkkürün düzgün istiqamətə yönəlməsinə komək edir. Düzbucaqlı və kvadratın sahəsi hesablanır.Gundəlik həyatda tətbiq etməyə çalışır.

YARADICI TƏTBİQETMƏ:Tərəfi 10sm olan kvadratdan tərəfi 7sm olan kvadrat kəsin.Alınan fiquru cəkin .perimetrini və sahəsini hesablayın.

EV TAPŞIRIGI:çalışma - - - -hər bir şagird evdə mətbəxin sahəsini hesablasın.



QİYMƏTLƏNDİRMƏ:

MEYARLAR:düzbucaqlının və kvadratın tərifini bilir .Tərəflərini və bucaqlarını tanıyır.Sahəsini hesablayır.
Yüklə 14,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə