Riyaziyyatçılar üçün yazılır.(Nikolas Kopernik)



Yüklə 30 Kb.
tarix01.08.2018
ölçüsü30 Kb.
#59816

20 fevral ,,Lütfi Zadə’’ nin 95 illiyinə həsr olunmuş Riyaziyyat gecəsinin ssenarisi Keçirilmə yeri:İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin. Keçirilmə tarixi:20.02.2016 Keçirilmə saatı:10:00

Hər kəs yerinə əyləşib tam sakitliyə nail olunca videoçarx göstərilir və onun sədaları altında aparıcılar başlayır. 1-ci aparıcı:Salam hörmətli müəllimlər və əziz şagirdlər.Bu gün məktəbimizin 5a və 8b sinifləri ilə birgə hazırladığı Riyaziyyat gecəsində hər birinizi görməyimizə çox şadiq. 2-ci aparıcı:İlk öncə sözü məktəbimizin direktor müavini Yəhyayeva Dilbər müəlliməyə veririk. 1-ci aparıcı:Bugünki gecəmiz Azərbaycanlı alim süni intilekt sahəsində qeyri-səlis məntik nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru,Amerikadakı Azərbaycan diyaspor təşkilatının fəxri sədri,Lütfi Zadənin 95 illik yubleyine həsr olunub. Vəfa Lütfi Zadə haqqıda məlumat keçir və arxada Lütfi Zadə haqqında video gösdərilir. 2-ci aparıcı:Bu il həm də həmyerlimiz-qədim Basqalın yetirməsi olan tanınmıs riyaziyyatçı Maksud Cavadovun xatirə günü rayonumuzda böyük təntənə ilə qeyd olundu. 1-ci aparıcı:Maqsud Cavadov fizika –riyaziyyat elmlər doktoru,professor,əməkdar elm xadimi,Elmlər akademiyasının müxbir üzvü və Azərbaycan dövlət univerisitetində həndəsə kafedrasının müdiri işləmişdir. 2-ci aparıcı:Səncə riyaziyyat nədir? 1-ci aparıcı:Riyaziyyat lazımi nəticələr çıxaran bir elmdir (Benyamin Piers)

Riyaziyyat riyaziyyatçılar üçün yazılır.(Nikolas Kopernik)

2-ci aparıcı:Əlbəttə, riyaziyyat haqqında çox söz demək olar.Amma baxaq görək 5-cilər nə deyir? Riyaziyyat nədir?(5a sinif şagirdləri çıxış edir)

1-ci aparıcı:Hamıya məlumdur ki,Riyaziyyat dedikdə insanın ağlına ilk öncə rəqmlər gəlir.Riyaziyyatın əlifbası rəqəmlərdir.(5 a sinif şagirdləri rıqımlərin mübahisəsi)

2-ci aparıcı:İndi isə ,,Gəl ey dostum’’mahnısını dinləyək.



1-ci aparıcı:Riyaziyyat bütün elimlərin şahıdır deyilir.Çünki riyaziyyatı bilməyən nə fizikanı nə kimyanı nə coğrafiyanı bilməyəcək.

2-ci aparıcı:Fənlərin mübahisəsi səhnəsinə tamaşa edək. 1-ci aparıcı:Riyaziyyatçının naxışları rəssam və ya şairlərin ki kimi gözəl olmalı,fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir.Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur (Bertrand Russel) (Nərmin və Lida riyaziyyat haqqında dahilərin fikirlərini söyləyirlər) 2-ci aparıcı:Riyaziyyatın belə bir budağı yoxdur ki nə qədər mücərrəd olursa -olsun,bir gün yaşadığımız dünyada istifadə sahəsi olmasın.(Q.H.Hordi) (5a sinif şagirdləri,Riyaziyyat harada lazımdır). 1-ci aparıcı:Riyaziyyatda ən çox istifadə olunan əməllər toplama,çıxma,vurma və bölmədir ki,məhz bu əməllərə həsr olunmuş Əlağa Kürçaylının “4 əməl “ şeirini dinləyək (5a sinif şagirdləri) 2-ci aparıcı:Riyaziyyata aid daha bir mahnını dinləyək (8b sinif şagirdləri) 1-ci aparıcı:”Fiqurların söhbəti”-buyurun 8b sinif şagirdləri. 2-ci aparıcı:İndi isə sizinlə viktorina keçirəcəyik.Buyurun Aysel və İlahə. 1-ci aparıcı:Bununla da riyaziyyat gecəmiz sona çatdı.Gecəmiz haqqında fikir söyləmək üçün sözü məktəbimizin direktoru Şahin Gənciyevə veririk.
Yüklə 30 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə