Ümummilli lider Heydər Əliyev – 90 157
Tarix və onun problemləri, №2 2013
RÖFƏT QULIYEV
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu,
tarix üzrə fəlsəfə doktoru
E-mail: rofat.quliev@mail.ru
ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN DÖVLƏTÇILIK FƏALIYYƏTINDƏ
GÖMRÜK IŞI MƏSƏLƏLƏRI
Açar sözlər: gömrük, gömrük tarifi, xarici iqtisadi siyasət. beynəlxalq əlaqələr
Ключевые слова: таможня, таможенный тариф, внешнеэкономическая политика,
международные связи
Keywords: soviet customs, customs tariff, foreign-economic policy, the international
communikations
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bir iqtisadi sistemdən digərinə
keçidin ən az məsrəflə transformasiyanı təmin edən iqtisadi strategiyanın hazırlanması həyati
zərurətə çevrildi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında göm-
rük nəzarətinin təmin edilməsi tədbirləri haqqında” 4 sentyabr 1992-ci il tarixli 167 nömrəli
Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sərhədi və gömrük ərazisi müəyyən edildi.
Fərmanda, həmçinin bəyan edilirdi ki, gömrük nəzarəti Azərbaycan Respublikasının gömrük
sərhədindən yüklərin (mallar və digər əşyaların) keçirilməsi yeni qanunlar qəbul edilənə qədər
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, keçmiş SSRİ-nin gömrük məsə-
lələrinə dair qanunvericiliyin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan
müddəalarına uyğun olaraq həyata keçirilsin. Azərbaycan dövləti fəaliyyət göstərə bilən göm-
rük xidmətinin fəaliyyətinin təşkilindən sonra, müvafiq hüquqi aktların və normativ bazanın
yaradılmasına başlanıldı. Əslində, keçmiş SSRİ-dən Azərbaycana xarici ölkələrlə iqtisadi əla-
qələrin hüquqi-normativ əsaslara söykənməyən bir sistemi miras qalmışdı [1, s.77-85].
Belə bir şəraitdə Azərbaycan xalqının tələbi ilə 1993-cü ilin ortalarında Heydər Əliye-
vin yenidən hakimiyyətə qayıdışı ölkədə hakimiyyət böhranının sona çatmasına, siyasi sabitlik
yaratmaqla iqtisadi islahataların həyata keçirilməsinə şərait yaratdı. Bütün çətinliklərə baxma-
yaraq ölkə rəhbərliyi respublikada maliyyə, kredit, vergi və gömrük siyasətinin təkmilləşdiril-
məsinə, onların əlaqəli inkişafına nail oldu.
Sözsüz ki, zəruri hüquqi-normativ bazaya, maddi-texniki resurslara malik və normal
nəzarət funksiyaları həyata keçirməyə qabil gömrük xidmətinin formalaşdırılması üçün müva-
fiq işlər görülməli idi. Lakin 1993-cü ilin ortalarına kimi Azərbaycan Respublikasında yaran-
mış qeyri-sabit ictimai-siyasi vəziyyət, idarəetmə sahəsində hökm sürən hərc-mərclik, tez-tez
baş verən hakimiyyət dəyişiklikləri, eləcə də Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərliyi-
nin səriştəsiz fəaliyyəti nəticəsində milli gömrük xidmətinin təşkilati, maddi-texniki və hüquqi
əsasların kompleks tədbirlər planı işlənilib hazırlanmamışdı. Azərbaycan Respublikasında
köhnəlmiş sovet gömrük qanunvericiliyi və hüquqi-normativ qaydaları hələ də tətbiq olun-
maqda idi. Yaranmış vəziyyət öz işini günün tələbləri səviyyəsində qura bilməyən Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinin gücləndirilməsi və gömrük orqanla-
rında köklü struktur islahatlarının aparılmasını, eyni zamanda maddi-texniki resurslarının ye-
nilənməsini tələb edirdi [2, 176-192].
158 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
Bu cür taleyüklü strateji xəttin hazırlanmasının məsuliyyət yükünü yalnız hərtərəfli el-
mi biliklərə, geniş dünyagörüşə, qətiyyət və cəsarətə malik müdrik şəxsiyyət öz üzərinə götürə
bilərdi. Ümumilli lıider Heydər Əliyev bu tarixi missiyanı öz üzərinə götürərək ölkənin iqti-
sadi inkişafını müəyyən edəcək strategiyanın başlıca konturlarını müəyyənləşdirirdi, dünyanın
sivil dövlətlərinin inkişaf təcrübəsində sınaqdan çıxmış, müsbət nəticələri sübut olunmuş iqti-
sadi inkişaf kursunun Azərbaycan reallığına tam uyğunlaşdırılmış adekvat modelini müəyyən-
ləşdirdi. Bu, birinci növbədə azad sahibkarlıq, müxtəlif mülkiyyət və təsərrüfatçılıq formaları-
nın inkişafına bərabər şərait yaradan, azad iqtisadi rəqabət mübarizəsinə meydan açan sosial
istiqamətli bazar iqtisadiyyatı modeli oldu. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdir-
diyi neft strategiyasının reallaşdırılmasında hər bir müvafiq dövlət orqanının, o cümlədən res-
publika gömrük orqanlarının yeri və vəzifələri dəqiq müəyyən edildi. Bu vəzifələrin yerinə ye-
tirilməsi üçün gömrük orqanlarının normativ-hüquqi, təşkilati və praktiki fəaliyyət tədbirləri
uğurla həyata keçirildi. Ölkədə sabit siyasi vəziyyət yaradıldıqdan sonra çoxsaylı sosial-iqti-
sadi problemlərin həlli istiqamətində ardıcıl işlərin görülməsinə başlanıldı. Bu cür siyasət for-
malaşdıqca, qanunvericilik də inkişaf etdirildi, bu prosesdə təkcə xarici ticarət barədə qanun-
vericilik sahələri yox, həm də xarici ticarətə təsir göstərə bilən sahələr də əhatə olundu. Hey-
dər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkənin ictimai-siyasi həyatında baş verən
dəyişikliklər, sabitliyin bərqərar olması, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə
aparılması, dövlətin iqtisadi strategiyasının milli maraqlar əsasında yenidən qurulmasına şərait
yarandı. Müstəqil Azərbaycan dövlətinin dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşı-
lıqlı faydalı iqtisadi əməkdaşlığı nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdı. 1994-cü
ilin sentyabr ayında Bakıda dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imza-
lanması respublikamızın dünyanın nüfuzlu dövlətlərinin iqtisadi tərəfdaşına çevrilməsi prose-
sinin əsasını qoydu, həmin vaxtdan ölkənin neft strategiyası reallaşmağa başladı.
Lakin 1992-1994-cü illərdə gömrük xidmətinin bütün sahələri kompleks problemlərin
əhatəsində idi. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmi yenicə formalaşırdı. Xid-
mətin maddi-texniki bazası, kadr, elmi-texniki, hüquqi və informasiya təminatı ölkə iqtisadiy-
yatının tələblərinə cavab vermirdi. Gömrük nəzarətinin yeni tələblərə uyğun təşkili bu işə daha
həssas yanaşılmasından asılı idi.
Heydər Əliyev qeyd edirdi ki, gömrük sistemindəki rüşvətxorluq, korrupsiya, oğurluq
halları müstəqil dövlətimizə təkcə iqtisadi zərər vurmamış, eləcə də beynəlxalq aləmdə kövrək
addımlarını atan Azərbaycanın siyasi nüfuzuna da xələl gətirmişdir. 1991-1993 və 1994-cü il-
lərdə Gömrük Komitəsinin bir sıra rəhbər işçilərinin şəxsi maraqları üzündən dövlətə dəymiş
3,8 milyard manat (həmin dövrün qiymətləri ilə) ziyan faktına görə respublika prokurorluğu
tərəfindən gömrük orqanlarının bir sıra rəhbər işçilərinə qarşı cinayət işi qaldırılmışdı [3].
Azərbaycan Respublikası milli gömrük xidmətinin təşkilati əsaslarına dövlətçilik möv-
qeyindən yanaşılmasında Prezidentin “Azərbaycan Respublikası Gömrük Komitəsinin işi haq-
qında” 1995-ci il 9 yanvar tarixli 257 nömrəli Fərmanının mühüm əhəmiyyəti oldu. Fərmanda
göstərilirdi: “Gömrük sistemində yaranmış böhranlı vəziyyət Azərbaycanın iqtisadi əsaslarına
son dərəcə sarsıdıcı təsir göstərir, bazar iqtisadiyyatına keçid dövründə mövcud çətinlikləri da-
ha da dərinləşdirir, xarici iqtisadi əlaqələrin inkişafına ciddi maneçilik törədir. Bunlar gömrük
işinin lazımi səviyyədə təşkil edilməməsindən, korrupsiyanın, rüşvətxorluğun və digər şəxsi
maraqların geniş yayılmasından, Gömrük Komitəsində qanun pozuntularının kütləvi hal alma-
sından irəli gəlir. Bu faktlar Azərbaycanın iqtisadi nüfuzuna xələl gətirməklə vətəndaşlarda
haqlı narazılıq doğurur, respublikaya xarici sərmayə qoyuluşunu çətinləşdirir”. Fərmanda Na-
Ümummilli lider Heydər Əliyev – 90 159
Tarix və onun problemləri, №2 2013
zirlər Kabinetinə tapşırılırdı ki, bir ay müddətində Azərbaycan Respublikasının vahid gömrük
siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizminin hazırlanması ilə bağlı təklifləri və Nazir-
lər Kabinetinin səlahiyyətinə aid normativ aktları hazırlayıb Azərbaycan Respublikası Prezi-
dentinə təqdim etsin [4].
Azərbaycan Gömrük Təşkilatının gücləndirilməsi üçün əsaslı struktur islahatlarının
aparılması və kadr potensialının yeniləşdirilməsi tələb olunurdu. Ulu öndər Heydər Əliyevin
gömrük işi ilə bağlı keçirilən 1995-ci ilin yanvar müşavirəsindəki proqram xarakterli nitqində
söylədiyi tövsiyə və göstərişlər gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas isti-
qamətlərini və prinsiplərini müəyyən etdi. Heydər Əliyev həmin müşavirədəki yekun sözündə
demişdi: “Ona görə də bu müzakirədən çıxarılan əsas nəticə budur ki, biz Azərbaycanda göm-
rük orqanlarının işini kökündən dəyişdirməliyik, sağlam əsaslar üzərində qurmalıyıq. Həqiqi
gömrük orqanları qurulmalıdır. Bu bizim bugünkü dövrümüz və müstəqil Azərbaycanın gələ-
cəyi üçün ən zəruri vəzifələrdən biridir. Elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici iqti-
sadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, xarici əlaqələr-
də, bütün başqa əlaqələrdə müstəqil Azərbaycanın nüfuzunu təmin etsin...” [5].
Bütün bunlar Azərbaycan Respublikası DGK-nın yeni rəhbərliyindən düşünülmüş və
çevik qərarların qəbul edilməsini tələb edirdi. “Biz dünyada müstəqil Azərbaycanın nüfuzunun
qaldırılmasına, iqtisadi inkişafına böyük yardım edən, xarici iqtisadi əlaqələrdə layiqli yer
tuta bilən bir gömrük sistemi yaratmalıyıq” – deyərkən Heydər Əliyev gömrük sisteminin ye-
nidən təşkili və təkmilləşdirilməsi üçün dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə
təcrübə mübadiləsinin aparılmasını, ikitərəfli əlaqələrin qurulmasını, beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq şəraitində işləməyi nəzərdə tuturdu. O, Azərbaycan dövlətçiliyinin möhkəm-
ləndirilməsi vəzifələrinin yerinə yetirilməsində, respublikamızın beynəlxalq aləmdə demokra-
tik, hüquqi və yüksək mənəvi dəyərlərə malik bir ölkə kimi tanıdılmasında gömrük xidmətini
ön cərgədə görmək istəyirdi.
Ulu öndər respublikamıza sərhəddən və gömrük məntəqələrindən gizli yolla keçən qa-
çaqmalçılığa qarşı mübarizəni sərhəd xidməti və gömrük təşkilatının əsas vəzifəsi hesab edə-
rək göstərirdi ki, “qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi
cəhətdən zərbə vuran hallardan biridir... Qeyri-qanuni, yəni qaçaqmalçılıq yolu ilə baş vermiş
hər bir hadisə birinci növbədə Azərbaycanın iqtisadiyyatına zərbə vurur...bizim ölkəmiz Cə-
nubla Şimal, Şərqlə Qərb arasında olan bir ölkədir. Ona görə də bizim sərhədlərimizdən, öl-
kəmizin ərazisindən keçən yollar təkcə Azərbaycanın idxal-ixracı deyil. Ölkəmizin ərazisindən
Şərqdən Qərbə, Cənubdan Şimala və əks istiqamətlərdə də mallar keçirilir. Biz burada da qa-
çaqmalçılığın bütün növlərinin qarşısını almalıyıq, xüsusən, narkotik maddələrin, silah-sur-
satın və cinayət törətmək üçün istifadə olunan başqa malların, ləvazimatların tranzit vasitəsilə
Azərbaycandan keçirilməsinin qarşısını almalıyıq” [6, s. 351, 353].
Heydər Əliyev qeyd edirdi ki, bazar iqtisadiyyatı şəraitində dünyanın başqa ölkələri ilə
münasibətlərin liberallaşması gömrük təşkilatının qarşısında çox böyük vəzifələr qoyur. Bu
sahədə qabaqcıl ölkələrin təcrübəsi yaxşı mənimsənilməlidir. Ulu öndər Azərbaycan gömrüyü-
nün Ümumdünya Gömrük Təşkilatına daxil olmasını müsbət qiymətləndirməklə yanaşı, qeyd
edirdi ki, bundan səmərəli istifadə etmək lazımdır: “Ancaq orada üzvlüklə, yaxud da ki, onla-
rın ayrı-ayrı toplantılarında iştirak etməklə kifayətlənmək olmaz. Siz gərək çalışasınız ki, dün-
ya gömrük təşkilatının bütün imkanlarından istifadə edib Azərbaycan gömrük işçilərinin bilik
səviyyəsini artırasınız” [7].
160 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
1990-ci illərin mühüm hadisələri olan neft müqavilələri, Bakıda Tarixi İpək yolunun
bərpası ilə bağlı Beynəlxalq Konfransın keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi,
habelə TASİS və TRASEKA proqramları çərçivəsində beynəlxalq təşkilatlarla birgə həyata
keçirilmiş irimiqyaslı tədbirlər gömrük xidmətinin əhəmiyyətini bir daha artırmış oldu. Bu
tarixi qərarların icrası gömrük orqanlarının qarşısına böyük məsuliyyət yükü qoydu. Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycanla dünyanın 11 iri neft şirkəti arasında “Əsrin müqaviləsi”-
nin imzalanması müstəqil respublikamıza xarici investisiya axının güclənməsinə gətirib çıxar-
dı. Bununla əlaqədar çevik gömrük-tarif siyasəti yeritmək, gömrük ödənişləri mexanizmini
təkmilləşdirmək tələb olunurdu. Gömrük sisteminin fəaliyyətini istiqamətləndirən mühüm
amillərdən biri də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə Gürcüstan, Uk-
rayna, Azərbaycan və Moldova ilə GUAM adlandırılan dövlətlərarası məşvərətçi qurumun ya-
radılması oldu. Gömrük siyasətinin işlənilib hazırlanmasında aktual məsələlərdən biri də göm-
rük qanunvericiliyinin təkmilləşdirilməsi idi. 1995-ci ildən başlayaraq, Azərbaycan müstəqil
xarici iqtisadi-ticarət əlaqələrini iki istiqamətdə həyata keçirməyə başladı: xarici iqtisadi fəa-
liyyətin məzmun və forma etibarilə yeni sisteminin yaradılması və keçmiş SSRİ-nin xarici iq-
tisadi əlaqələrindəki mənfi tendensiyaların və əngəllərin aradan qaldırılması. Sözsüz ki, xarici
iqtisadi fəaliyyətin yenidən qurulması gömrük işi və gömrük qanunvericiliyi sahəsini də əhatə
etməli idi Bu müddət ərzində Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və “Gömrük
Tarifi haqqında” qanunlar qəbul edildi. Gömrük qanunvericiliyinin inkişafında Prezident Hey-
dər Əliyevin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” oldu. Heydər Əliyev Azərbayca-
nın gömrük xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə əlaqələrini müsbət qiymətləndirirdi.
Azərbaycan DGK MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının üzvü, 1996-
cı ildən isə Beynəlxalq Yol Daşımaları Konvensiyasına qoşulmuşdu. 1995-2003-cü illərdə
MDB məkanına daxil olan ölkələrin əksəriyyəti ilə gömrük işi, qaçaqmalçılıq və gömrük qay-
dalarının pozulmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı. Hey-
dər Əliyevin iqtisadi strategiyasının əsas prioritetləri olan xarici ticarətin liberallaşdırılması,
idxal-ixrac əməliyyatlarına tam sərbəstlik verilməsi respublika iqtisadiyyatında müsbət dəyi-
şiklklərin əsasını qoydu və xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan göm-
rük tariflərinin formalaşması və tətbiqində mühüm rol oynadı. Dünyanın 100-dən çox dövləti
ilə ticarət və iqtisadi əməkdaşlıq qurmaq, idxalın əmtəə strukturunun səmərələşdirilməsi üçün
bir çox dövlətlərlə azad ticarət və iqtisadi inteqrasiya məsələlər üzrə sazişlər bağlandı. Bu sa-
zişlərin bir çoxunda, o cümlədən Amerika, Avropa, Yaxın və Uzaq Şərq ölkələri ilə idxal-ix-
rac əməliyyatlarında güzəştli gömrük vergiləri nəzərdə tutulurdu. Bir sıra postsovet respubli-
kaları ilə Azərbaycana, Azərbaycandan isə bu ölkələrə idxal olunan mallar qarşılıqlı olaraq
gömrük rüsumundan azad edildi. Azərbaycanda gömrük işinin inkişafında TRASEKA nəqliy-
yat dəhlizinin yaradılması ilə bağlı TASİS proqramı çərçivəsində həyata keçirilən tədbirlər
oldu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda gömrük xidmətinin təşəkkülündə nə-
həng fəaliyyəti və rolu haqqında Azərbaycan Respublikasının Fövqəladə hallar naziri, general-
polkovnik Kəmaləddin Heydərov fikirlərini belə ifadə etmişdir: “1997-ci ilin yanvar ayının bu
günlərini xatırlayıram. Ulu öndərimiz Heydər Əliyev o zaman Dövlət Gömrük Komitəsinin
beşinci ildönümü münasibəti ilə keçirilən tədbirdə proqram xarakterli geniş nitqlə çıxış etmiş,
gömrükçülər qarşısında böyük vəzifələr qoymuşdu. Biz fəxr edirik ki, gömrük orqanlarında
çalışan əməkdaşlar məhz bu gündən Ulu öndərin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq,
Ümummilli lider Heydər Əliyev – 90 161
Tarix və onun problemləri, №2 2013
qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirirlər. Bunun nəticəsidir ki, Azərbaycan göm-
rüyü dövlət büdcəsinə daxilolmaların ildən-ilə artmasını həyata keçirir, eləcə də qaçaqmalçı-
lıqla mübarizə sahəsində böyük işlər görür. Mən Dövlət Gömrük Komitəsinə 11 il ərzində rəh-
bərlik etmişəm və buna görə də orda çalışan, demək olar ki, bütün əməkdaşları tanıyır və on-
ların fəaliyyətinə bələdəm. Onların böyük əksəriyyətinin qarşıya qoyulmuş vəzifələri bu gün
də vicdanla yerinə yetirdikləri barədə məlumatım var. Ötən illər ərzində Azərbaycanın gömrük
orqanları geniş beynəlxalq əməkdaşlığa qoşulmuş, çoxsaylı sazişlər imzalamış, beynəlxalq
təcrübəni mənimsəmişlər. Ulu öndərimiz Heydər Əliyev bizə tövsiyə etmiş, göstəriş vermişdi
ki, qabaqcıl ölkələrin təcrübəsinə yiyələnək, bu təcrübəni Azərbaycanda da tətbiq edək. O de-
mişdi ki, bunun səmərəsi böyük olacaq və doğrudan da belə oldu. Bu gün Azərbaycan göm-
rüyü ümumdünya gömrük ailəsində özünə layiqli bir yer tutur. Azərbaycan gömrüyünün bu-
günkü yüksək səviyyəsi, fəaliyyətindəki qayda-qanun, şəffaflıq prinsipləri göz qarşısındadır.
Bütün bu irəliləyişlər bizim gömrük orqanlarında çalışan, yüksək ixtisasa, böyük təcrübəyə yi-
yələnən əməkdaşlar tərəfindən həyata keçirilmişdir” [8].
Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar,
milli maraqlara uyğun gömrük siyasətinin işlənilib hazırlanması bu sahədə dövlət maraqlarını
uğurla müdafiə etməyə imkan yaratdı. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu
prosesinin əsas istiqamətlərindən biri olan mükəmməl gömrük sisteminin yaradılması haqqın-
da prinsipial müddəaları və tövsiyələri konkret olaraq aşağıdakı məsələləri əhatə edirdi:
- Azərbaycanın gömrük xidməti müstəqilliyi təmin edən, onu qoruyan və inkişaf etdi-
rən mühüm dövlət orqanıdır;
- gömrük orqanlarında çalışan əməkdaşlar öz vəzifələrinin nə qədər məsuliyyətli oldu-
ğunu dərk etməlidir;
- gömrük xidməti ölkənin xarici ticarəti ilə sıx bağlıdır. Xarici ticarət əlaqələrinin həc-
mi artdıqca, gömrük xidmətinin fəaliyyətindən gələn gəlirlər də artmalıdır;
- idxal-ixrac əməliyyatlarının iqtisadiyyatımıza zərər vurmaması üçün gömrük xidməti
öz nəzarətini gücləndirməlidır;
- gömrük işçisi bilikli olsun, gərək onun biliyi, təcrübəsi ilə yanaşı müasir texnika və
nəzarət avadanlıqlarını dərindən mənimsəsin;
- gömrük işçiləri Azərbaycan qanunlarına sözsüz əməl etməli, dövlətinə, xalqına və öz
peşəsinə sadiq olmalıdır;
- gömrük işçilərinin öz vəzifələrindən sui-istifadə etməsinə qarşı mübarizə aparılma-
lıdır;
- qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifəsidir. Qaçaqmalçılıq adi bir
cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə iqtisadi cəhətdən zərbə vuran hallardan biridir;
- milli gömrük xidmətinin inkişaf etmiş ölkələrin gömrük xidməti səviyyəsinə çatdırıl-
ması üçün çox iş görmək lazımdır. Dünya təcrübəsini mənimsəməklə gömrükçü peşəsini
Azərbaycanda inkişaf etdirmək lazımdır;
- gömrük məntəqələri dünya standartlarına uyğun texnika və cihazlarla təchiz olunma-
lıdır;
- mənəvi təmizlik, mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət
prinsipləri gömrük orqanlarının hər birində bərqərar olmalıdır.
Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əli-
yev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşdı və inkişaf edərək dövlət müs-
təqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı kompleksə çevrildi. Bu gün Heydər
162 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
Əliyev yolunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə
gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət
mərkəzində saxlayır. Respublikanın ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının geniş-
lənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması Azərbaycanın beynəlxalq iqtisadi siste-
mə inteqrasiyasını gücləndirir. Son iyirmi ildə Azərbaycanda uğurlu gömrük siyasətinin təməli
qoyulmuş, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının
möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu ad-
dımlar atılmışdır. Bu gün Azərbaycan Respublikasının gömrük xidməti orqanları ölkənin iqti-
sadi qüdrətinin artırılmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında, Prezident
İlham Əliyevin davamlı iqtisadi inkişaf kursunun həyata keçirilməsində fəal iştirak edir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən məntiqi siyasətinin nəticəsi kimi gömrük xidmə-
ti sisteminin keyfiyyətcə yüksəlişini nəzərdə tutan tədbirlər yeni tarixi şəraitdə də davam et-
dirilməkdədir.
ƏDƏBIYYAT
1.Quliyev R. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin həyata keçirilməsində
gömrük xidmətinin rolu (1992-2002) //Pedaqoji Universitet Xəbərləri. Humanitar elmlər
seriyası, 2010, № 3, s.77-85.
2.Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik. Bakı: “Elm”, 2007. - 220 s.
3.Azərbaycan, 19 yanvar 1995, №13 (1030).
4.“Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı”, 31 yanvar 1995-ci il, № 1-2, maddə 29.
5.Respublikada gömrük işi sahəsində ciddi qayda yaratmalı. Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin yekun sözü // “Azərbaycan”, 1995, 11 yanvar, №7 (1024).
6.Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Çıxışlar, nitqlər, bəyanatlar, məktublar. 8-ci kitab.
Bakı: Azərnəşr, 1998. - 480 s.
7.Əliyev Heydər. Müstəqil Azərbaycanın gömrük orqanlarının beşinci ildönümü münasibətilə
keçirilən təntənəli yığıncaqda nitqi // “Gömrük xəbərləri”, 10 fevral, 1997-ci il.
8.“Gömrük xəbərləri”, 2007, 30 yanvar, № 3.
РОФАТ ГУЛИЕВ
Институт Истории имени А.А.Бакыханова НАНА,
доктор философии по историческим наукам
ВОПРОСЫ ТАМОЖЕННОГО ДЕЛА
В ГОСУДАРСТВЕННОЙ ДЕЯТЕЛЬНОСТИ ГЕЙДАРА АЛИЕВА
В статье подробно рассматривается процесс осуществления экономической стра-
тегии Азербайджанской Республики разработанной общенациональным лидером Гейда-
ром Алиевым. Автор анализирует развитие внешнеэкономических отношений в кон-
тексте усиления государственного надзора над экспортно-импортными операциями и
формирования национальной таможенной службы, основной задачей которого, является
обеспечение экономической безопасности страны.
Ümummilli lider Heydər Əliyev – 90 163
Tarix və onun problemləri, №2 2013
ROFAT GULIYEV
Institute of History named A.A.Bakyhanova ANAS
PhD in historical sciences
PROBLEMS OF CUSTOMS WORK
IN THE HEYDAR ALIYEV'S STATEHOOD ACTIVITIES
In this article is shown completely the process of realization of the economic strategy
of Azerbaijan Republic which it is formed by national leader Heydar Aliyev. Author analyze
the development of the external economic relation in this context for the increasing state
central about export-import operation and the forming of national customs services, the
principal problem which is to provide economic security of the country.
Rəyçilər: t.e.d.Ə.Qasımov, t.e.d.R.C.Süleymanov
AMEA A.A.Bakıxanov adına Tarix Institutunun “Əliyevşünaslıq” şöbəsinin 20 fevral 2013-cü
il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №23)
Dostları ilə paylaş: |