Roma imperatorları Tiranlıq və əxlaqsızlıq Layihə Azər qaramanli



Yüklə 46,21 Kb.
tarix15.03.2018
ölçüsü46,21 Kb.
#32580

Roma imperatorları - Tiranlıq və əxlaqsızlıq – Layihə
Azər QARAMANLI
Romanın ilk tanrı-imperatoru - Oktavian Avqust
«O, məxmər qutuda olan kövrək brilliant kimi adamlara təsir göstərirdi».

Mark Tuliy Siseron. Qədim Roma siyasətçisi və filosofu


«Azadlıq və demokratiya ağıllı adamlar üçündür.

Qay Mesenat. Qədim Roma dövlət xadimi, sənətçilərin hamisi


«Yavaş-yavaş tələs»

Oktavian Avqust Sezar. Birinci Roma imperatoru


Eramızdan əvvəl 40-cı ildə iki yeniyetmə Romanın məşhur kahinlərindən olan Teaqanın yanına gəlir. Yeniyetmələrdən biri öz qoroskopunu öyrənmək istəyir. Məşhur astroloq ikinci yeniyetəmənin də qoroskopuna baxmaq istəyini dilə gətirirkən yeniyetmə etiraz edir. Buna baxmayaraq dostunun israrı ilə doğum tarixini astroloqa söyləyir. Teaqan yeniyetmənin qoroskopuna baxdıqdan sonra onun qarşısında diz çökür…
Yeniyetmələrdən bir Romanın ilk imperatoru Qay Oktavian Avqust, digəri isə onun uşaqlıq dostu Mark Aqrippa idi…
Hər halda əfsanədə belə deyilir…
Sezarın qətli Romanı yenidən yaradır
Eramızdan əvvəl 44-cü il aprelin 15-də Romadan gələn yorğun kuryer Makedoniyanın kiçik liman şəhəri olan Apollanidə gəmidən enib gənc Qay Oktavianın evinə doğru yollandı. Kuryer uzun bir yol gəlmişdi. Romadan Brundiziyaya qədər olan yolda atının bağrını çatladan kuryer burdan gəmiyə oturaraq vacib xəbəri Apollonidə hərb taktikalarını və fəlsəfəni öyrənən gənc Oktaviana çatdırmaq üçün tam 1 ay yol gəlmişdi.
Kuryerin gətirdiyi məktubda anası Atiya və atalığı Marçiy Filipp Qay Yuli Sezarın martın 15-də sui-qəsdlə öldürüldüyünü və Sezarın Senatda açıqlanan vəsiyyətnaməsində Oktavianın varis elan etdiyini xəbər verirdilər. Buna baxmayaraq anası Atiya Romada və bütün imperiyada qarışıqlığın olduğuna diqqət çəkərək israrla Oktaviandan Romaya dönməməyi xahiş edirdi.
Senatın giriş qapısında öldürülən böyük Roma fatehi Qay Yuli Sezar Qay Oktavianın anasının dayısı idi. Vəsiyyatnamə elan olunarkən məlum olmuşdu ki, Romada çoxlarının tanımadığı Oktavian adlı birisi böyük Sezarın varisidir. Sezar vəziyyatnaməsində bacısının nəvəsini oğulluğa götürür və varisi elan edirdi.
Anasının Romaya dönməməsi üçün yalvarmasına baxmayaraq Oktavian mirası qəbul etmək qərarına gəlir. Üç gün sonra o, sürətlə Neopala doğru yola çıxır.
Oktavian Roma döndüyü zaman imperiya bir neçə yerə parçalanmışdı. Romada hakimiyyəti Yuli Sezarın sağ əli Mark Antoni ələ keçirmişdi, əyalətlərdə isə Sezarın qatilləri Mark Brut, Qay Kassi, Deçim Brut, Luçi Çimber möhkəmlənmişdilər.
Oktavian hakimiyyət uğurunda savaşa başlayır
Gələcəyin böyük imperatoru ilk dəfə Senatın qarşısınna çıxarkən senatorlar qarşılarında kürən saçlı, arıq və orta boylu yeniyetmə gördülər. Böyük Yuli Sezarın varis elan etdiyi 19 yaşlı bacısı nəvəsi daha çox qadına bənzəyirdi. Sonradan vətəndaş müharibəsi illərində Mark Antoni onu homoseksualist adlanddırıb lağa qoyacaqdı.
Buna baxmayaraq yeniyetməninin açıq və zəhmli baxışları senatorlara təsir edir. Bütün aurası ilə yeniyetmə ətrafına qəribə özünəinam şuaları yayır. İlk görüşdən sonra gələcək imperatorun hamisinə çevrilən məşhur Roma filosofu və natiqi Siseron Oktavianı belə xarakterizə etmişdi: «O məxmər qutuda olan kövrək brilliant kimi adamlara təsir göstərirdi. Məlumdur ki, brilliant nə qədər kövrək görünsə də, ondan möhkəm heç nə yoxdur. Qay Oktavian nə qədər kövrək görünsə də, bir o qədər möhkəmdi».
Senat qarşısında çıxış edən Oktavian elan edir ki, Sezarın son iradəsini həyata keçirəcək və onun qatillərindən intiqam alacaq. Sezarın legionlarının veteranları onun çağırışına səs verib ətrafına toplanırlar. Oktavian ilk olaraq Mark Antonidən Sezarın ona miras buraxdığı pulları tələb edir. Bunun cavabında isə Mark Antoni gülərək bildirir ki, o həmin pulları senatorlara rüşvət verib ki, Roma senatı Sezarın tərfdarlarını müdafiə etsin.
Mark Antoninin pulu qaytarmaqda imtina etməsinə baxmayaraq, Oktavian mülklərini sataraq hər bir Roma vətəndaşına 300 sestersi paylayır. Sezarın vəsiyyətində Oktaviana belə buyurmuşdu və bununla Oktavian sübut edir ki, Mark Antonidən fərqli olaraq o, Sezarın vəsiyyətinə sadiqdir.
Bundan sonra o, iflas etdiyini elan edərək Mark Antonini Romanın məhsuldar və varlı əyalətlərini Sezarın qatillərinin ixtiyarına buraxmaqda ittiham edir. Sisseron Senatda Oktavianın tərəfini tutuduqdan sonra Mark Antoni məcburən Qalliyanın idarəsini artıq xalq arasında məşhurlaşan Oktaviana verməli olur.
İlk addımda siyasi oyunların ustası kimi özünü təqdim edən 19 yaşlı Oktavian Qalliyanı aldıqdan sonra Mark Antoninin legionerlərinə yüksək mükafat sözü verərək ona qoşulmağa çağırır. Mark Antoninin legionerlərinin bir qismi ona qoşulduğunda isə o, elan edir ki, o, hərbi qüvvəsindən Senatı Mark Antondən qorumaq üçün istifadə edəcək. Mark Antoni Sezarın qatillərindən biri olan Deçim Bruta qarşı müharibə elan etdikdə isə Oktavian Senatı Brutun tərəfinə kesməyə məcbur edir.
Bir ildən sonra o, Deçim Bruta, Mark Bruta və Qay Kassiyə qarşı vuruşda məğlub olarkən onu məğlubiyyətdən köməyə gələn Mark Antoni xilas edir. Tam məğlub olan Deçim Brut, Mark Brut və Qay Kassi intihar edirlər. Oktavian Sezarın qatillərinin başını kəsib Romaya göndərir. Onların başlarını Sezarın heykəlinin ayaqları altına atırlar. Beləliklə Sezarın qatilləri ölür və dolayısı ilə Oktavian sözünü tütmüş olur. Oktavian və Mark Antoni Romaya triumviator olaraq girirlər. Senat hakimiyyəti onların arasında bölərək hər ikisini uzun müddətə diktator səlahiyyətləri ilə konsul seçir.
Amma Mark Antoni köməyə gəlməsəydi, gələcək imperatorun taleyi müəmmalı olacaq və Oktavian söz verdyii kimi Sezarın qisasını ala bilməyəcəkdi. Həmin döyüşdə həlak olan iki Roma konsulunun isə məhz Oktavianın gizli əmri ilə öldürülməsi ilə bağlı Romada uzun müddət şayiələr dolaşır.
İmperatorluğa gedən yol
Sezarın hakimiyyətinin göydən onun qucağına düşdüyündən əmin olan Mark Antoni özünü böyük siyasət ustası kimi göstərməsinə baxmayaraq hələ də 20 yaşlı Oktavianı uşaq hesab edir. Artıq Siseronla Oktavianın yollarıda aylıb. Siseronun siyasi planları ilə Oktavianın siyasi planları arasında yerlə göy qədər fərq var. Digər tərəfdən Mark Antoni özünün əsas rəqiblərindən biri olan Ssiseronun qətlini israrla Oktaviandan tələb edir. Artıq Siserona ehtiyacı qalmayan Oktavian Siseronu müdafiə etməkdən imtina edir.
Sezarın veteranlarını ətrafına toplayaraq hərbi gücünü artıran Oktavian həmçinin Romanın ayrı-ayrı patrisiləri də ətrafına toplamaqda davam edir. O hər kəsə bir şeylər vəd edir və tezliklə Mark Antonini Romadan qaçmağa məcbur edir. Misirə gələn Mark Antoni burda kraliça Klepatra tərəfindən imperator kimi qəbul edilir. Tədricən eyş-işrət içində Antoni Romanın problemlərini unudur. Gözəl Klepatranın ağuşunda o doğurdan özünü imperator kimi hiss edir. Daha doğrusu Misir fironu, ya da İran şahı kimi.
Klepatra bütün gücü ilə Antonini yanında saxlamaq istəyir. Antoni onun üçün həm Roma taxtına gedən yol, həm də Misirin təhlükəsizlyidi. Elə ona görə firon Antonini özünə evləndirir. Gözəl Misir kraliçası ilə evlənmək üçün Mark Antoni daha əvvəldən siyasi məqsədlə evləndiyi Oktavianın bacısı Oktaviyadan boşanır. Amma tarixin istehzasındanmı, Mark Antoni qədim Misirin bütün ehtişamını yox edən və gözəl seksul firon Klepatra ilə birlikdə qədim Misiri sözün həqiqi mənasında öldürən romalı rolunu oynayır.
Mark Antoninin Misir fironu kraliça Kleopatra ilə münasibətlərini önə sürürək öz hakimiyyət şərikini vətən xaini elan edir. O Senatda Mark Antoninin vəsiyyatnaməsini oxuyur. Vəsiyyatnamədə Mark Antoni Sezarın Kleopatradan doğulan oğlu Sezarionu Roma imperatorluğuna varis olaraq göstərir, özünün Kleopatradan olan oğlanlarına isə digər Roma vilayətlərini verir. Bütün senat bir-birinə dəyir və Mark Antoni vətən xaini elan olunur. Edamdan qaçmaq üçün Mark Antoninin senator tərəfdarları Romadan qaçırlar.
Oktavian Romanın bütün gücünü toplayıb vətən xaini elan etdiyi və Romanı Kleopatranın ağuşuna satan Mark Antoninin üzərinə gedir. Mark Antonindən sonra bütün Roma imperiaysı onun olacaqdı…
Mark Antoninin legionları gözəlçə Klepatranın ağuşunda sərxoş yatan sərkərdəni tərk edib Oktavianın qərargahına qaçırlar. Bir zamanlar uşaq hesab etdiyi Oktaviana son döyüşü belə verə bilməmək Antonini qəhr edir.
Mark Antoninin intihar etməkdən savayı yolu yoxdur. Hər halda onun, bir zamanlar Romanı idarə edən birisinin Romaya rəzil əsir kimi aparılmasından söhbət belə ola bilməzdi. Mark Antoni özünü qılınsının üstünə yıxaraq intihar edir.
Oktavian Kleopatraya həyat bəxş edəcəyini bildirsədə, kraliça zəhər içərək özünü öldürməyə qərar verir. Çünki ətrafda gəzən söz-söhbətlərə görə trimviator olaraq Romaya girəcək olan Oktavian onu arabasının arxasnca qəfəsdə sürütləyərək bütün Romanın qarşısında rəzil etməyə planlaşdırır.
Ölümdən qurtulmaq üçün Mark Antoninin oğlanları, (həmçinin Kleopatradan olanlar), Yuli Sezarın abidəsinə sığınırlar. Oktavianın əmri ilə uşaqların hamısının boynunu vururlar. Yuli Sezarın Klepatradan olan oğlu Sezar Həbəşistana qaçmaq istəsədə, yeniyetməni yolda tuturlar. Oktavian Sezarın oğlunun edam olunmasını əmrini verir. Sezarion onun qarşısında diz çöküb yalvarmasına baxmayaraq, Oktavian sonralar tez-tez söylədiyi məşhur kəlamını söyləyir: «Sən ölməlisən».
Bununla da Misir fironlarının sonuncu nümayəndəsi öldürümüş oldu və Oktavian Misir dövlətini ləğv elədi. Bundan sonra Misir Oktaviana bir başa tabe olan Roma əyaləti olacaqdı.
Tanrının seçdiyi - Avqust Sezar
Mark Antoninin öldürülməsindən sonra Roma imperiyasında 17 il sürən vətəndaş müharibəsi eramızdan əvvəl 27-ci ildə sona çatdı. Oktavian bütün rəqiblərini yenərək yanvarın 13-də Romaya trimvuator olaraq döndü. Senatdakı çıxışında o özütün diktator səlahiyyətlərindən imtina edərək Respublikanınıny enidən bərpa olunduğunu elan etdi.
Əslində isə bu bir oyundu. O əlində olan sonsuz hakimiyyətdən imtina etməyi düşünmürdü belə.
Oktavian sözünü bitirər bitirməz onun yaxın silahdaşı Qay Mesenat irəli çıxaraq Avqusta etiraz etdi: «Azadlıq və demokratiya ağıllı adamlar üçündür. Vətəndaş müharibəsi göstərdi ki, romalılar heç də ağıllı deyillər. Bu insanlara azadlıq vermək uşağın, ya da dəlinin əlinə qılınc vermək kimi bir şeydir».
300 il əvvəl monarx hakimiyyətindən imtina edən Senat rəsmən Oktavianı imperator elan etməsə də, onun sonsuz hakimiyyətini tanıyır. Yeni imperatora prinseps (birinci senator) titulunu verirlər. Bundan başqa Oktaviana bundan əvvəl ancaq tanrılara şamil olunan «Avqust» (xeyir paylayan) ünvanını verirlər.
Bununla da Oktavian faktiki olaraq tanrı elan olundu və onun hakimiyyətinin sonsuzluğu və mütləqliyi bu yolla təsdiqləndi. Bundan sonra bütün Roma imperatorları özlərini bu yüksək titulla, Sezar Avust titulu mükafatlandıracaq və adətən sonsuz hakimiyyətdən dəli olacaqdılar…
Buna baxmayaraq Oktavian senatorların təklifini rədd edir və hakimiyyətdən imtina edir. Ancaq Roma xalqı Palatin sarayının qarşısına toplanaraq onun qarşısında diz çöküb hakimiyyəti qəbul etməyi istədikdən sonra Oktavian bütün titulları və hakimiyyət rəmzlərini qəbul edir. Müasirləri bunu onun usta siyasətçi və ikiüzlü olması ilə əlaqələndirirlər.
Avqustun yaratdığı dövlət quruluşu 300 ildən artıq yaşadı və hüquqi cəhətdən Roma imperiyası respublika adlansa da, prinsnepslərin hakimiyyətinin sonsuzluğu tarixi dəhşətə gətirdi…
Hökmdar sözündən qorxan tanrı-imperator
Sezardan fərqli olaraq bağışlamağı sevməyən Avqust Roma imperatorları arasında ən az qan tökən və əxlaqsızlıq girdabına ən az yuvarlanan imperator kimi tarixə keçib. O heç bir zaman ona hökmdar deyə müraciət edilməsinə icazə vermirdi. Elə bil ki, bu sözdən qorxurdu. Hətta bir dəfə teatrda kütlə qarşısında ona hökmdar, deyə müraciət edən aktyoru edam belə etdirmişdi.
Avqust sələflərindən fərqli olaraq ədalətli olmağa çalışırdı. Vaxtının çoxunu məhkəmə çəkişmələrində keçirir, Romanın baş hakimi olaraq ədalətli qərarlar verməyə cəhd edirdi.
Bir dəfə varisi və oğulluğu Tiberi onun haqqında pis danışdıqlarından qəzəbləndiyi zaman Avqust ona etiraz etmişdi: «Fikir vermə Tiberi. Vecinə də alma. Əgər kimsə mənim haqqımda pis sözlər söyləyirsə, qoy söyləsin. Əsas odur ki, onlar mənə heç bir şey edə bilməz. Amma mən edərəm».
Hakimiyyəti dövründə onun adına tikilən çoxlu sayda məbədlərə getməsə də, bu məbədlərin tikilməsinə etiraz etmir və onu tanrı elan edənlərə böyük bəxşişlər verirdi. Avqustun qeyri-rəsmi olaraq mədəniyyət naziri rolunu oynayan və bu bu gun adı xeyirxahlıq və humanizmin sinonimi kimi bilinən Qay Mesenat məhz bu yolla, Avqusta ifrat yaltaqlığı sayəsində inanılmaz sərvət sahibi olmuşdu.
Buna baxmayraq öz fikirlərini söyləyənlərə qarşı Avqust repressiya tətbiq etmirdi. Ancaq həddini aşanlara sadəcə üç kəlmə söz deyirdi: «Sən artıq ölməlisən».
Əxlaq dəyərlərini itirən Roma
Avqusta qədər bir zamanlar kifayət qədər mühafizəkar olan Roma cəmiyyətində qədim əxlaq normaları artıq tənəzzülə uğramışdı. Artıq eramızdan əvvəl 100-ci ilin başlanğıcından Roma cəmiyətinin ali zümrəsi olan patritstlərin həyat tərzi demək olar ki, heç bir əxlaq dəyəri tanımırdı. Pleybeylərdən isə daqışmağa belə dəyməzdi. Bu daha çox Romanın qüdrətinin gətirdiyi özünəarxayınlıq və quldar patritsilərin həddindən artıq varlanması ilə əlaqəli idi.
Buna baxmayraq Avqust Roma imperatorları içində ən əxlaqlı imperator olaraq bilinir. Hələ ilk gənclik illərində Romaya hakimiyyət arxasınca gəldiyi zaman rəqibləri onun qadına bənzəməsini lağa qoyur və ona açıqcasına homoseksualist deyirdilər. (Yunan cəmiyyətindən fərqli olaraq homoseksualizm Romada pozğunluq olaraq dəyərləndirilirdi).
Gənc Oktavian adətən rəqiblərinin atmacalarına susqunluqla cavab verir və pozğunluğunu inkar etmirdi. Rəqibləri isə onu hələ yeniyetməykən Sezarla yatağa girməkdə və buna görə onun varisi olduğunu iddia edirdilər. Daha sonra isə yeniyetmə Avqustun pul qarşılığında kişilərlə yatağa girdiyi iddia olunurdu. Hətta yeniyetəmə Oktavianın pozğunluğu haqqında Roma teatrında səhnələr belə göstərilirdi.
İmperator hakimiyyəti qazandıqdan sonra isə Avqust sanki acıq çıxırmış kimi ətrafındakı insanların hər birinin qadını ilə yatağa girirdi. Hətta yatdığı qadınlardan ərlərinin sirrlərini belə öyrənirdi. Ona görə ətrafındakılar çalışırdılar ki, ya Avqustdan heçnə gizləməsinlər, ya da arvadalarından strrlərini qorusunlar.
Adətən Avqust qadınları ziyafət zamanı ərlərinin gözü qarşısında öz otağına aparır, sonra isə qadınla birlikdə geri qayıdırdı. Bəzən qadınları döyür və onların üzündəki qızartılar bunu açıq şəkildə göstərirdi. Daha çox keflənəndə, ya da şənlənədə əyanlarının qadınlarını hərraca çıxarır və ən çox pul verənə həmin qadını satırdı. Bəzən isə zorla hansısa qadına görə hansısa yaxınından bir sərvət tələb edirdi.
Heç kəs onun əmrinə qarşı çıxmağı ağlına belə gətirmirdi. Çünki həmin şəxs səhərisi gün intihar etmək əmrini alacaq və onun bütün sərvəti imperatorun xəzinəsinə keçəcəkdi.
Avşustun ən sirrli ziyafəti isə «12 tanrının ziyafəti» adlanırdı. Bu ziyafətlərdə Romanın ən sayılan və patrisiləri və onların xanımları tanrı və tanrıça qiyafəsində stollara uzanır və Apollon (eşq tanrısı) qiyafətində olan Avqust onları zorlayırdı. Bəzi özünə hörmət edən Roma patrisiləri bu ziyafətə dəvət aldıqları zaman intihar etməyə üstünlük verirdilər. Romada Avqustun pozğun ziyafətləri haqqında şerlər yazılır və dildən dilə gəzirdi.
Yaşlandığı zaman isə daha gənc qızlara həvəs göstərməyə başlamışdı. Ona gənc qızları adətən arvadı Liviya gətizdirirdi. Bununla o uzun müddət Avqustun yanında qalmağı başarmış, hətta birinci ərindən olan oğlu Tiberini Avqustun ölümündən sonra hakimiyyətə gətirə bilmişdi.
Avqustun ən böyük əyləncələrindən biri isə qumar olub. Bəzən Avqust aşıq ataraq arvadının onun üçün gətizdirdiyi yeniyetmə qızları qumara qoyur və uduzduğu zaman qızlar qul oldaraq həmin patrisiyə verilirdi.
Avqustun qızı və nəvəsi (hər ikisinin adı Yuliya idi) Romada pozğunluqla ad çıxarmışdılar və onların ifrat pozğunluğundan utanan Avqust onları lənətləyərək Romadan sürgün etmişdi. O sürgündə qızlarına şərab verilməsini yasaqlamış və onların yaşadıqları adada kişilərin yaşamasını qadağan etmişdi.
Romanın qızıl dövrü
Avqustun 46 illik mütləq hakimiyyəti Romanın qızıl dövrü də hesab olunur. O uzaqgörən və ehtiyatlı, doğru zamanda doğru qərarları verməyi başaran bir siyasətçi idi. Özünün bir kəlamını həmişə təkrar edirdi: «Yavaş-yavaş tələs». O siyasətdə həmişə bu devizinə riayət edirdi.
O uzun zaman yaşadı. Ölürkən 77 yaşı vardı. Ölümündən sonra tarixçilər üç böyük uburunu qeyd edirdilər.
Birinci, 19 yaşlı gənc ikən vətəndaş müharibəsi içinə girən Romanı xilas etməsini. 17 illik mübarizədən sonra Avqust nəhayət dövlətin birliyini təmin edə bilmişdi.
İkinci, de-yure olaraq Respublikanı saxlasa da, mütləq hakimiyyət əldə etməsini. Avqust demək olar ki, heç bir hüquqi statusu olmadan dünya imperiyasını idarə edirdi və prinsepsin mütləq hakimiyyəti faktiki olaraq onun nüfuzu və iradəsi üzərində təşəkkül tapmışdı. O özünü adətən «dövləti qoruyan əsgər» adlandırırdı.
Üçünsü, ən böyük uğuru isə, Romanın sərhədlərini daxilində əmin-amanlıq və sülh yaratmasıydı. Onun 46 illik hakimiyyəti dönəmində Roma heç bir qonşusu ilə müharibə etmədi və Roma tarixində ilk dəfə yarım əsrlik bir dönəmi müharibə aparmadan yaşadı. Elə buna görə də onun hakimiyyət dönəmi «Qızıl dövr» adlandırılırdı.
“Tanrı”nın ölümü
Avqustun oğlu yox idi və arvadının birinci ərindən olan oğlu Tiberini mirasçısı elan etmişdi. O Tiberinin sevmirdi amma arvadı Livtyanın onun üzərində olan təsiri Tiberinin hakimiyyətə gedən yollarını açmışdı.
O eramızın 14-cü ilində avqustun 19-da Neapol yaxınlığındakı Noll şəhərciyində yay istirahəti zamanı birdən-birə xəstələnib öldü. Arvadı Liviya yaşadıqları villanı legionerlərlə mühasirəyə aldıraraq bir neçə gün onun ölumunu gizli saxladı. Yalnız oğlu Tiberi Nolla gəldikdən sonra prinsepsin ölüm xəbəri Senatda elan olundu. Elə həmin gün Tiberi Senat tərəfindən yeni prinseps elan olundu.
O Romada özünü imperator elan etmək niyyəti ilə çevriliş hazırlayan Katalinanın edam olunduğu gün doğulmuşdu və ölürkən Romada tam mütləq hakimiyyət formalaşdırmışdı.
Ölümündən sonra Senat onu bir daha tanrı elan etdi…
Yüklə 46,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə