Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   ...   5   6   7   8   9   10   11   12   13

68 / 

Roman kimi hekayə 

 

Elcan içəri girən tək onun boynunu qu-



caqladı və “Bilgə sağdır”, − dedi. Elcanın da 

gözlərində,  sanki  qığılcım  parladı.  Sevinc-

dən gözləri yaşardı. Bax, insan bu idi. Əmi-

nəm ki, beş min il öncə də insan bu cür sevi-

nir, bu cür qəhərlənirdi. Və ən bəsit insan da 

eyni şəkildə sevinir, ən intellektual insan da. 

Fərq  sadəcə  onda  idi  ki,  min  illər  bundan 

öncə  yaşamış  ən  bəsit  insanın  gözündən 

axan  sevinc  yaşı  ilə  indiki  insanın  gözyaşı 

arasında beş  min illik fərq var. Sadəcə, bu 

idi fərq. Bu, riyakarlıq da olsa, belə idi, hə-

qiqət də olsa belə....  

 “Bu, bu ola bilməz”, − deyə Elcan bo-

ğuq səslə dilləndi. – “Bunu necə öyrəndiniz, 

o hardadır?”  

Bu  sualdan  sonra,  sanki  Aycan  xanım 

da  məndən  bunu  soruşmadığını  xatırladı. 

Gözlərində  sual işarəsi mənə tərəf çevrildi: 

“Doğrudan da, bunu sən necə bildin axı?”  

Özümü  az  qala  suçlu  kimi  hiss  etdim. 

Bütün bu düşüncələr içində nədənsə özümü 

həm də mağmın adam kimi görürdüm. Ne-




Roman kimi hekayə

 / 69 


 

cə ola bilər ki, neçə illərdir bunlar arasındakı 

sevgini  hiss  etməmişəm?  Dünyanın  o  biri 

başında cəngəlliklərin arasında yaşayan bir 

adamı  tapmağıma  baxmayaraq,  hər  addı-

mında  yanında  olduğum  qadının  Elcanla 

olan sevgisindən xəbərsiz idim. Amma eyni 

zamanda bir fikir də məni rahat buraxmırdı. 

Əgər  bu  həqiqətən  də  belə  idisə,  o  zaman 

bunlar niyə belə  sevinirdilər  ki?  Elcan  mə-

nim hər  şeyi  bildiyimdən  xəbərsiz  olsa  da, 

Aycan bilirdi axı... Niyə özünü bu cür rahat 

aparırdı.  Zərrə  qədər  də  utanmamışdımı 

məndən? Gah Elcanın, gah da Aycan xanı-

mın gözlərinə baxa-baxa qalmışdım.  

– Orxan, səninləyəm, onu necə tapdın?  

Bir az da ucadan səslənən bu cümlə mə-

ni  özümə  qaytardı.  Hadisəni  təfərrüatı  ilə 

danışmağa həvəsim qalmamışdı. Hər şeyin 

bitdiyi nöqtədə idim. Bundan sonra Aycan 

o ümidsiz qocanı görsə nə olacaqdı, görmə-

sə nə olacaqdı?   

Halbuki mənim Bilgəni tapmağım təsa-

düf olsa da, ağıllı-başlı bir macəra idi. Mek-




70 / 

Roman kimi hekayə 

 

sikadakı  “Tanrı  evi”nin  açılışı  zamanı  bir 



yerli mənə sivilizasiyaya bələd olmayan qə-

bilə haqqında danışdı. Onun sözlərinə görə, 

o qəbilə bu gün də dünya sivilizasiyasından 

uzaq  imiş.  Qəbilə  insanları  heç  bir  yeniliyi 

qəbul etməmiş, min illər bundan öncə yaşa-

dıqları  kimi  həyat  sürməyə  üstünlük  ver-

mişdilər.  Eşitdiklərim  mənə  maraqlı  gəldi. 

Ora  getmək  istədiyimi  bildirdim.  Həmin 

adam məni oraya aparmağa söz verdi. Kən-

də gedib çıxmağımız düz iki günümüzü al-

dı. Yolun yarısından çoxunu piyada yeridik. 

Vertolyotla  getməyimizə  də  razı  olmadı. 

Çünki onların yaşadığı əraziyə prezidentin 

sərəncamı ilə heç bir elektron, mexaniki va-

sitə  girə  bilməzdi.  Turistlərə  də  oraya  get-

mək qadağan idi. Lakin “Tanrı evi”nin pə-

rəstişkarı olan o şəxs mənim üçün özəl izin 

ala bilmişdi.  

Biz kəndə çatanda bir kişinin odun yığ-

dığını gördük. O bizi görmürdü. Öz-özünə 

zümzümə edirdi. Qulaqlarıma inana bilmə-

dim. O, “Apardı sellər Saranı” xalq mahnı-




Roman kimi hekayə

 / 71 


 

sını  oxuyurdu.  Az  qaldım  ki,  bağıram.  Bir 

anlıq  bu  camaatın  bizim  soykökümüzdən 

olduğunu  deyərək  insanları  çağırıb  bura 

yığmaq keçdi ürəyimdən. Bu dəm səs kəsil-

di. O, bizi gördüyü üçün dayanmışdı. Am-

ma hələ də öz işində idi.  

Mən ona sarı qaçdım... Görən kimi tanı-

mışdım. Uzun illər keçməsinə,  xeyli dəyiş-

məsinə, həyatda bir dəfə də olsun yaxından 

görmədiyimə baxmayaraq, tanımışdım. Əs-

lində, yaxşı olardı ki, bu hadisəni  oxuculara 

danışanda  bir  az  sentimentallıq  edəydim. 

Lakin düşünürəm ki, onu görən kimi tanıdı-

ğıma inanacaqsınız.  

İndi də Aycanla Elcana bir kənddə təsa-

düfən rastlaşdığımızı və onu görən kimi ta-

nıdığımı  dedim.  Heyrətləndilər,  amma 

inandılar.  

− Ucadan salam verdim öncə. O isə dö-

nüb  bizə  baxdı.  Ona  yaxınlaşıb,  qucaqla-

dım.  Qeyri-ixtiyari  o  da  məni  qucaqladı. 

“Kimsən, nəçisən, burda nə edirsən?” – de-

mədim.  Sadəcə  kefini  soruşdum,  görüşdü-




72 / 

Roman kimi hekayə 

 

yümüzə  şad  olduğumu  bildirdim.  “Uzaq 



diyarda yerlimi tapmağım mənim üçün xoş 

təsadüfdür”, − dedim. Əvvəlcə Bilgə mənə 

dərin-dərin baxdı. Sonra gülümsünüb əlimi 

sıxdı.  Məni  gətirən  yerli  sakin  mat-məəttəl 

qalmışdı.    Elə  o  andaca  ondan  bir-iki  gün 

burda qalmağıma kömək etməsini xahiş et-

dim. Nə edəcəyini bilməyən Bilgə razılaşdı. 

Onun üçün də gözlənilməz və təəccüblü idi 

bu görüş. Mən yerli adamla sağollaşıb ayrıl-

dım.  Sonrasını  isə  lap  əvvəllərdə  danışmı-

şam. Yəqin sizə də maraqlıdır ki, onu görən 

kimi necə tanıdım. Bu, qəribə bir duyğudur. 

Necə ki Nizami Gəncəvinin tədqiqinə kön-

lünü  vermiş  bir  araşdırmaçı  bütün  ömür-

boyu xəyallarında onun Azərbaycan dilində 

yazdığı əsərlərini məhz özü tapacağını can-

landırırsa, mən də eləcə bu hadisəni dəfələr-

lə  gözlərim  önünə  gətirmişdim.  Bilgənin 

yox olmasını, bu yox olmanın sirli olduğu-

nu bildiyim üçün hər yerdə gözüm onu ax-

tarırdı. Sanki bir gün görəcəyimə inanırdım. 

Bu,  həm  ona  olan  rəğbətimdən,  həm  də 




Roman kimi hekayə

 / 73 


 

içimdə  yaşayan  şöhrət  hissinin  təsirindən 

idi. Onun tapılmasında mənim rolumun ol-

ması həyatımı dəyişəcək amil olacaqdı. Am-

ma  indi,  sanki  onunla  görüşdüyümə  peş-

man  olmuşdum.  Çünki  mənim  üçün  mü-

qəddəs olan hər şey məhv olmuşdu.  

Elcan: “axı o, niyə bunu etsin?” − deyə 

öz-özünə sual verdi. Bu vaxt Aycan xanım 

ona  danışdığım  hər  şeyi  təkrarən  Elcan 

üçün nağıl etdi. Elcanı soyuq tər basdı. Əv-

vəlcə  mənə  elə  gəldi  ki,  xəcalətindəndir. 

Amma sonra bildim ki, xeyr, Elcan can dos-

tuna xəyanət etməyib. Çünki Elcan da, Ay-

can da bir-birilərinə həmin an elə baxırdılar 

ki, sanki sual verirdilər: “Məndən xəbərsiz 

mənimlə yatağa necə girmisən ki?” 

Hər  ikisinin  gözlərində  bu  sualı  gör-

mək  olardı.  “Bu,  təxribatdır,  montajdır”,  − 

dedi Elcan. O zaman mən Bilgənin videonu 

yoxladığını,  montaj  olmadığını  müəyyən-

ləşdirdiyini  bildirdim.  Artıq  ikinci  bir  sirri 

açmaq  lazım  idi.  Bunlar  birgə  yaşamamış-



74 / 

Roman kimi hekayə 

 

dılarsa,  bu  yalançı  çəkilişə  bu  cür  mütə-



xəssisi necə inandırmışdılar?  

Bu  sualın  cavabını  tapmaq  o  qədər  də 

asan deyildi. Polisə müraciət edilsəydi, bü-

tün  dünya  mediyası  bundan  yazacaq,  bö-

yük  qalmaqal  yaranacaqdı.  Gizlin  araşdır-

maq isə çox çətin idi.  

Qəfildən Aycan Elcandan soruşdu: 

−  Səndən  başqa  laboratoriyaya  kim 

müdaxilə edə bilər?  

− Heç kim, mənim doğradığım və təhvil 

verdiyim materialları o zamanlar sadəcə Rə-

na montaj edirdi. Rəna da artıq neçə illərdir 

iflic  vəziyyətində  həkim  nəzarətindədir. 

Danışa  bilmir,  −  deyə  Elcan  cavab  verdi.  – 

Bilgənin yoxa çıxdığından bir neçə ay sonra 

bu vəziyyətə düşdü. 

− Təcili onu görməliyik. − Aycan bunu 

deyib çantasını götürdü. O elə qaçırdı ki, biz 

heç nə anlamadıq. Dalınca çıxdıq və bir neçə 

dəqiqədən sonra artıq Rənanın olduğu xəs-

təxanaya çatmışdıq.  



Roman kimi hekayə

 / 75 


 

Aycan,  sanki  özünün  kim  olduğunu 

unudub,  dəli  kimi  klinikanın  qapılarından 

içəri girdi. Növbətçi həkimə Rəna ilə görüş-

məyin vacib olduğunu bildirdi. Gec də olsa, 

həkim  Aycan  xanımı  tanıdığı  üçün  razılıq 

verdi. Rəna öz palatasında gözlərini tavana 

zilləyib uzanmışdı. Danışa bilmirdi.  

Aycan bizim palatadan çıxmağımızı is-

tədi.  


Mən  artıq  düşünə  bilmirdim.  Heç  bir 

fikir yürüdə də bilmirdim. Heç Elcanın üzü-

nə də baxmırdım. O da mənim kimi idi... 

Bir neçə dəqiqədən sonra Aycan qayıt-

dı. O, artıq hər şeyi öyrənmişdi.  

Sən demə, bütün məsələ yuxularla bağ-

lı imiş. Biz hamımız yuxularda həyatda ol-

ması mümkün olmayan şeylər görürük. Bə-

zilərini  özümüz  belə  xatırlamaq  istəmirik. 

Sən demə, Bilgənin qurduğu bu böyük səl-

tənət sadəcə özünü məhv etmək üçün yara-

dılıbmış.  Yuxularını  xatırlamayan  Bilgənin 

icad etdiyi, yuxusunu görüntüyə alan “Ər-



76 / 

Roman kimi hekayə 

 

gənəkon” adlı maşın sonda özünü inana bil-



mədiyi bir uçuruma atacaqmış.  

Aycanın  dediyinə  görə,  Rəna  Bilgəni 

sevirmiş.  İçdən-içə  ona  olan  sevgisi  ilə  alı-

şıb-yanırmış.  Bunu  heç  bir  zaman  dilə  gə-

tirə bilmədiyi  üçün  bu  sevgi  nifrətə çevril-

mişdi. O da çıxış yolunu əlinə düşən fürsət-

dən istifadə etməklə dəyərləndirmişdi. Hə-

min  gecə  Elcanın  yuxuya  daldığını  görüb, 

Bilgənin yuxularının xam materialına baxıb. 

Elə  bu  zaman  da  Bilgənin  yuxuda  Elcanla 

Aycanın  sevişdiyini  gördüyünün  şahidi 

olub... Heç tərəddüd belə etmədən yuxunu 

ayrıca fayl kimi yadda saxlayıb sonradan isə 

onu verilənlər bazasından silib. 

Əvvəlcə bunu edərkən Elcanın yuxunu 

görməsini istəməyib. Bu onun Bilgəyə olan 

sevgisinin nəticəsi idi. Sonra isə əlində olan 

sirr  ona  yük  olub,  nə  edəcəyini  düşünə-

düşünə  onu  yaddaş  kartına  yazaraq  Bilgə-

nin masasına qoyub.  

Rəna bütün bunları Aycana kağız üstə  

yazaraq  bildirmişdi.  Etdiyi  qəbahət  nəticə-




Roman kimi hekayə

 / 77 


 

sində Bilgəni itirən Rəna sonradan beynin-

də intihar etmişdi. Həm vicdan əzabı, həm 

də  Bilgəsizlik  onun  da  məhvinə  səbəb  ol-

muşdu.  

O,  bir neçə  dəfə bu  haqda  Aycana  da-

nışmaq  istəsə  də,  sonra  cəsarət  edə  bilmə-

miş,  fikrindən  vaz  keçmişdi.  Sonrasından 

qorxmuş,  bu  sirri  özü  ilə  basdıracağına 

qərar vermişdi. İndi isə məsələnin açıldığını 

gördüyü  üçün  Aycana  hər  şeyi  “danışmış-

dı”.  


Aycan  bütün  bunları  bizə  elə  həvəslə 

danışırdı  ki,  sanki  hansısa  filmi  anladırdı. 

Biz Rənanı bunu ona deməyə necə razı sal-

dığını soruşmadıq. Siz də məndən soruşma-

yın. Bir onu bildik ki, Rəna bunları yazaraq 

anladıb. 

Aycanla  mən  elə  həmin  gecə  şirkətin 

təyyarəsi  ilə  Meksikaya  uçduq.  Bu  neçə 

saatlıq yolda bircə kəlmə də danışmadıq. O, 

sadəcə susurdu. Bəlkə də, bu yuxunu Bilgə-

nin  niyə  gördüyü  haqda  düşünürdü.  Doğ-

rudan da, niyə Bilgə belə bir yuxu görmüş-




78 / 

Roman kimi hekayə 

 

dü ki? Əmindim ki, Aycan xanım da bu də-



qiqə bu sualı özünə verib cavab axtarır. Bəl-

kə  də  “yuxudur  da”,  −  deyib  özünə  təsəlli 

verməyə çalışır. Amma mən onun kimi dü-

şünmürdüm.  Mənə  görə  bu  yuxu  Bilgənin 

vicdan  əzabının  təsiri  idi  ki,  ssenarini  özü, 

yəni içindəki başqa mən uydurub. Axı özü 

xəyanət  etdiyi  üçün  Aycanda  da  bunu  ax-

tardığını  danışmışdı  mənə.  Demək  ki,  “in-

san özü necədirsə, qarşısındakını elə də gö-

rür” fikri bir həqiqətdir. Oğrunun hər kəs-

dən  oğru  kimi  şübhələnməsi,  yalançının 

kimsəyə inanmadığı kimi, xəyanətkarın da 

qarşısındakını xəyanətkar görməsi bir fakt-

dır. Əgər insanın içini, düşüncəsini göstərən 

bir  mexanizm  olsaydı,  adamlar  ona  baxıb 

özlərini düzəldə bilərdilər. Düzdür, “vicdan 

qəlbin aynasıdır” deyirlər, amma hər kəs öz 

vicdanına  baxa  bilmir  axı.  Vicdanına  açıq 

gözlə  baxa  bilənlər  iç  dünyasını  göstərən 

aynanı əldə edənlərdir. Özlərini görə bilmə-

yənlər  isə  ətrafı  da  istədikləri  kimi  görür, 

baş  verənləri  də  istədikləri  kimi  yozurlar. 




Roman kimi hekayə

 / 79 


 

İndi  Aycan  hadisələrə  saf  və  təmiz  vicda-

nının aynasından baxırdı, lakin Bilgə olanla-

rı yalnız ləkələnmiş bir aynadan görə bilər-

di.  

Biz kəndə çatdıq. Uca dağların, hündür 



ağacların arasında yerləşən kəndin sakinləri 

dünya sivilizasiyasından uzaqda öz istədik-

ləri kimi yaşayırdılar. Maraqlıdır ki, indiyə-

dək  kənd  sakinlərinin  heç  birində  kənara 

çıxıb  dünyanı  öyrənmək  marağı  yaranma-

mışdı. Qəbilə formasında yaşayan bu primi-

tiv insanlar yüksək elm və intellekt sahibləri 

kimi sadəcə qarınlarını doyurur, sevir, sevi-

lir, xəyanət edir, paylaşa bilmədikləri üçün 

bir-birilərini öldürür, lider olmaq üçün mü-

barizə  aparır,  sonra  da  hansısa  qəzanın, 

cinayətin və ya əcəl deyilən məfhumun əmri 

ilə ölüb gedirdilər. Onların bizlərdən fərqi o 

idi  ki,  bir  neçə  nəsildən  sonra  xatırlanmır, 

öldükdən sonra da şöhrət əsiri olmurdular.  

Bizim dünyanın insanları isə zənn edir-

lər ki, etdikləri kəşflər, yazdıqları elmi əsər-

lər, tikdirdikləri binalar bəşəriyyətə xidmət 




80 / 

Roman kimi hekayə 

 

üçündür. Əslində isə bu, sadəcə yaşadıqları 



müddətdə  də,  öldükdən  sonra  da  özlərinə 

olan sevgi hissi ilə bağlıdır. Kimsə bəşəriy-

yət  üçün  nə  isə  etdiyinə  görə  öyünməsin, 

hamı özünə görə edir hər əməli. Bu, mənim 

subyektiv fikrimdir.  

Bilgə kimi bəşəriyyətə xidmət etmiş biri 

belə özünü düşünərək hər şeydən əl çəkmiş-

di.  Bundan  sonra  mən  nə  fikirləşə  bilərəm 

axı?  Əgər  Bilgənin  idealları  özündən  daha 

vacib olsaydı, Tanrının insanın boynuna bu-

xov  kimi  keçirdiyi  şəhvani  hissə  görə  xid-

mətindən  vaz  keçməz,  bəşəriyyəti  xilas 

üçün düşündüyü formulları daha da geniş-

ləndirərdi. Amma o da bütün bilgələr, mü-

qəddəslər  kimi  sonda  öz  mənafeyinin  tap-

dalandığını görüb, yaradılışa etiraz etmişdi. 

Biz  həmin  kənddə  onu  tapa  bilmədik. 

Deyilənlərə  görə,  mən  getdikdən  bir  neçə 

gün sonra o da çıxıb getmişdi.  

Aycanın  əlləri  əsir,  gözlərindən  yaş 

axırdı.  O,  müvazinətini  saxlaya  bilməyib, 

dizləri  üstə  çökdü.  Üzünü  Tanrıya  tutdu. 




Roman kimi hekayə

 / 81 


 

Bizim  hamımız  elə  bilirik  ki,  Tanrı  göydə-

dir,  çünki  göylər  sonsuz  və  gizəmlidir.  İn-

san düşüncəsi inkişaf etdikcə, onun Tanrısı 

da bir o qədər çox böyüyür. Necə ki, qədim 

insanlar ilk öncə Tanrısını heyvanlarda, büt-

lərdə  görürdü,  lakin  sonradan  inkişaf  edə-

rək onu ayda, günəşdə axtarmağa başladı... 

Elm sübut etdikdə ki, yox, onlar da Yer kimi 

bir planetdir, o zaman Tanrını daha da göy-

lərə, ənginliklərə daşıdı. Beləcə, insanlar ye-

ni qalaktikalar tapdıqca, Tanrısını daha də-

rinlərə apardı ki, ondan uzaqda olsun. Tan-

rının  uzaqda  olması  din  alverçilərinə  də, 

Allah alverçilərinə də sərf edirdi. Axı Tan-

rını  yerə  endirənlər  onu  tapdalaya  bilər-

dilər.  Onu  yüksəkdə  tutub  ona  doğru  get-

mək  isə  insan  zəkasının  inkişafına  xidmət 

edə bilərdi. Tutalım ki, bizim alimlər Tanrı-

nın oturduğu məkanı tapdılar və onun necə 

işlədiyini gördülər, onda nələr baş verdiyini 

təsəvvür belə etmək mümkün deyil. Yaxşısı 

budur ki, qoy cahillər Tanrının yerinin göy-

lərdə,  bizlərdən  uzaqlarda  olduğuna  inan-




82 / 

Roman kimi hekayə 

 

sınlar. Aqillər isə onsuz da onu öz vicdan-



larında  tapacaq  və  ona  öz  istədikləri  kimi 

inanacaqlar.  Cahillər  də  bu  arada  Tanrını 

özləri  yox,  başqalarının  uydurduğu  kimi 

qəbul edib, onların əmrləri ilə yaşamaqları-

na davam edəcəklər.  

Aycanın  göylərə  baxışı  Tanrı  axtarışı 

deyildi  məncə,  çünki  insanın  içi  də  göylər 

qədər dərin və əngindir. O öz içini göylər ki-

mi görürdü. Hər şeyə qadir, hər şeyə sahib, 

göründüyü  qədər  də  görünməyən  bir  mə-

kan hesab edirdi. Gözləri uzaqlara, fikri isə 

özünə baxırdı. İçindəki səs ona demişdi ki, 

Bilgə öz evindədir. Özündədir. Ona görə də 

ayağa  durub  sakit-sakit  “O,  Tanrı  evində-

dir” − dedi.  

Meksikanın  paytaxtında  −  Mexikodakı 

“Tanrı  evi”nə  getdik.  Aycan  bu  möhtəşəm 

binanın  önündə  durub ona  tamaşa etməyə 

başladı. Sanki içəri girməyə tələsmirdi. Saatı 

dəqiq  xatırlamıram,  amma  yadımdadır  ki, 

o, xeyli müddət beləcə durdu. Mən isə sadə-

cə ona tamaşa edirdim. Sonra iri addımlarla 




Roman kimi hekayə

 / 83 


 

içəri girdik. İnsanlar bu binanın içində hərə-

si  öz  işi  ilə  məşğul  idi.  Kimi  elektron  tab-

lolarda artıq xatirəyə və tarixə çevrilmiş dini 

ayinlərə  baxır,  kimi  öz  elektron  aparatı  ilə 

çalışır, kimi kofe içir, kimi də oturub sadəcə 

dincəlirdi.  Biz  Bilgəni  divarın  küncündə 

oturmuş  halda  tapdıq.  O,  sanki  yatmışdı. 

Aycan  onu  görən  kimi yüyürdü  və  qucaq-

ladı. O isə hərəkətsiz idi. Artıq Tanrının da 

başına buraxdığı bu dünyadan uçub getmiş-

di. Qalan yalnız cismi idi. O cismi ki xəya-

nətkar idi. O cismi ki Aycanı kiminləsə də-

yişmişdi.  O  düşünürdü  ki,  ruhu  Ayca-

nındır, cismi yox. Amma bu gün Aycana qa-

lan onun cismi idi. Quruca bədəni. 

Aycan  isə  nə  bağışlayacaq  bir  günah 

görürdü onda, nə də günahlandıra biləcəyi 

bir  qəbahət.  Bəlkə  də,  ağlına  gələn  ilk  gü-

nahkar, onun bəşəriyyət üçün töhfə verdiyi 

“Ərgənəkon”  yuxu  maşını  idi.  Amma  onu 

da günahlandıra bilməzdi. Axı maşın ondan 

belə  yuxu görməsini tələb etməmişdi. Ona 

o yuxunu görməyi vadar edən nə idisə, on-




84 / 

Roman kimi hekayə 

 

dan bu gün də, gələcəkdə də bəşəriyyət  xə-



bərsiz  qalacaqdı.  Necə  ki  Aycan  onun  dü-

şüncələrindən xəbərsiz idi.  

Aycanın nə hislər keçirdiyini təfsilatı ilə 

danışmağa ehtiyac duymuram. Öz vicdanı-

nı  görə  bilən  hər  kəs  onun  yaşadığı hisləri 

istədiyi  kimi  təsəvvür  edə  bilər.  Belə  daha 

yaxşıdır. Xəyal gücünüzə görə bacardığınız 

şəkildə də təsəvvür edin.  

Bəlkə  də,  bu  yaşadıqlarımı  kimsə  bil-

məməli  idi.  Amma  mənim  də  içimdə  olan 

şöhrət  hissi  vadar  etdi  ki,  bu  hekayəni  ya-

zım və tarixdə yaşayım. Belə bir beynəlxalq 

təşkilatın qurucusunun sadə həyatı, məişəti 

hamını maraqlandırar, yəqin ki.... Bestseller 

olacağına  dəqiq  əminəm.  Çünki  insanları 

başqalarının həyatı daha çox maraqlandırır. 

Hətta  öz  həyatlarını  yaşamaq  üçün  belə, 

başqalarının  həyatlarını  öyrənirlər.  Çünki 

biz  sadəcə  özümüz  üçün  yaradılmamışıq. 

Yalnız  özümüz  üçün  yaradılsaydıq,  Yer 

üzünə təkcə elə Adəm yetərdi.  

 

 




Roman kimi hekayə

 / 85 


 

 

 



 

 

 



 

 

 



 


86 / 

Roman kimi hekayə 

 

 

 




Roman kimi hekayə

 / 87 


 

 

 



 

 



88 / 

Roman kimi hekayə 

 

 

 



 

 

 



 

 

 



 

Çapa imzalanıb: 05.02.2016 

Formatı: 70x100 1/16. Ofset çapı 

Həcmi: 5.5 

Sifariş № 228 

 

Qiyməti: 



3 manat 

  

 

Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə