Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   2   3   4   5   6   7   8   9   ...   13

14 / 

Roman kimi hekayə 

 

vecinə deyildi. Əvvəlki kimi yaşayır, öz gü-



zəranını keçirirdi. İşdən soyumamışdı. “Ər-

gənəkon  prodakşn”ın  işlərini  daha  yaxşı 

həyata keçirmək üçün gecə-gündüz çalışır-

dı. Bütün layihələrimizi vaxtlı-vaxtında şir-

kətlərə  göndərir,  yeni  razılaşmalar  əldə 

edirdi. 


Mənsə cismani tələbatımı ödəmək üçün 

ayda bir neçə dəfə Yeganə ilə görüşürdüm. 

Onunla yataqda hər şey fərqli olurdu.  Çox 

xoşuma gəlirdi. O, cazibədar olmasa da, hə-

rəkətli  və  bacarıqlı  qadın  idi.  Sanki  eşq-

bazlığa mən yox, o gəlirdi. Elə sevgi oyun-

ları edirdi ki, istər-istəməz hər ay onu gör-

mək istəyirdim. Hətta iş o yerə çatmışdı ki, 

arvadımla  münasibətdə  olanda  belə  gözlə-

rimin qarşısına o gəlirdi. Bu zaman az qala 

özümdən iyrənir, hər şeyi yarımçıq qoymaq 

istəyirdim.  Bu  çox  çətin  idi...  Sevdiyin  qa-

dınla sevişəsən, ağlından da başqası keçə....  

Hər dəfə belə olanda özümə sual verir-

dim: deməli, arvadımı sevmirəm.  Bu ki əsl 

faciə  olardı...  Yox,  mümkün  deyildi...  Mən 




Roman kimi hekayə

 / 15 


 

arvadımı  sevirdim...  Bir  anlıq  şəhvani  hiss 

üçün sevgi qurban gedə bilməzdi...  

O  vaxtdan  etibarən  sevgini  “ruhi”  və 

“cismani” olaraq iki yerə böldüm. Və başla-

dım özümə haqq qazandırmağa. Mənim ru-

hum həmişə arvadımın – sevgilimin yanın-

dadır, cismim isə gəldi-gedər olduğu üçün 

istənilən  yerdə  ola  bilər.  Hətta  bir  fəlsəfi 

nəticəyə  gəlmişdim:  “Ruh  göylərə  uçduğu 

halda, cism qurdun-quşun yemi olub çürü-

yür. Deməli, Tanrı da cismə ya etibar etmir

ya da özü istəyir ki, cism istədiyini etsin”. 

Sonra  da  bu  fikrin  üstündə  duraraq, 

başlayırdım  daha  dərin  fəlsəfə  yürütməyə. 

Əgər  kişidə  belədirsə,  deməli,  qadında  da 

bu cür ola bilər. O zaman qadının da ərin-

dən  başqası  ilə  görüşüb,  macəra  yaşaması 

mümkündür. Bu zaman o, əri ilə yaşaya bil-

mədiyini başqaları ilə yaşayar. 

Bu fikirlər ağlıma gələndə isə istər-istə-

məz özümdən çıxırdım. Hətta bir neçə dəfə 

əsəbiləşib, qeyri-ixtiyari ucadan “yox” dedi-

yim də olmuşdu. 




16 / 

Roman kimi hekayə 

 

Həmin  anlarda  gözümü  yumub  hər 



şeyi  unutmaq,  beynimdə  bu  fikri  yaradan 

mexanizmi  kökündən  dağıdıb  atmaq  istə-

yirdim. Hətta bir neçə dəfə laboratoriyama 

girib,  bu  fikri  yaradan  hüceyrələrin  məhvi 

üçün  işləmişdim  də.  Amma  bacarmamış-

dım.  


Elə güman edirdim ki, yuxu elmi üçün 

gətirdiyim yeniliyi fikir üçün də tətbiq edə 

bilərəm. Amma şübhə mexanizmi buna im-

kan vermədi. Məni məhv etdi. Uzun illərin 

zəhməti olan “Ərgənəkon prodakşn” başsız 

qaldı və mən vətənimdən − Azərbaycanım-

dan, bir zamanlar sevgi ifadəsinin belə ona 

olan  sevgimi  ifadə  edə  bilmədiyini  düşün-

düyüm Aycanımdan − arvadımdan, bir ne-

çə ildə Hollivud kinolarının ümumi gəlirin-

dən  çox  gəlir  gətirən  kinostudiyamdan, 

“Yaşa, istədiyin kimi”  oyunlar istehsal edən 

laboratoriyamdan vaz keçib, dünyanın axı-

rına gəlib çıxdım. Gözdən və könüldən iraq 

yerə.  Bütün  sahib  olduğum  dəyərləri  və 



Roman kimi hekayə

 / 17 


 

gerçəklikləri  rədd  etdim.  Hər  şeyin  səbəbi 

isə o video oldu...”.  

Bilgənin  yazmaq  istədiyi,  amma  sonra 

yarımçıq  qoyduğu  bu  sətirləri  oxuduqca, 

dəhşətə gəlirdim. Bu, dünyaya, bəşərə isma-

rıc  verən  bir  insanın  düşüncələri  deyildi, 

sanki. Onun elminin zənginliyi, məntiqinin 

və  intellektinin  yaratdıqları  ilə  tanış  olan 

hər  kəs  mənim  kimi  düşünərdi.  Nəinki  öl-

kəndə, hətta dünyada belə əlçatmaz biri ola-

san, özün də bu qədər sadə bir şey yazasan. 

Heç inanılası deyildi.  

Düzdür,  o,  yazıçı  deyildi,  heç  əməlli-

başlı nitqi də yox idi. Amma ideya adamı idi 

axı. Demək ki, insan yaradılışından bu günə 

qədər  heç  dəyişməyib.  Olduğu  kimi  qalıb. 

Onun  haqqında  sizə  danışacaqlarımı  oxu-

duqdan sonra mənə haqq verəcəyinizə əmi-

nəm.  


Hələ  ki  onun  ölkəsindən  ayrılandan 

sonra yazmaq istədiyi, amma yarımçıq qoy-

duğu sətirləri oxuyun.  



18 / 

Roman kimi hekayə 

 

Onun həyatını zirvələrə qaldıran yuxu 



idi. Ona görə də yuxu haqqında da yazmış-

dı. Bəlkə də, memuar yazmaq istəyirmiş.  

Əvvəlcə  bir  neçə  vərəqlik  gündəliyi 

oxuyaq, sonra hadisəni sizə danışaram. Onu 

da  deyim  ki,  mənim  də  kimliyimi  öyrənə-

cəksiniz, əvvəlcədən söyləyim ki, daha çox 

düşünməyəsiniz. 

 

 



 

 



Roman kimi hekayə

 / 19 


 

 

 



 

 

*** 



Mən  uşaqlıqdan,  elə  bil  heç  yuxu  gör-

mürdüm.  Hər  gecə  yatanda  ağlıma  istədi-

yim  bir  şeyi  gətirib,  haqqında  uzun-uzadı 

düşünürdüm  ki,  bəlkə,  yuxumda  onu  gö-

rüm. Amma alınmırdı. Halbuki nənəm hə-

mişə  qarışıq  yuxular  görüb,  gecənin  bir 

yarısı  ağlaya-ağlaya  duran  qardaşıma  de-

yərdi ki, gecə yatanda gic-gic şeyləri az dü-

şünsün.   

Qardaşım  macərapərəst  olduğu  üçün 

nənəm belə deyirdi. Çünki o, oyaq da olan-

da özündən qorxulu nağıllar uydurur, Mol-

la  İmamqulunun  Məhərrəmlik  ayında  da-

nışdığı  cin-şeytan  rəvayətlərinə  özündən 




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə