Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   2   3   4   5   6   7   8   9   ...   13

20 / 

Roman kimi hekayə 

 

nələrsə artıra-artıra, bir az da təkmilləşdirir-



di.  

Bir  gün  Molla  İmamqulu  məhərrəm-

liyin 9-cu günü  maraqlı bir əhvalat danış-

mışdı.  Əhvalat  belə  idi:  bir  gün  İmam  Əli 

yerin  altına  gedib  cinlər  padşahını  haqqa 

dəvət etmək istəyir. Onu padşaha yaxın bu-

raxmaq istəməyən qoşun üstünə hücum çə-

kir. İmam Əli qılıncını sıyırıb onlarla döyü-

şür. Döyüş bir neçə gün davam edir, nə cin-

lər ölüb qurtarır, nə də İmam Əli silahı yerə 

qoyur.  Onun  başını  kəsdiyi  cinlər  yenidən 

dirilir,  İmam  Əlidə  isə  Allah  gücü  olduğu 

üçün o, yorulmaq bilmir. Bunu görən Cinlər 

padşahı  qoşuna  döyüşü  saxlamaq  əmrini 

verir. Sonra da İmam Əlini qəbul edərək ona 

beyət edir.  Deyir ki, bundan sonra nə vaxt 

kömək lazım olsa, bütün cinlər ölkəsi sənin 

arxandadır. İmam Əli isə ona bir ovuc tor-

paq verib: – Bu torpaqdan nə zaman qan da-

marsa, deməli, mənim oğlanlarım və nəvə-

lərim  dardadır.  O  zaman  onlara  kömək 

edərsən, – deyir.  




Roman kimi hekayə

 / 21 


 

Bu razılaşmadan xeyli müddət keçir və 

Yezid,  İmam  Əlinin  oğlu  İmam  Hüseynə 

qarşı  müharibə  elan  edir.  İmam  Hüseyn 

Aşura  günü  yorğun  halda  Yezidin  qoşunu 

ilə  döyüşəndə  görür  ki,  düşmən  əsgərlə-

rinin  başları  gözəgörünməz  qüvvələr  tərə-

findən kəsilir. Yezid soruşur: “Ey İmam Hü-

seyn,  sən  imamətlik  davası  aparırsan?”  Bu 

söz İmam Hüseynə pis təsir edir və əl saxla-

yır. Bu zaman Cinlər padşahı onun gözünə 

görünür.  İmam Hüseyn  soruşur: “Siz  kim-

siniz və bunu niyə edirsiniz?” Cinlər padşa-

hı  isə  cavab  verir:  “Biz  atan  İmam  Əlinin 

dostlarıyıq,  onunla  əhd-peymanımız  var. 

Sənə yardıma gəlmişik. Biz də sizin ümmə-

tinizdənik”.  Bu  zaman  İmam  Hüseyn  gü-

lümsünüb  əlini  onun  boynuna  salır  və  de-

yir: “İki barmağımın arasından bax, nə gö-

rürsən?” Cinlər padşahı: – “Hər əsgərin ba-

şının üstündə bir qılınclı əsgər”, – deyə ca-

vab verir. İmam Hüseyn: – “Bu o deməkdir 

ki, əgər mən Allahın mənə verdiyi imamət-

likdən istifadə etsəm, bir anda onların hamı-




22 / 

Roman kimi hekayə 

 

sını məhv edərəm”, – söyləyir. Heyrət için-



də qalan Cinlər padşahı soruşur: “Bəs onda 

sən niyə razı oldun ki, bütün əhli-əyalın öl-

sün, elin biyaban qalsın? Əgər səndə bu güc 

varsa, niyə yararlanmırsan?” İmam Hüseyn 

deyir: “Bu taleyi Allah özü yazıb, mən haqq 

uğrunda döyüşməliyəm ki, gələn nəsillərin 

də haqq üçün döyüşməsinə, mübarizə apar-

masına  örnək  olum.  Babam  Məhəmməd 

peyğəmbər  belə  mənim  sonumun  bu  cür 

olacağını bilirdi”. 

Cinlər  padşahı  bu  sözləri  eşitdikdən 

sonra qoşununu da çəkib gedir.  

Qardaşım  bu  əhvalatı  bir  az  da  fan-

tastik  don  geyindirib  danışmışdı.  Məsələn, 

guya  İmam  Hüseyn  Cinlər  padşahına:  – 

Mən  otururam  bu  daşın  üstündə,  siz  baş-

layın  onlarla  məzələnməyə.  Axı  onlar  sizi 

görməyəcək, – deyir. Sonra da arada bir əmr 

verirdi ki, “Gedin Yezidin dəbilqəsini çıxa-

rıb gətirin mənə”.  

Qardaşımın bu söhbətini eşidən nənəm 

həmin  gün  onu  yaxşıca  döymüş,  –  “Kafir 




Roman kimi hekayə

 / 23 


 

olacaqsan  böyüyəndə”,  –  deyib  ağlamışdı. 

Qardaşımsa bundan bərk qorxmuşdu.  

Mən o zaman balaca idim. Elə buna gö-

rə də nənəmin sözlərinə daha çox inanmış, 

qardaşımın kafir olmaması üçün Allaha yal-

varmışdım. Kafirin nə olduğunu bilməsəm 

də, təhlükəli şey olduğunu təxmin edirdim. 

Amma sonralar bir az dərk edəndə gördüm 

ki, əslində, kafirlik o qədər də pis şey deyil-

miş. Çünki kəndimizdə heç bir dini məclisə 

getməyən,  baş  yarmayan,  sinə  vurmayan 

Azad əmi vardı. Hamı ona “Kafir Azad” de-

yərdi. Camaat məsciddə ağlaşanda o ya bos-

tanında işləyər, ya da çayçıda oturub qəzet 

oxuyardı. Onun uşaqları da hamıdan yaxşı 

yaşayırdı.  Oğlanlarının üçünü  də  oxutdur-

muş, sənət sahibi etmişdi.  

Sonralar onu da dərk etdim ki, müsəl-

manlar  gecə-gündüz  Allah,  peyğəmbər, 

imamı yada salmayanları, qırx gün məhər-

rəmlikdə qara geyib yas saxlamayanları, bil-

mədiyi ərəbcə moizələrə qulaq asıb kövrəl-

məyənləri  “kafir”  adlandırırlar.  Təəssüflər 




24 / 

Roman kimi hekayə 

 

olsun ki, Allah mənim dualarımı eşitdi, qar-



daşım kafir olmadı. İranlılar gəlib onu məd-

rəsədə  oxumağa  apardı.  Və  o,  o  gedən  də 

getdi. 

Hə... onu deyirdim axı. Nənəm qarda-



şıma: −  Yaxşı şeylər düşün ki, yuxunda yax-

şı  şeylər  görəsən,    −  dediyi  üçün  hər  gecə 

yaxşı  şeylər  haqda  düşünməyə  çalışırdım. 

Amma heç nə görmürdüm ki, görmürdüm. 

Hər səhər duranda atam, qardaşım nənəmə 

yuxusunu  danışıb,  yozmasını  istəyəndə 

özümü  bədbəxt  hiss  edir,  məndə  nəsə  bir 

çatışmazlıq  olduğunu  düşünürdüm.  Hər-

dən də qardaşım kimi başlayırdım yalandan 

nəsə uydurmağa.  

Bir  dəfə  yuxudan  duran  kimi  ürəyim-

dən üzüm keçdi. Bunu yuxu formasında ev-

dəkilərə  danışdım.  Dedim:  - nənə, bu  gecə 

yuxuda  gördüm  ki,  atamla  birgə  o  qədər 

üzüm  yemişik,  gəl  görəsən.  Atamı  işə  ona 

görə qoşmuşdum ki, axı üzümü o almalı idi.  

Hə,  elə  yuxumu  yenicə  danışıb  bitir-

mişdim ki, nənəm üstümə qışqırdı: 




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə