Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   2   3   4   5   6   7   8   9   ...   13

Roman kimi hekayə

 / 25 


 

− Kəs, o nə yuxudur, görmüsən! Allah 

eləməsin, atan ölsün. Ya da birimizə bir şey 

olsun. 


Mən  nənəmin  niyə  hirsləndiyini  anla-

madım və yuxuma görə pərt oldum. Sonra 

anam  başa  saldı  ki,  yuxuda  üzüm  görmək 

gerçəkdə ağlamaq deməkdi. Yəni sənə ağır 

itki baş verəcək və sən ağlayacaqsan. Onda 

yaman  qorxmuşdum.  Elə  buna  görə  də  tə-

ləm-tələsik  yalanımın  üstünü  özüm  açmış-

dım.  Yuxunu  uydurduğumu  deyib,  üzüm 

yemək  üçün  belə  etdiyimi  söyləmişdim.  

Bəlkə  də,  elə  o  gündən  yuxu  görmək  istə-

yinin daşını atmışdım. Ya da nənəm demiş, 

“yuxularım qız işləri ilə məşğul olan oğlan-

ların duduşu kimi qarnıma qaçmışdı”. 

Amma bu yuxugörmə hər nə idisə mə-

nim üçün bir ömür boyu dərd olmuşdu. Fi-

kir məni götürmüşdü ki, yuxunun necə ol-

duğunu, necə baş verdiyini heç zaman anla-

ya  bilməyəcəyəm.  Axı  necə  ola  bilərdi  ki, 

nənəm, atam hər gecə çox qəribə və inanıl-

maz dərəcədə maraqlı yuxular görürlər, hə-




26 / 

Roman kimi hekayə 

 

min  qanı  daşıyan  mən  isə  görə  bilmirəm. 



Hətta  mənə  elə  gəlirdi  ki,  yuxu  görməyən 

adamlar  gecəni  yaşamırlar.  Allahın  insana 

bəxş etdiyi gecə həyatından uzaq düşürlər.  

Çünki ətrafdan eşitdiyim yuxular o qə-

dər zəngin idi ki, bir növ Tanrıya da şikayət 

edər kimi idim. Axı mən nə günahın sahibi-

yəm  ki,  yuxu  görmürəm.  Hətta  bir  dəfə 

əmimgil  bizdə  olanda  əmim  öz  yuxusunu 

danışdı. Dedi ki, bu gecə yuxuda rəhmətlik 

dədəmi gördüm. Çox bikef idi. Yuxuda bi-

lirdim ki, o ölüdür. Ona görə də ha dədəm-

dən  Qarabağın  vəziyyətini  soruşmaq  istə-

yirdim,  amma  bacarmırdım.  Handan-hana 

dədəm durub gedəndə mənə dedi, sən gəl-

mə,  burda  işin  çox  olacaq.  Birdən  arxadan 

qışqırdım: Dədə! Dədəm ayaq saxlayıb gü-

lə-gülə  arxaya  çevrildi.  Mən  tez  dedim:  – 

Qarabağın  axırı  necə  olacaq?  O  da,  −  Bala, 

onu deyə bilmərəm, desəm, orda mənə əziy-

yət verərlər, − söyləyib dönüb getdi. Amma 

qəribəsi o idi ki, bir gözümlə dədəmi görür-

düm, bir gözümlə də oğlum Elmanın qoca-




Roman kimi hekayə

 / 27 


 

lığını. Əslində, gördüyüm qoca bir kişi idi, 

amma onun oğlum olduğunu bilirdim. Ey-

nən Elmanın qocalığı idi. Amma dəqiq sezə 

bilmədim.  

Əmimin bu fantastik yuxusu məni ya-

man  maraqlandırmışdı.  Onda  hələ  altıncı 

sinifdə  oxuyurdum.  Fizikaya,  coğrafiyaya 

yenicə  bələd  olmağa  başladığımdan  ətraf 

mühit  mənə  yaman  maraqlı  gəlirdi.  Əmi-

min yuxusu isə lap fantastik kinolara bənzə-

yirdi. Belə bir yuxunu görməyə də, yəqin ki, 

təcrübə lazım idi.  

Görəsən,  uşaqlar  niyə  belə  yuxu  gör-

mürlər? Bəyəm onların bəxtinə, sadəcə yu-

xuda işəmək düşür? Yaşım böyük olsa da, o 

yaşda belə bir dəfə yerimə işəmişdim. Məni 

döyməyə  hazırlaşan  anama  nənəm:  −  Ay 

qız, otur yerinə, yəqin şeytan aldadıb da, − 

demiş, anamı yarıyoldan qaytarmışdı. Mən 

isə  yerimi  necə  batırdığımı  xatırlamırdım 

da. Həm də bu, mənim üçün böyük ayıb idi. 

Çünki  heç  ağlım  kəsməyəndə  də  belə  iş 

tutmamışdım.  Anamı  da  əsəbiləşdirən  elə 




28 / 

Roman kimi hekayə 

 

bu idi. Həmin gün nənəm yenə də gördüyü 



maraqlı yuxulardan danışdı. Dedi ki, təzəcə 

gəlin  gəlmişdim.  Gecə  yuxuda  gördüm  ki, 

uşağam. Əmimin qızı da yanımdadı. Gedi-

rik  ayaqyoluna.  Həyətimizdə  də  qapısı  sı-

nıq-salxaq bir ayaqyolu var. Əmiqızım məni 

gözləyir,  mən  də  içəri  girirəm.  Deyirəm, 

gələn yoxdursa, işimi görüm. Əmiqızım da 

deyir, qorxma heç kim yoxdu, rahat ol. Elə 

təzəcə  başlayırdım  ki,  ayıldım.  Gördüm 

rəhmətlik  qayınatan  üzünü  çevirib  yatıb. 

Elə həyəcanlanmışdım ki. Yoxsa biabır olar-

dım. Yuxuda belə şeylər olur. Şeytan cildinə 

girmiş  dostlarından  biri  deyir  ki,  qorxma, 

işə, bu da işəyir. Uşaqla işin olmasın.  

Bu əhvalat mənim o qədər xoşuma gəl-

mişdi ki, belə bir şeyi niyə yuxuda görmə-

diyim üçün peşmanlıq keçirmişdim. 

Yuxu mənim üçün həmişə əlçatmaz bir 

şey  idi.  Hətta  kəndimizdə  o  zaman  peyda 

olan  baxıcılardan  birinə −  yuxu  ilə  fala  ba-

xan  qadına  da  paxıllığım  tuturdu.  Camaat 

aparıb həmin qadına pul verirdi ki, bax gör, 




Roman kimi hekayə

 / 29 


 

qızım  ərə  gedəcək,  oğlum  işə  düzələcək? 

Qadın da axşam yuxuda gələcək zamanı gö-

rüb,  səhər  danışırdı.  Allahtərəfi  bir  neçəsi-

nin düz çıxdığını da görmüşdüm. Ona görə 

də  yuxu  görmək  istəyir və  onun çin  olma-

sını arzulayırdım. Ta ki bibioğlumun yuxu-

larına şahid olana qədər. Bundan sonra yu-

xudan qorxmağa başladım.  

Bir  dəfə  Cənubi  Azərbaycanın  Qarazi-

yəd şəhərinə alverə gedən atam bibioğlum-

la  məni  də  özü  ilə  aparmışdı.  Gecənin  bir 

yarısı hamımız səsə ayıldıq. Gördük ki, bibi-

min oğlu evin qapısı ağzında kiminləsə sa-

vaşır.  Hamımız  yerimizdən  qalxdıq.  Atam 

dedi ki, ay bala, nə olub, kiminlə savaşırsan? 

Bibimin  oğlu:  −  Dayı,  görmürsən,  bunlar 

qoymur  qapını  açım,  −  deyə  cavab  verdi, 

sonra da yenə: “eləmə, qoy gedim, əlini çək 

məndən, vurma da nə olar?” – deyib, əl-qol 

atmağa,  dalaşmağa  başladı.  Bir  müddət 

beləcə heç nə anlamadan tamaşa etdik. Nə-

hayət ki, o sakitləşdi və heç nə olmamış kimi 



Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə