Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   2   3   4   5   6   7   8   9   ...   13

30 / 

Roman kimi hekayə 

 

gəlib yerinə uzanıb yatdı. Yəni bütün bun-



ları yuxuda görürmüş.  

O gündən yuxuya olan marağım birdə-

fəlik  itdi.  Hətta  yuxu  görmədiyimə  sevin-

dim  də.  Nənəm  öləndən  sonra,  sanki  evi-

mizdə yuxu mövzusu da öldü bizim üçün. 

Daha heç kim ya yuxu görmür, ya da yozan 

olmadığı  üçün  yuxusunu  danışmırdı.  Yal-

nız hərdənbir atamla anamın gecə saatların-

da  söhbətləşdiyini  eşidirdim.  Anam  atama 

deyirdi ki, əşşi yat, yuxudur da. Gecə yuxu 

danışmazlar.  

Beləcə, böyüdüm, tələbə oldum və yu-

xu mövzusu mənim üçün bitdi. Bir-iki dəfə 

də istədiyim qıza onu yuxuda gördüyümü 

deyib,  uydururdum.  Ürəyimdən  keçənləri 

yuxu  kimi  danışır,  bununla  da  istədiyimi 

ona  çatdırırdım.  Onun  da  xoşuna  gəlirdi. 

Beləcə,  mən  özüm  də  bilmədən  arzularımı 

yuxuya, yuxularımı arzuya çevirirdim. 

 

 




Roman kimi hekayə

 / 31 


 

 

 



 

 

 



 

 

 



*** 

Mən  ona  hələ  də  həqiqəti  deməmiş-

dim.  Çünki  həqiqəti  söyləməkdən  qorxur-

dum. O, arvadını çox sevirdi. Hər dəfə on-

dan danışanda gözləri yaşarır, sanki mənim 

də  onu  tanımağımı  arzulayırdı.  Elə  hey 

onun  gözəlliyindən,  saflığından,  ona  olan 

sevgisindən danışırdı. Necə tanış olmaların-

dan, “Ərgənəkon prodakşn”ı necə yaratma-

larından  söz  açırdı.  Amma  hərdən  durur, 

əlini  ürəyinin  üstünə  qoyur,  sanki  ağlaya 

bilmək üçün gözlərini bərk-bərk sıxırdı: 

− Bütün bu maliyyə imperiyasını yarat-

maqda məqsədim dünyanı idarə edən pula 




32 / 

Roman kimi hekayə 

 

sahib olmaq idi. İdeallarım vardı. Düşünür-



düm ki, onları həyata keçirmək üçün böyük 

imkanlara malik olmalıyam. Bacardım da... 

Dünyanın tanınmış prodakşnlarını qarşım-

da diz çökdürdüm. İflasa uğratdım. Əvvəl-

cə  hər  şeyi  Aycanımla  birgə  həyata  keçir-

məyə  başlasam  da,  prezidentlə  görüşüm-

dən sonra böyük maliyyə dəstəyi aldım. Be-

ləcə, kəşfim biznesə, həm də böyük biznesə 

çevrildi. 

Bunları deyəndə yenə də gözləri yaşar-

mışdı. Sonra xəyallara daldı. Onu tanımadı-

ğımı düşünür, buna həm sevinir, elə sevin-

diyi qədər də təəssüflənirdi. Amma bilmirdi 

ki, mən onun yaratdığı Tanrı evlərinin fəlsə-

fəsində  böyümüşəm.  Bilmirdi  ki,  bu  gün 

dünyanın  ən  böyük  mükafatı  olan  “Tanrı 

evi”  mükafatının  təşkilat  qrupunun  sədri-

yəm.  Onun  bir  zamanlar,  sadəcə  Azərbay-

canda yaratdığı “Tanrı evləri” artıq şəbəkə-

yə çevrilmişdi. Baş ofisi Azərbaycanda  olan 

bir  şəbəkəyə.  “Tanrı  evləri”  ibadətgahının 

mahiyyəti  dünyanın  müxtəlif  dinlərindən 




Roman kimi hekayə

 / 33 


 

olan insanları bir damın altına yığmaq, bir 

ideya ətrafında birləşdirmək idi. Bu, Əhməd 

Yasəvinin,  Vəli  Bektaşinin,  Mövlanə  Cəla-

ləddinin,  Yunis  Əmrənin,  Nəsiminin  ide-

yaları üzərində qurulan ibadətgah idi. Am-

ma dinlərdən və təriqətlərdən fərqli olaraq, 

bu  ilahi  məkanın  və  ideyanın  peyğəmbəri, 

mürşidi yox idi. 

İnsan yaranandan özü üçün Tanrı axta-

rışındadır.  Tanrı  çox  yaradıcıdır,  çünki  in-

san kimi mürəkkəb  mexanizmə sahib özü-

nəbənzər bir varlığı yaratdı. Lakin onun ya-

ratdığı  bu  varlıq  daha  da  yaradıcı  olaraq, 

müxtəlif obrazlarda özü üçün Tanrı uydur-

du, necə ki dinləri uydurmuşdur. Bu Tanrı 

məfhumunun  yaradılma  prosesi  min  illər 

çəkdi. Aşılandı, aşılandı və sonda sonuncu 

böyük dinin təqdimatında daha mükəmməl 

formada ortaya çıxdı. Tanrı insanın yaradı-

cılıq  qabiliyyətini  o  qədər  zəngin  etmişdir 

ki, onun təxəyyülünün məhsulları bir-birin-

dən maraqlı və əsrarəngizdir. Əvvəllər hər 

qəbilənin Tanrısı var idisə, sonralar bu anla-




34 / 

Roman kimi hekayə 

 

yış  millətlərin  adı  ilə  təqdim  edildi.  Hətta 



Tanrı anlayışı da təmərküzləşmişdi. Sonra-

lar  üç  böyük  dinin  timsalında  bir-birindən 

fərqlənən Tanrı modeli yaranmışdısa, bir az 

sonra  isə  o  dinlərin  təriqətlərə  və  məzhəb-

lərə  bölünməsi  nəticəsində  Tanrı  daha  da 

rəngarəng  olmuşdu.  Hərə  öz  donunu  gey-

dirdiyi  Tanrısını  digərlərinə  sırımağa  çalı-

şırdı.  Düzdür,  bu  böyük  dinlərin  təqdim 

etdiyi Tanrı tək idi və mütləq hakim idi. La-

kin heç bir dinin təqdim və tərif edə bilmə-

yəcəyi  Tanrı  anlayışı  şəxslərə  görə  fərqlə-

nirdi. Artıq hər kəs öz içində öz tanrısını ta-

pır, ona inanırdı. Adamlar fərqli düşüncəyə 

sahib olduğu qədər də Tanrı modeli vardı. 

Kimisi öz modelinə aşiq olub onu başqala-

rına da təbliğ edir, kimisi isə öz içindəki ilə 

yaşayırdı.  Həqiqət isə yenə birdir. Tanrının 

bir  olduğu  kimi.  Lakin  bir  həqiqətdən  do-

ğan milyonlarla həqiqət tanrıçaları var. Belə 

bir  nəticəyə  gəlmək  olar  ki,  insanın  elmi 

inkişaf  etdikcə  onun  təsəvvür  etdiyi  Tanrı 

anlayışı  da  inkişaf  edir.  Ən  qədim  insan 




Roman kimi hekayə

 / 35 


 

təfəkküründəki Tanrı anlayışı ilə indiki in-

sanın təsəvvüründəki Tanrı anlayışı arasın-

dakı inkişaf prosesi davam etməkdədir. İn-

san inkişaf etdikcə, elmə yiyələndikcə onun 

Tanrı anlayışı da inkişaf edir. Tanrının tərifi 

hər bir insanın düşüncəsinə görə dəyişir. Bu 

da  Tanrının  təkliyindən  yox,  çoxluğundan 

xəbər  verir.  Həqiqəti  isə  yalnız  və  yalnız 

Yaradan bilir.  

Bilgə də öz inandığı Tanrısını insanlara 

təqdim edir, milyonları birləşdirib bir həqi-

qət  kimi  təqdim etməyə  çalışırdı.  Amma  o 

nə  peyğəmbərlər  kimi  etdi,  nə  də  təriqət 

başçıları kimi... O sadəcə vicdanının səsinə 

qulaq asaraq öz milyonlarını şərt qoymadan 

insanların  birliyinə  xərclədi.  Bu  əməllərinə 

görə  o  sadəcə  Buddaya  bənzəyə  bilərdi. 

Çünki  Budda  da  digər  peyğəmbərlərdən 

fərqli  olaraq  var  və  mülkünü  buraxıb  in-

sanlığı  xilas  etmək  üçün  yollara  çıxmışdı. 

Amma  Bilgə  ondan  da fərqlənirdi.  Heç  bir 

yerdə yeni bir din, yeni bir ideya, yeni fikir 

gətirirəm demirdi. Onun Tanrı evləri fərqli 




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə