Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   2   3   4   5   6   7   8   9   10   ...   13

36 / 

Roman kimi hekayə 

 

düşüncəli insanları elə qarşılayıb, elə əylən-



dirir,  elə  maarifləndirirdi  ki,  kimsə  fərqli 

dindən  olduğunun  fərqinə  varmırdı.  Lap 

bir komandanın azarkeşi olan müxtəlif mil-

lətlərin, müxtəlif dinlərin insanları kimi...     

Həmin  “Tanrı  evləri”nin  baş  ofisinin 

2050-ci  ildə  apardığı  statistikaya  görə,  təş-

kilatın  1123  binası  vardı.  Cəmi  iyirmi  ildə 

beş  min  illik  dini  parçalanmalara  son  qoy-

muşdu. Bəşəri ideyalar Azərbaycanda doğ-

mağa başlamışdı. 

Tikilmiş  binaların  dizaynı,  üslubu, 

aurası hamını özünə cəlb edirdi. Onlar içəri-

dən küncsüz, guşəsiz idi. Çöldən baxdıqda 

isə adama elə gəlirdi ki, bina səmaya bitişib. 

Çünki şüalar birbaşa ənginliklərdə yox olur-

du. Heç bir dini atributu özündə əks etdir-

məyən bu cür tikililərin üstündə bütün din-

lərin simvolları var idi. Amma səmada gah 

görünür, gah da yox olurdular. Bu, dinlərin 

birliyini əks etdirirdi. Burada hər kəs özünü 

tapa  bilərdi.  Konsepsiyasına  görə,  əvvəllər 

100  metr  diametri  olan  “Tanrı  evləri”nin 




Roman kimi hekayə

 / 37 


 

içərisinə  bütün  dinləri  əks  etdirən  rəsmlər 

və  simvollar  qoyulmuşdu.  İrili-xırdalı  is-

tənilən dinin nümayəndəsi özünü orda tapa 

bilər,  Tanrısı  ilə  dərdləşə  bilərdi.  Bura  gə-

lənlər  o  qədər  hüzur  içində  olurdular  ki, 

sonralar  elə  onların  təklifi  ilə  binanın  içini 

bəzəyən  bütün  rituallar,  simvollar  yığışdı-

rıldı. “Tanrı evləri”nin təsisçisi olan “Ərgə-

nəkon prodakşn”ın da razılığı ilə divarlarda 

bütün dillərdə “Yaşasın insanlıq!” şüarı ya-

zıldı.  


İnsanlar  uydurulmuş  Tanrıları  unuda-

raq  öz  həqiqətləri  ilə  yaşayırdılar.  Sadəcə 

insanın  müəyyən  etdiyi  qanunlarla.  Çünki 

Tanrının  adından  təklif  edilən  qaydalar 

artıq insanlara doğma gəlmirdi, dəyişən xa-

rakterə  sahib  olan  insan  dinlərin  təklif  və 

tələb  etdiyi  qaydalardan  daha  çox  inkişaf 

etmişdilər. Lap ilk miflərdən olan Adəm və 

Həvva mifində olduğu kimi. Hələ o zaman 

insan  Tanrı  adından  qoyulan  qadağalara 

yox  demiş,  Tanrının  istədiyi  müti  obrazın-

dan çıxmışdır. Tövratda deyildiyi kimi,  in-




38 / 

Roman kimi hekayə 

 

sanların gözləri açılmışdı, bəzi məsələlərdə 



Tanrıları  ilə  belə  razılaşmırdılar.  Onun  sa-

hib  olduqlarına iddialı idilər.  Çünki  Tanrı-

nın  insan  oğluna  verdiyi  qadın  qadağan 

olunmuş  meyvəni  yedirməklə  ərinin  gö-

zünü  açmışdı.  Bu  həqiqəti  insana  dediyi 

üçün Tanrı İlana qəzəblənmiş, onu cəzalan-

dırmışdı.  Tanrının  sirrinə  bələd  olan  insan 

bir  ömür  onunla  mübarizəyə  qalxmış,  elə 

bil, onunla yarışa girmişdi. Sanki Tanrı insa-

na da qəzəblənib, “Nə bilirsən elə, görüm nə 

qədər  dərinliklərə  gedə  biləcəksən”  deyib, 

insan oğlundan üz döndərmişdi. İnsan oğlu 

isə bacardığı qədər yeni Tanrı modeli yarat-

mağa  çalışmış,  elminin  inkişafı  ilə  onun 

istedadına yaxınlaşmağa çalışmışdı. 

Bilgə  də  yeni  bir  model  təklif  etmişdi 

insanlara. Nə qədər uğurlu olduğunu gələ-

cək  göstərəcəkdi.  Lakin  onun  konsepsiya-

sında  hər  kəsin  sitayişi  dostluq  və  sevgi 

Tanrısı  idi.  “Tanrı  evləri”  məscidlər,  sina-

qoqlar,  kilsələr,  məbədlər  kimi  günün 

müəyyən  saatlarında,  xüsusi  günlərdə  in-




Roman kimi hekayə

 / 39 


 

san axını ilə dolub-daşmırdı. Bura gələnlər, 

sadəcə istirahətə gəlir, hər irqdən, hər mil-

lətdən, hər cinsdən olan insanlarla görüşüb 

söhbətləşir,  tanış  olur,  bilgilərini  paylaşır-

dılar. Hamının çadırı göy qübbəsi, bayrağı 

isə Günəş idi... 

İlk  “Tanrı  evi”  Azərbaycanın  qədim 

paytaxtı, Tanrının insanlarla ilk dəfə əlaqə-

yə girdiyi Təbriz yaxınlığında salınmış Tu-

ran şəhərində qurulmuşdu. Turan şəhərinin 

mərkəzi  küçələrindən  birində  yerləşən  bu 

bina sonralar “Tanrı evləri” şəbəkəsinin baş 

qərargahına  çevrildi.  Azərbaycandakı  dini 

icmalar  isə  sahib  olduqları  ibadətgahları  

muzeyə çevirmək üçün dövlətə müraciət et-

dilər. Keçmişin bir parçası olduğunu göstə-

rən  məscidlər,  kilsələr,  sinaqoqlar  Atəşgah 

kimi turizm məqsədi ilə fəaliyyət göstərmə-

yə başladı. Elə buna görə də, Azərbaycanda 

insanlar bir olan Yaradıcıya tapınır, hər kəs 

öz tanrısını necə düşünürdüsə, xəyalında da 

elə yaşadırdı. Demək olar ki, dünyanın üçdə 

ikisində  dinlər  mifə  çevrilərək  tarixin  yad-




40 / 

Roman kimi hekayə 

 

daşına keçmişdi. Onların yaşam tərzini, sa-



dəcə,  qanunlar  yönləndirirdi.  Dünyanın 

mədəniyyət, tolerantlıq mərkəzinə çevrilən 

Azərbaycan Turan birliyində aparıcı mövqe 

tuturdu. Turan birliyinin hökmranlığı ilə isə 

dünyada dini münaqişələrə son qoyulmuş-

du. 


Bütün  bunların  yaradıcısı  Bilgə  Turan 

idi.  Mən  onu  axtarıb  tapmaq  üçün  düz  15 

ilimi həsr etmişdim.  Bütün  bu  mədəniyyət 

və  biznes  imperiyasının  banisi  hər  şeyin 

qaydasında getdiyi bir vaxtda qəfildən qeyb 

olmuşdu. 

 

 



Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə