Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   ...   5   6   7   8   9   10   11   12   13

Roman kimi hekayə

 / 41 


 

 

 



 

 

 



 

 

 



*** 

Aycan xanımla ona göndərdiyim “mail” 

vasitəsilə tanış oldum. Ona ümidsizcə yaz-

dığım bir təklif sonralar mənə onunla birgə 

işləmək imkanı verdi. O zaman hələ tələbə 

idim. Ona “Tanrı evi” mükafatının yaradıl-

ması təklifini etmişdim.  

Günlərin  bir  günü  onun  mənə  zəng 

etməsi hər şeyi dəyişdi. Onun məktubumu 

şəxsən özünün  oxuyacağı, mənə zəng edə-

cəyi ağlıma belə gəlməzdi. 

Hələ o zaman Turan Bilgə Universiteti-

nin  menecment  fakültəsinin  üçüncü  kur-

sunda  oxuyurdum.  Tez-tez  bizi  “Ərgənə-

kon holdinq”in ofislərinə təcrübəyə göndə-



42 / 

Roman kimi hekayə 

 

rirdilər.  Sistemlə  tanış  olduqca  şirkətə  aşiq 



olurdum.  

Onunla ilk tanışlığımız Aycan xanımın 

universitetdəki çıxışı zamanı olmuşdu. Sıra-

dan bir tələbə kimi bu lider xanımın həzin 

səsi, ahəstə və xanımyana məruzəsini dinlə-

mişdim. Məruzə  məni cürətləndirmişdi. Elə 

həmin  axşam  ona  “mail”  yazmışdım.  Son-

radan bu möhtəşəm şirkətdə işləməyə baş-

lamış,  addım-addım  zirvəyə  doğru  irəlilə-

mişdim. 


Universitetimizin  rektoru  Qacar  Sul-

tanlının:  “Ərgənəkon  holdinq”in  təsisçisi, 

idarə  şurasının  sədri,  dünyanın  ruhən  ən 

zəngin  xanımı,  BMT-nin,  Turan  birliyinin 

baş  məsləhətçisi,  “İnsanlığın  dostu”  nomi-

nasiyasının  ilk  mükafatçısı  Aycan  Turanı 

tribunaya  dəvət  edirəm”,  –  şəklində    təm-

təraqlı  təqdimatından  sonra  asta-asta  mik-

rofona  yaxınlaşıb:  “Salam,  necəsiniz,  insan 

aşiqləri?” deməsi bütün zaldakı kompleks-

ləri yox etmişdi. Zala buraxılarkən təhlükə-

sizlik  məqsədilə  aparılan  yoxlamalardan 




Roman kimi hekayə

 / 43 


 

həyəcanlanan  tələbələr birdən-birə  özlərini 

analarının,  dostlarının  yanında  hiss  etmiş-

dilər həmin gün.  Görüş o qədər səmimi və 

şən keçmişdi ki, hamı ona olan heyranlığın-

dan danışmağa başlamışdı. 54 yaşlı bu qadı-

nın çıxışının ən təsirli hissəsi Bilgə Turanla 

olan münasibətlərindən danışdığı an oldu. 

−  Biz  onunla  Yaponiyada  tanış  olmuş-

duq.  O  zaman  ikimiz  də  Tokio  Universite-

tində  oxuyurduq.  O  il  Azərbaycandan  hə-

min universiteti iki nəfər qazanmışdı. Bütün 

xərclərimizi  universitet  qarşılayırdı.  Mən 

onun adını qəbul olunanlar siyahısında gö-

rəndə  nədənsə  çox  sevinmişdim.  Əvvəlcə 

adını sevdim. Sonra ruhunu. Düz iki il, sa-

dəcə  dost  olduq.  Onu  sevsəm  də,  bunun 

sevgi  olduğunun  fərqinə  varmırdım.  De-

mək  olar  ki,  günümün  yarısını  onunla  bir-

likdə keçirirdim. Sonra ikimiz də Tokiodakı 

fizika laboratoriyalarından birində fəhlə ki-

mi  işə  düzəldik.  Bir  neçə  aydan  sonra  Bil-

gəmə yüksək maaşla iş təklif etdilər. Çünki 



44 / 

Roman kimi hekayə 

 

onun  dərin  məntiqi,  operativ  qərarvermə 



bacarığı ustamızı heyran etmişdi. 

Hər şey elə həmin gün başladı. Çox cə-

sarətli adam olduğu üçün axşam yeməyin-

dən sonra sahildə gəzərkən birdən-birə mə-

ni sevdiyini dedi.  Həm də elə səhərisi gün 

ailə  qurmaq  istədiyini  bildirdi.  Təsəvvür 

edirsiniz,  o  mənə  bu  gün  məni  sevdiyini 

deyir və sabah evlənməyimizi istəyirdi. “Bu 

necə ola bilər ki”: – deyə ona sual verdim. O 

isə  gülümsəyərək,  −  “Lap  yaxşı  olar...  Sa-

bahdan  özümüzə  yeni  bir ev  kirayələyirik. 

Başlayırıq ailə kimi yaşamağa”, − dedi. “Bil-

gə, səni çox istədiyimi bilirsən. Amma sən-

cə, bir az qəribə görünmürmü?”, − deyə so-

ruşdum.  “Niyə  görünsün  ki?  Sənin  ürəyin 

istəyir, ya yox? Birinci ona qərar ver. Qalan 

heç nə səni narahat etməsin”, − söylədi. Mən 

tərəddüd etmədən: − “Axı mən səni sevdiyi-

mi bilmirəm. Bir kişi kimi xoşuma gəlirsən, 

məsuliyyətinə  bələdəm,  xasiyyətinə  bələ-

dəm. Amma bu o demək deyil ki, mən səni 

sevirəm”, − deyə cavab verdim. O da özünə 




Roman kimi hekayə

 / 45 


 

əminliklə:  −  “Sən  yaxşı-yaxşı  fikirləşsən, 

məni sevdiyini biləcəksən”, − dedi. 

Həmin  axşam  ürəyim  yaman  döyü-

nürdü.  Beləcə,  Bilgəni  sevdiyimin  fərqinə 

vardım. Və səhəri gün evləndik. Əl-ələ ve-

rib,  bir  dünya  qurduq.  Sevdikcə  böyüdük, 

böyüdükcə sevdik.  

Hər  şeyin  yaxşı  olduğu  bir  vaxtda  isə 

həyatıma  bir  təsadüflə  gələn  bu  insan  bir-

dən-birə  də  yox  oldu.  Çox  axtarmağıma 

baxmayaraq, tapa bilmədim. Sonra isə öm-

rümü  onun  ideallarını  həyata  keçirməyə 

həsr etdim.  

Aycan xanım çıxışının sonunda gənclə-

rə  xoşbəxt  həyatın  necə  qurulması,  cəmiy-

yətdə necə mövqe qazanılması ilə bağlı xey-

li maraqlı tövsiyələr verdi. 

 

 



46 / 

Roman kimi hekayə 

 

 

 



 

 

 



 

*** 


Bilgə  Tokioda  Universiteti  bitirəndən 

sonra  çalışdığı  şirkətdə  qısa  bir  zamanda 

yüksək  vəzifə  tutdu.  İşlədiyi  şirkətə  öz 

icadları ilə xeyli uğur gətirdi. 5 illik müqa-

vilə müddəti bitəndən sonra Aycanı ilə bir-

likdə  Azərbaycana  qayıtdı  və  “Ərgənəkon 

Prodakşn” şirkətini qurdu. Uzun illər xəyal-

larında  gəzdirdiyi  “Yuxu  maşını”nı  icad 

etdi.  Maşının  funksiyası  insan  yatdığı  za-

man onun yuxularının lentə köçürülməsin-

dən ibarət idi. Bu işi beyin hüceyrələrinə qo-

şulan cihaz yerinə yetirirdi.  

Bilgə əvvəlcə bu aparatı ona görə icad 

etmək  istəyirdi  ki,  özünün  niyə  yuxu  gör-




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə