Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
1   ...   5   6   7   8   9   10   11   12   13

Roman kimi hekayə

 / 47 


 

mədiyini müəyyən etsin. Amma aparat tam 

gücü ilə işləyəndən sonra ona bəlli oldu ki, 

sən demə, o da yuxu görür. Sadəcə, gördük-

ləri yadında qalmır.  

İlk sınaq uğursuz alınmışdı. Bütün ser-

verlər  dayanmış,  yeni  texniki  avadanlıq 

yanmışdı.  Mühəndislər  toplantısında  Ay-

can  bunun  səbəbini  yaddaş  qutularının  6 

saatlıq  yuxu  müddətini  yadda  saxlaya  bil-

məməsi ilə əlaqələndirmişdi. Çünki bir saat-

lıq yuxu ərzində insan bəzən bir ömür yaşa-

ya bilir. Bu da yuxunun sürətinin çox böyük 

olduğundan xəbər verirdi. 

Sonra mühəndislərin təklifi ilə 5-10 də-

qiqəlik yuxu müddətinin yaddaşa yazılma-

sına qərar vermişdilər. Bilgə bu təklifi qəbul 

etmişdi  və  aparatı  yenidən  sınamışdılar. 

Sonra videoya baxanda video materialın 13 

saat  olduğunu  görmüşdülər.  Həm  də  gö-

rüntülər o qədər möhtəşəm alınmışdı ki, əl-

də olan heç bir texnika ilə bu qədər möhtə-

şəm  çəkiliş  mümkün  deyildi.  Səs  effekti, 

işıqlandırma və sairə... Heç kompüter işinə 




48 / 

Roman kimi hekayə 

 

bənzəmirdi. Bir sözlə, həyatın özü idi. Am-



ma süjet  yox idi. Xaotik və parça-parça çə-

kilmiş filmi xatırladırdı.  

Həmin  gecə  Bilgə  bu  çəkilişi  montaj 

etmiş və yeni üslubda film ortaya çıxarmış-

dı.  

Beləcə,  bu  filmləri  ixrac  etməyə  baş-



lamışdı “Ərgənəkon prodakşn”. Bu sirri Bil-

gə ilə Aycandan başqa bir də onların ailəvi 

dostları  Elcan  bilirdi.  Çünki  o,  Bilgənin 

uşaqlıq yoldaşı idi. Onlar bir məhəllədə bö-

yümüşdülər.  Bilgə  Yaponiyaya  gedəndən 

sonra Elcan da təhsilini Türkiyədə Orta Do-

ğu Texnik Universitetində almışdı. Elcanın 

çevik məntiqi əsasında icad etdiyi kiçik ma-

şınlar onu anbaan uğura aparırdı. Bilgə də 

ideyasını ilk dəfə ona açmış və onunla birgə 

başlamışdı bu işə.  

Günlərin  bir  günü  Bilgə  çəkdiyi  film-

lərdən  birini  “Oskar”  mükafatına  təqdim 

etdi.  Bu,  Bilgənin  Təbrizdə  azərbaycanlıla-

rın göstərdiyi azadlıq mübarizəsində onlara 

dəstək  verdiyi  üçün  fars  rejimi  tərəfindən 




Roman kimi hekayə

 / 49 


 

həbs edilib hücrədə ona verilən işgəncələrin 

təsvirindən ibarət idi. Əslində, Bilgə bu yu-

xunu görəndə artıq fars rejimi anlayışı çox-

dan dəfn edilmişdi. Azərbaycan vahid döv-

lət idi. Bilgənin yuxusu on illər öncəyə get-

mişdi.  Bəlkə  də,  əcdadlarının  çəkdiyi  əzab 

idi ki, onun genində daşınırdı.  

Verilən  mükafat  obrazların  oynadığı 

rolun  təbiiliyi  və  inandırıcılığına  görə  idi. 

Hamı dəhşətə gəlmişdi ki, bu tarixi kadr hə-

qiqətdirsə, bunu necə çəkiblər, yox filmdir-

sə, bu qədər real ola bilməz axı....  

Qısa  bir  zamanda  böyük  şöhrət  qaza-

nan “Ərgənəkon prodakşn” şirkəti məhsul-

larının  növünü  və  sayını  günü-gündən  ar-

tırmağa  başladı.  Bilgənin  uşaqlıqdan  gör-

mədiyi, daha doğrusu, görmədiyini zənn et-

diyi yuxuları, sən demə, əsl macəra imiş. Bir 

nəfərin  3-4  saatlıq  normal  yuxusu  bir  neçə 

maraqlı filmin ortalığa çıxması demək idi.  

Bilgənin ən böyük uğuru həm də onda 

idi  ki,  tamahkar  deyildi.  Yalnız  öz  yuxula-

rını  çəkirdi.  Bir  neçə  dəfə  Aycan  da,  Elcan 




50 / 

Roman kimi hekayə 

 

da yuxularının kadrlaşdırılmasını istəmişdi. 



Lakin o icazə verməmişdi.  

Bu istedadına görə mədəniyyətə dəstək 

verən dövlət başçısı tərəfindən xüsusi imti-

yaz alan və hər cür şəraitlə təmin edilən Bil-

gənin  qarşısında  qoyulan  vəzifə  bu  sahəni 

qısa bir zamanda inkişaf etdirmək idi.  

Tədqiqatlarını  dayanmadan  davam 

edən  şirkət  yeni  bir  oyun  sistemini  bazara 

təqdim  etdi.  Üçölçülü  filmlərdən  sonra  in-

sanlıq tərəfindən tam dərk edilməyən digər 

ölçü  sistemlərinə  uyğun  çoxölçülü  filmlər 

hazırlamaq nəzərdə tutulurdu. Bu filmlərdə 

bütün duyğu orqanları real həyatda olduğu 

kimi  istifadə  olunmalı  idi.  Bu  isə  o  demək 

idi  ki,  gənclər  3  dəqiqəlik  yuxu  üçün  ödə-

dikləri ödənişin qarşısında menyudan istə-

dikləri  yuxu  mövzusunu  seçib,  bir ekstrim 

yaşaya bilirdilər. Müharibə, sevgi, romanti-

ka, komediya, melodram və sairə tipi seçə-

rək otağa girən şəxs o həyatı bütünlüklə ya-

şayırdı. Hətta sevgilisi olmayan, sevməyi və 

sevilməyi  bacarmayan  gənclər  belə  öz  mə-




Roman kimi hekayə

 / 51 


 

nəvi boşluqlarını bu oyunlar vasitəsilə dol-

dura bilirdilər.  

Oyunlar  və  filmlər  istehsal  edən  nə-

həng  dünya  şirkətləri  artıq  bütün  təxribat-

lara  əl  atmağa  başlamışdılar.  Əvvəllər  bu 

şirkətə qeyri-ciddi yanaşanlar belə, artıq bir-

ləşmişdilər.  Lakin  regionun  lider  dövləti 

Azərbaycan hətta kosmosdan belə Bilgənin 

canını və şirkətini nəzarətdə saxlayır, istəni-

lən təxribatın qarşısını alırdı.  

Bilgə  sevgilisi  ilə  əl-ələ  hər  gün  yeni 

arzular və işlər dalınca gedir, gələn sərma-

yəni  milli  ideologiyanın  təbliğinə  xərclən-

məsi üçün yönləndirirdi. Hələ ki, övladları 

olmadığından  onlar  qayğılarını  yalnız  Tu-

ran övladlarına ayırır, təşkilatlanma yolun-

da əsaslı işlər görürdülər. Bunun da nəticə-

sində  “Tanrı  evləri”  şəbəkəsi  yaradılmışdı 

ki,  hamı  bu  şəbəkənin  maliyyəçisi  olan 

Azərbaycana rəğbətlə yanaşır, türklərin yeri 

bəlalardan  qurtarmaq  üçün  Tanrı  tərəfin-

dən  göndərildiyinə  birmənalı  şəkildə  ina-

nırdı.  



Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə