Roman, povestlər



Yüklə 3 Mb.
səhifə14/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   10   11   12   13   14   15   16   17   ...   158

 50 

Qurban:   

—Dadaş da o vaxtdan işləyir? 

—Yox, birinci bura mən gəlmişəm. Sonra dartdım Səfdəri 

gətirdim.  İndi baş mühasibdir e... o vaxt kassir köməkçisi idi. 

Şunu götür, şunu qoy. Bu Dadaş da var ha... Bunu da bura mən 

işə düzəltmişəm. Bir gün bax elə bu yerdə, söz yerinə  çəkər 

Teymur Mahmudova rast gəldim. Dedi: nə var, Məmməd 

Nəsir, gözümə bir az turş  dəyirsən? Dedim: bəs sağ oluz, 

sağlığınıza dolanırıq. Amma bir, yoldaşım var. Mümkün 

eləsəydiniz, onu işə götürərdiniz. Dedi: bəs nə yoldaş? Dedim: 

bu Dadaş. Dedi: bəs nə bacarar? Dedim: Bəs hər nə desən. 

Dedi gəlsin kuryer götürüm onu hələlik, sonra baxarıq. Eh, 

kişilər vardı o vaxt, hanı indi onlar!.. Qaldıq uşaq-muşaq 

əlində. İndi hər yerindən duran... 

—Bəs düzdür ki, bu Dadaş Teymur Mahmudovdan material 

verib? 

Məmməd Nəsir çiyinlərini çəkdi: 



—Əşi, gedək bir nərd ataq da... 

—Deməli, Dadaşı  işə  sən düzəltmisən. Kuryerlikdən 

başlayıb gör hara qalxıb! 

—Hə, o vaxt yaman ləng idi. Elə hey qışqırırdılar: ay Dadaş, 

di tez ol, tərpən. Əlli-ayaqlı ol bir az. Şer də qoşmuşdular: ay 

Dadaş, başıva daş, tərpənmə belə yavaş. İndi gör kimdir! 

Qurban: 

—Müdirin sağ  əli, — dedi, — sözü qılınc kimi keçir. 

Kəsdiyi başa sual yoxdur. Amma insafən səni həmişə müdafiə 

eləyir. O səfər töhmət vermək istəyirdilər, qoymadı. 

Məmməd Nəsir: 

—Çox sağ olsun, — dedi. — Mən ki, ondan bir pislik 

görməmişəm, ancaq yaxşılıqdan başqa. Adamın allahı var. Əşi, 

kişisən, dur gedək bir nərd ataq. 

—Yox, gərək evə qaçam. Beş  dəqiqə gec gəlsəm, arvad 

günümü göy əsgiyə bürüyəcək. Sən belə-belə  şeyləri 

bilməzsən, Məmməd Nəsir, sənə nə var ki, subay adamsan... 



 51 

—Subaylıq sultanlıqdır. Bir həsirəm, bir də Məmməd Nəsir. 

Otaqdan çıxdı. Otaqların çoxu boşalmışdı. Səfdər dayı 

dəmir qapısını qıfıllayıb pilləkənə tərəf yollandı. O həmişə işə 

hamıdan tez gəlib hamıdan gec gedərdi. 

Məmməd Nəsir: 

—Səfdər, — dedi, — bir nərdlə necəsən? 

Səfdər dayı fikirli və dalğın görünürdü. Səsi eşidib diksindi, 

başını qaldırdı. Elə bil Məmməd Nəsiri  əvvəlcə tanımadı, elə 

bil onu ilk dəfə görürdü. Eynəyini çıxarıb nəfəsini  şüşəyə 

verdi, sonra dəsmalla sildi. 

—Ey, ay Nəsir, — dedi, — mən nə hayda, sən nə hayda! 

İki ay bundan qabaq Səfdər dayının arvadı  rəhmətə 

getmişdi. 

Məmməd Nəsir: 

—Ay Səfdər, — dedi, — vallah, bu dünya bir yer deyil. Bir 

başım açılmır, bir macal eləyə bilmirəm ki, gedib özümü 

öldürüm. 

Səfdər: 

—Özünü niyə artıq zəhmətə salırsan,  əcəl onsuz da özü 

gəlib səni tapacaq. 

Məmməd Nəsir pıçıltıya keçdi: 

—Səfdər, deyirlər Dadaş Teymur Mahmudovdan danos 

yazıbmış, hə? 

Səfdər dayı arı qovurmuş kimi dəsmalını yellədi: 

—Məmməd Nəsir, sən ölənlərinin goru, xatovu məndən 

uzaq elə. Sən içmisən, dünya vecinə deyil. 

Tələsik addımlarla çıxıb getdi: tak-tuk, tak-tuk... 

Maşını qarajdan çıxaranda Zaurun yadına düşdü ki, çimmək 

paltarı yadından çıxıb idarədə qalıb. Yay vaxtı bu dənizliyini 

həmişə idarədə qoyurdu. Görürsən işdən sonra uşaqlarla 

sözləşib tələsik bir cumdular dənizə. 

Maşını  nəşriyyatın qabağına sürdü. İş qurtarmış, camaat 

dağılmışdı. Qapını döydü. Qapıçı: heç kəs yoxdur, — dedi, — 

hamı çıxıb gedib. 



 52 

—Bilirəm, — deyə Zaur tələsik onun yanından içəri 

dürtüldü, — yadımdan şey çıxıb qalıb. 

Öz otaqlarına çıxdı.  İçəri girdi, siyirməni çəkdi, qəzetə 

bükülmüş dənizliyini götürdü. Saata baxdı və birdən təəccüblə 

qulaq verməyə başladı. 

Bomboş idarənin yuxarı  mərtəbəsindən nərd səsi aydın 

eşidilirdi. "Bıy, Məmməd Nəsir burdaymış ki! Görəsən kimi 

xamlayıb?" 

Fikirləşdi ki, qoy çıxım baxım, görüm kimi xamlayıb. 

Əvvəl-əvvəl Təhminəylə danışmağa mövzu da olar. 

Ümumiyyətlə, fikir verib Təhminə  Məmməd Nəsirdən 

danışmağı sevir, o biri məktəb əhvalatını da danışaram. "Sonra 

da keçərsən ayrı söhbətlərə, incə  mətləbə, Zaur kişi. Ay 

vələddüzzina!". 

Bığaltı  qımışdı, saçlarına sığal verdi, yüyürüb yuxarı 

mərtəbəyə dırmaşdı, nərd səsi gələn otağa tərəf getdi. 

Qapını açdı, baxdı. Mat qaldı. 

Otaqda Məmməd Nəsirdən başqa heç kəs yox idi. Məmməd 

Nəsir öz-özüylə nərd oynayırdı. Zaurun gəlişini duymadı: 

—At, Dadaş, — dedi. Atdı. — Aha, şeş qoşa. 

Oynadı. 


—İndi lələşün Məmməd Nəsir atsın. 

Atdı. 


—İki-bir. — Başını qaşıdı. — Yaxşı, mən bu iki-bir andıra 

qalmışı hardan oynayım?  Əldən oynasam bataram ki... ayrısı 

da yoxdur. — Oğrun-oğrun  ətrafa döyükdü. Zauru yenə 

görmədi. — Bu heç, — dedi. — Guya bu olmayıb. Qoy bir də 

atım. Özümüzük də, bilən olmaz. 

Atdı. 


—Tfu səni. Yenə iki-bir. Gətirmir də... 

Zaur yavaşca  qapını örtüb ağır-ağır pilləkəni düşməyə 

başladı. Başını buladı, gülümsündü. Qapıçıya: 

—Sağ olun, — dedi və çıxarıb otuz qəpik verdi. 

Küçəyə çıxanda bir də başını buladı. 



 53 

 

 

DADAŞIN 

PROFESSOR TEYMUR MAhMUDOVA 

MƏKTUBU 

 

Moskva 



Dobrolyubov küçəsi, 11-ci ev, mənzil 7. 

 

Hörmətli və əziz professor! Atəşin salamlar. Cürbəcür işlər 



adamın başını elə qarışdırır ki, heç bir macal tapıb Sizə 

məktub yaza bilmirəm. Nəhayət, bu gün, şənbə günü öz-özümə 

dedim ki, daha nə cür olursa-olsun, gərək vaxt tapıb Sizə bir-

iki kəlmə yazam. Məktub yazmıramsa, bu o demək deyil ki, 

Sizdən xəbərsizəm. Moskvadan gələn tanış-bilişdən həmişə Sizi 

soruşuram. Səhhətinizin, kef-əhvalınızın sağlam və gümrah 

olduğunu eşidib çox sevinirəm. Tez-tez mərkəzi mətbuatda 

imzanızı görəndə ürəyim dağa dönür. Professor, siz bəlkə heç 

özünüz də  təsəvvür edə bilmirsiniz ki, sizin adınız, işiniz, 

taleyiniz, ömrünüz bizim nəsil üçün nə deməkdir. Mən həmişə 

əsl sovet adamı, yüksək ülvi bir humanist, bütün çətinliklərdən 

mərd-mərdanə  və açıq alınla çıxan bir adamı  təsəvvür etmək 

istəyəndə məhz Sizi düşünürəm. Sizin necə ağır illərdən çıxıb, 

haqsız ittihamlara məruz qalıb sarsılmaz inam və etiqadla, 

yenidən qurub yaradan insanların içində belə  ləyaqətli yer 

tutmağınız yalnız cavan nəslə deyil, elə bizim yaşlı nəslimizə də 

ibrət dərsidir. Doğrudan bəzən elə adamlara rast gəlirsən ki, 

kiçicik bir haqsızlığı, ya kəsiri görüb laqeydləşir, yorulur, 

yaxasını  kənara çəkir, heç nəyə qarışmır, başını girləyir. 

"Dəymə  mənə, dəymərəm sənə, ya azacıq aşım, ağrımaz 

başım". Siz isə bütün kəşməkeşlərdən sonra yenə  də  əvvəlki 

hünərlə, cavanlıq həvəsiylə, gənclik ehtirasıyla işləyir, çalışır, 

yaradır, xalqımıza, millətimizə xeyir verirsiniz. Əziz Teymur 

müəllim, bu təmtəraqlı və pafoslu sözlər üçün məni bağışlayın. 

Ancaq inanın ki, bu sözlər ürəkdən gəlir, qəlbimin  ən dəruni, 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə