Roman, povestlər



Yüklə 3 Mb.
səhifə2/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   2   3   4   5   6   7   8   9   ...   158

 6 

dərib geri qanrıldı: onu təqib edən yox idi. Qəflətən ağlına 

gələn fikirdən Neməti soyuq tər basdı. "Bilirsənmi daha niyə fit 

çalmır, niyə  təqib etmir? Nömrəni yazıb, vəssalam. Bəs elə 

bilirdin qaçıb qurtarmısan? Lap arxayın ol, nömrəni yazıb 

götürüb, bütün postlara xəbər verəcək". 

Gözü divara sataşdı. Divarda tambul bir qız uşağının  şəkli 

asılmışdı. Qıvırcıq saçları, çəhrayı, gödək, qırçınlı paltarı vardı. 

Yanaqlarından qan damırdı. 

Şəklin altında: "Ata, 

Kislovodskdan mənə səsli məktub yaz" sözləri yazılmışdı. 

Nemət "Pyataçokun" hündür yerindən üç nəfərin ona tərəf 

gəldiyini gördü. Biri böyük qızı idi, qızı ona yanaşıb: 

—Ata, mənə maqnitofon al, — dedi. 

İkincisi anası idi. Nemət onun üzünün cizgilərini ayıra 

bilmirdi. Amma bilirdi ki, anasıdır. 

Üçüncüsü Sürəyya idi — Nemətin arvadı. 

Sürəyya saatı soruşdu. 

Nemət iri küçə saatına baxıb: 

—Üç tamam, — dedi. 

Arvadının səsi lap yaxından eşidildi: 

—Ay Nemət, oyan görək! Saatı soruşuram. 

Nemət gözlərini açdı.  

—Nə? 


—Deyirəm saat neçədir? Mənim saatım yatıb. 

Nemət qol saatına baxdı. 

—Doqquza iyirmi dəqiqə qalıb, — dedi. 

—Sən allah, dur get çörək al. Çörəyimiz qurtarıb. 

—Yaxşı, bu saat. Beş dəqiqədən sonra. 

Gözlərini ovxaladı. Divara tərəf çevrildi. 

—"Taldı—Kurqan, Alagöl, Manançı". 

Bir ilə yaxın idi ki, Nemət iş otağını böyük qızına verib 

onun yerinə keçmişdi. Ancaq vaxtı ilə  qızının çarpayının 

yanından vurduğu böyük xəritə hələ də divarda dururdu. Sovet 

İttifaqının siyasi xəritəsi. Ölkənin cənub sərhədi Nemətin 

balışının yanına düşürdü. 




 7 

Hər səhər Nemət gözlərini açıb bu xəritəni görürdü. O, Şərqi 

Qazaxıstanın şəhərlərini, göllərini, çaylarını əzbər bilirdi. 

Çox vədə gecələr yuxusu qaçardı. Qaranlıqda xəritə 

yazılarını seçmək olmurdu. Amma gözüyumulu halda da 

Nemət barmağını düz Taldı—Kurqanın, yaxud Alagölün, ya da 

Manançanın üstünə qoya bilərdi. 

Bəzən bu şəhərləri, çayları, gölləri, ümumiyyətlə bu ərazini 

təsəvvüründə canlandırmağa çalışırdı. Ucsuz-bucaqsız çöllər, 

alaçıqlar, susayıb göl, çay kənarına gələn at ilxıları... Uzun 

yallı ağ atlar... sonra yuxu bataqlıq kimi çəkib onu aparırdı. 

—Ay Nemət, sən allah, dur çörəyə get də... 

Yuxu qırsaqqız olub yapışmışdı, əl çəkmək istəmirdi. Ancaq 

Sürəyyanın səsində narazılıq xalları vardı. 

Nemət cəld yorğanı  kənara atıb sıçradı. Bir-iki dəfə  əl-

qolunu atdı — öz aləmində bu, səhər idmanı idi. Üzünü yuyub 

mətbəxə keçdi. 

—Adam—madam iysi gəlir, yağlı badam iysi gəlir. 

—Get çörək al gətir, onda yağlı badam da görərsən. 

Çörəyə növbə yox idi. On dəqiqədən sonra ər—arvad ağ, 

təmiz, səliqəli mətbəxdə qabaq-qabağa oturub çay içirdilər. 

Nemət: 


—Bir qatmaqarışıq yuxu görürdüm ki! — dedi. — Görürəm 

Kislovodskdayıq. Bakıya bilet almaq istəyirəm, özü də bax bu 

pijamada gəlmişəm, deyirlər yox, zol-zol pijama geyməsən 

bilet verməyəcəyik. 

Pişik miyoldadı. Nemət kolbasanın bir tikəsini ona atdı  və 

gülümsündü: 

—Pişiyə  də bilet alırdım. Ona bilet verdilər, dedilər zol—

zoldur. 


—Belə  ağıllı yuxular gördüyünçün ayılmaq istəmirdin? 

Saatı soruşuram, deyirsən üç. 

—Yuxuda saat üç idi də. 

Surəyya: 

—Mürşüdgil deyəsən bu il də Kislavodska gedəcəklər, — 



 8 

dedi. 


—Kislovodskın o bilet müsibəti yadıma düşəndə heç ora 

ayaq basmaq istəmirəm. 

Mixəyi qalstuku qırış idi, yaşılı bağladı.  

—Yaxşı, hələlik, — dedi. — Mən getdim. 

—Tez gələcəksən? Axı bu gün şənbədir... 

 

—Ay aqibətin xeyir, — şeşə bığlı Musa kişi qırmızı siqaret 



paçkasını Nemətə uzatdı. — "Arzu" da var a, bəlkə "Arzu" 

verim! Mağıl indi filtrin bolluğudur. 

—Yox, elə "Nərgiz" yaxşıdır. Kibritin varmı? Ay sağ ol.  

Siqareti damağına aldı. Kibrit çəkdi. O biri səkiyə keçib 

qəzet kioskuna yanaşdı. 

—Sabahın xeyir... Varındı? 

Salman kişi eynəyinin altından gözlərini azacıq qıydı. 

Nemətdən başqa heç kəsin sezə bilmədiyi "hə" işarəsini verdi. 

İşindən qalmadı: 

—Bu sənin "İzvestiyan". Al, bu "Kommunist". Buyur, 

"Gənclər", "Pravda" yoxdur, qurtarıb. TTrudU üç qəpik. "Bakı", 

əlbəttə, dünənkidir, yoxsa bugünkü olacaq səhər-səhər? 

"Komsomol?" Buyur, — deyə alıcıları bir-bir yola salırdı. 

Sonra becid bir hərəkətlə piştaxtanın altından qəzet çıxarıb 

Nemətə uzatdı. 

—Nemət:  

—İki dənədir də? — deyə soruşdu. 

—Eyib sözdür ki… 

—Ay səni yüz yaşa. Buyur. 

—Sağ ol! Xoş getdin! 

Bu iti əməliyyat növbədə dayanmış çil-çil köynək oğlanın 

nəzərindən yayınmadı. 

—Ə kişi, bəs deyirdin "Futbol" yoxdur? Deməli, daşbaşçün 

saxlamısanmış. Barı saç-saqqalından utan! 

Salman kişi partladı: 

—Ağzını dağıtma, qırışmal! Daşbaşı atan eləyir. Bu yoldaş 




 9 

abunəçi yazılıb. Abunəçini qoyub sənə verəcəyəm? 

Nemət aralanıb gedə-gedə Salman kişinin səsini eşidirdi. 

—Sən də zəhmət çəkib vaxtında yazılaydın. 

—Abunəçi burdan niyə  gəlib alır? — Oğlan son zəif bir 

cəhd də etdi. — Evinə yazdırar da... 

—Kefi belə istəyir. Burda yəni sənlik bir iş var? 

Salman kişi elə böyük bir canfəşanlıqla ağın qara olduğunu 

isbat edirdi ki, çil-çil köynək oğlan təslim bayrağını qaldırdı:  

—Yaxşı, nöş dava eləyirsən? Bir sözdü dedim, deməmiş 

olum, bağışla. 

Nemət dodaqaltı  qımışa-qımışa bağa girdi. Boş skamyada 

əyləşdi. "Yox, deyəsən bu gün pis başlamayıb... qəribə yuxu. 

Dadlı səhər yeməyi. Ətirli filtr. İki "Futbol" qəzeti". 

Günəşli ilıq gündü. Ağ seyrək buludlar pərən-pərən olub 

göyə dağılmışdı. "Belə gündə həmişə adamın ovqatı xoş olur". 

Amma ovqatının xoş olmasının ayrı, daha vacib səbəbi də 

vardı: Dadaş kişi sözünün üstündən qaçmasa... 

Qəzeti açıb baxmağa başladı. SSRİ  və  İrlandiya seçmə 

komandalarının sabahkı oyunu haqqında yazılar dərc 

olunmuşdu. Məşqçilərin bəyanatları, komandaların heyəti, 

gümanlar, fərziyyələr... 

—Sabahın xeyir, Nemət, işə getmirsən? 

Narın  ətir iyi Nemətin burnunu çaldı. Başını qaldırıb 

Təhminəni gördü. 

—İndi gələcəyəm. Hazırlıqlı gəlmək istəyirəm. — Əlindəki 

qəzeti göstərdi. —İstəyirəm futbol yeniliklərindən  əvvəlcə 

özüm agah olum. 

Təhminə: 

—Görək axırı bu futbol sizin başınıza nə oyun açır, — dedi 

və gülümsündü. Ağappaq, xırda tən-bərabər dişləri vardı. 

Qarğıdalı dənələri kimi bir boyda və narın. 

Qırmızı baharı paltarının qolları  kəsik idi. Yaxasından 

ətəyinəcən bir düzüm düymə cərgələnmişdi. 

—Yaxşı, hələlik, — deyə əl elədi, uzaqlaşıb getdi. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə