Roman, povestlər



Yüklə 3 Mb.
səhifə3/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   2   3   4   5   6   7   8   9   ...   158

 10 

Nədənsə Nemət Təhminəni ürəyində  həmişə Kaman-qız 

çağırırdı. 

"Kaman-qız!" Özünə deməmişdi, amma onu gördüyü ilk 

günlərdən belə adlandırmışdı. Səsinə görə yox. Səsi boğuq və 

bəm idi. Bəlkə ona görə ki, ucaboylu, arıq idi, uzun ayaqları 

vardı. Bəlkə  də ona görə ki, kaman kimi onu da ancaq şaquli 

təsəvvür etmək olurdu. 

Bəzi qadınları üfüqi təsəvvür edə bilirsən. Amma Kaman-

qız  şaquli qadın idi, gözlərini yumsan da, onu yalnız dimdik 

görəcəksən. Uzun ayaqlarıyla addımlayır, gedir. Quş kimi 

harasa tələsir. Həmişə ayaq üstə. Şəməşək. Kaman-qızı yataqda 

uzanan təsəvvür etmək çətindir. O yalnız üz-üzə dayanıb öpüşə 

bilər, qollarını boynuva salar. Dolayar qollarını boynuva. 

Dolayar uzun qollarını boynuva. Dolayar uzun qollarını 

boynuva şərf kimi.   

Yox, deyəsən, doğrudan da, bu gün pis başlamayıb. Bütün 

ayrı gözəlliklərdən başqa səhər-səhər dünyalar gözəlinin 

qarşına  çıxması, iki gəlmə söz kəsməsi  savabların  savabıdır. 

—"Görək Dadaş kişi ovqatımıza soğan doğramasa. 

Dəbbələməsə!" 

Dünən işdən çıxıb evə  gəlirdilər, birdən Dadaş Nemətə 

müraciət elədi: 

—Yaxşı, de görüm, sən bədii ədəbiyyat tərcümə eləmirsən? 

Vallah, deyir, elmə də, kütləyə də canım qurban, başımı elə bu 

yolda ağartmışam, amma tək elmi-kütləvi  ədəbiyyat 

tərcüməsindən nə çıxacaq! Deyir, qaz vur, qazan doldur. Yaxşı, 

savadlı, ixtisaslı  tərcüməçisən. Yavaş-yavaş keç bədii 

ədəbiyyat da tərcümə elə. 

—Eləyirəm də, Dadaş müəllim, hərdən görürsən düşəndə 

hekayədən, oçerkdən... 

—Hekayədən, oçerkdən nə olsun e... Maşallah bir çətən 

külfətin var. 

—İndi kinostudiya üçün "dublyaj" eləmişəm. "Jivıe i 

mertvıe" kino var e, bilmirəm, görmüsünüz... 



 11 

—Hə, Simonovun romanını çəkiblər. 

—Bəli. 

Aralığa sükut çökdü. Nemət tilov atmış balıqçı kimi 



gözləyirdi.  "Hər  halda  məndən deməkdi.  Tutdu  qatıq,   

tutmadı ayran. Səhərdən bəhanə axtarırdım. Yaxşı ki, sözü özü 

saldı". 

Kiçik bir tərəddüdən sonra Dadaş: 

—Lap yaxşı, — dedi, — o roman bizim nəşriyyatın 

planında da var. Götür tərcümə elə. Bacararsanmı? 

Nemət 

şiddətli ürək döyüntüsünə görə dilinin 



dolaşacağından qorxdu, bir müddət danışmadı. Sonra: 

—Dublyaj eləyəndə materialın içinə girmişəm, — dedi və 

nəfəsini dərdi, — mətnə elə alışmışam ki, məncə, çətin olmaz. 

—Neynək. Mənim etirazım yoxdur. 

Yenə bir müddət susdular. Dinib—danışmadan 

addımlayırdılar. 

—Amma bilirsiniz də, Dadaş müəllim, — Nemət sükutu 

pozdu, — qabaqdan yay gəlir.  İstəyirəm ayrı  iş götürməyəm, 

elə bütün yayı oturub bunu işləyəm. 

Dadaş arif idi. Mətləbi göydə tutdu. 

—Sabah yadıma sal, — dedi. — Müqavilə bağlayaq səninlə. 

Oturub rahat işləyə biləsən. 

—Çox sağ olun. 

Pis kişi deyil bu Dadaş. Görüb—götürmüş adamdır. Özü 

deməyinə qırx ildir nəşriyyatda işləyir. Deyir başımın tükü sayı 

adamlar görmüşəm burda. Otuz beş il bundan qabaq 

kuryerlikdən başlayıb... 

 

Ay dadaş, başıva daş. 



Tərpənmə belə yavaş. 

 

Bəli,  şunu götür, şunu qoy. Ora qaç, bura qaç. Ora-bura 



qaça-qaça bir gün olub korrektor, sonra redaktor, sonra şöbə 

müdiri... nə isə, indi nəşriyyatda heç beş  də yox, üç kişinin 




 12 

biridir. Hörməti, söz-keçərliyi müdirdən heç əskik deyil. 

Amma, insafən, heç özünü dartmağı-zadı yoxdur. Böyüknən 

böyükdü, kiçiknən kiçik. Boş damarı da ki, futbol. Pah 

atonnan! Bu yaşda belə  həvəs?! Futbol adı  gələndə kişinin 

gözü-başı qaynayır. Elə "Futbolun" ikinci nüsxəsini də 

onunçün götürmüşdü. 

Avtobus dayanacağa çatıb nəfəsini dərdi. Qapıları açıldı, 

düşüş-miniş başlandı. Nemət nömrəsinə baxdı. Yox, mənimki 

deyil. Onun avtobusunun nömrəsi Nemətin yaşına uyğun idi — 

33. 

Görəsən camaatın dediyi nə  dərəcədə  həqiqətə uyğundur? 



Yəni doğrudan Dadaşla Təhminənin arasında ayrı haqq-hesab 

var? Heç inanılası deyil. Dadaş hara, Təhminə hara? Təhminə! 

Kaman-qız! Bəli, bu da sənin kaman-qızın. Şaquli qadın. Yox 

əşi, inanmıram, sözdür. Camaatdır da, danışmağa qeybət 

gəzir... Amma bir yana baxanda... Dadaş da az aşın duzu deyil 

ha, yüz fırıldaqdan çıxıb. Bildir Daşkəndə konfransa gedəndə 

yadımdadır nə oyunlardan çıxırdı. 

Nemət bir də Dadaşla Təhminəni gözlərində canlandırdı. 

Dadaşın yekə qarnını, daz başını, ziyilli burnunu... bir də 

Təhminənin uzun qıçlarını, uzun qollarını. 

Üz-üzə dursaydılar Dadaşın başı  Təhminənin çiyninə 

çatmazdı. "Dola qollarını boynuma!" Qollarını Dadaşın yoğun 

peysərinə dolamaq üçün Təhminə gərək dizi üstə çökəydi. Ya 

da Dadaş taburetkanın üstünə çıxaydı... 

Nemət xəyalında canlandırdığı  mənzərəyə özü də güldü. 

Dadaş taburetkanın üstündə! "Əşi, mənim nə borcuma! Onun 

əri var, bunun arvadı: özləri bilərlər. Bu gün mənim 

müqaviləmə qol çəksin. Vəssalam, şüttamam. Onda yayın pulu 

düzəlir. Onda bu gün dublyajdan mənə çatacaq pula 

maqnitofon alaram. Karmena çoxdan söz vermişəm". 

Karmen Nemətin böyük qızı idi. Üç qızı vardı, Ortancılı 

Cilda, kiçiyi Nərgiz. 

Nemət nə  səsini itirmiş sabiq müğənni idi, nə  də opera 



 13 

dəlisi. Opera dəlisi rəhmətlik Əsəd kişi idi. Karmenlə Cildanın 

atası, Sürəyyanın birinci əri. 

Nədənsə bir səhnə heç Nemətin gözləri qarşısından 

getmirdi:  Əsəd kişi iri lırt meşin kürsünün lap dibinə çöküb. 

Bir dizinin üstünə Karmeni alıb, bir dizinin üstünə Cildanı. 

Hardansa tapdığı nadir opera vallarına qulaq asırlar. 

Karmen olardı o vaxt yeddi-səkkiz yaşlarında, Cilda beş-altı 

yaşında.  İndiki kimi yadımdadır, qızların cüt paltarları vardı. 

Moskvadan gətirmişdi, çəhrayı paltarlar, qırçınlı, göm-gödək... 

Başlarında iri çəhrayı bantları vardı. Yanaqlarından da qan 

damırdı. Qıpqırmızı. Üzlərini  Əsəd kişinnn üzünə qoyub 

saatlarla qulaq asardılar.  Əsəd kişi də elə bil cənnətin tən 

ortasında oturub, aldığı zövqdən-səfadan gözlərini yumardı. 

Bir dənə də qəribə abajurları vardı. Elə xoş, ilıq işıq salırdı 

ki, bütün otaq isti pürrəng çay rənginə çalardı. 

Karmen məktəbə gedəndə  dərslərindən axsamağa başladı. 

Əsəd professor idi, məşhur cərrah idi, ora-bura çəkirdilər, 

uşaqla məşğul olmağa hövsələsi hardandı? Elə boş vaxtı olan 

kimi valları qoyub çorta gedirdi, 

Uzun sözün qısası, soraqlaşıb Neməti tapdılar. Köhnə 

pulnan ayda 150 manata Nemət Karmenlə  məşğul olurdu. 

Cildanı da məktəbə hazırlayırdı. 

55-ci il idi. Nemətin 23 yaşı vardı, mətbəədə mürəttib 

köməkçisi işləyirdi, universitetdə  də qiyabi oxuyurdu

biblioqrafiya şöbəsində. 

Anası bir il bundan qabaq rəhmətə getmişdi. Ömür vəfa 

eləmədi ki, atasının şad xəbərini alsın. Arvadı basdırandan iki 

həftə sonra Nemətə atasının bəraət kağızını təqdim elədilər. 

Əsəd Sürəyyadan iyirmi iki yaş böyük idi. Müharibədən 

qayıdandan bir il sonra Sürəyyayla evlənmişdi. 

Qısa müddətdə Nemət  Əsədgilin ailəsinə çox isnişdi. 

Kasıblıq çəkdiyini bilirdilər, tez-tez nahara saxlayırdılar: 

"Tələbə babasan, otur, görək Sürəyya xanım bizi nəyə qonaq 

edəcək" — deyə  Əsəd onu masanın başına dəvət edərdi. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə