Roman, povestlər



Yüklə 3 Mb.
səhifə4/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   2   3   4   5   6   7   8   9   ...   158

 14 

Həmişə arvadına "Sürəyya xanım" deyərdi. Nemət bir dəfə də 

olsun eşitməmişdi ki, Əsəd arvadını eləcə "Sürəyya" çağırsın, 

"xanımsız", yox, həmişə "Sürəyya xanım" ki, "Sürəyya 

xanım!" 

Böyük otaqları vardı. Yumşaq xalılarla döşənmişdi. Xalılar 

addım səslərini su hopduran kimi canlarına çəkirdi. Divarda 

Əsədin atasının iri şəkli asılmışdı. 

Qonaqları oldu, olmadı,   fərqi yoxdur, həmişə masanın 

üstünə  ağappaq, nişastalı süfrə salınardı. Bahalı qab—qacaq, 

gümüş çəngəl-bıçaq düzülərdi. Ailə üzvləri yaxalarına ağ salfet 

salıb eyni vaxtda masanın başına keçərdilər. 

Ev-eşik par-par parlayardı. Nemət heç bir dəfə  də olsun 

Sürəyyanı, ya qızlarını səliqəsiz görməmişdi. Həmişə paltarları 

ütülü, saçları daranmış. 

Hər dəfə Nemətə elə gəlirdi ki, Sürəyya hamamdan bax bu 

dəqiqə çıxıb: əl-üzü tərtəmiz, ağappaq. Dərisi hamar-hamar... 

Çox vaxt Nemət  İçərişəhərdəki dar, rütubətli daxmasına 

qayıdıb bütün gecəni yata bilmirdi. Gözünü əhəngi tökülmüş 

divarlara zilləyib, yerində o yan bu yana qurcuxurdu, yatanda 

da elə bil yuxusuna od tökülürdü. 

Novruz bayramı axşamı Neməti yenə saxladılar. Ağ süfrəyə 

yaşıl səmənilər, nazik, rəngbərəng  şamlar, boyalı yumurtalar, 

bəzəkli xonça düzüldü. Şəkərbura, paxlava gəldi. 

Əsəd: 

—Yaxşı, xoş bayramdır, — dedi. — Amma heyf ata-



babalarımız bir az xərifləyiblər içkini haram eləyəndə... İçkisiz 

məclisin nə duzu? 

Nemət gülümsündü. O bilirdi ki, Əsəd içən deyil. Bu sözləri 

də yüngül zarafat naminə, məzəyçün deyir. 

—Deyirəm, Nemət müəllim, — o yenə  qımışdı: "Nemət 

müəllim", — gəlsənə bu köhnə bazara təzə  nırx qoyaq. Bir 

balaca qədim  ənənəni pozaq. Deyirəm o rəhmətlik kişilər 

bizdən inciməz, həmi?..  Əslinə qalsa, onların özlərinin də 

içməklə araları saz imiş. 



 15 

Əsəd kişi uzun bir əhvalat danışdı, 22-ci ildə 17 yaşında, ilk 

dəfə Bakıya gəlməsindən,  əhli-kef  əmisiylə içki məclisinə 

düşməsindən (indiki zabitlər evi var ha, bax onun yerində 

restoran idi), ömründə ilk dəfə dilinə araq vurmasından, sonra 

da halının xarab olmasından, biabırçılıqdan... Susdu və  əlavə 

etdi: 

—Gəl adama bir azacıq konyak içək.  Şirniyyatın malı 



konyakdır. 

Sürəyya xırda, zərif qədəhlər gətirdi. 

—Sağ olaq! Deyirəm gəl içək Sürəyya xanımın sağlığına! 

Nemət: 


—Sağ olunuz! Sürəyya bacı, sizin sağlığınıza! — dedi və 

həyatında ilk dəfə içdi. 

İkinci qədəhdən imtina etdi. "Gərək abırlı gedəm" deyə 

düşündü.  

Amma abajurun işığı o qədər mülayim, ilıq, mehriban, çay o 

qədər ətirli, Əsədin çaldırdığı musiqi o qədər həzin idi ki, heç 

durub getməyi gəlmirdi.  

Əsədgildən çıxanda gec idi. Küçədə dönüb bir də onların 

dördgöz pəncərəsinə baxdı.  İki pəncərə qaranlıq idi — qızlar 

yatmışdılar.  İki pəncərə isti pürrəng çay rəngli idi. Onların 

ardında musiqi səsləri yumşaq xalçalara hopub itirdi. 

Nemət bu pəncərələrə baxdı, baxdı, birdən tramvayın 

xırıltısını  eşitdi, bildi ki, son tramvaydır, götürüldü, sürüşüb 

yıxıldı, tələsik durdu, yenə qaçdı  və özünü zorla çatdırıb, 

axırıncı vaqonun dal qapısından içəri atıldı. 

Tramvay bomboş idi. Nədənsə içəridə  işıq da söndürüldü. 

Relslər üstündə taq-taq taqqıldayan tramvayın axırıncı 

vaqonunda bir Nemət qaldı, bir də  pəncərələrdə  əks olunan 

ulduzlar. Qabaqkı vaqonda konduktor qızla sürücü oğlan bərk 

mazaqlaşırdılar. Dünyayi-aləm gözlərində deyildi. 

Havada baharın nəfəsi duyulurdu. Yaz gecəsinin nəfəsi. 

Bir fikir-hiss qəfil külək kimi Nemətin içində qopdu, bayraq 

kimi qəlbində dalğalandı: birdən-birə  dərk etdi ki, Sürəyyaya 



 16 

aşiq olub. Bu kəşf damardakı qan kimi təpədən topuğacan içini 

dolaşdı, dövran etdi, qızdırdı.  İçində  nə isə uçub dağıldı. 

Düşündü, anladı ki, bu, hədər, ümidsiz, gümansız bir sevgidir. 

Nə  əvvəli var, nə axırı. Sürəyya onunçun əbədiyyən 

çatılmazdır. Və bu fikrin mütləqliyi xəstə bir ehtiras kimi onu 

daha da gözərtdi, qövr etdirdi, elə bil qəlbinə, beyninə bir qom 

qor atdılar. 

Kədərlənmədi.  İlıq, titrək, nigaran bir duyğu bütün varlığını 

limhəlim doldurmuşdu. Elə bil tramvay silkələndikcə o bu hissin 

bir giləsinin, bir damcısının dağılacağından qorxurdu. 

Tramvay relslərdə çaqqaçuruq atlandıqca pəncərələrdə 

ulduzlar diksinirdi... 

O gecə dar daxmasına getmədi. Səhərəcən küçələri 

hadırladı. Səhərəcən Sürəyya da onunlaydı. 

Aman allah! Elə bil bütün bunlar dünən olmuşdu. Ya da min 

il bundan qabaq. İndi, on il sonra o mart gecəsinin uzaq ürkək 

xatirələrini düşündükcə Nemət gülümsünürdü. 

Həyat qəribə gözlənilməzliklərlə doludur. On il bundan 

qabaq, o mart gecəsi Nemətə ömrünün bax bu gününü, 65-ci il 

5 iyun gününü danışsaydılar, inanmazdı. 

Bu gün səhərdən bəri baş vermiş  ən adi, xırda hadisələr— 

Sürəyyanın onu yuxudan oyatması, qarşı-qarşıya oturub çay 

içmələri, qəndqabını bir-birinə ötürmələri, evdən çıxarkən 

sağollaşmaları — bütün bunlar hamısı on il bundan qabaq 

Nemətə mümkünsüz bir xülya, çatılmaz bir röya kimi 

görünürdü. Doğrudan belədir e... . 

Bu fikirdən başqa bir xoş ümid də doğdu. Bəlkə on il sonra 

həyatında olacaqları da bu gün heç təsəvvürünə  gətirə bilmir. 

Nemət  ən gizli arzularını, quyular dibində gizlətdiklərini, heç 

bir zaman həyata keçəcəyinə inanmadıqlarını yada salmağa 

çalışdı. Yadına saldı, düşündü, güldü. Yəni doğrudan bir vaxt 

gələcək bütün bunlar reallığa, oluya çevriləcək? Çətin ağlı 

kəsir. Amma məgər on il bundan qabaq bu günümü 

danışsaydılar, inanardım? Yox. Deməli... 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə