Roman, povestlər



Yüklə 3 Mb.
səhifə5/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   2   3   4   5   6   7   8   9   ...   158

 17 

Deməli, hər  şey ola bilər. Fikrimdən qovduqlarım, quyular 

dibində basdırdıqlarım, haqqında düşünmək belə 

istəmədiklərim hamısı bir gün — beş ildən, on, on beş ildən 

sonra, həyatım ola bilər. 

Ancaq bu fikirdən sevinmədi. Çünki bu fikrin ardınca ikinci 

bədbin fikir də  gəldi: bəlkə bütün bunlar reallığa, doğruya 

çevriləndə, ömrüm olanda onlar da bugünkü həyatım kimi adi, 

vərdişli, gündəlik olacaq...  

Bir gün Nemət həmişəki kimi qızlarla məşğul olmaq üçün 

Əsədgilə gələndə çöl qapılarını taybatay açıq gördü. Qonşular, 

qohumlar, tanıdığı  və tanımadığı çoxlu adam girib-çıxırdı. 

Dəhlizdə Alyanı — Sürəyyanın böyük bacısını gördü. Əvvəl 

geyiminə diqqət elədi — geyimində  nə isə bir tələsik matəm

lapdan düşmüş yas əlaməti vardı: başına qara örpək salmışdı, 

ancaq paltarı ala-bəzək idi. Sonra sifətini gördü. Gözləri 

şişmişdi, qıpqırmızı idi, amma dodaqları boyalıydı. 

Nemət hövlnak içəri keçdi. 

O gün gündüz saat ikidə  Əsəd elə idarədəcə keçinmişdi. 

Ürəyi partlamışdı. 

Meyit balaca otaqda idi. Arvadlar olan otaqda. Böyük 

otaqda divar boyunca çoxlu stul düzülmüşdü. Qonşulardan 

yenə  də daşıyırdılar. Nemətin tanıdığı  və tanımadığı kişilər 

oturub xısın-xısın  Əsədin özündən, rəhmətlik atasından, 

ölümün qaşla göz arasında olmasından,  əcəldən, ürək 

xəstəliyindən, ümumiyyətlə, xəstəliklərdən söhbət edirdilər. 

Qara boz köynəyini şalvarının üstündən salmış, buxara papaqlı, 

çal topasaqqallı, Nemətin tanımadığı qoca bir kişi: 

—Ölüm var ki, ölümdür, ölüm də var zulumdur, — dedi. — 

Bununku lap zulum oldu. 

Yeddisi çıxanacan Nemət səhər-axşam hər gün gəlirdi. 

Yeddisi günü axşam camaat dağılışanda Sürəyya Nemətə 

yanaşdı: 

—Bu günlər aləm qarışdı, — dedi. Karmen onsuz da 

axsayır, indi yəqin lap geri qalıb. Sabahdan yenə  məşğul 



 18 

olmağa başlayın, özü də lap ciddi. 

İki aydan sonra bir gün Nemət utana-utana Sürəyyaya 

yanaşdı: 

—Sürəyya bacı, — dedi. — Çoxdan bəri demək istədiyi 

sözləri necə deyəcəyini bilmirdi. — Bilirsiz, Sürəyya bacı, mən 

elə alışmışam ki, sizin ailənizə... istəyirdim deyəm sizə ki, 

mənə... pul-zad lazım deyil. Karmenlə də, Cildayla da elə-belə 

məşğul olacam... 

Sürəyya güldü: 

—Nə danışırsız, Nemət! — dedi. — Bir də belə sözü 

ağzınıza almayın. İnciyərəm. Möhkəm inciyərəm. 

Yayı Sürəyyagil heç hara getmədilər. Bakıda qaldılar. 

Əsədin ilini verdilər. Bir payız axşamı söz təzə filmdən düşdü. 

Sürəyya dedi ki, heç axırıncı  dəfə kinoya getdiyi gün yadına 

gəlmir. Səhərisi gün Nemət "Bahar" kinoteatrına dörd bilet alıb 

gətirdi. Karmen və Cildanın səyləriylə Sürəyyanı birtəhər razı 

saldılar. Dördü bir yerdə "Bahar"da məzəli bir komediyaya 

baxdılar: cavan sevgililər öz ata-analarının bütün maneə  və 

əngəllərinə baxmayaraq, yüz cür kələk qurub sonda bir-birinə 

qovuşurdular. Sürəyya xeyli güldü. Kinodan çıxanda Nemətə 

elə  gəldi ki, o cavanlaşıb, elə bil birdən-birə birillik matəmi 

üzündən yuyulub tökülüb. Sürəyya  əvvəlki Sürəyya,  Əsədin 

sağlığındakı Sürəyya idi. Bəlkə  də daha əvvəlki Sürəyya, 

Nemətin onu hələ tanımadığı bir vaxtın Sürəyyası.  Əsədə 

getməmişdən qabaqkı çağın, qız çağının Sürəyyası. 

İki-üç dəfə  də birlikdə kinoya getdilər. Dördü bir yerdə. 

Maraqlı  xarici  film  gedirdi.  On  altı yaşına çatmamış  uşaqları 

buraxmırdılar. Bu filmə ikisi getdi... Sürəyya və Nemət. 

Bəzən bulvara, parka gəzintiyə çıxırdılar. Sürəyya, Karmen, 

Cilda, Nemət. Bir dəfə dəniz seyrinə çıxdılar. 

Payız, asqılıqdan palto götürən kimi, ağacların başından 

küləyi götürüb getdi. Səssizlik çökdü təbiətə. Bir gecə sükut və 

sakitlik içində aram-aram, yavaş-yavaş, yumşaq-yumşaq qar 

yağmağa başladı.  Qar gecəni ağartdı. Qış gəldi. 



 19 

Nemət timsah ağzı kimi aralanmış ayaqqabılarında artıq 

gəzə bilmirdi. Özünə  təzə  çəkmə aldı, paltoya pulu çatmadı. 

"Eybi yoxdur, pencək müəllim bu qışı da bizi birtəhər yola 

verər" — deyə düşündü. 

Bir gün Sürəyyagildən gedəndə Sürəyya ona qəzetə bükülü 

iri bir bağlama uzatdı. "Evdə açarsan" — dedi. Nemətin səbri 

çatmadı, elə pilləkəndə açdı. Dərhal geri qayıtdı. "Bu nədir? — 

dedi. — Mən sizdən inciyərəm. Eyib deyilmi?". O, doğrudan 

pərt olmuşdu. 

Uzun mübahisələrdən, xeyli çənə—boğaz olandan sonra 

Sürəyya onu razı saldı. Nemət evə  təzə paltoda getdi. Evdə 

gördü ki, karıxdığından paltonun mağaza kağızını da 

çıxartmayıb, bütün yolu belə gəlib. 

Qış günlərindən birində qızlarla məşğul olub, evinə gedirdi. 

Sürəyya: 

—Otur bizimlə nahar eləyək, — dedi. — Yarpaq dolması 

bişirmişəm. 

Nahardan sonra "ləzgi qonağı" kimi dərhal durub qaçmaq 

olmazdı. Oturub Sürəyyayla söhbət etməyə başladılar. Qızlar 

öz otaqlarına gedib yatdılar. 

Nemət özü haqqında danışmağı sevməzdi. Bəlkə  də 

bacarmırdı. Amma indi qəribə bir həvəslə Sürəyyanın 

suallarına müfəssəl, yerli-yataqlı cavablar verirdi. 

Əvvəl söhbət atasından düşdü. "Yadıma gəlmir, — dedi. — 

Lap duman içində xatırlayıram ki, boyu çox uca idi. Ya bəlkə o 

vaxt mənə elə gəlirdi. Axı onu aparanda beş yaşım vardı .." 

"Bəli, düzdür. Zakfederasiya vaxtı narkom olub, axır illərinə 

qədər böyük vəzifələrdə işləyib, 35-ci ildə Samuxda ispalkom 

işləyib. Anam danışardı, deyir, camaat onun başına and içirdi, 

evlər tikdirmişdi, yol saldırmışdı. Evindən aparmağa qorxublar. 

Bakıya çağırıb burda tutublar". 

"Hə, otuz səkkizinci ildə Bakıya köçdük. Camaat 

qoymurmuş, anama deyiblər ki, sən arxayın ol, səni də 

saxlayacayıq, uşağınızı da böyüdəcəyik. Amma anam razı 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə