Roman, povestlər



Yüklə 3 Mb.
səhifə6/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   2   3   4   5   6   7   8   9   ...   158

 20 

olmayıb. Köçüb Bakıya. Dayım Bakıda imiş. Elə  mən indi 

olduğum həmin bu evi də dayım tapıb. Hə, balacadır, çox 

balacadır, amma daha neyləyəydik. Hələ, siz onu deyirsiniz... 

bura təzə köçəndə qonşularımız bilirmiş ki, atamı aparıblar. 

Anam, rəhmətlik, deyirdi ki, adamın allahı var, insafən 

üzümüzə vurmurdular, amma öz aralarında danışırlarmış. 

Qonşumuzun bir oğlu vardı. Elə  mənimlə yaşıd idi, beş-altı 

yaşında olardıq o vaxt. Həmişə çıxıb bizim damımızda oynayır, 

atılıb-düşürdü. Anam danışırdı ki, çıxıb deyirəm: ay bala, orda 

atılıb-düşmə, qırı xarab eləyirsən, yağış yağanda bütün su 

evimizin içində olur. Uşaq nə desə yaxşıdır? TÇox danışma, siz 

qraq narodsuz". O vaxtdan anam həmişə acı-acı gülüb: 

neyləyək, a bala, qraq naroduq da, — deyərdi. 

—İnişil anam ağır xəstə yatanda... hə, vərəmdən öldü. 

Üstəlik yel xəstəliyi də vardı, hə, anam inişil xəstə yatanda o 

uşağın atası bizə  dəyməyə  gəlmişdi. Anamdan çıxmayan iş, 

danışdı bu əhvalatı. Kişi qıpqırmızı qızardı. "Bəs o vaxt mənə 

niyə  xəbər eləməmişsiniz, — dedi,  — öz damıma qır 

saldıranda sizin damınıza da saldırardım". Eh, nə isə... 

Sonra Sürəyya danışmağa başladı. 

Nemət indiyəcən heç bilmirdi ki, Əsədlə Sürəyya həm də 

Sürəyyanın anası  tərəfdən yaxın qohum imişlər: dayıoğlu, 

bibiqızı. 

Əsəd də Nemət kimi uşaq yaşından yetim qalıb. Onu 

Sürəyyanın atası  Fəttah kişi böyüdüb, Kiyevdə oxutdurub. 

Rəhmətə getməmişdən bir az qabaq Əsədi yanına çağırıb, 

deyib bax, bu üç qızımı  sənə tapşırıram. Aralığa müharibə 

düşüb. Müharibədə  Əsəd cərrah kimi yaman ad çıxarıb. 

Cəbhədə, deyir, qiyamət eləyirmiş. Ölüləri dirildirmiş. 

Təcrübəsi çox olub. Özü deyirdi ki, elə bil on akademiya 

qurtarıb gəldim. Gələndən üç il sonra professor olub. 

Fəttah kişinin külfəti müharibə vaxtı çox qıtlıq görübsə də, 

Əsəd qayıdandan bəri bir şeydən korluq çəkməyib. Sürəyyanın 

böyük bacısı Alyanı  Əsədin cəbhə dostu Murtuz adında bir 



 21 

polkovnik alıb. 

—Tahirə, ortancıl bacım institutdan bir oğlanla gəzirdi, 

həmin bu Cabbarla, bir qrupda oxuyublar, elə ona da getdi. 

...Bir gün də görürəm anam məni çağırıb deyir, bala, 

bacıların getdi, səninçün də yol açıldı, bəs, səni Əsəd istəyir. 

On doqquz yaşım vardı. APİ-də oxuyurdum. Sonra ki, 

Karmen oldu, institutdan çıxmalı oldum. Əsəd elə hey deyirdi 

ki, heç olmasa qiyabi oxu qurtar. Amma hardan? Cilda oldu. 

Başım elə qarışmadı ki... oxumaq yadıma düşsün. Eh, nə bilim, 

vallah! 

Söhbətləri çox uzandı. Nemət birdən saata baxdı  və ürəyi 

tupp elədi: birin yarısı idi. Heç vaxt bu evdə belə gec 

qalmamışdı. Ayağa durmaq istəyəndə birdən gözləri 

Sürəyyanın gözlərinə sataşdı. Necə olub bayaqdan bəri bunu 

görməyib? Sürəyyanın gözləri dolmuşdu. Yanaqlarına iki gilə 

yaş axmışdı. Nemət lap özünü itirdi. Nə etməyi, hansı sözlərlə 

ovutmağı, təsəlli verməyi bilmirdi. Karıxıb qalmışdı. Sürəyya 

onun bu təlaşını gördü, baftalı kiçik dəsmalını  çıxarıb göz 

yaşlarını sildi, gülümsəməyə çalışaraq: 

—Eybi yoxdur, — dedi, — mənə fikir vermə, keçər. Susdu 

və qəfilcən Nemətin heç gözləmədiyi sözləri əlavə etdi: 

—Allah mənə bir oğul vermədi. — Nemət bu sözlərdə  nə 

isə bayaqkı  qəmli söhbətə  bənzəməyən başqa bir həyəcan 

duydu, sövq-təbii bir hisslə bu həyəcanın xalını, çalarını anladı 

və özü də həyəcanlandı. 

Elə həmin andaca Sürəyya alayavaş səslə:       

—Elə istərdim ki, oğlum olsun, — dedi, — özü də heç 

olmasa bir az sənə oxşasın. 

Nemətin ürəyi şiddətlə döyünməyə başladı. Qızardığını hiss 

etdi və bunu hiss etdiyindən, qızarmamağa cəhd göstərdiyindən 

və bacarmadığından daha da pörtdü. 

Sürəyya onun üzünə baxırdı, əvvəl iki yanağından çıxan iki 

"qırmızı turpu", sonra bütün sifətini bürüyən rəngi görür və 

Nemətin halını başa düşürdü. O, mehriban və bir qədər  şıltaq 



 22 

təbəssümlə  əlini Nemətin saçlarına çəkdi. Həmin dəqiqədəcə 

Nemət  əsəbi və  kəskin hərəkətlə Sürəyyanın  əlini qapıb cod 

öpüşlərlə aramsız öpməyə başladı. Abajur çayın rəngi kimi 

dibə çökdü. Tavan uzaqlaşdı, qaraldı, itdi. Bir an Nemət məkan 

hissini itirdi, ancaq bir fikir beynində titrəyib duruldu ki, 

Sürəyya əlini çəkmir. Və qəfil qərarla Nemət illərdən, aylardan 

bəri rütubətli daxmasında boğduğu çılğınlıqla Sürəyyanı qolları 

arasına aldı, bağrına basdı  və tez-tez öpməyə başladı. 

Dodaqlarını axtardı. Sürəyyanın çovuyan, itən dodaqlarını 

axtardı, tapa bilmədi, göz qapaqlarından, alnından, çənəsindən, 

boynundan öpdü. 

Nemətin iyirmi üç yaşı vardı  və  həyatında ilk dəfə 

barmaqlarında, dodaqlarında bəyaz qadın dərisinin hamarlığını 

duyurdu... 

—İcazə verin. 

Nemət başını qaldırıb ona tərəf əyilmiş kişini gördü. Siqareti 

damağından götürüb kişiyə uzatdı. Kişi siqareti papirosuna 

dirəyib sümürdü, yandırdı, "təşəkkür" deyib getdi, bağın 

içindən çıxdı, uzaqlaşdı.  

Bir aydan sonra evləndilər. Sürəyya nə məharət işlətmişdisə

o gündən bəri Karmen də, Cilda da Neməti "ata" bilirdilər. 

Nemət də onları doğma övladı sayırdı. 

57-ci ildə Sürəyyanın Nemətdən bir qızı da oldu. 

Sürəyyanın anası Bikə xala qızı Nemətə gedəndən bəri bir il idi 

onlarla küsü saxlayırdı. Sürəyyanın Nemətə getməsiylə heç cür 

barışa bilmirdi. "Ay virananın övladı, bizi el içində xar etdin. O 

cür kişinin arvadı, yaraşar ki, ərinin meyidi soyumamış belə 

dılğırın, uşaq-muşağın birinə getsin?! Əvvəl, səndən neçə yaş 

balacadır. Sonra lüt-üryanın biridir, o necə ailə saxlayacaq

özüvü, o böyründəki tifilləri necə dolandıracaq?" Bikə xala çox 

dedi, Sürəyya az eşitdi. Bikə xala da axırda qızının daşını atdı. 

Bir il qapısını açmadı. 

Uşaq olandan sonra naəlac qalıb barışdı. Doğum evinə 

qızını görməyə gəldi. Nemətin də üzündən öpüb: "Qismət belə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə