Roman, povestlər



Yüklə 3 Mb.
səhifə9/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   5   6   7   8   9   10   11   12   ...   158

 31 

düymələməyəcək?" —  deyə düşündü və bir neçə addım 

aralanandan sonra özünü saxlaya bilmədi, dönüb bir də 

Təhminəyə baxdı: 

—İşdi şayət təsadüfən yuxumda Riqaya düşsəm, mütləq səni 

axtarıb taparam, — dedi. 

Dişləri narın, tən-bərabər,qarğıdalı dənələri. 

Nemət otağa girdi. Futbol ehtirasları sinsiyib hamının içinə 

çökmüşdü.   Başlarını   aşağı  salmışdılar, hərə öz işiylə məşğul 

idi. Deyəsən, Dadaş dünənki söhbətdən heç söz salmaq fikrində 

deyildi. 

"Üzümə salım, deyim. Yox. Yaxşı düşməz". Ancaq 

deməsəm də, özünün yadına düşən deyil. Bəlkə bir bəhanə 

tapıb deyim. Məsələn, "bu gün gedəcəm dublyajın pulunu 

almağa, deyirdim sizə, "Jivıe i mertvıe". Yaxud "dünən  şkafa 

baxdım, tapa bilmədim, bizdə burda yoxdur ki, o roman?" Yox, 

bu bicliklərin köhnə pulnan qiyməti beş  qəpikdir. Dadaş 

qazdan ayıqdır. Ya bəlkə belə deyim: "Dünən oturub başladım 

bir az romandan tərcümə etməyə, pis getmir". Yox, bu da 

yaramaz. Deyər başlamısan, əcəb eləmisən, qurtar gətir, plana 

salaq... "Əşi, nə götür-qoy edirəm?". 

—Dadaş müəllim, — dedi, — dünən müqavilə haqqında 

danaşmışdıq, yadınızda? 

Nemət duydu ki, otaqdakılar qulaqlarını şəklədilər. 

Dadaş başını qaldırdı: 

—Hə, hə,  əlbəttə, yadımdadır. Yəhya, zəhmət çək

Təhminəni çağır, bir müqavilə doldursun. 

Təhminə otağa girdi. Düymələri bağlanmışdı. Görəsən Zaur 

deyib? Siyirtməsindən müqavilə  çıxarıb doldurmağa başladı. 

Atanın adı, ünvanı... 

—Dadaş müəllim, neçədən bağlayırsınız? 

Bir an səssizlik çökdü. Guya Qurban da, Yəhya da, Gümşüd 

də öz işləriylə  məşğul idilər. Amma Nemət bilirdi ki, üçünün 

də qulağı darı dənləyir. 

Nemət düşünürdü: "Lap aşağısı 60, yuxarısı 150. Bunlar 



 32 

heç, indi görəsən həştad olacaq, yüz, ya yüz iyirmi?". 

Dadaş: 

—Yüz iyirmi, — dedi, — sanballı işdir. 



Təhminə yazdı. 

—Qol çək. 

Nemət qol çəkdi. Dadaş da qol çəkdi. 

—Bay, 120 yazmısan ki... — dedi, — bəs mən 100 dedim. 

Gülüşdülər. Bu da şöbə yumoru qəbilindən idi. Dadaş: 

—Daha keçib, qol çəkdik, — dedi, — babalı  Təhminənin 

boynuna. Yazılana pozu yoxdur. 

Dadaş: "Yazılana pozu yoxdur" deyəndə  səhərki xatirə — 

Bikə xalanın doğum evində dediyi sözlər ani bir qığılcım kimi 

Nemətin fikrində alışıb söndü. 

Nemət: 

—Çox sağ olun, — dedi. — Artıq dərəcədə minnətdaram. 



—Beh haqqında  ərizəni də yaz, aparım müdir ikisinə bir 

yerdə qol çəksin. 

...Dadaş kağızları götürüb otaqdan çıxdı. 

Yəhya başını qaldırıb: 

—Sən çaldın, — dedi.  

Nemət: 


—Yetim əlində qoğal əcaib? — dedi. 

Gümşüd: 


—Ayəndə düşər şənbəyə novruz, — dedi. 

Qurban heç nə demədi. Qaşqabağı yernən gedirdi. Nemət 

bilirdi ki, içini gəmirir. 

Dadaş qayıtdı: 

—Hə, indi get Səfdərə təzimə. 

Səfdər dayı baş mühasib idi. 

—Yox, yox, indi pulumuz yoxdur. Qəpik də. 

Hələ idarənin tarixində elə hadisə olmamışdı ki, Səfdər bir 

adama gələn kimi əlüstü pul versin. 

—Bəs haçan olacaq? 

—On gündən sonra. 



 33 

Amma Səfdər dayının bir məziyyəti var idi. On gündən 

sonra deyirdisə, düz on gündən sonra arxayın gedib pulunu ala 

bilərsən. Sözünün ağası idi. Dadaş, Səfdər dayı, bir də 

Məmməd Nəsir bu idarənin ən köhnə işçiləri idi. 

—Bilirsən ki, olsaydı, sənə yox deməzdim. Bayaq Dadaş 

gəlmişdi. Alacağı var. Birisi gün Riqaya gedir. Dedim yoxdur. 

Dalınca göndərərəm. 

"Deməli, Dadaş birisi gün gedir. Bu nə pis oldu". 

Nemət çoxdan nərddə Dadaşa bir düşbərə-qutab 

uduzmuşdu. Özü də  əhvalat yay məzuniyyətinəcən olmalıydı. 

İndi bir sabahkı gün qalırdı. Çatdırmaq olardı. Amma bir az 

yaxşı düşmürdü. Müqavilə-filan... Elə  çıxırdı ki, əzəz-əvəzdi, 

xəcalətdən çıxır. Yox, əlbəttə, Dadaş onu tanıyır, xasiyyətinə 

bələddir. Bilir ki, elə adamlardan deyil. Ancaq işçilərdən elə 

düşünənləri olacaq. Elə biri bu Qurban... "Gördün, lələ, öyrən, 

bacarana can qurban. Eh dünya, məlik dünya, təpəsi dəlik 

dünya!" və sair folklor yaradıcılığı... hər halda Dadaşa təklikdə 

demək lazımdır. Xəbərləri olmasın. Ancaq əvvəl "baş vəkillə" 

razılaşdırmaq lazımdır. Dəhlizdən evə  zəng elədi. Mətləbi 

Sürəyyaya açdı. 

—Özün bilirsən də, — dedi, — lazımdır. 

Bir müddət qulaq asdı. 

—Əti özüm tapacam, — dedi, — səhər tezdən gedərəm. Hər 

nə lazımdır alaram. Yox, heç kəs, bir Dadaş olacaq, bir də 

Murtuzgilə deyərik. Tahirəgilə. Vəssalam. 

Dadaşa dəhlizdə yanaşdı, dedi. 

—Əşi, bu nə zəhmətdir, nə xəcalətdir, qoy qalsın payıza. 

"Görürsən, müqavilə, nə bilim, əvəz-əvəz məsələsini heç 

ağlına da gətirmir". 

—Yox, canımçın, çoxdan hazırlıq görmüşük.  İntəhası 

bilmirdim ki, biri gün gedirsiniz. Odur ki, belə bir az gec 

deyirəm. 

—Uşaqlara demisən? 

Nemət bir an tutulan kimi oldu. 



 34 

—Yox, deyirəm, elə özümüz oturaq, necə deyərlər

xudmani, çünki bilirsiz, — dolaşıb səbəb tapmağa çalışdı. 

Dadaş dərhal onun imdadına çatdı. 

—Aa, nə olar, lap yaxşı, deməli, sabah üçdə. 

Nemət otaqlarına girib papağını götürdü, 

—Mənim bir balaca işim var gedirəm. Xudahafiz.  

Pilləkənlə düşəndə kimsə  qəfilcən onun qolundan yapışdı. 

Nemət diksinib dayandı. Məmməd Nəsir idi. 

—Ay səni xoş gördük. 

—Salam, salam, Məmməd Nəsir. 

Otuz beş il bundan qabaq Dadaş, Səfdər, Məmməd Nəsir bu 

idarəyə bir vaxtda işə giriblər. İdarədə yaşından asılı olmayaraq 

hamı Dadaşa Dadaş müəllim, Səfdərə  Səfdər dayı deyərdi. 

Məmməd Nəsiri isə cavan da, qoca da, uşaq da, böyük də 

adıyla çağırırdı. Bu üçündən başqa bütün ayrı  işçilər idarəyə 

çox-çox sonralar gəlib. Otuz beş il bundan qabaqkı idarə 

folklorunu: 



 

"Ay Dadaş, başına daş, 

Tərpənmə belə yavaş" — 

 

misralarını da orta və  gənc nəslə elə  Məmməd Nəsir 

çatdırıb.  İndi də Nemətin qulağına  əyilib: "Yenə onun 

şöbəsindəsən?" — deyə  xəbər aldı  və simayi-şəms üstündə 

xısın-xısın oxudu: 

Ay Dadaş, başına daş... 

 

Nemət bildi ki, yenə  dəmdir. Məmməd Nəsirin həyatda iki 



ehtirası vardı: nərd atmaq və vurmaq. İçəndə başqa aləm idi. 

Məmməd Nəsir beli bükülmüş, saçları seyrəkləşmiş 

ortaboylu arğaz bir kişi idn. Qəribə yazıq təbəssümü vardı. Elə 

bil icazəylə gülümsünürdü. Həm də böyük məşəqqətlə 

gülümsəməyə icazə almışdı. Elə bil yerimək, oturmaq, 

yaşamaq icazəsini də böyük çətinlik və yalvar-yaxardan sonra 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə