Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
  1   2   3   4   5   6   7   8


İ

QLIM 


D

ƏYIŞMƏLƏRI

:A

ZƏRBAYCAN 



K

YOTO 


Ö

HDƏLIKLƏRINƏ 

Ə

MƏL 


E

DƏ 


B

ILƏCƏKMI


 

Rövşən Abbasov, PhD 

 

 

GIRIŞ 



 

Beynəlxalq  Hökumətlərarası  İqlim  Panelinin  (IPCC)  verdiyi  məlumata  görə  son  30  ildə  insan 

fəaliyyəti  nəticəsində  atmosferdəki  istixana  qazlarının  miqdarı  sürətlə  artmaqdadır  (İPCC,  2007). 

İstixana  qazları  dedikdə  atmosferə  neft  məhsullarının  yanması  və  digər  təsərrüfat  fəaliyyəti 

nəticəsində  daxil  olan  qazlar  başa  düşülür.  Artıq  sübut  olunmuşdur  ki,  bu  qazların  atmosferdə 

mövcudluğu istixana effekti yaradır və bu da Yer kürəsinə Günəşdən gələn istiliyin geri qayıtmasına 

mane olur. Nəticədə  iqlimin tədricən istiləşməsi baş verir ki, mövcud ədəbiyyatda bu hadisə iqlim 

dəyişmələri  yaxud  da  global  istiləşmə  adlanır  (İPCC,  2007).  Hal-hazırda  iqlim  dəyişmələrinin 

qarşısının  alınması  üçün  beynəlxalq  və  regional  səviyyələrdə  atmosferə  atılan  istixana  qazlarının 

azaldılması  istiqamətində  müxtəlif  tədbirlər  həyata  keçirilir.  Bu  məqalədə  Azərbaycanda  iqlim 

dəyişmələri və onların təsirinin azaldılması istiqamətində görülən işlərdən və bu sahədə gələcəkdə 

görülməsi vacib olan işlərdən danışılır. 

 

Qeyd olunduğu kimi, iqlim dəyişmələrini törədən əsas antropogen amil insanın müxtəlif istiqamətli 



təsərrüfat  fəaliyyəti  nətcəsində  atmosferdəki  istixana  qazlarının  artmasıdır.  Atmosferdə  olan  əsas 

istixana  qazları  su  buxarı  (H

2

O),  karbon  qazı  (CO



2

),  metan  (CH

4

)  və  ozondur(O



3

).  Su  buxarının 

istixana  effektindəki  payı  36%-dən  75%-ə  kimi  dəyişə  bilir.  Karbon  qazının  payı  9-26%,  metanın 

payı  4-9%,  Ozonun  payı  isə  2-7%  təşkil  edir.  Su  buxarı  atmosferə  təbii  şəkildə  daxil  olduğundan 

onun  yaratdığı  effekt  də  təbiidir  və  hesab  olunur  ki,  o  iqlimin  süni  istiləşməsinə  səbəb  olmur. 

Karbon  qazı,  metan  və  ozon  isə  atmosferə  həm  təbii  şəkildə,  həm  də  insan  fəaliyyəti  nəticəsində 

daxil ola bilər. IPCC-nin verdiyi məlumata görə sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə 

olan karbon qazının miqdarı 28%, metanın miqdarı isə 60% artmışdır (IPCC, 2007). 

 

İstixana  qazları  atmosferə  başlıca  olaraq  neft,  qaz  və  neft  məhsullarının  yandırlması  nəticəsində 



daxil  olur.    Hal-hazırda  dünyanın  müxtəlif  ölkələri  iqlim  dəyişmələrinin  qarşısını  almaq  və  öz 

ərazilərində  atmosferə  atılan  istixana  qazlarının  miqdarını  azaltmaq  məqsədilə  müxtəlif  qısa  və 




uzunmüddətli  tədbirlər  həyata  keçirirlər.  Bu  tədbirlərə,  əsasən,  istixana  qazlarının  atmosferə 

atılmasına  səbəb  olan  köhnə  texnologiyalardan  imtina  edilməsi,  ekoloji  baxımdan  təmiz  olan  yeni 

istehsal  üsullarının  tətbiqi  və  bərpa  olunan  enerji  mənbələrindən  (məs.  külək,  yaxud  da  genəş 

enerjisi)  istifadə  aiddir.  Lakin,  neft  və  qaz  insan  fəaliyyəti  üçün  əsas  yanacaq  və  enerji  mənbəyi 

olduğundan bu proses kifayət qədər çətinliklə həyata keçir. 

 

Atmosferə atılan istixana qazlarının miqdarını azaltmaq məqsədilə 2005-ci ilin fevral ayından BMT-



nin  İqlim  Dəyişmələri  üzrə Çərçivə Konveniyası  – Kyoto  Protokolu (UNFCC) qüvvəyə mimişdir. 

Kyoto  protokolunun  əsas  vəzifəsi  bundan  ibarətdir  ki,  dövlətlər  öz  ərazilərində  istixana  qazlarının 

atmosferə daxil olmasının qarşısını almaq üçün öhdəliklər götürürlər və bu öhdəliklərə əsasən 2012-

ci  ildə  hər  bir  dövlətin  atmosferə  atdığı  istixana  qazlarının  miqdarı  1990-cı  il  səviyyəsi  ilə 

müqayisədə  5,2%  azaldılmalıdır.  Hal-hazırda,  ABŞ  istisna  olmaqla  dünyanın  bütün  dövlətləri,  o 

cümlədən  Azərbaycan  Kyoto  protokolunun  əsas  prinsiplərini  qəbul  etmişdir  (UNFCCC,1999). 

Doğrudur, Kyoto protokoluna qoşulmaqla ölkəmiz heç bir konkret öhdəlik qəbul etməmişdir, ancaq 

bu konvensiyaya qoşulmanın özü  artıq Azərbaycan qarşısında mühüm vəzifələr qoyur.  

 

IQLIM DƏYIŞMƏLƏRI VƏ AZƏRBAYCAN 

Iqlim  dəyişmələri  insanın  təbiətə  getdikcə  daha  çox  artan  təsiri  nəticəsində  təzahür  edən  bir 

hadisədir. Bu hadisə qlobal xarakter daşımaqla dünyanın bütün ölkələrinin əhatə edən bir problem 

kimi gündəmə gəlir və hər hansı bir regional özəlliyə malik deyil. Buna görə də iqlim dəyişmələri və 

onunla  bağlı  olan  bütün  problemlərin  həlli  istiqamətində  görülən  işlər  dünyanın  bütün  ölkələrində 

eynidir və yalnız görülməli işlərin miqyasında bir çox fərqlər ola bilər. 

 

Milli  Məclis  Kyoto  protokolunu  rəsmi  ratifikasiya  edəndən  sonra  Azərbaycan  rəsmi  şəkildə  bu 



konvensiyaya  qoşuldu.  1997-ci  ildə  Azərbaycanda  İqlim  Dəyişmələri  üzrə  Dövlət  Komissisyası 

yaradılmış  və  bu  komissiyada  19  nazirlik  və  digər  dövlət  idarələri  təmsil  olunmuşlar.  Bu 

komissiyanın qərarı ilə həmin ildə İqlim Dəyişmələri üzrə Milli Mərkəz yaradılmışdır. Bu mərkəz 

müxtəlif sahələrin  mütəxəssislərini dəvət  edərək  Azərbaycanıda iqlim dəyişmələri ilə bağlı müasir 

vəziyyəti müəyyən etmək üçün hesabat hazırlamışdır. 1998-1999 illərdə bu mərkəz tərəfindən İqlim 

Dəyişmələri  üzrə  İlkin  Milli  Məlumat  sənədi  hazırlanmış  və  2000-ci  ilin  mayın  23-də  bu  sənəd 

Kyoto Protokolu katibliyinə təqdim edilmişdir. Bu sənəddə Azərbaycan ərazisində atmosferə atılan 

istixana qazları və onların mənşəyi, ölkənin enerji potensialı və ekoloji baxımdan təmiz olan bir sıra 

enerji mənbələri haqqında bir sıra məlumatlar verilir (Behbudov and Aliyev, 1999).  



Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə