Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
1   2   3   4   5   6   7   8

 

Hal-hazırda  ölkəmizdə  iqlim  dəyişmələrinin  təsirinin  azaldılması  və  istixana  qazlarının 

emissiyasının minimuma endirilməsi istiqamətində bir çox işlər görülməkdədir. 2001-ci ildə qəbul 

edilmiş  atmosfer  havasının  mühafizəsi  haqqında  Azərbaycan  Respublikasinin  qanunu  atmosfer 

havasının  mühafizəsinin  hüquqi  əsaslarını  müəyyən  edir.  2002-ci  ildə  qəbul  ətraf  mühitə  dair 

informasiya almaq haqqında, 2003-cü ildə isə əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında 

qanunlar  qəbul  edilmişdir.  Bu  qanunlarda  həmçinin    əhalinin  ətraf  mühit  barədə  dəqiq  məlumat 

almasına dair hüquqları da müəyyən olunur. 

 

Azərbaycanda  iqlim  dəyişmələrinin  elmi  baxımdan  öyrənilməsinə  ötən  əsrin  90-cı  illərindən 



başlanılmışdır. Bu elmi-tədqiqat işləri sayəsində respublikamızın iqlimində baş verən uzunmüddətli 

dəyişmələrin  qiymətləndirilməsi  istiqamətində  bir  sıra  işlər  görülmüş,  iqlim  dəyişmələrinin 

ölkəmizin  su,  meşə  və  bioloji  ehtiyatlarına  təsiri  ilkin  olaraq  qiymətləndirilmiş  və  əsas  istixana 

qazlarının mənşəyi müəyyən edilmişdir (Country report, 2003). 

 

İqlim  dəyişmələri  sahəsində  aparılmış  tədqiqatlar  respublikamızda  temperaturun  çoxillik 



qiymətlərinin  tədricən  artdığını  göstərir.  Son  100  ildə  Azərbaycan  ərazisində  aparılan  alət 

müşahidələri  bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da  iqlimin  uzunmüddətli  dəyişmələrinin 

olduğunu  söyləməyə  əsas  verir.  Bəzi  qiymətləndirmələrə  görə  havanın  temperaturu  ayrı-ayrı 

məntəqələrdə  0,5-1

0

C  artmışdır  (Mahmudov  2006).  Temparaturun  artması  ilə  bərabər  Azərbaycan 



Respublikasının su ehtiyatlarının azlacağı da gözlənilir və bu azalma müxtəlif temperatur artımları 

üçün 20-40% arasında dəyişə bilər (Abbasov, 1999).  

 

Bir sıra tədqiqatlara görə isə Azərbaycan ərazisində baş verən təhlükəli təbiət hadisələrinin – leysan, 



daşqın,  sel,  quraqlıq  və  s.  hadisələrin  də  müçahidə  olunma  tezliyi  arta  bilər    və  həmiçinin  iqlim 

dəyişmələri həmiçinin ölkəmizin ərazisində meşə və əkinə yaralı torpaq shtiyatlarını azalda bilər. 

 

Hal-hazırda  respublikamızda  iqlim  dəyişmələri  ilə  bağlı  çoxsaylı  layihələr  həyata  keçirilməkdədir. 



Bu layihələr həm dövlət, həm də qeyri hökumət təşkilatları tərəfindən həyata keçirilir və ilk növbədə 

atmosferə atılan istixana qazlarının azaldılması məqsədini güdür. Məsələn, Azərbaycan Respublikası 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  (ETSN)  ilə  Kanadanın  Dövlət  İdarəçilik  İnstitutu  arasında 

Xəzər Hövzəsində İstilik Effekti Yaradan Qazların tullantılarının azaldılması üzrə 2002–2005 illərdə 

həyata  keçirilən  tədris  proqramı  buna  misal  ola  bilər.  Qeyri  hökumət  təşkilatlarından  Azərbaycan 



Ekoenergetika Akademiyasının həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Bu layihələr 

əsasən  ekoloji  baxımdan  təmiz  olan  və  istixana  qazlarının  atmosferə  atılmasını  nəzərdə  tutmayan 

elektrik enerjisinin istehsalını nəzərdə tutur. Bu layihələrə Azərbaycanın müxtəlif regionlarında su, 

külək  və  günəş  elektrik  stansiyalarının  qurulması  aiddir.  Ekoenergetika  Akademiyasının  həyata 

keçirdiyi layihələr kiçik miqyaslı olsa da istixana qazlarının emissiyasının azaldılması istiqamətində 

çox yaxşı örnək hesab olunmalıdır (Aliyev F.G. and Aliyev F.F. 2007). 

 

Kyoto  protokolunu  qəbul  etməklə  Azərbaycan  dolayısı  ilə  öz  ərazisində  atmosferə  atılan  istixana 



qazlarının  miqdarını  2012-ci  ildə  1990-cı  il  səviyyəsi  ilə  müqayisədə  5%  azaltma  öhdəliyini 

götürmüşdür.  İstixana  qazlarının  əsas  mənşəyi  yanacaq  növlərinin  yandırılmasıdır  və  Azərbaycan 

ötən  illərdə  yanacaq  istehlakını  nəinki  azaltmış,  əksinə  artırmışdır.  Iqlim  dəyişmələri  Milli 

Mərkəzinin  rəsmi  məlumatına  görə  1990-cı  ildə  ölkəmizdə  atmosferə  atılan  istixana  qazlarının 

miqdarı    57261  min  ton  olmuşdur.  Kyoto  protokolunun  prinsiplərinə  əsasən  bu  rəqəm  2012  ildə 

azalaraq 54397 min ton təşkil etməlidir. Lakin aparılan hesablamalar bu rəqəmin 2007 ildə artaraq 

69516  min  ton  təşkil  etdiyini  göstərir.  Bu  deyilənlərdən  belə  bir  nəticə  hasil  olur  ki,  hal-hazırda 

Azərbaycan  Respublikasının  Kyoto  protokoluna  olan  “karbon  borcu”  15118  min  ton  təşkil  edir. 

Rəsmi  statistika  2007-ci  ildən  başlayaraq  istixana  qazlarının  emissiyasının  azalmasını  göstərsə  də 

qalan  vaxt  ərzində  istixana  qazlarının  bu  qədər  azalacağını  gözləmək  çətindir.  Təbii  ki,  qarşıya 

qoyulan  bu  vəzifəni  həyata  keçirmək  üçün  yeganə  yol  ənənəvi  yanacaq  növlərindən  istifadəni 

mümkün  qədər  azaltmaqdır.  Bu  istiqamətdə  kifayət  qədər  real  görünə  bilən  işlər  nəqliyyat 

sektorunda və təbii qazın əhali tərəfindən istifadə sahəsində ola bilər. 

 

MATERIAL VƏ METODLAR 

Bu məqalədə istifadə edilən məlumatlar Azərbaycan Dövlət Statistika Komitəsinin (ADSK), İqlim 

Dəyişmələri  üzrə  Milli  Mərkəzin  və  UNCCC-nin  rəsmi  məlumatlarıdır  (

www.azstat.org

http://mdgs.un.org



)  Müəllif  tərəfindən  aparılan  bütün  hesablamalar  da  həmin  rəsmi  məlumatlara 

əsaslanır.  Həmin  məlumatların  mənbəyi  bu  məqalədə  göstərilmişdir  və  istənilən  bir  tərəf  həmin 

məlumatların və hesablamaların doğruluğunu yoxlaya bilər. 

 

Rəsmi  məlumatlara  Azərbaycan  ərazisində  istehlak  olunan  ayrı-ayrı  yanacaq  növlərinin  miqdarı, 



nəqliyyat növlərinin respublika ərazisindəki fəaliyyəti, əhali tərəfindən istifadə olunan təbii qazın və 

yanacağın  miqdarı  haqqındakı  məlumatlar  daxildir.  ADSK-nın  məlumatlarında  Azərbaycan 

Respublikası ərazisində atmosferə atılan əsas istixana qazlarının miqdarı haqqında məlumatlar olsa 



Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə