Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
1   2   3   4   5   6   7   8

da bu məlumatlardan istifadə edilməmişdir. Belə ki, bu məlumatlar ADSK-nın özünün təqdim etdiyi 

yanacaq  növlərinin  ölkədaxili  istehlakının  miqdarı  haqqındakı  məlumatla  uyğun  gəlmir.  Bu 

uyğunsuzluq  ayrı-ayrı  yanacaq  növləri  yandırılakən  atmosferə  atılan  istixana  qazlarının  miqdarı 

müəllif tərəfindən hesablanan zaman aşkara çıxarılmışdır. Maraqlıdır ki, ADSK-nın istixana qazları 

haqqqındakı ststistikası həm də bir sıra beynəlxalq təşkilatların verdiyi statistika ilə uyğun gəlmir. 

Məsələn,  BMT-nin  məlumata  əsasən  Azərbaycanda  atmosferə  atılan  istixana  qazlarının  ümumi 

miqdarı 2006-cı ildə 35050 min ton karbon qazı ekvivalenti, ADSK-nın məlumatına görə isə 18021 

min  ton  təşkil  edib.    Hər  iki  məlumat  uyğunsuzluq  və  şübhə  yaratdığına  görə  və  daha  dəqiq 

rəqəmlərlə işləmək məqdəsilə müəllif Azərbaycanda atmosferə atılan istixana qazlarının miqdarını 

yenidən hesablamışdır. 

 

Ayrı-ayrı  yanacaq  növləri  yandırılarkən  atmosferə  atılan  istixana  qazlarının  miqdarı  ABŞ  Ətraf 



Ətraf Mühiti Qoruma Agentliyinin (EPA) metodikasına əsasən hesablanıb. Bu metodikaya əsasən, 

hər bir yanacaq növünün (məs. benzin, təbii qaz və s.) bir kiloqramı yandıdılarkən  atmosferə atılan 

istixana  qazlarının  miqdarı  yandırılan  yanacaq  növünün  ümumi  miqdarına  vurulur  və  beləliklə, 

istixana  qazlarının  ümumi  miqdarı  hesablanır.  EPA-nın  metoduna  əsasən  hesablanan  istixana 

qazlarının miqdarı karbon qazı ekvivalenti ilə hesablanıb. Bu metod ilə ətraflı olaraq EPA-nın rəsmi 

internet saytında- 

www.epa.gov

 ünvanında tanış olmaq olar.  

 

Qeyd  etmək  yerinə  düşərdi  ki,  EPA-nın  metodikasına  əsasən  hesablanan  qiymətlərlə  ADSK-nən 



rəsmi qiymətləri arasında xeyli fərq vardır. Məsələn, ADSK göstərir ki, 2007-ci ildə atmosferə atılan 

karbon qazının ümumi miqdarı 15333 min ton olmuşdur. Lakin EPA-nın metodikasına əsasən həmin 

müddətdə  atmosferə  atılan  karbon  qazının  miqdarı  ancaq  enerji  sektoru  üçün  51834  min  ton  edir. 

Maraqlı  burasındadır  ki,  EPA-nın  metodikasına  əsasən  aparılan  hesablamada  da  ADSK-nın  başqa 

bir  rəsmi  məlumatından-enerji  sektorunda  istifadə  olunan  şərti  yanacaq  miqdarı  haqqında 

informasiyadan istifadə edilib. Başqa sözlə, ADSK-nın verdiyi iki rəsmi məlumat biri-birini təkzib 

edir. 

 

Onu  da  qeyd  etmək  vacibdir  ki,  atmosferə  atılan  istixana  qazlarının  miqdarı  hesablanarkən  dəqiq 



məlumat  çatışmazlığı  üzündən  kənd  təsərrüfatın  fəaliyyəti  ilə  bağlı  olan  atılmalar  nəzərə 

alınmamışdır. 

 



İstixana  qazlarının  miqdarı  karbon  qazı  ekvivalenti  ilə  hesablanmışdır.  Karbon  qazı  ekvivalenti 

dedikdə ayrı-ayrı istixana qazlarının qlobal istiləşmə effektinin  karbon qazı ilə ifadəsi başa düşülür.  

Məlumdur ki, ayrı-ayrı istixana qazlarının qlobal istiləşmə potensialı  (QİP) müxtəlifdir. Məsələn, 1 

kg metan yandırılan zaman yaranan QİP 21 kg karbon qazı yandırılarkən yaranan QİP-ə bərabərdir. 

Yaxud 1 kg azot dioksidinin QİP-i 310 kg karbon qazının QİP-inə bərabərdir. 310 kg karbon qazı, 

21 kg metan və 1 kg azot dioksidinin QİP-i eynidir və 310 kg karbon qazı ekvivalentinə bərabərdir. 

Başqa sözlə desək, 1 kg azot dioksidinin yaratdığı istixana effekti 21 kg metanın və 310 kg karbon 

qazının  yaratdığı  effektə  bərabərdir.  Təbii  ki,  bu  halda  karbon  qazının  özünün  QİP-i  vahidə 

bərabərdir. 

 

 



İSTIXANA QAZLARININ MƏNŞƏYI 

Hesablamalar  göstərir  ki,  son  illərdə  Azərbaycan  ərazisində  atmosferə  atılan  istixana  qazlarının 

miqdarı durmadan artmaqdadır. 2007-ci il istisna olmaqla, qalan illərdə istixana qazlarının miqdarı 

orta hesabla hər il 10% artmışdır. Bu zaman rekord miqdar 2006-cı ildə qeydə alınmış və bu zaman 

atmosferə atılan istixana qazlarının miqdarı karbon ekvivalenti ilə 78543 min ton olmuşdur. 2007-ci 

ildə  bu  rəqəm  bir  qədər  azalaraq  69516  min  ton  təşkil  etmişdir  (şəkil  1).  UNFCCC-nin  rəsmi 

məlumatına 1994-cü ildə bu rəqəm 33218 min ton olmuşdur ki, bu da 2007-ci ildə müşahidə olunan 

emissiyadan təqribən 1,5 dəfə azdır (UNFCCC, 1999). 

 

Istixana qazlarının 30,3%-i əhali və müəssisələr tərəfindən (İES-lər istisna olmaqla) yandırılan təbii 



qazdan daxil olur (şəkil 2).  21,1% istixana qazları elektrik enerjisi istehsalı üçün 

 



 

Şəkil  1.  2000-2007  illərdə  Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı  nəzərə 

alınmamaqla istixana qazlarının miqdarı 

 

 



 

 

Şəkil 2. 2007-ci ildə bəzi fəaliyyət növlərinə görə atmosferə daxil  



olan istixana qazlarının faizlə payı 

 

30000



35000

40000

45000

50000

55000

60000

65000

70000

75000

80000

2000 2001 2002 2003 2004 2005 2006 2007

K

ar

bon 

qa



 e

kv

iv

al

ent

i i



, m

in 

ton

Illər

30,3

3,6

3,0

3,0

0,5

6,6

6,9

25,0

21,1

Təbii qaz

Avtomobil benzini

Dizel yanacağı

Mazut yanacağı

Aviasiya və sair ucun ağ neft

Maye qaz

Neftebitum

Elektrik enerjisi üçün işlədilən 

yanacaq (mazut və təbii qaz)

İstilik enerjisi üçün işlədilən 

yanacaq


Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə