Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
1   2   3   4   5   6   7   8

min ton neft ekvivalenti  

311 


315 

259 


349 

353 


567 

563 


114 

Karbon  qazı  ekvivalenti  ilə, 

min ton 

695 


704 

578 


780 

790 


1266 

1259 


254 

Mayeləşdirilmiş qaz, min ton  

80 

93 


102 

143 


167 

158 


158 

143 


min ton neft ekvivalenti  

90 


105 

115 


162 

188 


179 

179 


162 

Karbon qazı ekvivalenti ilə 

1904 

2214 


2428 

3404 


3976 

3761 


3761 

3404 


Neftbitum, min ton  

18 


22 

35 


67 

80 


97 

143 


156 

min ton neft ekvivalenti  

17 

21 


34 

64 


77 

93 


137 

150 


Karbon  qazı  ekvivalenti  ilə, 

min ton 


404 

500 


810 

1524 


1833 

2214 


3262 

3572 


Elektrik enerjisi, milyon kVt.s  

16423  17086  16317  18407  18955  20043  21655  18047 

min ton neft ekvivalenti  

1412 


1469 

1403 


1583 

1630 


1724 

1862 


1552 

Karbon  qazı  ekvivalenti  ilə, 

min ton 

11794  12271  11718  13219  13613  14394  15552  12961 

Istilik enerjisi, min Q.kal  

4008 


4653 

5188 


5492 

5473 


5485 

5540 


4546 

min ton neft ekvivalenti  

405 

470 


524 

555 


553 

554 


560 

459 


Karbon  qazı  ekvivalenti  ilə, 

min ton 


9642 

11190  12476  13214  13166  13190  13333  10928 

Cəmi,  karbon  qazı  ekvivalenti 

ilə, min ton 

57197  60836  62341  66884  70132  74778  78543  69516 

 

Respublikamızda olan əsas İES-lər Şirvan şəhərindəki Dövlət Rayon Elektrik Stansiyası (DRES)  və 



Mingəçevirdəki Azərbaycan DRES-dir. Şirvan DRES-in gücü 1,2 mln.kvt.saat,  Azərbaycan DRES-

in  gücü  isə  3,6  mln.kvt-dır.  Abşeron  yarımadasında  yerləşən  “Şimal”  DRES,  Sumqayıt,  Bakı  və 

Gəncədə yerləşən İstilik Eilektrik Mərkəzləri (İEM) də iri elektroenergetika müəssisələridir. Onu da 

qeyd etmək  yerinə düşərdi ki, Şirvan DRES-in ilk növbəsi 1959-cu ildə istifadəyə verilib və buna 

görə də kifayət qədər köhnəlmiş avadanlığa malikdir.  

 

Qeyd edək ki, son 5 ildə Azərbaycan energetika layihələrinə (köhnə elektrik stansiyalarının yenidən 



qurulması, modul və stasionar İES-lərin inşası, elektrik xətlərinin dəyişdirilməsi və s.) $2 mlrd.–dan 

artıq vəsait xərcləyib və bunun nəticəsində ölkənin enerji potensialı artaraq 4,3 milyon kvt-dan 6,4 

milyon  kvt-a  çatıb.  Çox  ehtimal  ki,  yaxın  2  ildə  bu  sahəyə  daha  $1,2  mlrd.  sərmayə  qoyulacaq. 



2009-cu  ildən  başlayaraq  Şirvan  DRES-in  yerinə  fəaliyyət  göstərəcək  “Cənub”  DRES-i  tikilməyə 

başlamışdır  ki,  onun  da  tam  istifadəyə  verilməsi  2011-ci  ilə  nəzərdə  tutulur.  “Cənub”  DRES-nin 

istifadəyə  verilməsi  ilə  Şirvan  DRES-də  olan  bütün  köhnə  avadanlıqlar  öz  işini  dayandıracaq  və 

onun gücü 4 milyon mln.kvt-a çatdırılacaq. Bundan başqa Abşeronda 230 mvt gücündə yeni İES-in 

də  işə  salınmağı  planlaşdırılır  ki,  bunlar  da  istixana  qazlarının  emissiyasının  gələcəkdə  daha  da 

artmasına  səbəb  olacaq  (

www.azerenerji.az

).  Qeyd  etmək  lazımdır  ki,  son  illər  ölkənin  müxtəlif 

yerlərində  qurulan  modul  tipli  İES-lərin  qurulması  yaxşı  nəticə  verməmişdir  və  onlarda  istehsal 

olunan elektrik enerjisi ənənəvi İES-lərlə müqayisədə kifayət qədər bahadır. 

 

Atmosferə  atılan  istixana  qazlarının  azaldılmasının  əsas  yollarından  biri  də  bərpa  olunan  və 



tükənməyən enerji mənbələrindən istifadənin artırılmasıdır. Bərpa olunan enerji mənbələri dedikdə 

əsasən  su,  külək  və  günəş  enerjisi  başa  düşülür.  Bu  enerji  mənbələri  ekoloji  baxımdan  təmiz 

olmaqla, həm də tükənməyən enerji mənbələri hesab olunurlar. 

 

Su enerjisindən (hidroenerji) istifadə SES-lərdə elektrik enerjisi alınması vasitəsilə həyata keçirilir. 



SES-lər enerjisi böyük olan çaylar üzərində qurulur və suyun mexaniki enerjisini elektrik enerjisinə 

çevirirlər. Hal-hazırda SES-lər Azərbaycanda istehsal olunan elektrik enerjisinin 13,5%-ni verirlər. 

Respublikamızda  olan  ən  böyük  SES-lər  Kür  çayı  üzərində  olan  Şəmkir,  Yenikənd,  Mingəçevir, 

Varvara və Araz çayı üzərindəki Araz Su Qovşağı SES-ləridir. 

 

2002-ci  ildə  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankının  layihəsi  əsasında  Azərbaycanın  Bərpa 



olunan Enerji Resurslarının  Qiymətləndirilməsi  həyata keçirilmişdir. Bu  layihə nəticəsində məlum 

olmuşdur  ki,  ölkəmizin  böyük  külək  və  günəş  enerjisi  ehtiyatları  vardır.    2004-cü  ildə  Alternativ 

(bərpa  olunan)  Enerji  Mənbələrdən  İstifadə  Üzrə  Milli  Program  qəbul  olunmuşdur.  Bu  proqrama 

əsasən  ölkəmizdə  bərpa  olunan  enerji  mənbələrindən  geniş  istifadə  olunması  planlaşdırılır. 

Proqramda həmçinin ölkəmizdəki alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi 

aparılmışdır.  2009-cu  ildə  isə  Azərbaycan  Respublikası  Sənaye  və  Energetika  Nazirliyinin 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. 

 

Hal-hazırda  Abşeron  yaxınlığında  Yaşma  ərazisində  hər  birinin  gücü  850  kvt.saat  olan  3  külək 



qurğusu  quraşdırılıb  və  onların  gücünün  gələcəkdə  50  min  kv.saat-a  çatdırılması  nəzərdə  tutulur. 

Bundan başqa Qobustan yaxınlığında iri külək elektrik stansiyasının (KES) qurulması planlaşdırılır. 




Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə