Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
1   2   3   4   5   6   7   8

Milli  Programda  digər  enerji  mənbələrindən-  günəş  enerjisindən,  termal  sulardan  və  biokütlə 

enerjisindən istifadə imkanları göstərilsə də, hal-hazırda bu istiqamətdə heç bir iş görülməmişdir. 

 

Əhali Tərəfindən Istifadə Olunan Təbii Qaz  

Azərbaycanda təbii qazın yandırılması istixana qazlarının emissiyasını artıran əsas amildir. Aparılan 

təhlillər  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  Şahdəniz  qazını  istismar  etməyə  başlayan 

Azərbaycan  regionunun  əsas  qaz  ixracatçılarından  birinə  çevrilməklə,  həm  də  təbii  qazın  iri 

istehlakçılarından  biri  olmuşdur.  Bunu  son  illər  ölkəmizin  ərazisində  əhali  və  müəssisələri 

tərəfindən işlədilən qazın kəskin artması təsdiq edir. Belə ki, 2007 ildə respublika ərazisində istehlak 

olunan  təbii  qazın  miqdarı  2001  illə  səviyyədə  1,6  dəfə  artmışdır.  Maraqlıdır  ki,  2007-ci  ildə 

respublikada  istehlak  olunan  8637  milyon  m

3

  qazın    2482,1milyon  m



3

-i  yaxud  da  29%-i  əhali 

tərəfindən işlədilmişdir. 

 

Təbii qaz Azərbaycanda evlərin qızdırılması üçün istifadə olunan əsas yanacaq vasitəsi hesab olunur 



və gələcəkdə də əsas olaraq qalacaqdır.  Təbii qaz neft və mazutla nisbətən ekoloji cəhətdən təmiz 

olsa da onu tam zərərsiz yanacaq növü hesab etmək olmaz. Əhali əsasən kustar üsulla düzəldilmiş 

qaz  sobalarından  istifadə  edir  ki,  bu  da  son  nəticədə  xeyli  qaz  israfına  səbəb  olur.  Hesablamalara 

görə kustar qaz sobalarında ayrılan enerjinin 90%-ə yaxını itkiyə səbəb olur. 

ADSK-nın  başqa  bir  məlumatı  isə  təbii  qazın  regionlar  üzrə  necə  paylanmasını  təsvir  edir.  Bu 

məlumata əsasən belə bir nəticəyə gəlmək olar ki, ölkə ərazisində istifadə olunan təbii qazın 94%-

dən çoxu iri şəhərlərdə istehlak olunmuşdur. Bu isə gələcəkdə həmin şəhərlərdə mərkəzləşdirilmiş 

istilik  sistemlərinin  yaradılması  (MİS)  ilə  təbii  qazdan  istifadəni  xeyli  azaltmağa  imkan  verərdi. 

Başqa  bir  maraqlı  məlumat  isə  Bakı  şəhərində  ayrı-ayrı  ailələr  tərəfindən  il  istifadə  olunan  təbii 

qazın  miqdarına  aiddir.  MİS-lərin  az-çox  mövcud  olduğu  Nərimanov  rayonunda    hər  ailənin  illik 

istifadə  etdiyi  təbii  qazın  miqdarı  2007-ci  ildə  2176,4  m

3

  təşkil  edirsə,  bu  rəqəm  əsasən  həyət 



evlərinin  daha  çox  olduğu  və  mərkəzləşdirilmiş  istilik  sistemlərinin  olmadığı  Xəzər  rayonunda  

4892,7 m


3

 təşkil etmişdir. Başqa sözlə həyət evlərini qızdırmaq üçün yandırılan təbii qazın miqdarı 

bina evləri ilə müqayisədə 2,3 dəfə çoxdur. 

 

 



Avtomobil Nəqliyyati 

Avtomobil nəqliyyatı da istixana qazlarının atmosferə atılmasında çox böyük rola malikdir. Köhnə 

avtomobillər və keyfiyyətsiz avtomobil yanacağı bu zaman daha çox zərəli qazların atmosferə daxil 



olmasına səbəb olur. Azərbaycanda digər nəqliyyat vasitələrinə nisbətən avtomobil nəqliyyatından 

daha çox  istifadə olunur. Son illər ölkəmizə gətirilən avtomobillərin sayının kəskin surətdə artması 

avtomobil nəqliyyatının əhəmiyyətinin daha da artdığını göstərir. Ümimiyyətlə, qeyd etmək yerinə 

düşər  ki,  infrastruktur  baxımddan  zəif  olan  ölkələrdə  avtomobil  nəqliyyatından  digər  nəqliyyat 

növləri  ilə  müqayisədə  daha  çox  istifadə  olunur.  Bu  təmayülün  əsas  səbəbi  isə  avtomobil 

nəqliyyatından  istifadə  imkanlarının  daha  çox  olmasıdır  və  bu  nəqliyyat  növü  digər  nəqliyyat 

növləri ilə müqayisədə daha az təşkilatçılıq tələb edir. Azərbaycanda da son illər belə bir təmayülün 

yaranmasını  ölkə  infrastrükturunda,  o  cümlədən  nəqliyyat  sektorunda  effektiv  idarəetmənin 

zəifləməsi ilə əlaqələndirmək olar. 

 

Rəsmi  məlumata  görə  Azərbaycan  Respublikasında  son  7  ildə  avtomobillərin  ümumi  sayı  iki 



dəfədən də çox artmışdır. Əgər 2001 ildə respublikadakı avtomobillərin ümumi  sayı 450 959 ədəd 

olmuşdursa, 2008 ildə bu rəqəm 860 047 ədəd təşkil etmişdir. Bu zaman ən çox artım Bakı şəhərinin 

payına  düşmüşdür.  Əgər  2001  ildə  Bakı  şəhərindəki  avtomobillərin  ümumi  sayı  150 132  ədəd 

olmuşdursa, 2008 ildə bu rəqəm 502 369 ədəd təşkil etmişdir. Əyalətlərdə isə avtomobillərin ümumi 

sayında demək olar ki, artım olmamış, hətta bəzi regionlarda isə onların sayı azalmışdır. Bu isə iri 

şəhərlərlə əyalətlər arasında çox boyük yaşayış fərqlərinin olduğunu göstərir. Göründüyü kimi, son 

illərdə  respublikamıza  gətirilən  avtomobillərin  ancaq  Bakı  şəhərində  və  ona  yaxın  ərazilərdə 

cəmləşməsi müşahidə olunur ki, bu da paytaxtda atmosferin çirklənməsinin həddən artıq artmasını 

nümayiş  etdirir.  Nəticədə,  respublikanın  ən  böyük  şəhərində  ekoloji  vəziyyətin  də  son  dərəcə 

ağırlaşması müşahidə olunmaqdadır. 

 

Ölkə üzrə olan 860 047 avtomobildən 700 080-i minik avtomobilidir. Minik avtomobillərinin artım 



sürətinə görə yenə də Bakı şəhəri liderlik edir. Belə ki, hal-hazırda Bakı şəhərində 431 0046 minik 

avtomobili  vardır.  Bu  isə  ölkədəki  minik  avtomobillərinin  61%-i  deməkdir.  Ümumilikdə  isə  Bakı 

şəhərində 2008 ildə 502 369 avtomobil olmuşdur ki, bu da bütün ölkədə olan avtomobillərin 58%-i 

deməkdir. Maraqlı başqa bir cəhət isə odur ki, son 10 ildə Bakıdakı minik avtomobillərinin sayı 4 

dəfəyə  yaxın  armışdır.  Eyni  zamanda,  regionlarda  minik  avtomobillərinin  sayında  kəskin  artım 

müşahidə  olunmamışdır.  Bir  çox  hallarda,  isə  bəzi  rayonlarda  minik  avtomobillərinin  sayı 

azalmışdır.  Qeyri-rəsmi  məlumatlara  görə,  regionlarda  qeydiyyatda  olan  çoxsaylı  avtomobil  də 

Bakıda fəaliyyətdədır və təssüf ki, onların düzgün statistikasını aparmaq mümkün deyil. Deyilənləri 

nəzərə  alaraq  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  respublikada  olan  avtomobillərin  58%-i  yox,  daha 

çoxu Bakı şəhərində və onun ətraf qəsəbələrindədir. 




Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə