Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
1   2   3   4   5   6   7   8

 

Avtomobil  nəqliyyatı  vasitələrinin  ölkəmizdəki  sayının  durmadan  artması  ilə  əlaqədar 

sərnişindaşımada  avtomobil  nəqliyyatının  da  rolu  artmaqdadır.  Bu  faktı  ölkədə  olan  sərnişin 

avtobuslarının sayının kəskin artması da təsdiq edir. Hal-hazırda ölkədaxili sərnişin daşınmalarında 

avtomobil nəqliyyatının payı dəmiryolu və digər nəqliyyat vasitələri ilə müqayisədə çox böyükdür. 

2008  ildə  daşınmaların  91%-i  avtomobillərin,  8%-dən  bir  qədər  çoxu  metronun,  yerdə  qalanı  isə 

dəmiryolu  və  hava  nəqliyyatının  payına  düşüb.  Regionlar  üzrə  daşınmada  isə  avtomobil 

nəqliyyatının payı 99% təşkil edir.  

 

Aparılan  hesablamalar  göstərir  ki,  son  illər  Azərbaycanda  avtomobillərin  sayının  artması  ilə 



əlaqədar  olaraq  bu  sektorda  atmosferə  atılan  istixana  qazlarının  da  miqdarı  artmışdır.  Şəkil  3-də 

2000-2007 illərdə Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri tərəfindən  atmosferə 

atılan istixana qazlarının miqdarı (karbon qazı ekvivalenti ilə) verilmişdir. Şəkildən göründüyü kimi

son  illərdə  avtomobil  nəqliyyatından  atmosferə  daxil  olan  istixana  qazlarının  miqdarı  iki  dəfəyə 

yaxın  artmışdır.  Avtomobil  sayının  və  istixana  qazlarının  miqdarını  müqayisə  etdikdə  belə  bir 

nəticəyə gəlmək olar ki, avtomobillərin sayının artması istixana qazlarının emissiyasına birbaşa təsir 

göstərir. 

 

Burada, ADSK-nın rəsmi avtomobil sayına olan rəsmi statistikası ilə EPA metoduna əsasən alınan 



statistikanın  nəticələri  üst-üstə  düşür  ki,  bu  da  statistikanın  və  hesablamaların  dəqiq  olduğunu 

nümayiş etdirir. 

Sərnişin  daşınmalarında  ekoloji  baxımdan  daha  təmiz  olan  nəqliyyat  vasitələrinin  payı 

getdikcə azalmış,  tramvay  və trolleybuslarla daşınmalar isə tamamilə dayandırılmışdır. Şəhərətrafı 

və  şəhərdaxili  daşınmalarda  da,  metro  istisna  olmaqla,  bu  nəqliyyat  növlərinin  sərnişindaşınmada 

payı kəskin azalmışdır. Qeyd edək ki, dəmiryolu, tramvay və trolleybus elektrik enerjisi ilə işləyən 

nəqliyyat vasitələridir və onların hərəkəti zamanı atmosferə birbaşa heç bir tullantı atılmır. 

 

 

ÇIXIŞ YOLLARI 

Əhali  tərəfindən  exlərin  qızdırılması  zamanı  atmosferə  atılan  zərərli  tullantılarının  miqdarının 

azaldılması 

Statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, əhali tərəfindən yandırılan yanacaq istixana 

qazlarının  emissiyasının  artmasında  əsas  amillərdən  biridir.  Buha  görə  də  iri  və  orta  şəhərlərdə 



mərkəzləşdirilmiş  istilik  sistemlərinin  yaradılması  əhali  tərəfindən  istifadə  olunan  qazın  miqdarını 

60%-ə  qədər  azalda  bilər.    Bakının  Nərimanov  və  Xəzər  rayonlarının  müqayisəli  misalı  bunu 

deməyə əsas verir. 

 

 



 

 

Şəkil 3. 2000-2007 illərdə Azərbaycan Respublikasında avtomobil 



nəqliyyatı vasitələri tərəfindən  atmosferə atılan istilik qazlarının  

miqdarı (karbon qazı ekvivalenti ilə) 

 

Hal-hazırda  əhali  tərəfindən  yaşayış  evlərinin  qızdırılması  üçün  istifadə  olunan  əsas  üsul  kustar 

üsulla düzəldilmiş  qaz sobalarında qazın birbaşa yandırılmasıdır. Bu üsul çox effektsizdir və külli 

miqdarda  yanacaq  itkisinə  səbəb  olur.  Belə  ki,  bu  tip  isitmə  zamanı  ayrılan  istiliyin  əksər  hissəsi 

baca vasitəsilə havaya sorulur. Digər tərəfdən, soba söndürülən zaman sobanın borusu evdəki istiliyi 

sürətlə  çölə  ötürür.  Buna  görə  də  bu  tip  qaz  sobalarından  istifadə  edən  ev  sahibləri  onu  daim 

yandırmağa  məcburdur.  Təbii  ki,  bu  zaman  həm  də  atmosferə  külli  miqdarda  istixana  qazı  daxil 

olur.  Müəllifin  apardığı  hesablamalar  onu  göstərir  ki,  orta  ölçülü  mənzilin  (təqribən  50  m

2



qızdırılması üçün ayda 150 manat ödəmək lazım gəlir ki, bu da 1500 m



3

 təbii qaz deməkdir. EPA-

nın  təqdim  etdiyi  metoda  bu  orta  hesabla  ayda  2,7  ton  karbon  ekvivalenti  edir.  Nəzər  alsaq  ki,  il 

ərzində bu cür sobalardan 6 ay istifadə olunur, bu illik 16 ton karbon qazı edir. 

 

10000

12000

14000

16000

18000

20000

22000

24000

2000 2001 2002 2003 2004 2005 2006 2007

K

ar

b

o

n

 q

az

ıek

vi

va

len

ti

 il

ə, 

mi

n

 t

o

n

İllər



Hal-hazırda  əhali  arasında  “kombi”  adlanan  istixana  sistemləri  də  geniş  yayılmaqdadır.  “Kombi” 

sahibləri arasında aparılan sorğular onu deməyə verir ki, eyni sahəli (50 m

2

) evin qızdırılması üçün 



təqribən 80 manat ödəmək lazım gəlir ki, bu da orta hesabla 800 m

3

, yaxud da illik 8,4 ton (aylıq 1,4 



ton)  karbon  qazı  deməkdir.    Göründüyü  kimi,  “kombi”  sobalarından  istifadə  zamanı  karbon 

emissiyasını  50%-ə  qədər  azalır.  “Kombilərdən”  geniş  istifadəni  məhdudlandıran  əsas  amil  onun 

qurulmasının kifayət qədər baha olmasıdır. Belə ki, orta ölçülü həyət evində bu sistemin qurulması 

təqribən 2500$-a başa gəlir və bu da orta azərbaycanlı ailəsinin cibinə uyğun deyil. 

 

Bina  evlərində  qaz  sobalarını  yandırmağa  icazə  verilmir  və  buna  görə  də  əhalinin  əksəriyyəti 



elektrik və kondisionerlərdən istifadə etməyə üstünlük verir. Ev sahibləri arasında aparılan sorğulara 

əsasən  müəyyən  edilib  ki,  həm  kondisioner,  həm  də  elektrik  qızdırıcılarından  istifadə  ekoloji 

baxımdan  xeyli  dərəcədə  səmərəsiz  üsul  kimi  nəzərdən  keçirilə  bilər.  Sorğular  və  müşahidələr 

nəticəsində  müəyyən edilib ki, sahəsi 50 m

2

 olan mənzili orta səviyyədə isitmək üçün saatda ən azı 



3  kv  elektrik  enerjisi  tələb  olunur.  Bu  zaman  hər  ay  üçün  üçün  1,6  ton  miqdarında  karbon  qazı 

ekvivalenti  ayrıldığını  nəzərə  alsaq,  onda  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  illik  emissiya  9,3  ton 

karbon qazı ekvivalenti təşkil edir. Kondisionerlərdən istifadə zamanı emissiyanın hesablanması onu 

göstərir ki, kondisionerlər elektrik sobaları ilə müqayisədə az sərfəlidirlər.  

 

Təcrübə  göstərir  ki,  MİS-lər  bütün  isitmə  sistemlərinin  ən  sərfəlisi  və  ətraf  mühitə  ən  az  ziyan 



vuranıdır.  Rəsmi  məlumata  görə  1  m

2

  yaşayış  sahəsinin  qızadırılması  üçün  orta  hesabla  10  qəpik 



tələb olunur və bu da sahəsi 50 m

2

 olan mənzil üçün 7 manat deməkdir. Bu isə “kombi” sistemi ilə 



müqayisədə 10 dəfə, qaz sobaları ilə müqatisədə isə 15 dəfə ucuz başa gəlir. Təbii ki, MİS-lərdən 

istifadə zamanı istixana qazlarının emissiyası da qaz sobaları ilə müqayisədə 15 dəfə azalır. 

 

Təssüf ki, əlimizdə ölkə əhalisinin hansı isitmə mənbəyindən istifadə etməsi ilə bağlı dəqiq məlumat 



yoxdur. Lakin o da məlumdur ki, ölkədə MİS-lərdən istifadə səviyyəsi xeyli aşağıdır və buna görə 

də  əhalinin  əksəriyyətinin  kustar  qaz  sobası  və  elektrik  sobalarından  istifadə  etməsi  qənaətinə 

gəlmək olar. Rəsmi məlumata görə ölkədə olan evlərin 65,9%-i ayrıca mülklərdir və bu mülklərin 

demək  olar  ki,  əksəriyyətində  kustar  qaz  sobalarından  və  odundan  istifadə  olunur.  Odun  yanacağı 

ölkəmiz  üçün  böyük  əhəmiyət  kəsb  etmədiyindən  bu  məqalədə  biz  odundan  istifadə  səviyyəsini 

araşdırmamışıq. 

 



Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə