Rövşən Abbasov, PhD



Yüklə 224,31 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix24.10.2017
ölçüsü224,31 Kb.
#6538
1   2   3   4   5   6   7   8

Cədvəl  2-dən  göründüyü  kimi  yaşayış  sahələrinin  müxtəli  istilik  vasitələri  ilə  qızdırılması  zamanı 

ayrılan  karbon  qazının  miqdarında  kəskin  fərqlər  əmələ  gəlir.  Təbii  ki,  bu  vasitələrdən  ən 

səmərələsini  seçməklə  istixana  qazlarının  emissiyasında  kəskin  azalmalara  nail  olmaq  olardı. 

Məsələn,  Azərbaycanda  evlərin  66%-nin  həyət  evi  olduğunu  nəzərə  alsaq  və  qəbul  etsək  ki,  bu 

evlərin 90%-də kustar qaz sobalarından istifadə olunur, onda həmin evlərdə “kombilər” quraşdırmaq 

vasitəsilə illik 17914 min ton karbon tullantısına “qənaət” etmək mümkündür. 

 

 

Bina evlərində də elektrik sobalarını və kondisionerləri MİS-lərin xidməti ilə əvəz etsək, illik 7348 



min ton karbon tullantısını azaltmaq olar. Beləliklə, həm həyət, həm də bina evlərində daha effektiv 

istilik  sistemlərindən istifadə etməklə, illik 18693 min ton  karbon tullantısı  azaltmaq olar.  Bu isə, 

2007  ildə  atmosferə  atılmış  istixana  azalrının  ümumi  miqdarının  26%-i  deməkdir.  Kyoto 

protokoluna görə Azərbaycan artıq 2012-ci ildə istixana qazlarının miqdarını 1990-cı il səviyyəsi ilə 

(57261  min  ton)  müqayisədə  5,2%  azaltmalı  və  54283  min  tona  çatdırmalıdır.  Nəzərə  alsaq  ki, 

2007-ci  ildə  Azərbaycanda  istixana  qazlarının  emissiyası    69516  min  ton  olmuşdur,  onda  ancaq 

effektiv isitmə sistemləri  qurmaqla emissiyanı  49823 min tona qədər azalda bilər ki,  bu da Kyoto 

öhdəliklərinin tamailə ödənilməsi və əlavə olaraq 4460 min ton karbon qazına “qənaət”  deməkdir. 

Nəzərə  alsaq  ki,  beynəlxalq  karbon  bazarında  hər  ton  karbonun  indiki  qiyməti  15  AZN-dir,  bu 

zaman  ancaq  effektiv  isitmə  sistemlərinin  istifadəsindən  illik  67  milyon  manat  gəlir  əldə  etmək 

olardı. Nəqliyyat sektorunda da mümkün olan islahatları nəzərə alsaq, Azərbaycan özünün karbon 

istehsalını 29000 tona qədər azalda bilər.  

 

Cədvəl 2. Müxtəlif qızdırma üsullarının tətbiqi zamanı 1 m



2

 yaşayış  

sahəsi üçün illik yanacaq miqdarı və müvafiq karbon qazı ekvivalenti  

Qızdırma 

üsulu 

1  m


2

-mənzil 


üçün ödənilən 

orta  illik    pul 

miqdarı 

(manatla) 

Qızdırma 

zamanı 


sərf 

olunan 


illik  

yanacaq 


miqdarı (1 m

2

 



üçün) 

İstixana 

qazının  illik 

miqdarı 


(karbon  qazı 

ekvivalenti 

ilə, kg) 

Ölkə 


üzrə 

yaşayış 


sahəsinin 

miqdarı 


(milyon m

2



İstixana 

qazının  illik 

ümumi 

miqdarı 


(karbon  qazı 

ekvivalenti 

ilə, min ton) 

Kustar 


qaz 

sobası 


4,8 

129 m


3

 

232 



162,9 

37792 



Elektrik 

sobası 


24,6 

246 kv.saat 

177 

28833 


Kondisioner 

18,5 


185 kv.saat 

133 


21665 

“Kombi” 


1,2 

68 m


3

 

122 



19873 

Mərkəzi 


İstilik Sistemi 

0,10 


8,6 m

3

 



15 

2443 


 

 

Təbii  ki,  qısa  müddət  ərzində  yuxarıda  qoyulan  vəzifələri  tam  həyata  keçirmək  mümkün  deyil, 



ancaq  bu  istiqamətdə  əhəmiyyətli  addımların  atılması  xeyli  irəliləyişlərə  səbəb  olardı.  Məsələn, 

dövlət MİS-lərin qurulmasını tamamilə özəl sektorun ixtiyarına buraxaraq bu vəzifənin öhdəsindən 

uğurla gələ bilərdi. Kənd rayonlarında isə “kombi” sistemlərinin qurulması üçün vətəndaşlara xırda 

kreditlərin  təkilif  olunması  da  çox  səmərəli  addım  hesab  oluna  bilərdi.  Qeydə  edək  ki,  kənd 

yerlərində  müxtəlif  məqsədlər  üçün  xırda  kreditlərin  verilməsi  bu  vaxta  qədər  uğurla  həyata 

keçirilən  işlərdən  hesab  olunur  və  kənd  əhalisində  kredit  alma  və  ödəmə  təcrübəsi  çoxdan 

formalaşmışdır.  Buna  görə  də  bu  sahədə  kiçik  kreditlərin  verilməsinin  özəl  banklar  tərəfindən 

aparılması daha məqsədəuyğun hesab etmək olar. 

 

İri şəhərlərdə və şəhər ətraflarında elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrindən istifadənin 

artırılması 

Bütün  dünyada  elektrik  enerjisi  ilə  işləyən  nəqliyyat  vasitələrindən  istifadə  atmosferin 

çirklənməsinin  qarşısını  almaq  üçün  mövcud  olan  əsas  yollardan  biri  hesab  olunur.  Doğrudur, 

elektrik enerjisi istehsalı zamanı da atmosferə külli miqdarda qaz atılır, amma bunun miqdarı benzin 

və dizel yanacağı ilə müqayisədə kəskin azdır. 

 

Təbii  ki,  Bakı  və  onun  ətrafında,  habelə  digər  iri  şəhərlərdə  yaradılmalı  olan  yeni  nəqliyyat 



infrastrükturunda elektriklə işləyən nəqliyyat vasitələrinin də sayının artıtılması problemin həlli kimi 

nəzərdən  keçirilməlidir.  Bu  isə  iri  şəhərlərdə  mövcud  olan  nəqliyyat  sistemlərində  köklü 

dəyişikliklərin aparılmasını tələb edir. 

 

Son illərin misalı onu göstərir ki, respublika daxilində və eləcə də iri şəhərlərdə  elektriklə işləyən 



nəqliyyat  vasitələrindən  istifadə  kəskin  surətdə  azalmışdır.  Bakı  şəhərində  tramvay  və  trolleybus 


nəqliyyatlarından  tam  imtina  edilməsi,  şəhərətrafı  elektrik  qatarlarının  hərəkətinin  yarıtmaz  təşkili 

adı çəkilən problemi daha da dərinləşdirir. Qəribədir ki, Nəqliyyat Nazirliyi nəinki bu problemi həll 

etmək üçün addımlar atmış, hətta şəhərətrafı dəmiryollarının sökülməsi istiqamətində müəyyən işlər 

də görmüşdür.  

 

EPA-nın məlumatına ətraf mühitə atılan istixana qazlarının miqdarı 1 km yol üçün avtomobildə 0,25 



kg, avtobusda 0,08 kg, tramvay və ya qatarda isə 0,04 kg təşkil edir. Göründüyü kimi, avtombil və 

avtobusla hərəkət zamanı ayrılan istixana qazlarının miqdarı tramvaya nisbətən müvafiq olaraq 6 və 

2 dəfə çoxdur.  

 

Yuxarıda  deyilənlkəri  nəzərə  alaraq,  avtomobil  nəqliyyatından  atmosferə  atılan  istixana  qazlarının 



azaldılması,  tıxac  rpobleminin  həlli  və  iri  şəhərlərdə  havanın  təmizliyini  bərpa  etmək  məqsədilə 

aşağıdakı təklifləri edirik:  

 

İri  şəhərlərdə  elekriklə  işləyən  ictimai  nəqliyyat  vasitələrinə  keçid.  Bu  təklif  Bakı,  Gəncə, 



Sumqayıt  kimi  iri  şəhərlərdə  effektiv  tramvay  nəqliyyatı  sisteminin  yaradılmasını,  yerüstü  metro 

xətlərinin  çəkilməsini,  habelə  metro  tipli  şəhərətrafı  dəmiryol  sisteminin  yaradılmasını  tələb  edir. 

Müəllifin  fikrincə,  ayrı-ayrı  yeraltı  metro  stansiyalarına  külli  miqdarda  xərc  qoymaq  əvəzinə 

çoxsaylı yerüstü metro stansiyalarının və xətlərinin istifadəyə verilməsi daha məqsədəuyğun olaradı. 

Bu baxımdan, Azərbaycan şəhərlərində yeraltı metro nəqliyyatını tez bir zamanda inkişaf etdirmək 

çətin olsa da  yerüstu və  express  tramvay nəqliyyatı şəbəkəsini tez bir zamanda  yaratmaq olar. Bu 

sahədə  Budapeşt,  Tokyo  və  Vyana  kimi  şəhərlərin  təcrübəsindən  yararlanmaq  çox  fayda  verərdi. 

Müasir şəhərətrafı qatar şəbəkəsinin yaradılması isə mövcud xətlərdən daha effektiv istifadə etməklə 

daha da asanlaşardı. Onu da qeyd etmək  yerinə  düşər ki,  hələ 20 il  bundan qabaq  Bakı  şəhərində 

xeyli effektiv olan şəhərətrafı elektrik qatarları şəbəkəsi fəaliyyət göstərirdi. Bu elektrik qatarlarının 

fəaliyyətinin metrotipli gediş haqqı ödənilməklə təşkil edilməsi iqtisadi baxımdan da çox səmərəli 

olardı.  Etibarlı  nəqliyyat  sistemlərinin  yaradılması  həm  də  əhalinin  böyük  bir  hissəsinin  şəxsi 

avtomobillərdən istifadəsini xeyli azalda bilər. Məlum olduğu kimi dünyanın ən çox əhali yaşayan 

şəhəri  olan  Tokyoda  avtobus  nəqliyyatından  tam  imtina  edilmişdir  və  şəhərdaxili  və  şəhərətrafı 

daşınmalar  əsaəsən  metro  və  elektrik  qatarları  vasitəsilə  həyata  keçirilir.  Rəsmi  statistikaya  görə 

2008-ci ildə ölkədə avtomobil nəqliyyatı ilə daşınma 14041 milyon sərnişin/km təşkil edib ki, bunun 

da 68%-i, yəni  9548 milyon sərnişin/km-i Bakı şəhərinin payına düşür. EPA-nın avtobus nəqliyyatı 

üçün hesablama metoduna əsasən bu ümumilikdə 11232 min ton, tək Bakı şəhəri üçün isə 7638 min 




ton karbon qazı deməkdir. Əgər biz avtomobillə daşınmanı iki dəfə azaltmağa nail ola bilsək, onda 

ölkə üçün 5616 min ton (Bakı üçün 3819 min ton) karbon qazına “qənaət” edə bilərdik.  

 

İctimai  nəqliyyatı  inkişaf  etdiməklə  şəxsi  avtomobillərdən  istifadənin  azaldılması.  Bu  tədbirin 



həyata  keçirilməsi  də  çox  effektiv  hesab  oluna  bilər.  Təssüf  ki,  şəxsi  avtomobillərlə  daşınma 

haqqında  rəsmi  məlumat  yoxdur.  Lakin,  ölkədə  olan  şəxsi  avtomobillərin  sayı  haqqında  dəqiq 

məlumatın olması bizə bəzi təqribi hesablamalar aparmaq imkanı vermişdir. Məsələn, 2008-ci ildə 

Bakı şəhərində 431046 ədəd avtomobil olmuşdur və hər avtomobilin gündə ən azı 2 litr benzin sərf 

etdiyini  təxmin  etsək,  bu  illik  28320  min  ton  karbon  qazı  deməkdir.  Bu  da  Bakı  şəhərində  şəxsi 

avtomobillərdən  istifadəni  iki  dəfə  azaltmaqla  ildə  14000  min ton  karbon  qazına  “qənaət”  etməyə 

imkan verir. Ümimiyyətlə isə hesablamalar göstərir ki, nəqliyyat sektorunda aparılan islahatlar orta 

hesabla hər il 20000 min tona qədər karbon qazı azaltmağa imkan verərdi.  

 

Ölkəyə  köhnə  avtomobillərin  gətirilməsinə  qadağa  qoyulması  və  yeni  avtomobillərə  qoyulan 



gömrük  tariflərinin  azaldılması.  Son  dövrlərdə  hökumət  ölkəmiziə  gətirilən  köhnə  avtomobillərin 

sayının  azaldılması  üçün  bir  neçə  konkret  addımlar  atmışdır.    Lakin,  Azərbaycana  idxal  olunan 

avtomobillər  üçün  gömrük  tariflərinin  qonşu  ölkələrə  nisbətən  xeyli  dərəcədə  yüksək  olması 

əhalinin  köhnə  nəqliyyat  vasitələrindən  daha  uzun  müddətə  istifadə  etməyə  məcbur  edir.  Belə  ki, 

yeni  avtomobillərin  qiymətinin baha olması  köhnə avtomobillərdən istifadəni  uzadır və məlumdur 

ki,  köhnə  avtomobillər  atmosferi  çirkləndirən  əsas  mənbələrdən  biri  hesab  olunurlar.    Təssüflər 

olsun ki, ölkədə olan avtomobillərin hansı ildə buraxıldığı haqda əlimizdə etibarlı statistika yoxdur 

və  buna  görə  də  yeni  avtomobillərin  tətbiqi  ilə  hansı  miqdarda  istixana  qazlarının  azlacağını 

hesablamağa imkan yoxdur. 

 

Alternativ enerji mənbələri haqqındaı 

Tükənməyən  enerji  mənbələrinə  əsasən  su,  külək  və  günəş  enerjisi  aiddir  və  yuxarıda  qeyd 

olunduğu  kimi,  bu  mənbələrdən  istifadə  istiqamətində  artıq  dövlət  səviyyəsində  bir  çox  addımlar 

atılmışdır.  Araşdırmalar  göstərir  ki,  Azərbaycanda  bu  enerji  mənbələrinin  potensialı  kifayət  qədər 

çoxdur. 

 

Respublikamızın  kiçik  çaylarının  hidroenerji  potensialı  çoxdur.  Yüksək  meyllilk  və  axın  sürətinin 



çox  olması  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  kiçik  çaylar  kifayət  qədər  böyük  enerji 

ehtiyatlarına malikdir.

 

Azərbaycan Respublikasının texniki baxımdan əlverişli hidroenerji potensialı 



16 mlrd. kvt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kvt.saatı kiçik çayların  payına düşür. 

Bu isə onu göstərir ki, dağ çaylarında kiçik SES-lərin tikilməsi də məqsədəuyğun olardı (Aliyev and 




Aliyev, 2007).  Lakin əsas problem bu enerji ehtiyatını elektrik enerjisinə çevirə bilməkdədir. Belə 

ki,  Azərbaycann  kiçik  çaylarında  tez-tez  təhlükəli  sellərin  müşahidə  olunması  bu  çayların 

ehtiyatlarından elektrik enerjisi istehsal edilməsini çətinləşdirir. Əlavə olaraq onu da demək lazımdır 

ki,  bu  çaylar  çox  da  boyük  olmayan  axıma  malikdirlər  və  yayda  uzunmüddətli  qurumaya  məruz 

qalırlar. Bu da təbii ki, onlardan bütün il ərzində davamlı olaraq enerji istehsalını mümkünsüz edir. 

Əlbəttə, bu çaylar üzərində su anbarları tikmək yolu ilə müəyyən uğurlara nail olmaq olardı, amma, 

gətirmələr axımı şox böyük olan çaylarda su anbarlarının tikilməsi bir qədər perspektivsizdir. Onu 

da demək yerinə düşərdi ki, Böyük Qafqazda relyef şəraiti çayların çoxunun üstundə su anbarlarının 

tikilməsini mümkünsüz edir. 

 

Respublikamızda  külək  enerjisinin  ən  bol  ehtiyatları  Abşeron  yarımadasında  və  Kür-Araz 



ovalığındadır. Abşeron-dəniz bölgəsində küləkli günlərin sayı ildə 245-280 gündür. Küləyin enerji 

хüsusiyyəti  isə  Avropa  və  digər  bölgələrə  nisbətən  2-3  dəfə  üstün  göstəricilərə  malikdir. 

“Bakhidrolayihə”  birliyinin  məlumatına  görə  Abşeron  yarımdadasının  istifadə  oluna  bilən  külək 

enerjisi ehtiyatları təqribən 33 milyon kv.saat, bütövlükdə Azərbaycanda isə 90 milyon kv.saat-dır. 

Ölkəmizdə günəş enerjisi ehtiyatları da çoxdur. Azərbaycanda  günəşli saatların illik miqdarı 2400-

3200  saat  olmaqla,  il  ərzində  1m

2

  yer  səthinə  düşən  orta  günəş  enerjisinin  miqdarı  1500-2000 



kVt.saat təşkil edir. Ən çox günəş enerjisi Naxçıvan və Kür-Araz ovalıqlarına məxsusdur.  

 

Həm  külək,  həm  də  günəş  enerjisindən  istifadə  bütün  dünyada  istixana  qazlarının  atmosferdəki 



emissiyalarının azaldılmasında mühüm istiqamətlərdən biri hesab olunur. Eyni zamanda etiraf etmək 

lazımdır  ki,  texnikanın  indiki  səviyyəsi  ənənəvi  enerji  növləri  ilə  müqayisədə  günəş  və  külək 

enerjisindən  elektrik  enerjisi  istehsalını  bir  o  qədər  də  cazibədar  etmir.  Təkcə  onu  demək  kifayət 

olardı ki, külək enerjisinin hər kv.saatı qaz və ya mazutla alınan enerji ilə müqayisədə iki dəfə baha 

başa  gəlir.  Təəssüf  ki,  bütün  bunlara  baxmayaraq  hətta  çox  vaxt  elmi  səviyyələrdə  belə 

Azərbaycanın  günəş  və  külək  enerjisi  mənbələrinin  neft  və  qaza  alternativ  təşkil  edə  biləcəyi 

haqqında qeyri-ciddi fikirlər səsləndirilməkdədir. Artıq son 30 ilin təcrübəsi  bunun həqiqətdə belə 

olmadığını göstərir və mövcud texnologiyaların gələcəkdə daha müasir və effektiv texnologiyalarla 

əvəzlənməsi  zərurətini  ortaya  çıxarır.  Məsələn,  Yaponiyada  aparılan  hərtərəfli  sınaq  işləri 

nəticəsində məlum  olmuşdur ki,  tükənməz enerji mənbələrinin ənənəvi  enerji mənbələrinə rəqabət 

təşkil  etməsi  hələ  tezdir.  Digər  tərəfdən,  ənənəvi  enerji  ehtiyatlarının  bu  cür  israfçılıqla  istifadə 

olunduğu  bir  ölkədə  külək  və  digər  enerji  mənbələrinin  axtarılması  bir  qədər  təəccüb  də  doğurur. 

Başqa sözlə desək, bu dəryanın suyunu israf edə-edə xırda bulaq axtarmağa bənzəyir. 



 

Hal-hazırda  dünyanın  aparıcı  ölkələrində  həm  külək,  həm  də  günəş  enerjisi  texnologiyalarının 

təkimlləşdirilməsi  üçün  ciddi  işlər  aparılır  və  bunun  yaxın  gələcəkdə  müsbət  nəticələr  verə 

biləcəyini ehtimal etmək olar. 

 

Buna görə də, bunu qeyd etmək tamamilə düzgün olardı ki, Azərbaycanda bu gün alternativ enerji 



mənbələrinə qoyulan xərclər gələcəkdə o qədər də özünü döğrutmayacaq və hökumət bu sahədə iri 

layihələrə pul xərcləməkdən bir qədər çəkinməlidir. Bunun əvəzində, ölkəmizdə mövcud olan enerji 

ejtiyatlarından  daha  səmərəli  bir  şəkildə  istiafə  olunması  üçün  geniş  tədbirlər  planı  həyata 

keçirilməlidir. 

 

Bu  sahədə  görülməli  olan  yeganə  iş  günəş  su  qızdırıcılarından  istifadənin  genişləndirilməsidir. 



Elektrik enerjisi istehsalından fərqli olaraq, günəş su qızdırıcılarından bütün dünyada geniş istifadə 

olunur.  Günəşin  istilik  enerjisinin  ölkəmizdə  kifayət  qədər  çox  olması  günəş  su  qızdırıcılarından 

istifadənin perspektivlərinin çox böyük olduğunu göstərir. Hal-hazırda, iqlimi Azərbaycanın iqlimə 

yaxın  olan Türkiyə və  İspaniyada  günəş su qızdırıcılarından  geniş  istifadə olunur. Gələcəkdə həm 

həm  də  dövlət,  həm  də  özəl  sektorda  bu  sahəyə  ciddi  fikir  verilməli  və  bu  qırğuların  əhali  və 

müəssisələr arasında geniş tətbiqinə nail olunmalıdır.  

 

ƏSAS NƏTICƏLƏR 

Kyoto  protokolu  Azərbaycan  qarşısında  konkret  öhdəliklər  qoymasa  da  bu  protokola  qoşulmaqla 

Azərbaycan  atmosferə  atılan  istixana  qazlarının  azaldılmaq  məramını  nümayiş  etdirmişdir. 

Dünyanın  və Avropanın müxtəlif donor təşklatları vasitəsilə ayrılan qrantlar hesabına həm  dövlət, 

həm  də  qeyri-hökumət  təşkilatları  tərəfindən  həyata  keçirilən  layihələr,  iqlim  dəyişmələrinin 

təsirinin  qiymətləndirilməsi  üçün  yaradılan  komissiyalar  və  alternativ  enerji  mənbələrindən 

istifadənin artırılması haqqında olan prezident fərmanı bu məramın daha da ciddi olduğunu nümayiş 

etdirir.  Bu  səbəbdən  də  təqdim  olunan  bu  məqalədə  müəllif  müxtəlif  istiqamətli  araşdırmalar 

aparmış və bu sahədə görülən işlər, həm də həyata keçirilməsi vacib olan bir sıra tədbirlər haqqında 

təkliflərini vermişdir. 

 

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, istixana qazlarının emissiyasını artıran əsas mənbələr 



elektroenergetika  və  nəqliyyat  sektorları,  habelə  əhali  və  müəssisələr  tərəfindən    təbii  qazın 


israfçılıqla  istifadə  olunmasıdır  və  buna  görə  də  istixana  qazlarının  emissiyasının  azaldılması 

istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi çox vacib olardı: 

1.

 

Nəqliyyat  sektorunda  köklü  islahatlar.  Bu  islahatlar  ictimai  nəqliyyatda  və  əhalidə  olan 



avtomobillərdən  mümkün  qədər  səmərəli  istifadəni  tələb  edir.  İri  şəhərlərdə  elektriklə  işləyən 

ekspress  marşrutların  (tramvay)  istifadəyə  verilməsi,  metro  şəbəkəsinin  sürətlə  genişləndirilməsi, 

şəhərətrafı  dəmiryolu  nəqliyyatının  modernləşdirilməsi,  etibarlı  nəqliyyat  sisteminin  yaradılması 

nəticəsində  şəxsi  avtomibillərdən  istifadənin  azaldılması    həyata  keçirilməli  olan  ən  vacib 

tədbirlərdəndir. 

2.

 



Əhali  və  müəssisələr  tərəfindən  qaz  israfçılığının  azaldılması.  Əhali  və  müəssisələr  tərəfindən 

işlədilən təbii qazın böyük əksəriyyəti yaşayış evlərinin və müəssisələrin qızdırılmasına sərf olunur. 

Lakin müasir isitmə sistemlərinin olmaması və kustar qaz sobalarından geniş istifadə çoxlu yanacaq 

itkisinə  səbəb  olur  ki,  bu  da  istixana  qazlarının  atmosferə  tullantılarının  artmasında  böyük  rol 

oynayır.  Buna  görə  də  yaşayış  evlərinin  müasir  və  qabaqcıl  isitmə  sistemləri  ilə  təmin  olunması 

həyata  keçirilməli  olan  əsas  vəzifələrdən  biri  olmalıdır.  Bu  isə  ilk  növbədə  iri  şəhərlərdə 

mərkəzləşdirilmiş  isitmə  sistemlərinin  yaradılmasınə  tələb  edir.  Mərkəzləşdirilmiş  isitmə 

sistemlərinin yaradılmasının özəl sektoraetibar olunması həm ölkə iqtisadiyyatında yeni bir bazarın 

əmələ gəlməsinə səbəb olar, həm də büdcəyə daxil olan vergiləri artırardı. Kənd yerlərində yaşayan 

əhalinin  isə müasir tipli modul isitmə sistemləri ilə təchiz olunması vacibdir. Əhalinin  belə isitmə 

sistemlərini almağa imkanı olmasa da bu sahədə kreditlərin verilməsi yolu ilə ciddi irəliləyişlərə nail 

olmaq olar. 

3.

 

Elekroenergetika sahəsində əsas məqsədlərin müəyyən olunması. Bir sıra müəliflər hesab edirlər 



ki,  Azərbaycan  bərpa  olunan  enerji  mənbələrindən  geniş  istifadə  etməklə  özünün  ənənəvi  enerji 

sektoruna  ciddi  alternativ  qoya  bilər.  Doğrudur,  bütün  dünyada  bərpa  olunan  enerji  mənbələrinin 

gələcəkdə  ən  mühüm  enerji  mənbəyi  olacağı  qəbul  olunmuşdur.  Lakin,  bunun  çox  tezliklə  baş 

verəcəyini söyləmək hələ tezdir. Ölkəmizin hidroenerji potensialı böyük olsa da bu potensial əsasən 

kiçik  çaylardadır  və  həmin  çaylar  üzərində  də  enerji  qurğuları  tikmək  bir  qədər  çətindir. 

Azərbaycanda  bir  sıra  külək  enerjisi  qurğuları  qurulsa  da,  gələcəkdə  dövlət  bu  sahəyə  iri 

investisiyalar  qoymaqdan  bir  qədər  çəkinməli,  əsas  diqqətini  ölkənin  malik  olduğu  enerji 

ehtiyatlarından  daha  səmərəli  istifadəyə  yönəltməlidir.  Eyni  zamanda,  Azərbaycanın  Aran  və 

Naxçıvan bölgələrində və günəş su qızdırıcılarından geniş istifadəyə nail olmaq mümkündür. 

 

  



 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Mənbələr: 

1.

 

IPCC: Climate change (2007) http: //www.ipcc.ch/  last assessed in April 15, 2010 



2.

 

Abbasov  R.X.  Regional  iqlim  dəyişmələrinin  çay  axımına  təsirinin  proqnozlaşdırılması.  İqlim 

dəyişmələri üzrə bülleten, # 4, Bakı, 1999. səh. 92-96 

3.

 

Mahmudov  R.N.  Hidrometeorologiya,  iqlim  dəyişmələri,  təbii  fəlakətlər  və  həyat.  Bakı,  2006. 

75 s. 



4.

 

Country  report:  Investment  climate  in  Azerbaijan.  United  Nations  Economic  and  Social 

Commission for Asia and the Pacific. Regional round table on foreign direct investment for Central 

Asia 3-4 april 2003  Dushanbe, Tajikistan 



5.

 

Behbudov  I,  Aliyev  I.  Country  Report:  Azerbaijan  Energy  Efficiency  and  Climate  Change 

Policy, National Center on Climate Change of Azerbaijan, 1999 

6.

 

www.azstat.gov.az

  Azərbaycan Dövlət Statistika Komitəsinin Rəsmi web-saytı 

7.

 

UNFCCC:  Emissions  summary,  Azerbaijan.  Framework  Convention  On  Climate  Change  – 

Secretariat Convention 1999 

8.

 

Aliyev F.G., F.F.Aliyev The latest activities of International Ecoenergy Academy on renewable 

energy  development  in  Azerbaijan.  İn:  Assessment  of  Hydrogen  Energy  for  Sustainable 

Development, 257–268. Springer, 2007 



 

 

 



Yüklə 224,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə