Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
  1   2   3   4   5   6   7   8   9   10   11




 

 

 




 




Rövşən Yerfi 

 

 

 

 

 

 

 

 

 

 

ŞANSSIZ 

h e k a y ə l ə r 

 

 

 



 

 

 



 

 

                                              

 

 





 

 

 

 

Redaktor: Müşfiq XAN 

Ön sözün müəllifi: Elxan Nəcəfov 

Mətn tərtibatı: Bəxtiyar Ələkbərov 

Dizayn və qrafika: Teymur Fərzi 

 

 



 

 

 “XAN” nəşriyyatının rəsmi razılığı olmadan kitabın təkrar çapı, 



elektron, yaxud mexaniki üsulla çoxaldılması qadağandır

 

 



© “XAN” nəşriyyatı / 2014 




Ön söz 

 

Türk dünyasının dəyərli kitab əhli, sehrli qələm sahibi 



olan Çingiz Aytmatovun gözəl bir sözü var: “Yaxşı kitab mü-

əllifin  bəşər  nəslinə  hədiyyəsidir.”  Hansı  janrda  yazılmasın-

dan asılı olmayaraq bədii əsərlər insan taleyinin üzərində qu-

rulmuş süjetlərlə təqdim olunur. İnsan bütün varlığı ilə mü-

rəkkəb və sonuna qədər çözülə bilməyən varlıqdır. Elə bu da 

imkan  verir  ki,  sehrli  bir  yaradılış  olan  insanın  bütün  dövr-

lərdə  yaşadıqlarını  müxtəlif  yönləri  ilə  izah  edən  əsərlər  ya-

ransın. İnsan qədər insan taleyindən bəhs edən bədii ədəbiy-

yat da mürəkkəb sənətdir. Yeni baxışın, yeni üslubun daşıyı-

cısı olan söz sənətkarı iz buraxmaq üçün öhdəsinə düşən və-

zifəni yaxşı bilməlidir.  

Bu yazıda məqsədim heç bir ədəbi şəxsiyyəti digəri ilə 

müqayisə  etmək  olmayacaq.  Sadəcə  nəfəs  aldığımız  dünya-

nın  gözümüzlə  görünən  insanlarının  taleyindən,  əzabların-

dan,  sevincindən,  qəzəbindən  və  ən  acısı  ölümündən  bəhs 

edən  bədii  əsərlər  müəllifi  Rövşən  Yerfi  yaradıcılığına  aid 

şəxsi  düşüncələrimi  paylaşmaq  istəyirəm.  Müəllifin  ilk  oxu-

duğum əsəri “Sel” oldu. Müstəqillik illərinin əvvəllərində ya-

şadığımız  sosial  sıxıntıların  acısını  yaşayan  ailənin  faciəsi 

üzərində qurulmuş süjet bədii ruhu ilə bərabər özündə real-

lığı ifadə edən əsər kimi diqqətimi cəlb etdi. Əsər janr para-

metrlərini gözləməklə bərabər, istər xronoloji ardıcıllıq, istər-

sə  də  təhkiyə  dili  baxımından qüsursuz  əsər  təsiri  bağışladı. 

Oxuya-oxuya  düşündüyüm  bu  oldu  ki,  bu  əsər  ətrafımızda 

gördüyümüz  və  bizə  çox  tanış  olan  insan  faciələrinin  müşa-

hidəsidir ki, sırf bu mövzuya olduqca az yazıçı toxunub. Ailə 




ehtiyaclarını  qarşılamaq  üçün  Rusiyaya  gedən  Fəxrəddinin 

həyatındakı  dəyişikliklər  və  onun  vətənində  üç uşağı  ilə  tək 

buraxıb  getdiyi  həyat  yoldaşı  Məhluqənin  həyatından  bəhs 

edən “Sel” oxucuya süjetdə olub-bitəni inandırmaqda və ona 

təsir etməkdə  çətinlik çəkmir. Hər iki  obrazın  – Fəxrəddinin 

və  Məhluqənin  həyatından  bir  sel  keçir.  Elə  bir  sel  ki.....  Elə 

bu  haqda  kitabda  deyildiyi  kimi:  “Bu  dünyada  elə  bir  yük 

var  ki,  nə  gizlətmək  mümkündür,  nə  də  daşımaq...    Bir  sel 

gəldi,  bütün  natəmizliklərin  üstünü  açdı,  özü-özünü  aldat-

maq istəyənlərin ümidlərini puç edən bir sel!..” 

Birinci  əsər  haqqında  təəssüratlarım  müəlliflə  geniş 

yaradıcılıq  mükaliməmizin  qurulmasına  gətirdi  və  ondan 

sonra  mən  “Lənətə  gələnlər”  və  “Günahsız  qatil”  əsərlərini 

oxudum.    Roman  janrında  yazılmış hər  iki  əsər  yaşadığımız 

zamanın  acı  həqiqətləri  üzərində  qurulmuş  süjetə  malikdir. 

Paşanın  faciəsi  rəng  baxımından  Fəxrəddindən  fərqlənsə  də 

faciənin  mənbəyi baxımından  oxşardır.  Hər iki  əsərdə  sosial 

çatışmazlığın  qurbanı  olan  ailələr  təsvir  olunub.  “Günahsız 

qatil” romanı isə daha bir fərqli təsir bağışladı mənə. Düşün-

düyüm  bu  oldu  ki,  əsərin  qurbanlarını  həyatda  biz  də  gör-

müşük. Amma biz onları qurban edən səbəblərin təfərrüatına 

varmaq düşüncəsindən uzaq olmuşuq.  

Bu əsərləri oxuduqdan sonra “Qadın düşərgəsi”, “Üz-

dəniraq  ada”  əsərləri  ilə  də  tanış  oldum.  Müəllifin  dil  üslub 

xüsusiyyətləri  ilə  bağlı  hər  əsəri  üçün  ayrı-ayrı  fikirlər  yaz-

maq olar. Məqamına düşdüyü üçün indiki anda müəllifə to-

xunduğu mövzulara görə təşəkkür etmək şərtdir. Bu əsərlər-

dəki taleyin oxşarını yaşayanları hər gün görürük. Bəzən on-

lara  istehza  edirik,  onları  nəyə  görəsə  günahlandırırıq.  Fik-




rimcə bu əsərlərlə tanışlığımız mürəkkəb varlıq olan  insanla 

daha yaxından tanışlığımız ola bilər.  

Müəllif  –  Rövşən  Yerfi  yeni  kitabla  qarşınıza  çıxır  və 

bundan  sonra  da  çıxacaq.  Gəlin  bir  daha  realist  həyat  həqi-

qətlərii ilə üz-üzə gələk. Əlimizdəki kitabla növbəti təzə əsər-

lər yazması arzusu ilə ona uğurlar arzulayıram. 

 

Elxan Nəcəfov – filoloq-tənqidçi, 

Hədəf kursları – Təhsil-tədris işləri üzrə direktor 

                        

 

 



 

 

 



 

                           

 

 

 



 

 

 



 

 

 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə