Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

36 

yətdən  edirəm...  İndi  rüşvət  o  qədər  adiləşib  ki,  günahdan 

çox  zəruri  normaya,  tələbata  çevrilib.  Elmi  ad  alanda,  insti-

tuta  işə  düzələndə  azmı  xərc  çəkmişəm?  Doğrudur,  bunları 

əldə etməkdə qayınatamın da yardımı dəymişdi, baxmayaraq 

ki, belə köməyi bəziləri arvad hesabına kişi olmaq hesab edir-

lər.  Bu  da  danılmazdır  ki,  hazırkı  dövrdə  təkbaşına  “kişi” 

olub irəli getmək heç də asan məsələ deyil... Olmaya gəncliyi-

min  əvvəlində  yarımçıq  qırılan  sevgimi  mənə  günah  sayır-

san?”  –  Səyyarə  ilə  olan  sevgisini  xatırladı.  Əsgərlikdə  ikən 

onun adı başqası ilə çəkildiyindən qayıdanda, keçmiş istəkli-

sinin  yalvarışlarına  məhəl  qoymayaraq  ondan  üz  döndərib, 

Səyyarənin sözü ilə desək “imkanlı qızına bənd olmuşdu”. İl-

lərlə evdə qalıb qarıyan qız sonda çarəsizlikdən özündən ki-

çik dul kişiyə ərə getmişdi. Üç illik evlilikdən sonra,  iki uşaq-

la özü də dul qalmışdı. – “Mən nə edim ki, o, xidmətdən gə-

lənədək  adının  təmizliyini  qoruya  bilməmişdi.  Deyilənlərin 

yalan olduğunu  and-aman etsə də, başqalarına söz-söhbətin 

şayiəliyini  necə  sübut  edə  bilərdim?  El  sözü  var,  od  olmasa 

tüstü çıxmaz. Öz ağılsızlığıydı. Bəzən qıza rəhmim gəlsə də, 

xətasını  bağışlaya  bilmədim.  Ya  Allah,  keç  günahlarımdan. 

Ömrüm  boyu  sənin  tərəfində  olmuşam  və  sənə  inamımdan 

dönmərəm.  Hər  sınağına  dözməyə  hazıram.  Bəlkə  verdiyin 

əzablar dostlarıma görədir? Həyatda bir-birimizə oxşasaq da 

əməllərimiz  fərqlidir...  Mən  bu  yolu  iki  dəfə  gəlmişəm,  am-

ma, belə sınağa, əzaba düşməmişəm...”  

 O,  qaranlıqda  üzlərini  görmədiyi,  təkcə  nəfəslərini  hiss 

etdiyi  keçənin  altında  kürək-kürəyə  qısılan  yoldaşlarına  sarı 

baxdı. Bir qədər aralıdakı cığır tərəfdə geriyə qayıdan adam-

ların  hənirtiləri  duyuldu.  Adamlardan  bir  ortayaşlısı,  qalın 

səslə uzaqdakıları haraylayırdı: 

-Ehey, qayıdın geri, eşidirsiz? Qayıdın, biz də qayıdırıq. 




37 

Mürgüləyənlər  səsə  ayıldılar.  Dəyanət  başını  keçənin 

arasından çıxarıb cığırdakı adamlara səsləndi: 

-Qardaşlar, nə olub, niyə qayıdırsız? 

Yamyaş  islanmış,  küləyin  soyuğundan  əsən  cavanlar-

dan birisi ötəri cavab verdi: 

-Getmək mümkün deyil, külək imkan vermir... 

Şamil yerində qurcalandı: 

-Bəlkə,  biz  də  bunlara  qoşulub  qayıdaq?  Hə,  nə  deyir-

siz? 


Səfər ilə Saleh dinmədi. Dəyanətin hövsələsi daraldı: 

-Biriniz saata baxın, neçədir? 

-On iki tamam, birə işləyir. 

-Ay  aman,  iki  saatdan  çoxdu  oturmuşuq,  yağış  da  kəs-

mir. Nəhayət, burda sizin nə qədər belə oturmaq fikriniz var? 

Bu dəfə Salehin əvəzinə Səfər danışdı. 

-Ay  cənablar,  dostlarım-qardaşlarım!  Səbrli  olun,  nə  qə-

dər  əzab  çəkmişik,  dözə-dözə  hardan  haraya  gəlib  çatmışıq. 

İndi az bir məsafə qalmış nə oldu, səbriniz qurtardı? Heyfiniz 

gəlsin çəkdiyiniz əziyyətə. Gəlin bir az da dözüb yağışın kəs-

məyini gözləyək, yenə yolumuza davam edərik. 

-Uzağı gün çıxanadək əziyyətimiz olacaq, - Saleh də dil-

ləndi. 

-Gün nə vaxt çıxacaq? 



-Səhər saat beşdə. 

-Nə  danışırsan,  -  Dəyanət  heyrətləndi,  -  biz  beş  saat  da 

belə dayansaq soyuqdan taxtaya dönəcəyik... 

 -Hər  şey  Allahdan  asılıdır,  ona  yalvarmaqdan  ayrı  əla-

cımız yoxdu, - Səfər söhbəti tamamladı. 

İldırım sakitləşsə də, göyün üzündən buludlar çəkilmək 

istəmirdi.  Aramla  yağan  yağışdan  tamamilə  islanmış  atlar, 

əsən  küləyin  soyuğundanmı,  yoxsa  doyduqlarındanmı  daha 




38 

otlamırdılar.  Hər  kəs  öz  atının  yüyənini  möhkəm-möhkəm 

əlinə sarımışdı. Yüyənlərinin bərkliyini yoxlayırmış kimi din-

cəlməkdən  bezən  atlar  ara-bir  fınxırıb  dayandıqları  yerdə 

ayaqlarını torpağa döyəcləyirdilər. 

Dəqiqələr, saatlar keçdikcə gecənin soyuğu artır, dostla-

rın  canına  üzücü  üşütmə  yayılrdı.  Dəyanət  başını  qarışdır-

maq,  vaxtı  öldürmək  üçün  nəmlənmiş  döş  cibində  siqaretlə 

alışqanı  axtardı.  Qutudakı  siqaretlərdən  birini  yandırıb,  tüs-

tüsünü ciyərinə  çəkib, içəridəkiləri boğmamaq üçün keçənin 

ətəyindən çölə nəfəs yeri açdı: 

-Şamil,  deyirəm  baxtımıza  bax.  Gündüz  gün-göyçək, 

gəlib-gəlib  yol  az  qalanda  birdən-birə  hava  üzünü  bozartdı, 

yumşalmaq da bilmir. Səncə niyə belə olsun? 

-Nəzərə  gəldik.  Hər  yetən  gözünü  çəkmirdi  atları-mız-

dan... 


-Çox  güman  ki,  kiminsə  ağır  günahı,  ya  da  “ağ  tükü” 

var, - Səfər araya söz atdı. Saleh güldü: 

-Məndən savayı, mən əvvəllər iki dəfə gəlmişəm, günəş-

li havada Babanı ziyarət etmişəm. 

-Sən sonuncu dəfə otuz yaşında gəlmisən. O vaxtdan bə-

ri gördüyün işlərin hamısını xatırlayırsan? Olmaya bizim ara-

mızda özünü günahsız, təmiz hesab edirsən? Onu ancaq göy-

dəki kişi bilər, ayrı kimsə yox... 

Şamilin suallarına baş qoşmayıb dalğınlaşan Saleh: 

-Onda belə çıxır ki, bizim günahlarımız yuyulmayınca nə 

bu yağış dayanmayacaq, nə də Həzrət Baba bizi qəbul etmə-

yəcək, - deyib susdu. 

Səfərin atmacası tək Salehi deyil, hamını düşünməyə va-

dar  edirdi.”  Mənim  nə  böyük  günahım  ola  bilər,  -  Dəyanət 

ürəyində götür-qoy etdi, - kimisə söymüşəm, döymüşəm, ya 

pulunu almışamsa səbəbi olub. Heç nədən, səbəbsiz, nəfsimə 




39 

görə  kiməsə  “torba”  tikməmişəm,  ziyanlıq  etməmişəm.  Nə 

eləmişəmsə  haqqına  etmişəm.  Qatilin,  soyğunçunun,  dələ-

duzun başını tumarlamalıydımmı? Nahaqqın haqqını alıb ye-

mək  lazımdır  ki,  haqq  yoluna  qayıtsın.  Əbəs  deyilməyib  ki, 

oğrudan  oğruya  halaldır.  Yox,  məsələ  heç  də  halal,  haram 

məsələsi deyil. Bütün bu iş gətirməməzlik rəisim Sabirin pis 

niyyətliliyinin  nəticəsidir.  Bura  gəlməyə  ondan  iki  günlük 

icazə  istədim,  vermək  istəmirdi.  Deyirdi,  indi  getmə,  gələn 

həftə mənim qohumlarımla gedərsən. Özü az imiş, gərək qo-

humlarına da qulluq edəydim. Dedim yox, dostlarımla gedi-

rəm. Necə “xeyir-dua” veribsə, gəlib girmişəm at təri iyisi ve-

rən keçənin altına. Zalımın oğlunun nəfsi daşı da kəsir...” 

Sərt  soyuq  Dəyanətin  canına  sirayət etdikcə  lap  asiləşir, 

təkcə rəisinə yox, özünə qarşı da ürəyində söylənirdi: “Mənə 

deyən gərək sənin burada nə azarın vardı? Otur rahat evində 

halal, haram nə yeyirsən ye də...” Dilinə gətirə bilmədiyi söz-

ləri  “Əstəqfirullah”  deyib  özündən  kənar  etmək  istəsə  də, 

qəlbinə  girən  şeytan  belə  çətin  anlarda  da  onu  rahat  burax-

mırdı.  


“Heç insan da günahsız olarmı, - Şamil düşünürdü, - in-

san ağlı kəsəndən günahla yoldaşdır, ta son nəfəsi canından 

çıxanadək. Allah-təala bilərəkdən daim insanı qarşısında gö-

zükölgəli  saxlamaq  üçün  günahlar  içində  çapalayan,  başını 

itirən  biçarə  yaradıb.  Məgər  istəsəydi  insanı  da  arı  kimi  ya-

rada bilməzdimi? Hərə öz işini bilərdi, kimsə bir-birinin işinə 

qarışmazdı,  hakimə  də  ehtiyac  yaranmazdı.  Hamı  vicdanla 

yaşayıb ölərdi. Hə, onda cəhənnəm boş qalardı... Əgər söhbət  

günaha  görə  cəzadan  gedirsə,  mən  cəzamı  çox  almışam...”  - 

O, ah çəkib altı il əvvəl qəzaya düşüb on üç yaşında həyatdan 

köçən kiçik oğlunu ürəkağrısı ilə xatırladı. Hələ ondan üç  il 

əvvəl  qardaşı  bədbəxt  hadisə  nəticəsində  cavan  yaşında  öl-




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə