Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

40 

müşdü. İllərdir onun atasız qalan iki kiçik uşağı himayəsində 

idi,  yetim  saxlayırdı,  anaları  atıb  getmişdi  ərə.  Evdə  də  ki, 

özündə  şəkər,  arvadında  xoş  xassəli  şiş,  qızında  mədə  yara-

sı...  Narkomaniyaya  qarşı  “mübarizə”  nəticəsində  xeyli  əm-

lak  toplamışdı.  Sanki  əvəzi  imiş  orta  yaşlı  qaynı  parkdakı 

ayaqyolunda özünü iynələyərkən narkotik maddənin yüksək 

dozasından keçinmişdi... Hansını deyəsən?.. Vəkilliyə keçən-

dən  sonra,  elə  bil  evə  gələn  dərdi-sər  də  azalıb,  qəlbindəki 

gərginlik də seyrəlib. Hakimlikdə qazandığı hayla gəlib, vay-

la  gedirdi.  Ancaq,  Allah  da  şahiddir  ki,  nə  edibsə,  təkcə  öz 

şəxsi marağı, nəfsinə görə etməyib. Həyat, işlədiyi mühit onu 

məcbur    edib.  Asılısan,  öz  iradənlə  işləmək  mümkün  deyil. 

Və,  o,  da  Don  Kixot  olmaq  istəməyərək,  həqiqətdə  Allahın 

yaratdığı  şeytana  xidmət  eləmişdi...  Nə  etsin  ki,  indi  bu  sa-

hədə pulsuz heç bir iş aşmır. Ədaləti görməli gözlər korlaşıb, 

yalnız  pul  “eynəyindən”  baxıb  “haqqını”  alanda  haqqı  tanı-

yırlar. Yadına yolda rast gəldikləri ağsaqqalın sözləri düşdü: 

“Vicdanı təmiz, qəlbi saf insan”... Eh, olasan mənim yerimdə 

görüm necə çirkaba batmırsan... 

Səfər o biri üç dostundan fərqli olaraq Həzrət Babaya di-

lək diləmək niyyətilə ziyarət etmək istəyirdi. Erkən evləndiyi 

üçün dostlarının uşaqları arasında böyük qızını hamıdan tez 

- artıq üç ildən çox idi ki, toyunu edib  ərə vermişdi. Amma, 

illər keçdikcə, nəvəsinin olmaması dərdi ürəyini üzürdü. Ona 

görə də niyyətini qəlbində gizli saxlayıb hər əzaba hazır idi, 

təki Babanın üstünə çatsın. Allaha yalvarırdı ki, günahı varsa 

da  balalarına  dəyməsin,  öz  cəzasını  özünə  çəkdirsin.  Ehti-

yacdan  yaranan  günahlardan  savayı,  o,  nə  günah  işlətmişdi 

axı?  Hər  bir  tibbi  əməliyyatın,  müalicənin  müəyyən  edilmiş 

qiyməti  vardı.  Özbaşına  qiymət  yaratmamışdı  ki...  İstənilən 

sahəninin  yiyəsi  olan  ölkədə  o  kimdir  ki,  öz  xoşu  ilə  pul  al-




41 

sın?  Bəziləri  kimi  sağalmayacaq  xəstənin  əməliyyatından, 

faydasız müalicəsindən xeyir ummayıb, ehtiyacı olsa da mü-

əyyən  mənada  halallığı  gözləyib.  Xatirinə  qocaman  müəlli-

minin  dediyi,  həmişə  xatırladığı  cümlə  gəldi:  ”Ehtiyac  qır-

mancdır,  mərdi  də  qova-qova  namərd  edər...”  Məgər  başbi-

lənlər  az  maaşı  həkimə  təyin  edəndə  ehtiyacını  görmürdü-

lər?  Əksinə,  ələbaxımlığa  xalqın  həkimi  dolandırması  kimi 

baxırdılar. Əslində isə xalq təkcə həkimi deyil, müəllimi, po-

lisi, məmuru – hamını dolandırırdı... 

Yağışın aramsızlığından daha keçə də islanıb yam-yaş ol-

muşdu. Gecə keçdikcə havanın soyuğu kəskinləşir, üşümək-

dən yığılıb bir-birinə qısılan dostların dözümü  tükənirdi. 

Cığır tərəfdən hənirti gəldi. Orta yaşlı bir kişi sürətli ye-

rişlə aşağı qayıdırdı. Dəyanət onu görüb qışqırdı: 

-Ehey,  qardaş,  ziyarətin  qəbul,  Babadan  gəlirsən?  Yuxa-

rıda vəziyyət necədir? 

-Yox,  Aman  evindən  qayıdıram.  Deyirlər  Babaya  təzə-

liklə qar düşüb... 

-Niyə Aman evində qalıb gözləmədin? 

-Orda kimsə yoxdu, külək qoymur dayanasan... 

Bu sözləri eşidən Dəyanətin səbri tükəndi: 

-Ay kişilər, bizim burada yağışın, küləyin kəsməsini göz-

ləməyimiz  ağılsızlıqdı.  Uzağı  bir  saata  soyuqdan  ağaca  dö-

nəcəyik.  Eşitdiz  qar  yağıb?  Ölmək  istəyirsiz?  Durun,  bu  ge-

dən  kişiyə  qoşulub  biz  də  qayıdaq  geri.  Nə  təhər  eyləyək, 

qoymur  da  irəli  getməyə.  Nə  yağış  kəsir,  nə  külək.  Kim  ba-

carır getsin. İrəliləməyimizi istəmirsə, bu o deməkdir ki, “sü-

rüşün burdan”. Saat neçədir? 

-İki tamam, üçə işləyib on dəqiqə. 

-Ay aman, dörd saatdır keçənin altında durmuşuq. Səhər 

beş olması üçün gərək bir üç saat da gözləyək. Vallahı, ölərik 




42 

o vaxta qədər. Bu yolda, deyəsən bizdən başqa kimsə qalma-

yıb. Durun getdik, qismət bu imiş... 

Saatlarla üşüməkdən cana doymuş Şamil ilə Səfər də Də-

yanətin fikrinə şərik çıxdılar: 

-Hə,  düz  deyir,  neyləmək  olar,  qayıtmağımız  məsləhət-

dir. 

Saleh  dostlarına  etiraz  etməyin  mənasızlığını  başa  düş-



dü: 

-Qayıdırıqsa, əvvəlcə atları yəhərləməliyik. Yəhərləri be-

ləcə  atıb  getmək  olmaz.  Bizə  eyib  edərlər,  at  sahiblərinə  nə 

cavab verərik? 

-Çağır  o  yoldan  keçəni,  bizə  atları  yəhərləməyə  kömək 

etsin. 


-Ehey, qardaş, eşidirsən? Gəl bizə kömək eylə, bir yerdə 

qayıdaq... 

Cığırdakı adam xeyli uzaqlaşmışdı. Əsən küləyin əksinə 

çətin  qayıdasıydı.  Hərə  atını  özünə  tərəf  çəkib,  damcılayan 

keçəni  üstündən  götürüb  atın  belinə  atdı. Heç  demə  bu  iyli, 

yaş  keçə  onları  sərt,  şaxtalı  soyuqdan  əməllicə  qoruyurmuş. 

Ayağa  durmaları  ilə  sanki,  burulğanın  içinə  atıldılar.  Vıyıl-

dayan  külək  az qala  varlıqlarına hakim  kəsilmişdi.  Soyuğun 

şiddətindən  bədənlərindəki  üşümə  sürətli  əsmə  ilə  əvəz 

olunmuşdu. Əl barmaqları sürətlə donduğu üçün atları qay-

dasında yəhərləməyə çətinlik çəkirdilər. Atlar tərpənən kimi 

yəhərlər  boşalıb  əyilir,  qarınlarının  altına  sürüşürdü.  Canla-

rına düşmüş əsməcədən dişləri bir-birinə dəyən Saleh və Şa-

mil  yəhəri  atın  belinə  bərkidə  bilməmələrindən  təşvişə  düş-

müşdülər: 

-Dəyanət, Səfər, kömək edin, yəhəri bağlayaq, soyuq öl-

dürdü bizi... 



43 

-Vallah, imkanım yoxdur, barmaqlarım elə donub ki, tax-

taya dönüb. Necə gəldi, birtəhər bağlayın, amma minməyin. 

Piyada düşəyin aşağı, bərkidəndən sonra, minərik. Düşdükcə 

küləyin  sərtliyi  azalacaq,  həm  də  hərəkətlə  qızınacayıq.  Yal-

nız hərəkətin hesabına salamat qala bilərik. Getdik, cəld olun, 

ləngiməyin, tez gəlin!.. 

Dəyanət  hamıdan  irəli  düşdü,  ardınca  Şamil,  Səfər  atla-

rın  yüyənindən  dartaraq  cığırla  aşağıya  yola  düşdülər.  Yol-

boyu  öndə  gələn  Saleh,  indi  axırda  qalmışdı.  Soyuğun  təsi-

rindən  səsini  çıxartmağa  hətta,  heyi  yox  idi.  Böyürlərində 

hiss etdiyi kəskin ağrıdan çətinliklə nəfəs alırdı. O, əsgərlikdə 

Sibirin şimalında qulluq etmişdi, çox şaxtalı havalar görmüş-

dü. Lakin, beləsini xatırlamırdı. Külək acığa düşmüş kimi on-

ları qabağına qatıb qovalayırdı... 

Qaranlıqda  azmamaq  üçün  mütləq  cığırla  qayıtmalıydı-

lar.  Cığır  isə  palçıqlı  olmaqdan  əlavə  xəndəkli  yerlərdə  ya-

ğışdan  əmələ  gəlmiş  kiçik  gölməçələrlə  dolmuşdu.  İslanmış 

ayaqqabılar fırçıldadıqca, elə bil, balaca arxın içi ilə addımla-

yırdın.  Üzü  aşağı  olduğundan  tez-tez  ayaqları  sürüşüb  şap-

pıltı ilə palçıqlı cığıra sərilir, sonra da çox əzilmədiyinə şükür 

edib, yenə yolun davamına dikəlirdilər. Enişləri endikcə kü-

ləyin  gücü  azalır,  yeridikcə  bədənlərinə  gələn  istilik  üşümə-

yin qarşısını alırdı. 

Qurbangaha yaxınlaşdıqca beş-altı saat əvvəl yüksək əh-

val-ruhiyyədə  keçdikləri  yolu,  indi  təəssüflə  xatırlayıb  kə-

dərlənirdilər:  niyə  belə  oldu,  niyə  onlara  ziyarət  etmək  qis-

mət  olmadı?  Görəsən  kimin  günahından  ziyarət  baş  tutma-

dı?..  Kimdi  günahı  çox  olan?  Dillərinə  gətirməsələr  də  hərə 

ürəyində özünü yox, başqasını daha çox günahlı hesab edir-

di. 

                                            *** 




44 

Sürətli endiklərindən saat yarıma yorğun halda Qurban-

gaha  çatdılar.  Burada  zəif    külək  əsirdi,  yağış  isə  dayanmış-

dı.  Maşınlardan  aralı,  ağacların  arasında  böyük  tonqalın  ba-

şına  yığışmış  adamlar  qızınır,  islanmış  paltarlarını,  ayaqqa-

bılarını ocağın istisində qurudurdular. Tonqalın ətrafında tə-

zə gələnlərə yer elədilər. Ailəliklə ziyarətə gəlmiş yaşlı bir qa-

dın öz adamlarına səsləndi: 

-Soyuqdan gəliblər, əyinləri də yaşdır. Təzə qaynamış sa-

movardan çay gətirin. 

Çay  içib bir  az  özlərinə gələn  dostlar  minnətdarlıq etdi-

lər: 


-Allah köməyiniz olsun, diləyinizə, arzunuza çatasız. 

-Biz  yarı  yoldan qayıtdıq.  Siz  ki,    atlı  idiniz,  ziyarət edə 

bildinizmi?  –  Yolda  ötüb  keçdikləri  piyadalar  onlardan  ma-

raqla soruşdular. 

-Yox, az qalmışdıq, amma hava imkan vermədi axıracan 

getməyə, məcbur olduq qayıdaq, - Dəyanət danışmağa əhvalı 

olmayan dostlarının əvəzinə cavab verdi: 

Onların  qayğısına  qalan  qadın  üzlərindəki  incikliyi,  kə-

dəri görüb təsəlli vermək istədi: 

-Eyib etməz, bura qədər də gəlmək, elə ziyarət etmək de-

məkdir.İnamınızı itirməyin. Qəlbinizdə inam olsa, yenə bura 

gələcəksiniz. Onda Babanı ziyarət edərsiz. 

-Qurban olduğum bilir neynəyir, - bir az aralıda, tonqa-

lın kənarında dayanmış, yolda rastlaşdıqları qadınlardan biri 

o birinə deyirdi, - yerindən duran Babaya ziyarətə gəlir. Qa-

nanı da, qanmayanı da, halalı da, haramı da,  əməlisalehi də, 

qəlbiqarası da... Biri çılpaq gəlir, biri şortuda gəlir. Pir elə bil 

parkdı,  görüş  yeridi,  ya  nə  bilim,  istirahət  mərkəzidi.  Turist 

kimi gəlirlər. Ona görə də tökür başlarına yağışı, çovğunu, is-

təmir belələri gəlsin üstünə... 




45 

Onların yanında dayanıb paltarını qurudan cavan oğlan 

qadınların söhbətinə qoşuldu: 

 -Belədə deyirlər də qurunun oduna yaş da yanır. Bir-ne-

çə ləyaqətsizə görə gör nə qədər yaxşılar da əzab çəkir... 

Bu  sözlər tonqalın acı tüstüsünə qarışıb dostların boğa-

zını qurutdu, gözlərini acışdırıb yaşartdı: ”Görəsən oğlan bir-

neçə  ləyaqətsiz  deyəndə  həmin  sözləri  onlar  üçün  deyirdi, 

yoxsa  şortikdə  gəzən  qızı,  başqalarını  nəzərdə  tuturdu?  On-

ları da ləyaqətsiz hesab etmək olardımı?!.” 

Dostlar  əhvallarını  bürüyən  pərtlikdən  tonqalın  ətrafın-

da çox dayanmağa qərarları çatmadı. Yaxınlıqdan axan, yol-

da  keçəcəkləri  çayın  daşacağından  ehtiyatlanaraq,  havanın 

işıqlaşmasını  gözləmədən  atların  yəhərlərini  bərkidib  gəl-

dikləri kəndə tərəf yola düşdülər. Hərə ürəyində dost-tanışa 

nə  deyəcəyini  fikirləşirdi:  ”Zirvəyə  çıxa  bildinmi,  Babanı  zi-

yarət  etdinmi,  –  suallarına  necə  cavab  verəcəkdilər?..  Dörd 

saatdan çox yollarını kəsən çovğun onlara xəbərdarlıq idimi, 

ya da təbiətin adi bir şıltaqlığıydı?..” Gələndə qarsılaşdıqları 

nurani  qocanın  dediyi  sözlər  yolboyu  dinib  danışmayan 

dostların qulaqlarından çəkilmək bilmirdi: ”O, hər ziyarətçini 

qəbul eləmir, qəlbin gərək pak ola. Baba yolu ağır yoldur...”  

                                           *** 

Səhərin  alatoranında  qabaqlarına  kuzası  adamla  dolu 

Qurbangaha  gedən iki yük maşını çıxdı. Üstü açıq kuzovda-

kı  səs-küylü  cavanlar  havanın  sübh  soyuğuna  baxmayaraq 

sevincək idilər, atlılara tərəf baxıb çığırırdılar: 

-Ziyarətıniz qəbul olsun!.. 

Onlar atllılara, atlılar isə onlara qibtə ilə baxırdılar... 

Yorğun  və  paltarları  nəm  olmasaydı  gedənlərə  qoşulub 

yenidən  zirvəyə  tərəf  yönələrdilər.  Amma,  Baba  bir  də  şans 

verərmi? Onların üzünə təkrarən yağışın yağmayacağına, kü-




46 

ləyin əsməyəcəyinə kim zəmanət verə bilərdi, - Saleh ürəyi sı-

xıla  düşünürdü,  -  doğrudanmı  günahlar  insanı  daim  kölgə 

kimi izləyir?.. Bəs insanlar necə yaxşı yaşasınlar ki, günah qa-

zanmasınlar?.. 

                                                                                            11.2009 

 

 

 




47 

                          ŞANSSIZ... 

 

   Kənd  məktəbində  rəsm  müəllimi  işləyən  Davud  uzun 



illərdi müəllimliklə yanaşı yazı-pozuyla, belə desək bədii ya-

radıcılıqla  məşğul  idi.  Hələ  orta  məktəbin  aşağı  siniflərində 

oxuduğu  vaxt  qonşu  kənddən  olan  bir  gəncin  “Ulduz”  jur-

nalında şəklini görmüş, şeirlərini oxumuşdu. Bu onun şair ol-

maq  istəyinə  səbəb  olmuşdu.  Sonralar  da  ədəbiyyat  dərslə-

rində  şairləri  öyrəndikcə  ona elə  gəlirdi  ki,  dünyanın  ən na-

muslu,  qeyrətli,  xalqını,  vətənini  sevən,  ən  ülvi  hisslərin  yo-

lunda  canından  keçməyə  hazır  olan,  dünya  varında  tamahı 

olmayan, pak, müqəddəs insanı şairlərdir. Bax buna görə də, 

o da şair olmaq, haqq adamı kimi hörmət qazanmaq arzusu 

ona  daxilən  xüsusi  güc,  ilham  verirdi.  Onsuz  da  özünə  də 

məlum idi ki, o, nə vaxtsa maddi var-dövlət sahibi ola bilmə-

yəcəkdi. Çünki, bacarmırdı dil tökmək, özünü gözə soxmaq, 

vəziyyətə uyğun dəyişmək, başqasının tikəsini əlindən almaq 

–  onun  işi  deyildi.  Tələbəlikdən  bəri  qalaq-qalaq  qaraladığı 

qalın  dəftərlərin  əksəriyyətini  sevgi  şeirləri  və  poemalarıyla 

doldurmuşdu.  Evində  hər  şeydən  qiymətli  hesab  etdiyi,  ba-

laları  qədər  sevdiyi  şeir  dəftərlərini  Davud  tələf  olmaması 

üçün  iri,  bəzəkli,  taxta  sandıqda  əzizləyib  saxlayır,  ildə  bir 

dəfə  yaydan-yaya  varaqlayıb  nəmini  qurudurdu.  Şeirlərin-

dən  bir  çoxunu  növbə  ilə,  hərəsini  bir  yolla  xeyli  qəzetlərdə 

çap etdirmişdi. Artıq tanış-biliş hamı bilirdi ki, Davud şairlik 

edir. Bu şeirləri bəyənənlər də vardı, ağız əyib lağa qoyanlar 

da. Təzə-təzə hər sözə görə narahat olan Davud sonralar at-

macalara vərdiş etdi, danışılanlara əhəmiyyət vermədi. Üstə-

lik onu bəyənməyən  elinə məhəbbətinin ifadəsi kimi, kimsə-

də olmayan yeni təxəllüs götürdü – Davud EL-OBA: 

 



48 

                 Mədəni insanam, deyiləm qaba

                 Elimin dərdini özüm çəkərəm 

                                            qıymaram yada, 

                 Sinəm yurduma qaynar sevgidən  

                                                    bir yanar soba, 

                 Adım xalq oğlu – Davud EL-OBA... 

   Davud  EL-OBAnın  şeirlərində  insana  məxsus  bütün 

hisslərin tərənnümü əks olunmuşdu: sevgi, iztirab, kədər, ay-

rılıq, nifrət... Saysız-hesabsız qəzetlərdə dərc edildikdən son-

ra, daha qəzetlər nəzərindən düşdüyündən Davud jurnallara 

yol  aldı.  Az  çəkmədi  rayonda  fəaliyyət  göstərən  ədəbi  dər-

nəklərin  birinə  üzv  olub  şeir  məclislərində  görsənməyə  baş-

ladı.  Bir  gün  də  kollektiv  vəsait  hesabına  çap  olunan  dərnə-

yin almanaxında da şəkli və bir neçə şeri ilə ədəbiyyat aləmi-

nə pənah gətirdi. 

   Şairlər cərgəsinə qatılandan Davudun müəllimlik işinə 

diqqəti azalmışdı. Məktəbin direktorunun fağır, dinməz işçi-

sinin  işinə  marağını  artırmaq  üçün  rəsmxət  və  əmək  təlimi 

dərslərinin  də  ona  verməsinin  faydası  olmamışdı.  Şəkil  çək-

məkdən bezdiyindən, gününü məktəbdə “şəkil çəkdirməklə” 

başa vururdu. Ona elə gəlirdi ki, o, yalnız ədəbiyyat naminə 

dünyaya  gəlmişdi.  Bunu  sübut  etməyə  isə  zamana  ehtiyac 

vardı.  Düşünürdü  ki,  gələcəkdə  müsahibə  verərkən  müxbi-

rin: “Əgər dünyaya bir də gələrsizsə hansı sənəti seçərsiz? “ 

sualına  fikirləşmədən  “Şair  olardım”  cavabını  verəcək.  O, 

ədəbiyyat  müəllimi  olmaq  əvəzinə  rəsm  müəllimi  işləməyi 

bir uğurssuzluq hesab edirdi. Məhz şanssızlıq, qəbul imtaha-

nı  zamanı  topladığı  balın  uyğunsuzluğu  ucbatından  rəsm 

müəllimi  olmağa  məcbur  olmuşdu.  Heç  rəsm  çəkməyi  də 

ürəkaçan  deyildi.  Şanssızlıq  bir  bəlaya  dönüb  daim  onu  qa-

rabaqara izləyirdi. İşdə, ailədə, yaşadığı kəndin insanları ara-




49 

sında... Həmişə həvəslə başladığı iş, ürəyində tutduğu niyyət

nədənsə  sonda  yetərliliyini  itirib  cılız,  dəyərsiz  alınırdı.  Ona 

şeirlərinin  çoxunun  belə  yazdığını  deyənlər  də  var  idi.  Bu 

adamların fikrincə, o, boş və mənasız, qazancsız  bir işlə məş-

ğul  olurdu.  Hətta  belə  fikir,  deyəsən  arvadına  da  sirayət  et-

mişdi. Çünki, ədəbi aləmdə yerini tapmaqdan ötrü kitabının 

çap  olunmasının  zəruriliyini  arvadına  anladıb  onu  necə  se-

vindirmişdisə  kitabın  çapına  xərcləyəcəyi  pulun  miqdarını 

deyəndə arvadını bir o qədər heyrətləndirmişdi: 

   -Bağın-bostanın  hesabına  zəhmətlə  topladığın  bir  ətək 

pulu  kitaba  verməklə  qazancın  nə  olacaq?  Evdə  uşaqlar  bö-

yüyür, camaat torpaq alır, ev alır, evinə mebel alır, sən də əli-

nə gələni şeirə sərf edirsən. Təzəsini almırsan, heç olmasa ba-

rı, maşınını “kraskalat”. Qapısı, özü hərəsi bir rəngdədi, ayıb-

dı axı... 

 

Əziz oxucularımız, əgər bu kitabı tam versiyada oxumaq istəyirsinizsə, 

aşağıdakı ünvana gəlib ala, yaxud zəng etməklə evinizə (ofisinizə) sifariş 

verə bilərsiniz: 

Ünvan: 

KİTABEVİM.AZ | Kitab və digər çap məhsullarının satışı 

Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.) 



 

Telefon: 

012 498 79 89, 055 877 24 44 



http://kitabevim.az/

 

 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə