Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11



ZİYARƏT

 

 

Neçə illərdir, hey arzulasalar da keçmiş məktəb dostları 



vaxt tapıb görüşüb bir yerə yığışa bilmirdilər. Hər dəfə biri-

nin başına gözləmədəyi iş gəlir, ya da bir yarıtmaz hadisənin 

ucbatından niyyətləri alınmırdı. 

Onlar  dörd  dost  idilər  –  Saleh,  Səfər,  Şamil  və Dəyanət. 

Aralarında iki-üç yaş fərqi olsa da məktəb illərindəki yoldaş-

lığı  yadırğamamışdılar.  İlin  fəsilləri  dəyişəndən-dəyişənə  ya 

zəngləşib  uzun-uzadı  söhbətləşər,  ya  da  bir-birlərinə  işi  dü-

şəndə görüşərdilər. Qalan vaxt təsadüfən toyda, daha çox isə 

yas  mərasimlərində  rastlaşırdılar.  Rastlaşdıqları  üçün  ölənə 

rəhmət  oxusalar  da,  belə  ayaqüstü  görüşdən  sonra  hər  dəfə 

günlərin birində toplaşıb ürək dolusu dərdləşmək, əylənmək 

arzusu ilə ayrılırdılar. Gəl ki, illər boyu bu dörd dostun dör-

dünün də eyni anda qayğısız, boş olan vaxtı olmurdu. 

Saleh  müəllim  şəhərdəki  institutların  birində  işləyirdi. 

Əslində  adi  bir  elmi  işçi  olduğu  halda  dolanışığın  dərdin-

dən, müqavilə yolu ilə başqa universitetlərdə də dərs deyirdi. 

Azmış  kimi  özəl  məktəblərdən  dəvət  alanda  çalışırdı  ki,  on-

ların  müraciətlərini  də  yola  versin.  Nə  etsin,  il-ildən  uşaqlar 

böyüyür, ehtiyacları artırdı. Müəllimlikdən savayı əlindən nə 

iş gəlirdi ki, başqa qazanc yiyəsi də olsun. Odur ki, bütün gü-

nü üç-dörd ali məktəbin arasında qalıb dərs saatlarını bir-bi-

rinə  calayan  Saleh  bu  qaça-qovla    ömrünün  əllinci  baharına 

yaxınlaşmışdı.  

Səfər həkim Saleh müəllimdən yaşca kiçik olmasına bax-

mayaraq, o da dostu kimi saçlarını ağartmışdı. Gününün ya-

rısını  xəstəxanada,yarısını  da  özəl  klinikada  keçirirdi.  Bütün 

günü  xəstələrini  səbrlə  dinləyib,  təmkinlə  məsləhətlərini  ve-

rirdi. Xəstələrin çoxluğu çox vaxt onu qane etsə də, bəzən yo-




rulub işindən bezarlıq edirdi. Amma, sonra başa düşürdü ki, 

düz  eləmir,  xəstələri  azalsa  ruzisi  də  azalar.  Uca  Yaradanın 

əməlinə bax, - ürəyində düşünərdi, - kimlərəsə dərd verib üs-

tümə göndərir, onların xəstəliyi ilə mənə də çörək verir. 

Şamil ilə Dəyanət isə hüquqşünas idilər. Yaxın illərədək 

Şamil  qonşu  rayonların  birində  hakim  işləyirdi.  Növbəti  ha-

kim seçkisindən keçə bilmədiyi üçün indi vəkil işləyirdi. Sə-

lahiyyəti  kiçilsə  də, işi  pis  getmirdi.  Keçmiş  hörməti hələ  ki, 

karına gəlirdi. Dostları ruhdan düşməməyi, gələn seçkidə ye-

nə  hakimliyə  qayıtmağa  cəhd  eləməyi  məsləhət  görürdülər. 

Düzünə  qalsa  özünün  hakimlikdən  ötrü  ürəyi  getmirdi,  bu 

işdə  işləməyi  ən  çox  evdə  arvadı,  uşaqları  istəyirdi.  Qəlbən 

ağır bir yükdən qurtulmuşdu. Daim haqqla nahaqqın arasın-

da  əzilməkdən  cana  doymuşdu.  Vəkil  olandan  bəri  kimsəni 

cəzalandırmırdı,  əksinə  müdafiə  edirdi.  Onun  müdafiəsi  nə 

qədər  əhəmiyyətli  idi  və  ya  mənasız  idi,  ayrı  söhbətin  möv-

zusudur.  Qısası, indi o, yalnız xeyirxah işlə məşğul idi. 

Şamildən fərqli olaraq Dəyanət çiyninə paqon taxan gün-

dən özünü insanlığın əbədi xeyirxahı hesab edirdi. Cəmiyyə-

tin  qayda-qanunlarını  polis  işçisi  kimi  qorumaq,  cinayətkar-

ları  zərərsizləşdirmək,  əmin-amanlıq  yaratmaq  məgər  xeyir-

xahlıq deyilmi? “Təsəvvür edin ki, bir gün polis işləməsin, - 

o,  söhbət  əsnasında  deyərdi,  -  görün  şəhərdə,  ölkədə  nələr 

baş  verər,  hərc-mərclik  baş  alıb  gedər,  özünüz  fikirləşin... 

Şübhəsiz  polis  də  insandı,  robot  deyil  ki..,  qanunu  qorumaq 

pərdəsilə bəzən qanunsuzluqlar edilir...” Söhbətin həmişə bu 

yerində Dəyanət bütün  iradlarla razılaşmırdı: 

-Elə  deyil.  Siz  birin  bilirsiz,  birini  yox.  Səbəblər  var.  Sə-

bəblər  araşdırılmalı,  sonra  nəticə  çıxarılmalıdır. Heç  vaxt  tə-

ləsik qərar verməyin. 



10 

Yersiz tələsməyi sevməzdi, məqamını gözləyərdi. Xasiy-

yətində  hər  şeydən  bir  az  vardı:  insaf  da,  qəlbi  genişlik  də, 

gərək olarsa amansız, kobud da ola bilərdi. Onu buna peşəsi 

vadar  etmişdi,  müxtəlif    xarakterli  insanlarla  münasibətdə 

adi xasiyyətin yiyəsi olmaqla işləmək mümkün deyildi. 

Dörd dostu birləşdirən bir ümumi cəhət var idi: heç biri 

Allahsız deyildi. Hərənin ürəyində özünə görə ona qorxu və 

ehtiram vardı. Yaşları, həyat təcrübələri artdıqca ilahinin bö-

yüklüyünü,  qüdrətini  daha  çox  dərk  edirdilər.  Ancaq  özlə-

rində  olan  naqislikləri hiss edirmişlər  kimi tam Allah adamı 

olmağa  tələsmirdilər.  Belə  olarsa,  sanki  nəyisə  itirəcəklərin-

dən qorxurdular. 

 -Allah  adamın  gərək  qəlbində  olsun.  Orucdu,  namazdı 

mütləq  deyil.  Adamlar  var  namaz  qılır,  əclaflığından  da  əl 

çəkmir. Dinlə məşğul olmaq ən yaxşısı pensiyaya çıxanda ... – 

Beləcə özlərinə bəraət verirdilər. 

Ara bir aralarında mübahisə də düşürdü. Bu zaman yaş-

ca  böyük  olan  Saleh  müəllimin  fikrini  daha  önəmli  sayırdı-

lar: 


 -Müəllim çox bilir, o deyən düzdür. 

Müəllimin ruhən təmizlik və insanın ona təlabatı ilə bağ-

lı söhbətlərini dostları həmişə maraqla dinləyirdilər. Bir gün 

görüşlərin birində müəllim  gözlənilməz təklif  irəli sürdü: 

 -Dostlar,  çoxdandı  könlümə  bir  müqəddəs  yeri  ziyarət 

etmək düşüb. (Yəqin Həccə getmək istəyir, - dostları düşün-

dü.) Hərdən gözümün qabağına cavanlığımda gördüyüm gö-

zəl  mənzərələr,  uca  zirvələr,  sıldırım  daşlı  qayalar,  dibi  gö-

rünməyən  gen  dərələr,  şaqraq  axan  sular  gəlir.  Baxdıqca  tə-

biətin  əsrarəngizliyindən  həzz  alırsan.  Yolboyu    dörd  fəslin 

dördünün də şahidi olursan. 

 -Sən haradan danışırsan? – Şamil hövsələsiz soruşdu. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə