Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

18 

etməyib  ziyarət  zamanı  tövbə  edir  ki,  oğlunun  toyunadək 

“dilinə araq vurmayacaq”. Üstündən bir-iki il keçir, bu adam 

sağalır. Toylarda, şadyanalıqlarda pivə, çaxır içir, amma töv-

bə etdiyi üçün araq içmir. Beləcə dözür. Bir gün görür ki, nəf-

si hədsiz araq istəyir. Neynəsin, necə etsin? Qorxurdu tövbə-

ni pozsa Baba cəzalandırar. Oğlunun da beş yaşı var. Tövbə-

sinin vaxtına – oğluna toy etməsinədək azından gərək on üç 

il  gözləyəydi...  Birdən  ağlına bir  fikir  gəlir:  yadına  düşür  ki, 

ötən payız oğlunu sünnət elədibsə də imkansızlığından şad-

yanalıq  məclisi  qurmamışdı.  Qərarə  gəlir  ki,  fərqi  nədir,  toy 

elə toydur  də, böyük toya hələ çox var, oğlu üçün kiçik toy 

eləsin, toyda tövbəsindən çıxsın. Tez borc-xərc edib bütün ya-

xın dost-tanışına, qohum-əqrəbasına hay vurur  ki, haydı, fi-

lan günü gəlin, oğluma kiçik toy edirəm. 

Həyətində  mağar  qurur.  Yemək-içməyi,  aşıq-sazandanı, 

hər şeyi elə təşkil etdirir ki, böyük toydan heç fərqlənmir. Bir 

gəlini çatışmır bu toyun. Toy başlayan kimi əhdinə çatdığını 

hesab edib çoxdan həsrətində olduğu araqdan gillədir. 

Toyun ortasında göyün üzünü qəfil bir qara bulud örtür, 

dalısıyca bir yağış yağır, tut ucundan göyə çıx... Küçələri, ma-

ğarı, hər tərəfi sel suları bürüyür. Adamlar çaşqınlıqdan bil-

mirlər nə etsinlər. Xoşbəxtlikdən bu hal uzun çəkmir. Az vaxt 

keçir bütün sular xətərsiz-itkisiz axıb çəkilib gedir. Hamı bu 

möcüzəyə heyrətlənir: bir anın işində baş verən seldən bir sa-

at sonra əsər-əlamət qalmır...  

O gözlənilməz yağışdan, seldən sarsılan həmin adam de-

yilənə görə toyun səhərindən dindara çevrilibmiş... 

                                           * * *  

 Atlılar  xeyli  gedib,  sürətlə  axan  dağ  çayını  keçərək  bö-

yük,  qol-budaqlı  ağaclarla  əhatələnmiş  geniş,  yaşıl  ormanlı-

ğa çıxdılar. 




19 

- Nə gözəl yerdir, - Dəyanət heyrətini büruzə verdi, - bir 

dənə burada da şəklimi çəkin. 

 -Buranın adı “Dədə Günəş baba”dır. Kimin qurbanı var-

sa Babanı ziyarət edəndən sonra qurbanlıq qoyunları burada 

kəsirlər.  Ona  görə  buraya  “Qurbangah”  da  deyirlər.  Babanı 

ziyarət  etmək  imkanı  olmayanlar  Dədə  Günəş  babadan  geri 

dönürlər. Əsas at yolu bax buradan üzüyuxarı başlayır, - Sa-

leh  dostlarına  məlumat  verdi,  -  Qurbangaha  qədər  maşınla 

gələnlər, qalan yolu piyada qalxırlar. İndi axşam saat səkkiz-

di. Allah qoysa üç saata “Aman evi” deyilən sığınacağa çata-

cağıq. Orada dörd-beş saat dincəlib səhərə yaxın qalan iki sa-

atlıq yolu da qət edərək zirvədə Günəşi qarşılayacayıq. 

          -Amin, Allah qoysa.., - dostlar səsləndilər. 

Ağacların  kölgəsində  cərgələnmiş  avtobusların,  müxtə-

lif  formalı minik maşınlarının markalarının çoxluğu dostları 

təəccübləndirdi.  Çəmənliklərdə  palaz  sərib  qərar  tutan  kişi-

lər, qadınlar ocaq qalayır, samovar qaynadır, kəsilmiş qurban 

ətindən  iri  qazanlarda  xörək  hazırlayirdılar.  Çəmənliklərin 

arası ilə ağaran ensiz cığırlar qıvrıla  – qıvrıla axan çayın kə-

narı  ilə,  üzüyuxarı  təpələrə  doğru  uzanırdı.  Çayın  o  biri  sa-

hilində  otlayan  qoyun  sürüləri,  çobanların  alaçıqları  görü-

nürdü.  Qurbangahdan  uzaqlaşdıqca    cığırlar  azalıb  bir  bö-

yük,  enli,  tozlu  cığıra  çevrilirdi.  Yol  gah  iki  tərəfdən  əhatə-

lənmiş iri zirinc kollarının arasından, gah da aşağısında dibi 

görünməyən xəndəyin sürüşkən, hər an yuvarlanmaq təhlü-

kəsi olan çınqıl daşlarının üstündın keçib getdikcə yüksəkliyə 

qalxırdı. Ayaqla gedən adamların ehtiyatla keçdikləri yerdən 

atların qorxusuz keçmələri atlıları heyrətləndirirdi: 

-Bu,  atların  peşəkarlığından,  vərdişkarlığındandı,  yoxsa 

ayaqlarına  vurulmuş  nallara  arxayınçılıqdandı?  –  Dəyanət 

aralarında bilici hesab etdikləri müəllimdən soruşdu. 




20 

-Elə hamısından, - Saleh həvəslə izah etdi, - həm vərdiş-

dilər,  həm  də  ayaqlarındakı  nal  onlara  müvazinətini  saxla-

mağa imkan verir. 

Qarşıda yol az sulu, ensiz dərəboyu yuxarı qalxırdı. At-

lar  qumlu  palçığın  içərisi  ilə  tövşüyə-tövşüyə  dərəni  qalxıb, 

geniş yamaca çıxdılar. 

-Müəllim, - arxadan gələn Şamilin səsı eşidildi, - sən bə-

lədsən, bilərsən. Nə qədər gəlmişik? Hələ çoxmu qalıb? 

 Sual  hamının  marağında  olan  sual  idi.  Atlar  kimi  əziy-

yət  çəkməsələr  də,  iki  saatdan  çox  yəhərdə  adət  etmədikləri 

tərzdə  oturmaqdan  bədənlərinə  az  da  olsa  yorğunluq  yayıl-

mışdı. 

-Hələ  harasıdır,  -  Saleh  dostlarının  darıxmalarına    gü-



lümsədi, - hələ çox... Demək olar  ki, hələlik yolun dörddə bi-

rini gəlmişik. Yarı olanda deyəcəyəm. 

Bir  qədər  də  irəliləmişdilər  ki,  önlərindəki  yamacda  iki 

yekəpər qoyun itinin  onlara tərəf  baxıb acıqla  hürmələrini 

gördülər: 

-Elə  bunların  yeri  çatmırdı,  -  Səfər  deyindi,  -  üstümüzə 

cumsalar nə edəcəyik? Dəyanət , bəlkə, sən  bunları  sakitləş-

dirəsən, hər  hal səni eşidərlər... 

Hamının  üzünə  təbəssüm  qondu.  Saleh  Dəyanətdən  əv-

vəl dilləndi: 

-Qorxmayın,  yaxınlıqda  qoyun  sürüsünün  yatağı  yerlə-

şir. Bu itlər yəqin həmin sürünündür. Fikir verməyin, hürüb-

hürüb  sakitləşəcəklər.  Yox,  əgər  üstlərinə  getsəniz,  cırnatsa-

nız hücum edəcəklər. 

Dəyanət də dözmədi: 

-Səfər,  zənnində  yanılmamısan,  onlar  məni  eşidəcəklər. 

Ancaq, bilsələr ki, sən də ölü, meyit yaransan, vay halına, di-

dəcəklər  səni... 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə