Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

21 

Uzaqda qoyun sürüsü otlayırdı.İtlər irəlidə gedən Saleh-

lə Dəyanətin on addımlığınadək gəlib dayandılar. Arxada gə-

lən Səfərlə Şamil ehtiyatlanıb atları saxladılar. 

Dedim axı, qorxmayın, gəlin. Sadəcə saymayıb heç nə et-

məyin, - Saleh onlara tərəf dönüb səsləndi. 

-Belə çıxır ki, biz piyada gedə bilməzdik, - Dəyanət qay-

ğılandı. 

-Elə deyil, itlər gəlib gedən piyadalara dəymirlər, görüb 

alışıblar.  Onların  narahatlığına  səbəb  bizim  atlı  olmağımız-

dır. Nəbadə onlara acıqlanasız, üzlərinə belə baxmayın, - Sa-

leh təkrarən xəbərdarlıq etdi.  

Onlara  diqqət  yetirilmədiyini  görən  itlər  bir  az  hürən-

dən  sonra  sakitləşdilər.  Qarşıdakı  yoxuşda  yolu  piyada  ge-

dən çoxlu yeniyetmə oğlanlar və qızlar, onların arxasınca ad-

dımlayan  beş  qadın  görsənirdi.  Qadınlardan  biri  qucağında 

körpə uşaq aparırdı. Səfər  körpə aparan qadının qarasına  gi-

leyləndi: 

- Belə çətin yolu körpə  ilə getmək olar? Nə ağılla o kör-

pəni özü ilə aparır? 

-Bəlkə uşağı olmayıb, nəzir-niyazla buna nail olub. Niy-

yət edib ki, körpəsini Babanın üstünə - hüzuruna  aparsın,  – 

Şamil  onun  təəccübünə  irad tutdu. 

 -Mən  hələ  kiçik  yaşlarımda  eşitmişəm  ki,  övladı  olma-

yanlar Həzrət Babanı ziyarət edir, çoxlarının da bu niyyətdən 

sonra övladı olur. Bu da bir inamdır, - müəllim vəkilin sözü-

nə qüvvət verdi. 

-Əgər  uşağa  bir  şey  olsa,  xəstələnsə  onda    necə  olacaq? 

Bax görürsüz, yuxarı qalxdıqca hava get-gedə soyuyur. Hələ  

gecə necə soyuq olacaq, Allah bilir... 

-Həkim düz deyir, axşam düşdükcə hava soyuyur. Gəlin 

bir az dayanıb  dincələk, atların təri soyusun. Biz də əynimizi 




22 

ehtiyat üçün götürdüyümüz  paltarlarla qalınlaşdıraq,   - Də-

yanət təklif  etdi. 

Atları saxlayıb  yerə düşdülər. Gün  batmışdı, daha  bir  

saat da keçəcək hava qaralmağa başlayacaqdı. Avqust ayı ol-

sa da günortanın istisindən əsər-əlamət qalmamışdı. Yüngül 

sərin  meh  əsirdi.  Meh  əsdikcə  bədənlərinin  tərləmiş  yerləri  

üşüyürdü. 

Onlar gətirdikləri əlavə yun köynəklərdən hələlik ən na-

ziyini əyinlərinə geyindilər. Buradan – yüksəklikdən aşağıda 

qalan enli, böyük dərələri, şişman təpələri, uzaqda axan dağ 

şəlaləsini,  gəldikləri  dolana-dolana  qalxan  cığırı  seyr  etmək 

ləzzət  verirdi.  Cığırın  aşağı  başında  adamların  piyada  gələn 

yeni dəstələri görünürdü. Saleh müəllim xəyala daldı: 

-Eh,  buradan  aşağını  seyr  edəndə  rus  şairi  Puşkinin 

“Qafqaz” şeiri yadıma düşür. 

      Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən 

      Tutmuşam tək uçurum, qarlı dağ üstündə qərar... 

      Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən 

      Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar... 

 -Ay kişi, yenə oturduz,  - Dəyanət yerə oturmuş dostla-

rını qınadı, - guya neçə saatdır atın belində oturan siz deyil-

siz? Durun bir az gəzişin, qol-qıçınız açılsın. 

 -O oturmaq, bu oturmaqdan deyil. Vərdiş deyilik daya-

na, yəhər yanımızı əzir. 

-Burda bir şəkil çəkdirsək necə olar? Arxada da o şəlalə 

düşsün, hə? 

-Pis olmaz. Şəkil məsələsi sənlikdir. Sən həm də bizim fo-

toqrafımızsan axı, - Səfər qımışdı. 

Şəkilçəkdirmə  bitdikdən  sonra  könüllərinə  bulaq  suyu 

içmək düşdü: 

-Ay Saleh, buralarda bulaq olar? 




23 

-Var,  qabaqdakı  sərt  yoxuşun  ətəyində.  İncinmirsizsə 

oradək ayaqla gedək. 

-Söz yox, həqiqətən mənzərələr gözəldir, baxmaqdan göz 

doymur. Hər tərəf yamyaşıl, al-əlvan gözəl çiçəklər... 

-Səfər, Allah qoysa, Babanın zirvəsində ağ qarı, daşların 

altından boylanan təzə-tər çiçəkləri seyr edəndə, gör nə hiss-

lər keçirəcəksən, - Saleh onun sevincinə qoşuldu, - doğru söz 

imiş, bu yolda ilin hər fəslini görmüş olursan. 

Təravətli,  yaşıl  otlardan  doymaq  bilməyən  atları  arxa-

sınca yüyənindən tutub, çəkib aparmaq çətin bir iş olmuşdu. 

Başını  otlardan  ayırmaq  istəməyən  at  Dəyanəti    hövsələdən  

çıxarmışdı. 

-Ə,  zalımoğlunun  atı  dayanmadan  hey,  yeyir.  Deyəsən 

bunu ac saxlayıblar. Nə qədər otlamaq olar? Bizim yazığımız 

gəldi ki, dinclərini alsınlar, başladılar ağ eləməyə... 

-Sudan  çox  içməyin,  qayıdanbaşı  içərsiz,  -  Saleh  bulağa 

yaxınlaşdıqları  zaman  məsləhətindən  qalmadı,  -  dahi  Niza-

minin  sözləri  yadınızdan  çıxmasın:  ”Bir  inci  saflığı  varsa  da 

suda, artıq içiləndə dərd verir o da.” 

-Müəllim, çox sağ ol, aydındır, başa düşdük,  - gülümsə-

dilər.  


Sərin külək əsdikcə göyün üzərindəki ağ buludlar topa-

laşıb  çoxalırdılar.  Buludların  mavi  səmanı  örtməsi  Salehin 

heç  xoşuna  gəlmirdi.  Belə  gedərsə,  bu  o  demək  idi  ki,  ən 

azından  gecə  ulduzlara, Ay  işığına həsrət qalacaqdılar. Üfü-

qün şimal tərəfində, dağların zirvəsində bozarmağa başlayan 

duman yaxşı heç nə vəd etmirdi. 

 -O  görsənən  duman  artıb  bizə  çatsa  gəlişimizin  ləzzəti 

itəcək, - Saleh irəlicədən təəssüfləndi. 

-Niyə? – Şamil soruşdu. 



24 

 -Duman olsa, yan-yörəndə beş-altı metr məsafədən uza-

ğı  görməyəcəksən.  Cığırla  gedib,  cığırla  da  qayıdacaqsan, 

dağların  gözəlliyini,  əzəmətini  görməyə  də  həsrət  qalacaq-

san. 

 Atları minməyə bir-birilərinə kömək edib, yenidən yola 



düzəldilər. Az getmişdilər ki, qarşılarına ciğirla aşağı enən iki 

qadın, üç kişi çıxdı. 

 -Ziyarətiniz qəbul olsun! 

Saleh bilirdi ki, Babadan qayıdanlara belə demək gərək-

dir. 

-Allah sizə də qismət eləsin, - gələnlər də atları daxili hə-



səd hissi ilə süzüb cavab verdilər. 

-Necə ziyarət etdiz, çətinliyiniz oldumu? 

-Şükür  Allaha,  elə  çətinliyimiz  olmadı,  ancaq,  Babanın 

üstü  çox  soyuqdur,  bəzi  yerləri  düm  ağ  qarla  örtülüdür.  Siz  

atla axıradək gedəcəksiniz? 

-Əlbəttə, bəs necə? 

-Onda sizin üçün çətin nə var ki, - ən cavanı həsədini giz-

lətməyi bacarmadı. 

Onlardan  aralanıb  əlli-altmış  metr  getmişdilər,  bayaq 

uzaqdan  gördükləri  piyada  gedən  beş qadına, (hansı  ki,  biri 

qucağında  körpə  uşaq  aparırdı,)  bir  az  irəlidə  isə  hay-küylə 

yoxuşları  çıxan yeniyetmə oğlan və qızlara çatdılar.   

Qadınlardan biri digərinə deyirdi: 

-Bu bəxtəvərlərə bax, oturublar özləri üçün atın belində, 

dünya veclərinə deyil. Qoysaydılar atların birinin quyruğun-

dan yapışıb mən də gedərdim. 

-Yazıq  atlar  bellərindəkini  güclə  aparırlar,  hələ  bir  səni 

də sürüməlidirlər. Görmürsən, aralarında heç arıq olanı yox-

du. Yəqin havayı yeyənlərdəndir...  



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə