Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

29 

Geri  qayıdanadək  olan  soyuq  canımızdan  çıxacaq.  Bundan 

arxayın  olun.  Bir  baxın  yağış  yavaşıdı.  Dedim  axı,  ötəri  bu-

luddur, - Saleh sevinib yerindən ayağa qalxdı, - durun düzə-

lək yolumuza, hərəkət etməklə bədənimiz istilənsin. 

-Atların  yəhərləri  islanıb,  indi  necə  oturacayıq  atda?  – 

Dostlar təəssüfləndilər. 

         -Neyləyə  bilərik,  yenə  şükür,  çox  yağmadı,  -  Saleh 

təskinlik  verdi,  -  eybi  yox,  bir  az  piyada  gedək,  həm  bizim, 

həm də yəhərlərin islantısı qurumağa başlasın. 

Onlar  bayaqkı  qaydada  sıra  ilə  atları  arxalarınca  çəkə-

çəkə  yenidən  üzüyuxarı  səmtlənən  cığırla  addımladılar.  La-

kin,  yol  islandığından  ayaq  altındakı  torpaq  palçığa  çevrilib 

ayaqqabılara  yapışır,  yeriməyi  ağırlaşdırırdı.  Rahatlıq  üçün 

geyindikləri nazik idman ayaqqabıları yeridikcə palçıqdan is-

lanıb qaralır, qaloşu xatırladırdı. 

-Yox, belə getmək əziyyətlidir, - Şamil şikayətləndi, - yə-

hər olsun da yaş, mən ata minirəm. 

O, atını yaxınlıqdakı yarğanın kənarına çəkib, özünü bir-

təhər yəhərin üstünə atdı.  

-Yavaş-yavaş  öyrənirsən  at  minməyi,  -  Dəyanət onun  at 

minməyinə  güldü,  -  şəhərə  qayıdanda  atçapma  idmanında 

məşqçi işləyə bilərsən. 

-Sən  zarafat  elə,  az  arıqlasam,  problem  yoxdur,  -  Şamil 

zarafatı həqiqət kimi qəbul etmək istədi. 

-Belə  çıxır  ki,  bizim  sənin  qədər  ağlımız  yoxdu?  –  Səfər 

də  yorulub  addımını  saxladı,  -  atları  minmək  gərəkdir,  gilli 

palçıqda getmək olmur. 

Səfər atını mindikdən sonra, Dəyanətlə Saleh də atlarına 

mindilər. 




30 

-Diqqətli olun, yoxuşlarda at sürüşə bilər, atları tələsdir-

məyin,  -  Saleh  arxasınca  gələn  dostlarına  xatırlatmaqla,  bir 

növ bələdçilik vəzifəsini yerli-yerində həyata keçirirdi. 

Yoxuşlar qurtarmaq bilmirdi. Atlar səriştəli olduğundan 

ayaqları  altında  torpaq  sürüşən  zaman  səndirləsələr  də  mü-

vazinətlərini  itirmirdilər.  Yaş  yəhərdə  oturmaqla  canlarını 

palçığın  əzabından  qurtaran  dostların  atın  üstündə  küləyə 

tuş gələn nəm bədənlərini soyuq hava üşütməyə başlamışdı. 

-Gərək ata minməyəydik, bir qədər də piyada gedib hə-

rəkət hesabına canımızı istilədəydik, - Saleh heyifsiləndi, - ət-

rafda kol-kos da yoxdur ki, yığıb od qalayıb, qızınasan, pal-

paltar da quruya... 

Dillənib onun dediklərinə nəsə əlavə edən olmadı. Təkcə 

o məlum idi ki, dayanmağın yeri yox idi. Mümkün qədər tez, 

istehkama  bənzər  “Aman  evi”  deyilən  yerə  çatmalıydılar. 

Növbəti yoxuşu qalxıb növbəti yamaca çıxmışdılar, üstlərinə 

yağan yağış damcıları onları yenidən həyəcanlandırdı: 

-Ay aman, yenə başladı yağmağa... 

-İndi bəs neyləyək? İslanıb soyuqdan öləcəyik. 

-Görəsən Aman evinə çox qalmışıq, yoxsa az? Tez-tez ge-

dib necə var özümüzü ora çatdırmalıyıq. 

 -Yox, məncə tələsməyək, - Saleh etiraz etdi, - gəlin yenə 

daldanacaq  tapıb  yağışın  dayanmasını  gözləyək.  Nəzərə  al-

maq lazımdır ki, Aman evi buradan da yüksəklikdədir. Əgər 

orada da belə küləkli yağışa düşsək kələyimiz kəsiləcək... 

Qaranlıqda,  boş  çöllükdə  sığınacaq  tapmaq  elə  də  asan 

deyildi.  Bir  qədər  irəlidə,  cığırdan  aralı,  sol  tərəfdə  iki  metr 

hündürlükdə  tinləri  yumru  üçbucağa  oxşayan  iri  daş  parça-

sasının qaraltısı göründü. 




31 

-Tapmışam,  gəlin, -  Saleh  sevinclə  yoldaşlarını  səslədi,  - 

gəlin, bu böyük daşın külək tutmazına sığınaq, yağış bitəndə 

yenə yolumuza davam edərik. 

Dostlara elə gəldi ki, bu iri daş qaya parçası onlari təkcə 

küləkdən  deyil,  yağışdan  da  qoruyacaq.  Odur  ki,  tez  atların 

başını daşa sarı döndərib qızınmağa tələsdilər. Atlardan dü-

şüb, üstlərini salafanla örtüb, iri daşın dibində çöməlib yeni-

dən bir-birilərinə qısıldılar. Daş küləyin qarşısını alsa da, on-

ları çəpəki yağan yağışdan qoruya bilmədi. 

-Hərə atının yüyənini əlinə dolayıb bərk saxlasın. Eşidir-

siz,  əlinizdən  buraxsanız,  sonra  gərək  bu  qaranlıq  gecədə  at 

axtaraq, - Saleh söyləndi. 

-Saat neçə oldu, görən? 

-Saat ondur. 

-Yağış kəssəydi, ay nə olardı... 

-Hələ külək də əsməsəydi, pis olmazdı... 

Yağışın  yenidən  külək  qarışıq  yağması  dostların  qanını 

qaraltdı. Başlarındakı salafanlar böyük olmadığından paltar-

larının islanmasının qarşısı yetərincə alınmırdı. Kürəkləri, si-

nələri  quru  olmasına  baxmayaraq,  beldən  aşağı  demək  olar 

ki,  islanmışdılar.  Bir  tərəfdən  də  əsən  külək  islanmış  yerləri 

üşütməyi  azmış,  məzələnirmiş  kimi  başlarındakı  salafanı 

dinc qoymayıb oynadır, qoparıb aparmağa cəhd edirdi. 

-Niyə  dilxor  olmusuz,  -  Dəyanət  yaranmış  sükutu  poz-

du,  -  əşşi,  yağışdı  da...  Yağıb  axırda  dayanacaq  da,  neyniyə 

bilərik? Dözməkdən savayı əlimizdən nə gəlir? Gəlin siqare-

timizi çəkək, söhbətləşək, bir də görəcəyik dayanıb. 

-Belə yağışda siqaret çəkmək olar? Yoxsa salafanın altın-

da çəkəcəksən, – Səfər güldü, - bu qaya parçası bizi azca kü-

ləkdən qoruyur, yağışdan yox.. 

-Mən təklif etdim, məcbur eləmədim... 




32 

-Yaxşısı budu hərəyə bir lətifə, ya da başımıza gələn ma-

raqlı hadisə danışaq. 

 -Bazlıqdan? 

 -Səninki də elə bazlıq olsun, başqa söhbətin yoxdu, - Sa-

leh  Şamilə  irad  tutdu,  -    bu  yolda  da  barı  gərəksiz,  layiqsiz 

sözlər danışmayın. Görürsüz ki, qurbanı olduğum bizi nə ha-

la salıb. Heç olmasa özümüzü elə aparaq ki, bizə rəhmi gəlib 

yolumuzu bağlamasın, açsın... 

Kimsə dillənmədi. Saleh sözünə davam etdi: 

-Yaxşısı budur hərə öz ürəyində Allaha yalvarıb dua et-

sin ki, imkan versin sağ-salamat ziyarətimizi başa vuraq. 

-Dua  etmək  lazımdır,  borcumuzdur,  -  Dəyanət  təsdiqlə-

di, - amma, darıxmamaq üçün ağıllı söhbətlərin də yeri var. 

Yaxınlıqda  çaxan  ildırımın  gur  ağ  işığı  ətrafı  bir  anlığa 

işıqlandırıb yox oldu. Dalısıyca göyü lərzəyə gətirən gurultu 

qopdu. 

-Baho...  Bu  hələ  təzə  başlayır  ki,  -  dostlar  həyəcanla  ya-



ğışın artmasını seyr etdilər. 

Az keçmədi, Dəyanət yenə hamının diqqətini özünə çək-

di:  

-Cənablar,  yarım  saata  yaxındır  biz  bu  daşa  sığınmışıq. 



Yağış hələ neçə saat yağacaq, Allah bilir. Mən soyuqdan ölü-

rəm, başımızdakı salafanların da elə bir xeyri yoxdu. Bir tək-

lifim də var. Gəlin atların yəhərlərini açaq. Hərə öz yəhərini 

altına atıb otursun, yəhərin altındakı keçəni də üstümüzə atıb 

yağışdan,  soyuqdan  qorunaq.  Atlara  soyuq  olan  deyil,  yalın 

bellə islanib dincələcəklər. Hə, necə fikirdi, ağlabatandı? 

-Nahaqdan  səni  rəis  çağırmayırlar,  afərin,  -  Saleh  onun 

təklifini  dəstəklədi,  -  ancaq,  bir  məsələ  var,  sonra  atları  əv-

vəlki  qaydada  kim  yəhərləyəcək?  Mən  boynuma  alıram  ki, 

bacarmayacağam. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə