Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

33 

-Düz deyirsən, - Dəyanət razılaşdı, - aramızda atı yəhər-

ləməyi  bacaran  yoxdu.  Gərək  köməkləşib  edək,  ya  da  rast-

laşdığımız bir bacaran adamdan xahiş edərik. Allah kərimdir, 

darda qoymaz. Gəl ki, bunu etməsək burada çox dayanmağa 

dözümümüz çatmayacaq... 

-Yaxşı, hərə öz atını yalınlasa da, əvvəlki tək yüyəni əlinə 

dolayıb  saxlasın,  -  dostlar  soyuğun  dərdindən  Dəyanətin 

təklifinə etiraz etmədilər. 

Çöməlib  oturmaqdan qıçları  ağrıyan  dostlar  yəhərin  üs-

tündə  rahatca  əyləşməkdən  xoşlansalar  da,  yağışdan  və  so-

yuqdan qorunmaq  üçün  üstlərinə  atdıqları  keçədən  gələn  at 

tərinin tünd iyi burunlarını acışdırırdı. İy deyəsən ən çox Şa-

mili  “feyziyab” etmişdi: 

-Ömrümdə təsəvvür etməzdim ki, nə vaxtsa mən atın tə-

rinin iyini ciyərlərimə belə çəkəcəyəm... 

Gülüşdülər. 

 -Xoş  halalın.  Bu  iyin  öz  təravəti  var.  Lazımdır  ki,  bun-

dan da anlayışın olsun. 

-Siz  gülürsünüz,  -  Saleh  də  özünəməxsus  münasibətini 

bildirdi, -  ancaq,  düşünmək  lazımdır  ki,  tər-təmiz  kabinetlə-

rin  ətirli  havasına  vərdiş  burunlarımıza  bu  tər  iyini  çəkdir-

məklə  görünür  Allahın  bizə  dərk  etmədiyimiz  bir  eyhamı 

var... 


-Şübhəsiz elədir, - Səfər onunla razılaşdı, - özü bilən məs-

ləhətdir. 

Başlarının  üstündə  ildırım  çaxmağında  davam  edirdi. 

Aramla, əvvəlcə işığı ətrafı hər yanı ani nura bürüyür, ardın-

ca  gurultusu  qulağı  dəlib  deşirdi.  Yağışın  damcıları  da  get-

dikcə böyüyür, keçələri tıqqatıqla döyəcləyirdi. Elə bil, kimsə 

böyük  aşsüzəndən  başlarına  su  səpirdi.  Keçələrə  bürünərək 

soyuqdan  büzüşüb  iri  daşa  qısılan  dostlardan  fərqli  olaraq 




34 

yəhərdən azad olan atlar bellərinə dəyən yağışdan ləzzət alır-

larmış  kimi,  yüyənləri  çatan  qədər  xırpa-xırpla,  doymadan 

otlayırdılar. 

Burunları  at  tərinin  iyinə  alışmış  dostlar  çarəsizlikdən 

başlarını söhbətə qatmışdılar: 

-Yaman yerdə axşamladıq... 

-Bircə tez yağıb boşalsaydı... 

-Ay Allah, bu nə zülümdü bizə verirsən? 

-Saleh,  sənin  telefonunda  yaxşı  mahnılar  var.  Aç,  qulaq 

asaq, başımız qarışsın, vaxt onda tez keçər. 

-Yox,  yox,  qəti  olmaz.  Nəbadə,  kimsə  telefonunu  açma-

sın. İldırımı görmürsüz? Hamımız yerimizdəcə quruyarıq... 

-Heç bu yağışdan gözüm su içmir, tezliklə dayanana ox-

şamır... 

-Əşşi, heç olmasa, ikisindən biri dayana, yenə dərd yarı-

dı. Nə külək kəsir, nə də yağış. 

-Bura  baxın,  belə  otursaq  soyuqdan  öləcəyik.  Gəlin  kü-

rək-kürəyə  oturaq. Həm  kürəyimiz quru qalar, həm  də  azca 

mürgüləyib dincələrik. 

-Bu  cür  soyuqda  yatmaq  olar?  Xəstələnərsiz.  Gedib  evi-

nizdə mürgüləyərsiz, ağıllı olun! 

Saleh  dostlarının  kürək-kürəyə  yerlərini  rahatladıqdan 

sonra  susmalarından,  onun  sözlərindənsə  mürgüləməyə  üs-

tünlük verdiklərini başa düşdü.” Allahın işinə bax, - o, fikir-

ləşdi, - bunların himayəsində olan işçilər öz müdirlərini belə 

vəziyyətdə  görsəydilər,  yazıqları  gələrdi.  Qarşılarında  baş-

qalarının ehtiyatlandığı adamlar  yağışın,  küləyin  əlində  aciz 

qalıb,  çarəsizlikdən  atın  belinə  sərilən  keçənin  ümidinə  qa-

lıblar. Başqa vaxt əyləşdikləri kreslonu da nəm salfetka ilə tə-

mizləyirlər  ki,  paltarları  tozlanar.  Qurbanı  olduğum,  bəlkə 

də,  bizi  çətinliklərə  salmaqla  imanımızın  artmasını  istəyir. 




35 

Anlatmaq  istəyir  ki,  bütün  vəzifə  və  səlahiyyətlər  müvəqqə-

tidir,  qulum  olduğunuzu  unutmayın.  Kimliyinizdən  asılı  ol-

mayaraq nə qədər çox bacarıqlı, bilikli, varlı, imkanlı olsanız 

belə, baxtınıza – taleyinizə yiyəlik edə bilməzsiniz. Nə qədər 

istəsəniz özünüzə sərf edən qanunlar qəbul edə bilərsiniz, ila-

hi  qanunların  hökmündən  isə  heç  vaxt  yayına  bilməzsiniz. 

Allahın böyüklüyü və möhtəşəmliyi elə insanın onun işlərin-

dən  baş  aça  bilməməsində,  qarşısında  aciz  qalmasındadır. 

Yaxşı ki, belədir. Vallahı, insanlar bilsələr ki, sabah rəbbi on-

lardan  üz  döndörəcək,  nankor  və  naşükürlüyündən  –  döz-

məyib  günü  bu  gündən  sifətləri  çönərək,  hamılıqla  şeytana 

xidmət edərlər. Lənət şeytana, bu yağış görəsən nə vaxt qur-

taracaq? Soyuq kəsdi kələyimizi, xəstələnməsək böyük işdir, 

bərk  soyuqlayacayıq.  Niyə  belə  oldu,  ay  Allah?  Nə  günahı-

mız  var  ki,  sən  bizi  belə  əziyyətə,  zülmə  tuş  gətirirsən?  Biri 

elə mən. Mənim hansı böyük günahım var ki, bu əzaba layiq 

bilinmişəm?  Dəyanət  demişkən,  zənglə,  tapşırıqla  qiymət 

yazmağımdımı  günahım?  Yoxsa,  bəzən  qiymət  üçün  edilən 

hörməti,  payı  qəbul  etməyimdirmi?  Axı  mən  zorla  heç  kim-

dən heç nə tələb etməmişəm. Qurban olduğum özü şahiddir 

ki, o aldığım maaşla ailənin yalnız azuqəsini çatdırmaq olar. 

Bəs geyim, başqa tələbatlar, toylar, yaslar, nə bilim pul gərək 

olan  neçə-neçə  işlər?  Əgər  kimsə  beynini  yormaq  istəməyib 

mənə yalvara-yalvara pay verə, hörmət edə, qiymət almaq is-

təyirsə, mən niyə veriləni almayım, etiraz edim? Ola bilərmi 

ki,  edilən  zənglərə,  xahişlərə  əhəmiyyət  verməyəm?  Belə  et-

səm özüm-özümü hörmətsiz, dəyərsiz adam səviyyəsinə en-

dirmiş olaram. Günlərin birində də yararsız kadr kimi işdən 

çıxarıldığımı  görərəm.  Hörmətim,  qazancım  olmayandan 

sonra, ailədə də gözdən düşəcəyəm. Ya Allahım, bunları gü-

naha  yazma.  Mən  bunları  artıq  tamahlıqdan  yox,  məcburiy-




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə