Roza eyvazova



Yüklə 71,01 Kb.
tarix25.06.2018
ölçüsü71,01 Kb.
#51399


T  Ü  R   K   O  L  O  G  İ  Y  A

№ 4 


2011

ROZA  EYVAZOVA

AZƏRBAYCAN D İLİ İRANDAKI TÜRK ETNOSLARININ 

DİLİ  KONTEKSTİNDƏ (XƏLƏCLƏR)

X  ü  l  a  s  ə.  Azərbaycan  dilinin  İrandakı  türk  etnoslarının  dili  kon- 

tekstində  araşdırılması  zamanı  bir  sıra  oxşar və  fərqli  xüsusiyyətlər  mey- 

dana çıxmışdır.  Tədqiqata xələclərin dili cəlb  olunmuşdur.

Açar sözlər:  Azərbaycan dili, xələc dili,  etnos, 

kontekst, fonetika

Azərbaycan  dilini  İrandakı  türk  etnoslarının  dili  kontekstində  araş- 

dırmaq üçün birinci növbədə bu  dilin hansı  mühitdə,  hansı  şəraitdə,  hansı 

ictimai-siyasi  hadisələrlə  əlaqədar  olaraq  işlənmə  özəlliklərinə  nəzər  sal- 

maq lazımdır;  həmçinin hansı areallardakı işlənməsindən asılı olaraq inki- 

şaf və tənəzzül səbəblərinin aşkarlanması vacibdir.

İranda,  Cənubi  Azərbaycanda  Azərbaycan  türkcəsinin  fəaliyyəti,  iş- 

lənmə  dairəsi  ictimai-siyasi  vəziyyətlə  əlaqədar  olaraq  çox  zəifdir;  belə 

bir şəraitdə,  mühitdə milli ədəbi dilin formalaşması çətinliklərlə üzləşir.

Milli  dillərin  inkişafı  daim  dövlət  qayğısı  və  nəzarəti  altında  olmalı, 

milli  və  dil  siyasətinin  tərkib  hissəsi  kimi  daim  müvafiq  strukturlar tərə- 

findən ön plana çəkilməlidir [1.  S.  56].

Ə.  Sərrafinin gəldiyi  qənaətlər bu  fikri bir daha tamamlayır:  1  -  iran­

da danışılan bir çox dillərin içində türk dili nisbi əksəriyyətə malikdir;  2 -  

iran türkləri  bugün  Türkiyə türklərindən  sonra yer üzündə  ən böyük türk 

toplumudur;  3  -  İran türklərinin çoxu İranın  şimal-qərbində,  bir də  şimal- 

şərqi  və  güneyində  yaşayırlar;  4  -   Güney  və  Orta  İran türklərinin  danış- 

dığı  şivə  Azərbaycan türkcəsinin bir  şivəsidir.  Xorasan türklərinin dili  isə 

türkmən  türkcəsi  öz  türkcəmizin  arasında  olub  daha  çox  türkcəyə  yaxın 

bir dildir;  5 -  İran türkləri çox zəngin bir folklor xəzinəsinə malikdirlər və 

dünya  türk  folklorçuları,  dilçiləri,  etnoqrafları,  sosioloqları  və  arxeoloqları 

axtardıqları  bir  çox  işə  yarayan  materialları  İran  türklərinin  dil  və  el  ədə- 

biyyatında  tapa  bilərlər.  İran  türklərinin  xalq  ədəbiyyatı  bütün  türklərin 

ayrılmaz  ədəbi  mirasıdır və  ona  hər kəs  sahib  çıxmalıdır;  6 -  bugün folk-




lorumuzun toplanıb  yayılmasında əsas əngəllər ana dildə təlim və tərbiyə- 

nin  olmaması,  folklorun bir elm  qolu kimi İranda tanınmaması,  farslaşma 

cərəyanı və bu kimi amillərdən ibarətdir [2.  S.  60-71].

Bu yazıda əsas məqsədimiz İrandakı xələclərin tarixi köklərinə və on- 

ların yayılma  areallarına  ötəri  ekskurs  etmək,  konkret  olaraq  Azərbaycan 

dili ilə İrandakı xələclərin dil xüsusiyyətlərinin oxşar və fərqli xüsusiyyət- 

lərini aşkarlamaqdır.

M.  Vəliyev yazır ki,  xalac tayfası  lap qədimlərdən Xorasanda və İraq- 

da yaşayan qədim türk tayfalarından biridir [3.  S.  39].

T.  Ə.  İbrahimov qeyd edir ki,  Farsa köçən xələclər iki hissəyə ayrıldı- 

lar.  Onların  bir  hissəsi  oturaq  həyat  tərzi  keçirərək,  fars  əyalətinin  Qon- 

qori  rayonunda  sakin  oldu  və  xələc  adlarını  da  saxladılar.  Köçəri  həyat 

keçirən ikinci  hissə Qaşqay eli tərkibində digər köçəri tayfalarla birgə ya- 

şayırlar [4.  S.  68].

H. 

Məhəmmədzadə  xələclər  haqqında  fikirlərini  belə  açıqlayır:  «Xə- 



ləclərin çoxu qayıdıb Qum və Ərak vilayətləri arasındakı ərazidə  sakin ol- 

dular və oranı Xələcistan adlandırdılar.  Həmin xələclərin bir qismi o vaxt- 

larda Xələcistanı tərk edib,  cənuba-fars  əyalətinə  getdikdə,  qalan xələclər 

onları  qacqar  adlandırdılar.  Bu  vaxta  qədər  göstərilmiş  “qacqar”,  “qoş- 

qar”,  “qaşqar”,  “qəşdə”,  “kaşğu”  sözlərindən  “qacqar”  sözü  düzgün  və 

tarixi həqiqətə uyğundur»  [5.  S.  13-14].

Qədim  mənbələrdə xalac  adının qalac,  kalac variantları  özünü göstə- 

rir  [6.  S.  174]. Xalac  adı  ilə  bağlı  bir  sıra  mənbələrə  istinad  edərək,  qeyd 

etmək  lazımdır ki,  «qədim türk  qəbilələrindən xalaclar bilinməyən bir ta- 

rixdə  Türküstandan  köçüb  Qərbi  Əfqanıstanda  yerləşmişdir.  Bu  qəbiləyə 

mənsub olanlar əsgər və dövlət adamı  idilər.  İçlərindən bir çoxu  Qəznə və 

Qur  hökmdarlarının  xidmətində  olmuş  və  sonralar  Hindistanda  böyük 

mövqelər  əldə  etmişdilər»  [6.  S.  174].  Hindistanla  bağlı  aşağıdakı  məlu- 

mat  da  maraqlıdır:  «Keyumərsin  naibi  olan  xalacların  rəisi  Firuz  şah  rə- 

qiblərinə üstün gələrək Cəlaləddin ləqəbi ilə Dehli  sultanlığının başına ke- 

çən bu xəlac  ailəsi  əski bir türk qəbiləsi  olan və bəlli  olmayan bir tarixdə 

Türküstandan hicrət edib  Şərqi Əfqanıstanda və Hindistanın  şimal  hüdud- 

larında yerləşmiş olan xalac türklərinə mənsubdurlar.  İndiki Gilzay əfqan- 

larının da onların nəslindən gəlmiş olmaları güman edilir.  Müizəddin döv- 

ründə xalaclar Hindistanın  qurlular tərəfindən  istilasında  əsas  rol  oynadı- 

lar.  Benqal ilə  Şərqi Hindistan bölgələrinə islamı gətirən İxtiyarəddin Mü- 

həmməd  Xalacı  olmuşdur»  [6.  S.  174].  Xalacların  başqa  bir  qolu  isə 

839/1436  -   937/1531-ci  illər  arasında  Mavlada  hökm  sürmüşdür.  İbn 

Xordadbeh  deyir  ki,  xalaclar  IX  əsrdə  Balasaqun  və  İsvicab  arasında  ya- 

şamışlar.  Makvart  Suriya  və  Bizans  mənbələrinə  əsaslanaraq  xalacların



VI  əsrdən  mövcud  olduğunu  ehtimal  edir.  Maraqlıdır  ki,  ərəb  qoşunları 

Mərvanın  başçılığı  ilə  Qafqaza  gələrkən  xalac  türkləri  ilə  rastlaşırlar. 

1748-ci  ildə «Xalac  camaatı  sərkərdələri»  adı  ilə  Türkiyədə  çıxan kitabda 

da  onların  başçıları  haqqında bəhs  olunur.  Xalq  rəvayəti  Baqiyaka  xəbər 

verir  ki,  xalaclar  VII  əsrdə  cənub-şərqi  İrana  köçüblər.  Onlar  Şirazdan 

gəlmədilər.  Ərəbq



D

l Xarrablı göstərir ki,  onlar indiki yerə İran körfəzi  sa- 

hillərindən  gəliblər.  Volfqanq  Haqenin  1978-ci  ildə  Münhendə nəşr olun- 

muş əsərinin 372-ci  səhifəsində göstərilir ki,  XIV əsrdə  Amudərya  ətrafında 

Xalac  metropoliyası  mövcud  olmuşdur.  Çox  maraqlıdır  ki,  bu  tayfaların 

yaşadığı  coğrafi  ərazi  xeyli  genişdir.  Misal üçün,  XIII-XIV əsrlərdən  eti- 

barən Əfqanıstanda yaşamağa başlayan bu tayfalar təxminən həmin vaxt- 

da Hindistanda da mövcud olmuşlar.  Bunu  sübut etmək üçün Hindistanda 

1451-1526-cı  illərdə  hakimiyyətdə  olmuş  Lodilərin  xalacların  nəslindən 

olmasını  söyləmək kifayətdir.  Bu  fakt Məhəmməd Firiştənin  1832-ci  ildə 

Bombeydə çapdan çıxmış «Gülşəni-İbrahim»  əsərində də var.  Hal-hazırda 

Anadoluda  16 yaşayış  məntəqəsinin adı xalaclarla bağlıdır.  Bundan başqa 

indi İranda Tehrandan 200 km  cənub-qərbdə xalaclar yaşayır.  Mənbələrdə 

qeyd  edilir  ki,  səlcuqlar  dövründə  xalacların  bir  qismi  İrana,  oradan  da 

Azərbaycana gəlmişlər [6.  S.  174-176].

Xalacların  XIX  əsrdə  Cavad  qəzasında  yaşadığı  qeyd  edilir.  Müasir 

dövrümüzdə  Azərbaycanda  5  rayonun  ərazisində  (Abşeron,  Qubadlı,  Şə- 

rur,  Salyan, Ucar) Xalac kəndlərinin olması, təsadüfi deyildir [7].

Azərbaycanın  Astara  rayonundakı  Şahağac  kəndində  xalaclar  da  ya- 

şayır.


Qeyd  etmək  lazımdır ki,  V.  Minorskinin  «The  Turkish Dialect  of the 

Khalaj»  («Xalac  türk  ləhcəsi»),  G.  Dörferin  almanca  «Die  Turksprachen 

Irans»  («İranın  türkcə  danışan  xalqları»),  Cavad  Heyətin  «Torki  xələc», 

Ə.  Sərrafinin  «İran türklərinin  dili  və  folkloru»  əsərlərində  xələclərin  dil 

xüsusiyyətlərinə  toxunulmuşdur.  Nümunələrə  nəzər  salaq  (xələc  -   Azər- 

baycan):  boqur -  boğazköz,  kez -  göz; ağruq -  ağrı; aluma -  alma; y il -  



il;  hadak -  ayaq;  dumruq -yumruq;  baluq,  balıq -  şəhər;  ilgər -   qabaq; 

buz -  soyuq;  tavuşqan -  dovşan;  hikmək -  çörək;  lələ,  lala -  qardaş,  kişi; 

qoonçi -  çoban; işik (eşik) -  qapı.

Xələc  atalar  sözlərindən  bir  neçə  nümunə  Azərbaycan  türkcəsi  ilə 

müqayisədə:  1.  Tülkiga  haydlar:  Şahedun  kemə?  Hayda:  Qudruğum  -  

Tülküyə dedilər (ayıtdılar):  Şahidin kimdir? Dedi:  Quyruğum;  2.  Yağ yağ 

üste  tamayur,  petle  qoruq  qaynayır  -   Yağ-yağ üstə  damır,  yarma yavan 

qaynayır;  3.  Bu yilqi kuş kəlmiş belderkine  civ-civ irtir -  Bu ilki quş gəl- 

miş bildirkinə çik-çik öyrədir;  4.  Yelgin siriyilen yetermiş,  hala dana  har- 

tıca  kezir -  İlxını  sürüsü  ilə  itirmiş,  ala  dana  ardınca  gəzir;  5.  Orde- 

burde  sözuy orta, yik istide kezuy olta -  Orda-burda sözün olsun, yük üs- 

tündə gözün olsun.



Beləliklə,  İran xələcləri  və  onların dili  haqqında xarici  mütəxəssislər- 

dən  V.  Minorski  və  G.  Dörfer,  iranlılardan  M.  Müqəddəm  dəyərli  tədqi- 

qatlar  aparmış,  bu  ləhcənin  xüsusiyyətlərini  meydana  çıxarmışlar.  İranda 

M.  Müqəddəm xələc,  azəri  dili  ilə  müqayisələrində  araşdırmalar aparmış, 

1318-ci ildə Tehranda çap  etdirmişdir.  V.  Minorski  1945-ci  ildə çap olun- 

muş «Bultin of the  Sosyety of Oriental and African Studies» məcəlləsində 

«The Turkish Dialect of Khalaj» yazısını çap etdirmişdir.  G.  Dörfer  1968- 

ci  ildə xələclərlə  əlaqədar İranda olmuş,  sonrakı  ildə  öz həmkar heyəti  ilə 

İrana gəlmiş,  materiallar əsasında  1971-ci  ildə  «Khalaj  Materials»  əsərini 

çap  etdirmişdir.  Bu  kitab  ingilis  dilində  yazılmış,  Amerikada  çap  olun- 

muşdur.  G.  Dörfer bu  kitabda M.  Müqəddəmin  fars  dilində xələclər  haq- 

qında  çap  etdirdiyi  materialı  olduğu  kimi  vermişdi,  daha  doğrusu  çap  et- 

dirmişdi.  Xələc dili ilə bağlı G.  Dörferin alman,  ingilis,  türk (Türkiyə)  dil- 

lərində  Səmih  Tezcan  və  başqaları  ilə  birlikdə  olan  məqalələri  işıq  üzü 

görmüşdü.

Xələc türkü türk ləhcələrindən qədim türk ləhcəsi  sayılır.  Onun aşağı- 

dakı xüsusiyyətləri vardır:

1  -  h  söz əvvəlində işlənir.  Bu xüsusiyyət çox qədimə  aiddir.  Belə ki, 

digər  türk  ləhcələrində  (azəri,  qumuq,  özbək,  yeni  uyğur  və  qaraqalpaq) 

nadir hallarda işlənir,  məs.:  haz -  az,  hağac -  ağac,  hüzüm -  üzüm,  hev -  



ev, hucaq -  ocaq,  hətək -  ətək, histi -  isti və s.;

2 -  azəri  və  digər oğuz türk ləhcələrində  işlənən y  -  qoyun xələc tür- 

kündə qoon şəklindədir;

3  -   səsi  qədim türk  əlaməti  kimi  xələc  dilində  qalmışdır,  məs.:  ha- 



daq -  ayaq,  qudruq -  quyruq,  boda -  boya,  rəng,  bod -  boy,  qədd,  odğan

-  oyanmaq,  udu -  uymaq, yatmaq, hadru -  ayrı,  qadun -  qayın,  dumruq -  

yumruq.  Bu xüsusiyyət müasir türk dillərindən olan Tuva dilində qorunub 

saxlanmışdır;

4  -    əksər  sözlərin  əvvəlində  qalmışdır,  məs.: y il -  il, yiplik -  iplik, 

yiti -  iti,  tezyıraq -  iraq,  uzaq;

5 -  sözlərin əvvəlində d  -  t əvəzlənməsi mövcuddur,  məs.:  til -  dil,  tiş



-  diş,  tırnaq -  dırnaq,  tiz -  diz,  təri -  dəri,  tar -  dar,  tort ya tört -  dörd;

6  -   sözlərin  əvvəlində  qədim  türkdə  olduğu  kimi  g  -   k  əvəzlənməsi 

mövcuddur,  məs.:  kün ya kin -  gün, keçə -  gecə, köz -  göz;

7 -  çox sözlərin tərkibində q və  hərfləri qalmışdır,  məs.:  sıçqan -  si- 



çan,  tonquz -  donuz,  tavuşqan -  tavşan, dovşan, yung -  yun,  qazqan -  qa- 

zan, yekgə -  yekə,  quruq -  quru,  qısqa -  qısa;


8  -   azəri türkcəsində  sözün  axırında  işlənən x  hərfi  q  şəklində  özünü 

göstərir,  məs.:  toq -   tox,  qulaq -  qulax,  barmaq -   barmax,  torpaq -   tor- 



pax,  uzaq -  uzax;

9 -  sözlərin ortasında ğ  çox vaxt q şəklində tələffüz olunur,  məs.:  bu- 



qarsaq -  bağırsaq,  oqlan -  oğlan,  boquz -  boğaz,  taq -  dağ;

10 -  -da,  -də şəkilçisi -dan,  -dən,  şəkilçisi funksiyasını daşımaqla, -dan,  - 



dən şəkilçisi də -da,  -də  şəkilçisi funksiyasını daşıyır;

11  -  gələcək zaman  şəkilçisi  -caq,  -cək əvəzinə  -ğa və  -qa  formaları 

ilə işlənir,  məs.:  biliqam -  biləcəgəm,  biliqay -  biləcəksən  [8.  S.  13-15].

Xələc  dilində Azərbaycan  dilinə  məxsus  9  sait  işlənir,  həmçinin uzun 

və diftonq sait özünü göstərir.

Xələclər arasında qərb  və  şərq kəndlərindəki  danışıq  dilində  də  fərqli 

xüsusiyyətlər  vardır.  Mənsurabad  şərq  danışıq  dili,  Təlxab  və  Xələtabad 

qərb  danışıq dilinə aiddir.  Qərb  danışıq dili  fars dili təsiri  altındadır,  onla- 

rın dilində fars sözləri çoxdur.

Müqayisə üçün  şərq və qərb  ləhcələrindəki bəzi  nümunələrə nəzər sa-

laq:

M ənsurabad



(şərq danışıq  dili) 

(qərb danışıq  dili)



bil (bel) 

boğasuq 

hacuq (acı) 

kiryək (kürək) 

gövərçin 

qudruq 

yetmiş 

səgsan 

toqsan

G.  Dörferin  qrupu  32  kənddən  xələclərlə  ünsiyyətdə  olmuş,  görüş- 

müş,  3  kənddən -  Təlxab  (şimal-qərb),  Xələtabad  (cənub-qərb),  Mənsura- 

bad  (cənub-şərq)  -   sözlər  və  materiallar  toplamış  və  541  sözdən  ibarət 

xələc  lüğətini  çap  etdirmişdir.  Təlxab  lüğətinin  siyahısında 319  sözdən 

40-ı  fars  kəlməsi,  Mənsurabad  siyahısında  100  sözdən  5-i  fars  kəlməsi

Xələtabad

həmərbənd

rudə

zar

 (

zəhər

)

paru

həbutər

dom

həfiad

həştad

nəvəd



kimi  verilmişdir.  M.  Müqəddəmin  sözlüyündə  də  oxşar  vəziyyət  özünü 

göstərir,  yəni Təlxabdan yığılan 302  sözün 50-si fars kəlməsidir.

Xələc  türkü  və  Azərbaycan  dili  araşdırmalarından,  müqayisəli  tədqi- 

qatdan aydın oldu ki,  bunların arasında oxşar və fərqli xüsusiyyətlər möv- 

cuddur.  Nümunələrə nəzər salaq:

Xələc -  Azərbaycan: alta,  altə -  altı; bi -  bir; əki -  iki; on -  on; iç -  üç; 



tırt -  dörd;  biş -  beş;  quruq -  quru;  tar -  dar; sarux -  sarı;  boqur -  boğaz; 

kokarçik -  göyərçin;  qaq -  qarğa;  miçək,  məks -  milçək;  alumla -  alma; 

y il -  il; yulduz -  ulduz; köz,  kez -  göz; hirkək -  erkək; ağruq -  ağrı.

Qeyd  etmək  lazımdır  ki,  xələc  və  Azərbaycan türkcəsində  bir-birindən 

kəskin surətdə fərqlənən nümunələr də mövcuddur. Nümunələrə nəzər salaq:

Xələc -  Azərbaycan:  buz -  soyux; kal -  uşaq; ara, kara -  qara; ilgər -  



qabaq; angir -  dünən;  timi -  indi; qoonçi -  çoban; şə -  istəmək; şa -  etmək; 

yur -  oturmaq; harmış -  yorğun; həy,  hay -  söyləmək; kidən -  toy; kitik -  to- 

yuq; leykə -  pambıq; yuqaq -  cövüz,  qoz; xoda -  tanrı,  tarı; lələ,  lala -  qar- 

daş; hər -  kişi; zən -  qadın;  biri -  qurd;  im,  em -  şalvar;  baluq,  balıq -  şə- 

hər ; hikmək -  çörək; havol -  yaxşı; cirik -  cücə ; qarqı -  qəmiş; kəsik, kəduk -  

paltar, libas.

Araşdırmalar  zamanı  aydın  oldu  ki,  G.  Dörfer  və  onun tədqiqat  qrupu- 

nun xələc dili ilə bağlı topladığı materialların çox böyük dəyəri vardır.

Qeyd  etmək lazımdır ki,  Müseyib  Ərəbgül  G.  Dörfer və onun qrupu ilə 

həmkarlıq edərək (İranda və Almaniyada) bir sıra məsələlərin həllində kömə- 

yini əsirgəməmişdir.

Yeri gəlmişkən M.  Ərəbgülə məxsus bir dübeyti vermək yerinə düşür:

Xələc:  Üç zad xeyli xoşar qədri bilinməz

Yemək,  içmək dəğu pulka alunməz

Bisi hay işiki,  bisi kara yaz,

Bisi  sayılukar varur holunmaz.

Farsca: 


Se çız xeyli xoşəst, vəli qədri məlum nist

Xuraki vü nuşidəni nist, ba pul xəride nəmişəvəd

Yeki mehtab,  digəri bəharəst,

Yeki cəvanist ke mirəvədü bər nəmigərdəd [8.  S.  22-23].

İbrahim  Vaşqani  Fəranidən  bir  neçə  xələc  zərb  məsəllərini  təqdim 

edirik:


Xələc: 

Eşkəkə minən hartın görməz.

Farsca: Kəsike olağ səvare, poşte xodəşra nəmibinəd.




Xələc: 

Hatu hat yanıça vayqan,  həmrəng olmaqa həmxu olur.

Farsca: 


Əsb pişe  həm  bebəndi,  həmrəng nəşəvəd,  həmxuy mişəvəd

[8.  S.  23].

Azərbaycan  və  xələc  dillərindəki  fel  zamanlarının  bəzi  xüsusiyyətlə- 

rini nəzərə çatdırmaq məqsədilə bir sıra nümunələrə müraciət edək:

İndiki zaman

(xələc)


(Azərbaycan)

Mən varum 

Sən vari 

O varir

Mən gedirəm 

Sən gedirsən 

О gedir

Biz varimiz 

Siz variz 

Ollar varilər

Биг gedirik 

Siz gedirsiz 

Onlar gedirlər

Şühudi keçmiş zaman



Mən vardum 

Sən vardi 

O vardı

Mən getdim 

Sən getdin 

О getdi

Biz vardux 

Siz vardız 

Ollar vardilər

Бiz getdik 

Siz getdiz 

Onlar getdilər

Nəqli keçmiş zaman



Mən varmışam 

Sən varmısay 

O varmış

Mən getmişəm 

Sən getmisən 

О getmişdir

Biz varmışaq 

Siz varmışayız 

Ollar varmışalar

Бiz getmişik 

Siz getmişsiz 

Onlar getmişlər

2  «Türkologiya», №  4




Uzaq keçmiş zaman

Mən varmış ertum 

Sən varmış erti 

O varmış erti

Mən getmiş idim 

Sən getmiş idin 

О getmiş idi

Biz varmış ertuq 

Siz varmış ertiz 

Ollar varmış ertilər

Бiz getmiş idik 

Siz getmiş idiniz 

Onlar getmiş idilər

M əqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Tədqiqata  cəlb  olu- 

nan  problemin  aktuallığını  nəzərə  alaraq,  qeyd  etmək  lazımdır  ki,  Azər- 

baycan dilinin İran etnoslarının dili kontekstində araşdırılmasının,  konkret 

olaraq  xələclərin  dili  ilə  müqayisəli  qarşılaşdırma  metodlarından  istifadə 

etməklə  tədqiqi  nəzəri  və  praktik  cəhətdən  böyük  əhəmiyyətə  malikdir. 

Bu  işdən  nəzəri  qrammatika və  türk  dillərinin  müqayisəli  tədrisində,  dia- 

lekt  və  ləhcələrin  öyrənilməsi  ilə  əlaqədar  mühazirə və  seminarlarda,  xü- 

susi kurslarda mənbə kimi istifadə edilə bilər.

1.  HacıyevaX.  Dövlət dili və etnodil məsələləri.  Bakı:  Elm,  1988.

2.  Sərrafi  Əlirza.  İran  türklərinin  dili  və  folkloru  //  Varlıq.  Tehran, 

1378.  № 3.

3.  Vəliyev M.  (Baharlı).  Azərbaycan.  Bakı,  1993.

4.  İbrahimov T.  Ə.  (Şahin).  Qaşqaylar.  Bakı:  Elm,  1988.

5.  Məhəmmədzadə  Həmid.  Qaşqaylar  haqqında  yeni  tədqiqat  // 

Varlıq.  Tehran,  1369.  № 3.

6.  Eyvazova R.  H.  Əfqanıstanda türk mənşəli toponimlər.  Bakı:  Elm,

7.  Həsənov Namiq.  Xalaclar və onların tarixdə rolu // Tarix.  1992.  29 

yanvar.

8.  Heyət Cavad.  Torki Xələc // Varlıq.  Tehran,  1367. № 4 (70).



Ə D Ə B I Y Y A T

1995.



РОЗА  ЭЙВАЗОВА

АЗЕРБАЙДЖ АНСКИЙ ЯЗЫ К

В КО НТЕКСТЕ ЯЗЫ КА ТЮ РКСКИХ ЭТНОСОВ И Р АНА

(ХАЛАДЖИ) 

Р е з ю м е

Исследование  азербайджанского  языка  в  контексте  одного  из 

языков  тюркских  этносов  Ирана  -   языка  халаджей  выявило  между 

ними не только сходство,  но и ряд различий.

Клю чевые слова:  азербайджанский язык, халаджский язык, 

этнос, контекст,  фонетика

ROZA EYVAZOVA

THE AZERBAIJANI LANGUAGE IN THE CONTEXT 

OF THE LANGUAGE OF THE TURKIC TRIBES LIVING 

IN IRAN (KHALAJS)

S u m m a r y

The  similar  and  different  features  were  discovered  during  the 

investigation of the Azerbaijan language in the context of Turkic ethnoses 

in  Iran.  The  language  of the  Turkic  ethnos  Khalaj  has  been  included  into 

the investigation as well.

Key words: Azerbaijan language, Khalaj language,  ethnos, 



contextphonetics

Yüklə 71,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə