1
Rübabə RÜSTƏMOVA
Kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı
ELEKTRON RESURS KİTABXANANIN SƏNƏD-İNFORMASİYA
RESURSLARININ TƏKAMÜLÜNÜN YENİ MƏRHƏLƏSİ KİMİ
Açar sözlər: inkişaf; elektron resurslar; təkamül; sənəd-
informasiya; kitabxana.
Ключевые слова: развитие; электронные ресурсы; эволюция;
документально-информационный; библиотека.
Key words: development; electronic resources; evolution;
documentary-informational; library.
Müasir kitabxanaşünaslıqda, sənədşünaslıqda sənəd fondlarından
bəhs edərkən bir çox halda sənəd fondu anlayışı ilə paralel olaraq sənəd
resursu(ehtiyatı) anlayışından istifadə edilir. Bu anlayış artıq kitabxana
ictimaiyyətinin leksikonunda özünə möhkəm mövqe qazanmışdır. Bu
səbəbdən də, bu artıq standartla təsdiq edilmiş termin kimi elmi
dövriyyəyə və istehsalat praktikasına daxil olmuşdur. Belə ki, 7.0-99.
“İnformasiya-kitabxana fəaliyyəti,
biblioqrafiya”
adlı
QOST-a
(Dövətlərarası Standart) görə, “informasiya resursu səhih informasiyanın
effektiv alınması üçün zəruri olan verilənlərin mütəşəkkil məcmusudur”.
Elektron sənəd və elektron informasiya resursu anlayışları arasında çox
kiçik məna fərqi vardır. Bu səbəbdən də elektron sənədlərdən bəhs edilən
elmi və tədris ədəbiyyatında elektron sənəd anlayışı ilə yanaşı, “elektron
sənəd resursu” və “elektron resurs” anlayışından geniş istifadə edilir.
Məsələn, Rusiyanın Dövlət İctimai Elmi-Texniki Kitabxanasının
direktoru, EBNİT Assosiasiyasının prezidenti Y. Şrayberq və onun elmi
tərəfdaşı, məşhur alim A. Zemskov “Elektron Kitab-xanalar” əsərinin
ayrıca fəslini “Elektron resurslar.Tərifi, tipologiyası” adlandır-mışdır..
Bu fəsildə elektron sənədə “maşınla oxuna biləcək tərzdə maddi daşıyıcı
üzərində qeyd edilmiş məzmunca bitkin informasiya massivi” kimi tərif
veril-mişdir. Elektron resurs isə belə bir tərif almışdır: “Elektron resurs
elektron sənədlərin məcmusu, çoxluğudur (kolleksiyasıdır) Burada
nəzərdə tutulur ki, kolleksiya bir qayda olaraq xüsusi niyyətlə yaradılır,
resurs isə təsadüfi hərəkət-lərin, hadisələrin nəticəsində yarana bilər”.
Müasir elmdə adi sənəd resursları ilə elektron resurlar müqaisə
edilərkən elektron resursların bir sıra fərqli növləri göstərilir:
1. Çap analoqu olmayan elektron resurlar(elektron poçt, intenet-
dəki veb səhifələri, diskussiya qrupları, bir sıra elmi və kütləvi jurnallar,
verilənlər bazaları, multime-diya materiallar və s.);
2
2. Çap formasında mövcud olan sənəd-informasiya resurslarının
dəstəklənməsi, məsələn onların mühafizəsi, istifadəçilərə xidmətin
yaxşılaşdırılması və genişlən-dirilməsi ( o cümlədən, istifadəçilərin
soruşduğu nəşrlərin elektron analoqlarına mülti-müyəssərliyin təmin
edilməsi), onların uzun müdətli mühafizəsini təmin edilməsi üçün
(məsələn, elektron kitablar, çap edilmiş əsərlərin elektron versiyalrı)
yaradılan elektron resurslar;
3. Çap edilmiş sənəd resursları əsasında yaradılmış, uzun müddət
saxlanmaq üçün nəzərdə tutulmayan və ya bir dəfə istifadə edildikdən
sonra məhv edilməsi nəzərdə tutulan elektron resurslar(KAA sistemidə
istifadə edilmiş materialların nüsxələri, qəbzlər, elektron arayışlar
Şrayberq və A. Zemskov elektron resursların ənənəvi sənədlərdən əsas
fərq-lərini sadalamaqla bir sıra digər əlamətlərinə görə də təhlilini verir.
Lakin
bizim
fikrimizcə,
elektron
resursların
həmin
tərzdə
təsnifləşdirilməsi və qruplaşdırılması məntiqi cəhətdən qeyri-mükəmməl-
dir və fərqləndirmə əlamətlərinin bu tərzdə qruplaşdırılması lazımi qədər
əsaslandırılmamışdır. Bundan əlavə, həmin alimlər elektron resursların
bir sıra geniş yayılmış növlərinin səciyyəsini verir. Bu zaman həmin
növlərdən aşağıdakılar göstərilir:
1.Hiper əlaqələrə, axtarış imkanlarına malik elektron resurslar;
2. Verilənlərin emal edilməsi və nəticələrin nümayiş etdirilməsi
funksiyaları olan elektron jurnallar;
3. Axtarış imkanlarına malik kitabxana-biblioqrafik verilənlər
bazaları tipli elektron resurslar ;
4. Şəkillərin ölçülərinə, rənginə, fəza parametrlərinə görə emal
edilməsinə imkan verən fayllar, çoxölçülü təsvirlərin qurulmasına imkan
verən elektron resurslar;
5. Video, audio (o cümlədən musiqi) yazıları, kompüter
animasiyası tipli elektron resurslar;
6. Rəqəmsal xəritələr və kartoqrafik informasiya tipli elektron
resurslar;
7. Kompüter proqramları, o cümlədən bilavasitə EHM tərəfindən
icra edilmək üçün nəzərdə tutulmuş proqramlara aid edilən elektron
resurslar;
8. Multimediya materiallar(insanın müxtəlif qavrama kanalları
üçün nəzərdə tutulmuş informasiyann-mətn, musiqi, animasiya, təsvir-
müxtəlif uzlaçmasından ibarət elektron resurslar);
9. Elektron sənədlərin digər növləri.
Bildiyimiz kimi, cəmiyyatin ehtiyaclarının mmüəyyən
istiqamətinin ödənil-məsi üçün yaradılan hər bir şey sonradan daha dar
istiqamətlərə görə də bölünüb detallaşdırıla bilər. Bu baxımdan electron
3
resurslar cəmiyyətin fəaliyyərinin hansı istiqamətlərində tətbiq
edilməsinə görə də təsnifləşdirilə bilər Bu zaman aşağıdakı növlərini
fərqləndirmək mümkündür:
- elmi təyinatlı;
- tədris təyinatlı;
- asuda vaxt üçün nəzərdə tutulmuş;
- bədii;
- elmi-texniki informasiy;
- elanlar, reklam və təbliğat;
- elektron kommersiya təyinatlı;
- istehsalat təyinatlı elektron resurslar;
- texnoloji təyinatlı elektron resurslar;
- maliyyə təyinatlı elektron resurslar;
- digər təyinatlı s elektron resurslar.
Bundan əlavə, elektron resurslar onların əlçatarlıq (ingiliscə buna
“access” deyilir) dərəcəsinə görə də fərqləndirilərək aşağıdakı növlərə
bölünə bilər:
- tam əlçatar, heç bir məhdudiyyət olmayan;
- pulsuz:
- şərti olaraq pulsuz;
- pullu;
- ictimai istifadə üçün qapalı;
- insanların özəl həyatı ilə bağlı.
Elektron
sənəd-informasiya
resurslarının
xüsusiyyətləri,
funksiyaları bir çox digər tədqiqatların predmeti olmuşdur. Məsələn M.F.
Menyayev, İ.S. Pilko, A.P. Antopolski, A.Y. Fridland ümumilikdə
informasiya
resurslarının
və xüsusi
olaraq
sənəd-informasiya
resurslarının xüsusiyyətlərini, yaradılması və istifadə məsələ-lərini
nəzərdən keçirmişlər. Lakin biz hesab edirik ki elektron sənəd-
informasiya resurslarının təqdim edilən təsnifat prinsipi heç də ideal
sayıla bilməz və onun yenidən və əsaslı nəzərdən keçirliməsinə böyük
tələbat vardır. Çünki, belə bir elmi cəhətdən mükəmməl təsnifatın olması
bu sahədə baş verən hadisə və proseslərin mahiyyətini düzgün anlamağa,
proqnozlaşdırmağa və qiymətləndirməyə imkan verər.
Elektron resursların müxtəlif əlamətlərinə görə təhlili müasir
elektron sənəd-lərin demək olar ki, bütün növ müxtəlifliyini əhatə edir.
Lakin bütün bu növ sənəd-lərin yaradılması və sənəd-kommunikasiyalar
sisteminə daxil edilməsi ancaq infor-masiya texnologiyalarının,
resursların hazırlanması və istifadəyə verilməsinin yük-sək səviyyəsində
mümkündür. Bundan başqa, həmin resursların bütün növlərinin
yaradılması və istifadə imkanları dünyanın ən qabaqcıl kitabxanalarına
4
müyəssər olan bir səviyyədir. Lakin biz nəzərə almalıyıq ki, son
zamanlarda respublikamızda kitabxana işində yeniləşmə və inkişaf ildən-
ilə daha yüksək sürət almaqdadır. Bu inkişafın əsas konturları və
vəzifələri 2008-ci ildə ölkəmizdə qəbul olunmuş “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” adlı direktiv sənəddə tapmışdır. Respubli-
kamızın tarixində kitabxana quruculuğu sahəsində ilk proqram sənədi
olan bu sənəddə kitabxana işinin müxtəlif aspektləri ilə yanaşı ölkə
kitabxanalarının fondlarının, sənəd-informasiya resurslarının inkişafı
məsəlsi də diqqət mərkəzinə gətirilir. Burada ölkəmizdə kitabxana işinin
inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələrdən bəhs edilərkən “-
kitab nəşri, yayımı və fond komplektləşdirilməsi işinin tənzimləyən,
maraqlı tərəflərin mənafeyini ifadə edən "müəllif-nəşriyyat-kitabxana-
oxucu" mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi;
- elektron informasiya fondlarının formalaşdırılması və virtual
kıtabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual
kıtabxanası" nın oxucuların istifadəsinə verilməsi;
- elektron kataloq və elektron kitabxanaların yaradılması işinin
təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması;
- kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması,
kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi;
- kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafızəsinin
və təhlükəsizliyinin təmin edilməsi;
- "Azərbaycanın kitab abidələri" dövlət reyestrinin hazırlanması,
milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi kimi
vəzifələr müəyyən edilir.
Göründüyü kimi, bu vacib direktiv sənəddə respublikamızda
kitabxanaların elektron sənəd-informasiya resurslarının yaradılması
istiqamətində vacib vəzifələr müəyyənləşdirilmişdir. Ümid etmək olar ki,
həmin vəzifələrin həyata keçirilməsi ölkəmizdə sənəddə kitabxanaların
elektron sənəd-informasia resurslarının zama-nın tələbləri səviyyəsinə
yüksəlməsinə şərait yaradacaqdır.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü
illərdə
inkişafı
üzrə Dövlət
Proqramı
//Kиtabxanaşünalıq və biblioqrafiya: elmi-nəzəri və metodiki
jurnal.-2008.- №2.- S 7-30.
2. ГОСТ 7.0-99. Информационно-библиотечная деятельность,
библиография //
http://gsnti-norms.ru/norms/common/doc
.
5
3. Антопольский А.П. Информационные ресурсы России: науч.
метод. пособие. – М:Либерия, 2004.- 423 с.
4. Земсков А. И., Шрайберг Я. Л. - Электронные библиотеки. –
М., 2003. – C. 60-61).
5. Меняев М.Ф, Информационные технологии управления. В 3
книгах. Информационные ресурсы.-М.: Омега-Л, 2003. -432 с.
6. Пилько И.С. Информационные и библиотечные технологии.-
С.Пб.: Профессия, 2008. -342 с.
7. Фридман А.Я. Информатика: Процессы, системы, ресурсы.-
М.: БИНОМ, Лаборатория знаний, 2003. – 232 с.
ЭЛЕКТРОННЫЙ РЕСУРС КАК НОВЫЙ ЭТАП
ЭВОЛЮЦИИ ДОКУМЕНТАЛЬНО-ИНФОРМАЦИОННЫХ
РЕСУРСОВ БИБЛИОТЕКИ
РЕЗЮМЕ
В статье рассмотрен вопрос возникновения и развития
электронных ресурсов как нового этапа эволюции документально-
информационных ресурсов библиотеки. Дана характеристика
электронного ресурса, приведены основные типы и виды этих
ресурсов.
ELECTRONIC RESOURCE AS A NEXT STAGE OF
EVOLUTION OF DOCUMENTARY- INFORMATIONAL
RESOURCES OF THE LIBRARY
SUMMARY
The paper considered the origin and development of electronic
resources as a new stage in the evolution of documentary-informational
resources of the library. The characteristic of the electronic resource was
given and the main types and kinds of resources were introduced.
Dostları ilə paylaş: |