1
Məhdəviyyət haqqında nəzərlər
Müctəba Sadət
MƏHDƏVİYYƏT HAQQINDA NƏZƏRLƏR
Məhdəviyyət məsələsi barədə ikir inciləri
2
Müctəba Sadət
Tərcüməçi: Fərid Abdullah
3
Məhdəviyyət haqqında nəzərlər
Rəhman, Rəhim Allahın adı ilə
HƏSR EDİLMƏ
Salam olsun sənə, ey xatunum və xanımım, ey Fatimə
Zəhra... Salam olsun sənə, ey tövhid dürrü, nübuvvət meyvə-
si, vilayət bərzəxi, sədaqət baxımından xalis salam sənə məx-
susdur... Xanımım, mən sən, atan, ərin və iki oğluna aid əhdlə
beyəti bu gün və axşamladığım günlər yenidən təzələyir... Xanı-
mım, ey müqəddəslik parıltısı və mələkut qadınlarının xatunu,
hamımız oğluna Muhəmməd (sallallahu əleyhi və alih) ümməti-
nin əmiri, ilahi vilayəti sonlandırana şövq duyuruq.
Salam olsun sənə, ey Fatimə, ey özü və şiələri Oddan
(Cəhənnəmdən) xilas olan kəs.
Salam olsun sənə, ey Zəhra, ey nuru səmaları işıqlandıran kəs.
Salam olsun sənə, ey Siddiqə, ey anasının bətnində ikən
vəhdaniyyət, nübuvvət və vilayəti təsdiq edən kəs.
Salam olsun sənə, ey Tahirə, ey aşkar-gizli pisliklərdən
tər-təmiz pak olan kəs.
Salam olsun sənə, ey Mərziyyə, ey Allahın razı, məmnun
qaldığı və razılığı Allahın razılığı ilə bir olan kəs.
Salam olsun sənə, ey Həvra, ey nütfəsi Cənnət meyvələrin-
dən təşəkkül tapmış kəs.
Salam olsun sənə, ey Muhəddəsə, ey mələklərin söhbət
edib danışdırdığı kəs.
Salam olsun sənə, ey Bətul, bənzərlikdən kəsilib ayrılan kəs.
Salam olsun sənə, ey adı Quranda “Kövsər”, Tövratda “Həl-
yun”, İncildə “Mutəsərbilə” olan kəs.
Salam olsun sənə, ey nurlar, nəciblər, paklar, iki sibt (oğlan
nəvəsi), iki nur, iki reyhanə, yaxşılar, təqva, xeyirsevərlər, mər-
həmət, ucalıq, fəzilətlər, elmlər anası və atasının anası.
4
Müctəba Sadət
Salam olsun sənə, ey Mustafanın (cisminin) bir parçası, Fir-
dovs meyvəsi, müqəddəslik yeri, Kisa əhlinin beşincisi, günəş
və ayın üçüncüsü, Allahın bürünən örtüyü, dürr ulduzu, insan
(cinsindən olan) huri, yüksək zirvə, ən böyük sirrin əmanət qo-
yulduğu yer.
Ey xatunum və xanımım, ey aləmlərdəki qadınların seyyi-
dəsi, bu sətir və səhifələr nəvən Zəhranın Yusi i haqqındadır..
Ey nübuvvətin davamçısı, bu nəzər və ikirlər Bəqiyyətullah
barədədir... Ey şəfqətli, incə və mehriban qəlbin sahibi, bu it-
hafı məndən qəbul et və mənə qayğı göstərməklə mərhəmət
göstər... Allahdan mənə sənin şəfaətini və axirətdə səni görmə-
yi bəxş etməsini diləyirəm. Salam, Allahın rəhmət və bərəkət-
ləri olsun sənə!
5
Məhdəviyyət haqqında nəzərlər
MÜQƏDDİMƏ
Həmd aləmlərin Rəbbinə məxsusdur. Salavat və salam ol-
sun Allahın bütün məxluqlarının ən şərə lisi Muhəmmədə və
onun pak, tərtəmiz ailəsinə.
Sonraya gəlincə, xilaskarın zühurunun və böyük ümum-
dünya dövləti qurmasının qətiliyinə iman bütün səmavi dinlər
arasında müştərək və bariz ittifaq nöqtələrdəndir. Bəşəriyyətin
əksər fərdləri səbirsizliklə xilaskarın intizarını çəkirlər. Məh-
dəviyyət məsələsi ilahi sünnə və qanunlardandır. O, rəbbani
hədə lər peyğəmbərlər və rəsulların göndərilməsi tərə indən
gerçəkləşib. Belə ki, o, Allahın kərim kitabındakı ilahi vəddir..
Bu, bütün xalq, qəbilə və dünya sakinlərinin məsələsidir. Hə-
min məsələ insani zəruriyyətdir. O, həqiqi və tək misdaq dünya
xilaskarı və qurtarıcısına aiddir.
Əsl Məhdəviyyət İslam dininin ideoloji sütunlarından sayı-
lır. İslam irqələrinin əksəriyyəti Mehdinin axır zamanda zühur
edəcəyi barədə yekdil ikirdədirlər.. Peyğəmbərlər, rəsullar,
imamlar və vəsilərin göstərdikləri bütün səy və fədakarlıq-
lar, habelə qəhrəmanca etmiş olduqları hər bir mövqelərinin
nəticə və səmərəsi tezliklə onun iki mübarək əli əsasında öz
meyvələrini verəcək. Habelə onun vasitəsilə İslamın səmərəsi
tezliklə ortaya çıxacaq. İndiki dövrdə bizdən tələb olunan əsr
və zamanın sahibi olan İmamın uca, ali məqamına işarə etmə-
yimizdir. Bilmək gərəkdir ki, İmam Bəqiyyətullahın əzəmətini
dərk etmək və ona toxunmaq qeyri mümkündür. Lakin onun
əzəmətli məqamından bir şey tanımış olsaq, onun məqamı bi-
zim gözlərimizdə ucalıb böyüyəcək. Həmçinin bizim ona əlaqə
və məhəbbətimizi artıracaq. Biz onun müqəddəs dərgahına bir
az daha çox yaxınlaşacağıq. İntizarı çəkilən Mehdinin izzət və
cəlal sahibi Allahın, həmçinin Allah Rəsulunun (sallallahu əley-
6
Müctəba Sadət
hi və alih) yanında xüsusi yeri və uca məqamı var. Çünki Allah
onun fərəcini Cənnət əhli seyidlərinin böyükləri tərə indən
tezləşdirib (Yaxud Allah onun xoş aqibətini Cənnət əhlinin bö-
yük seyidlərindən olmaqla nəticələndirəcək – müt.). Həqiqətən
də Cənnət onun müştaqındadır. O, Cənnət tovuzquşusudur
(yəni tovuzquşu xüsusi seçkinliyi ilə fərqləndiyi kimi, onun da
mövqeyi digərlərindən fərqli və xüsusidir –müt.). Onun üzərində
Allah nurundan örtük vardır ki, par-par yanır. O, peyğəmbər
olmasa da Allah-təala tərə indən yol göstərilərək ilham edilən-
dir. Allah onun əli ilə çox sayda kəramət, nişanə və möcüzələr
göstərəcək. O, Bəqiyyətullah və Allahın vədidir ki, yer üzü onun
əli ilə abad olacaq. Mehdinin şərə li olması, həmçinin yerinin
uca olmasına bu kifayət edər ki, İsa ibn Məryəm arxasında na-
maz qılıb ondan imam olaraq razı olacaq.
İmam Mehdi (əleyhissəlam) barədə danışmaq sa lıq və sə-
fası ilə İslam barədə danışmaqdır. Mehdi məsələsinin bir çox -
ideoloji, əxlaqi, mədəni və mənəvi tərə ləri var. Bu haqda söhbət
genişdir. O, ideoloji sferada İslam dininə davamlı fayda və əbədi
məna töhfə verir.. Əsl məhdəviyyət mədəniyyətini qaldırmaq
və İslam aləmində tərbiyəvi hədə ləri gücləndirmək naminə bu
kitab yazılıb. Təəssü lər olsun ki, bəziləri Mehdi (əleyhissəlam)
inancını imamiyyə məktəbi və məzhəbiylə məhdudlaşdırmağa
çalışmış, təəssüfdoğurucu solu-sağı bəlli olmayan bir təşəbbüs
içinə daxil etmişlər. Belə ki, nə elmi əsasdan çıxır, nə düşüncə
həqiqətinə, nə də müxtəlif İslam məktəblərinin mədəni irsinə
əsaslanır. Bizim bu kitabdakı bəhsimiz açıq həqiqətə əsaslanır
ki, məhdəviyyət əqidəsi İslam düşüncəsi dəhlizlərində köklü
və əsaslı düşüncədir. Məhdəviyyət məsələsiylə əlaqədar zidd
möqvedə duran məktəblərə və müxtəlif düşüncələrə işıq tut-
maq düşüncəni, həmçinin məzmunu zənginləşdirir, üfüq da-
irəsini genişləndirir. Müqayisə aparmaq istər akademik sahə-
də olsun, istər intellektual cərəyan və məktəblətin ixtilafında
Dostları ilə paylaş: |