Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə49/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

154
Müctəba Sadət
lisi  (Qureyş)  evlərindən  qonşuluqdakı  dağlara  uzaqlaşdıqda 
onların  başçısı  Əbdülmüttəlib  öz  məşhur  sözünü  dedi:  “Evin 
himayə  edəcək  Rəbbi  var”.  Allah  şərafətli  Kəbəni  qorumaq 
naminə öz möcüzəsini göstərdi. O, Əbabil quşlarını bişmiş gil-
dən olan daşlarla (mərcidən böyük, noxuddan kiçik) göndərdi. 
Burada yeni  ikir formalaşmağa başladı və camaatın ağılların-
da kök saldı. Bu isə Allahın evinin müqəddəsliyi ilə Qureyşin 
antoloji  qüvvət  şəklində,  həmçinin  ərəblər  arasında  olan  nü-
fuzundan formalaşmış başçılığı arasında idi. Çünki onlar Allah 
evinin  qonşuları,  himayədarları  və  xidmətçiləri  idilər.  Onlar 
bu  evin  zəvvarlarına  ikram  edirdilər.  Ona  görə  də  Qureyşin 
bu antoloji nüfuzu Məkkədə ikən, öz dəvətinin başlanğıcında 
Peyğəmbərin (sallallahu əleyhi və alih) üzləşdiyi ən çətin ma-
neə idi. Muhəmməd peyğəmbər (sallallahu əleyhi və alih) öz 
dəvətinin başlanğıcında Məkkədə on üç il qalsa da, müsəlman 
olanların sayı az idi. Bu isə siə dəvət üslublarının yetərsiz və 
zəif olmasından mümkün deyildi. Camaat arasında isə Allah evi 
ilə Qureyşin rəhbərliyi arasında bir düşüncə oturuşmuşdu. Bu-
radan nübuvvət hikməti qaynadı ki, Yəsribə hicrət etsin. Böyük 
rəhbərin bu həqiqəti bilərək, Qureyşlə Hüdeybiyyə sülhündə 
yalnız bir mətləbi ortaya qoydu, o da Qureyşin onunla ərəblə-
rin arasından ayrılması idi. Habelə ərəblər arasında olan anto-
loji nüfuzunu işlədərək faydalanmaqdan əl çəkdi ki, onlardan 
ayrılmış olsun. Həmçinin onların özünün və dinin ziddinə iş-
lətdikləri yalançı iddialarından uzaq dursun.  Peyğəmbər (sal-
lallahu əleyhi və alih) Qureyşə qələbə çalıb hicrətin səkkizinci 
ilində Məkkəni fəth etdikdən sonra risalət dəvətinin və İslamın 
yayılmasında olan əsas maneələr, qüvvətli əngəllər süquta uğ-
ratdı. Bu isə  ikri zərurətlərin parçalanmasında və insanların 
zehinlərindən çıxmasına təsir qoydu. Odur ki, camaat Allahın 
dininə məşəqqət və sıxıntı olmadan dəstə-dəstə daxil oldular. 
Habelə  Məkkənin  fəth  olunduğu  il  “Fəth  ili”,  yaxud  vilayətini 


155
Məhdəviyyət haqqında nəzərlər
qəbul etdiklərini, İslama boyun əydiklərini bildirmək naminə 
ərəb qəbilələrinin Peyğəmbərin (sallallahu əleyhi və alih) ya-
nına çox gəldiklərinə görə “Amul-vüfud” adlandı. Muhəmməd 
peyğəmbər (sallallahu əleyhi və alih) heç bir çəkişməsiz Ərəb 
yarımadasının başçısı oldu.
İkinci: Hüseyni fəth (Aşura)
Allahın Rəsulu (sallallahu əleyhi və alih) İslam hökuməti-
nin idarəçisi və ali başçısı idi. Allah ona geniş səlahiyyətlər ver-
mişdi ki, belə bir böyük məsuliyyətin öhdəsindən gələ bilsin. 
Allah-təala buyurub: “Peyğəmbər möminlərə onların özlərin-
dən daha yaxındır”.
165
 Habelə buyurub: “Elə isə onların arasın-
da Allahın (sənə) nazil etdiyi ilə hökm ver. Sənə gələn haqdan 
ayrılıb  onların  istəklərinə  tabe  olma.
166
  Beləliklə,  Allahın  Rə-
sulu (sallallahu əleyhi və alih) iki qanuni və səlahiyyətli haki-
miyyətə  malikdir.  Onun  vəhy  yolu  ilə  səma  ilə  əlaqəsi  vardır 
ki, yeganə qanuni (təşrii) mənbə hesab olunur və ilahi risaləti 
çatdırmaqda onu məsul edir. Həmçinin İslam ümmətinə başç-
lıq etməyə təşəbbüsü onu şəriətinin icra olunmasında birinci 
məsul şəxs edir. 
Allah-təala  buyurub:  “Həqiqətən,  Biz  sənə  Kitabı  haqq 
olaraq  nazil  etdik  ki,  insanlar  arasında  Allahın  sənə  vəhy  et-
diyi ilə hökm verəsən”.
167
 Buna görə də, Peyğəmbərin missiya-
sı təkcə vəhy çatdırmaq deyil, həm də müsəlmanlara başçılıq 
və  yer  üzərində  Allahın  qanununu  icra  etməkdir.  Müsəlman-
lar Peyğəmbərə itaət etməli idilər ki, belə bir itaət Allaha itaət 
sayılırdı.  Allah-təala  buyurub:  “Ey  iman  gətirənlər!  Allaha  və 
Rəsuluna  itaət  edin,  özünüzdən  olan  əmr  sahiblərinə  itaət 
edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət 
gününə inanır-sınızsa, Allaha və Rəsuluna müraciət edin. Bu, 
165
 Əhzab, 6
166
 Maidə, 48
167
 Nisa, 105


156
Müctəba Sadət
(sizin  üçün)  daha  xeyirli  və  nəticə  etibarilə  daha  yaxşıdır”.
168
 
Deməli, Peyğəmbərə itaət vacibdir. Öz ardıcıllarına şəriət qa-
nunvericiliyində, əlavə olaraq, başqa itaət də vardır ki, bir lider 
və idarəçi kimi ona yönəlikdir, çünki Allah bunu əmr edib. Odur 
ki, İslam hökuməti dinin önəmli məsələlərindəndir. 
Peyğəmbərin vəfatı ilə camaatın beyni və zehnində (yeni 
bir  intelektual  əlaqə)  əmələ  gəldi.  O  da  bu  idi:  Bir  tərəfdən 
Peyğəmbərin  müqəddəsliyi  və  İslam  dininin  təlimləri,  digər 
tərəfdən Peyğəmbərin xəlifəsinin, yaxud hakimiyyət kürsüsün-
də əyləşən kəsin müqəddəsliyidir. Səbəbi odur ki, Rəsulun xə-
lifəsinə (canişininə) hörmət və ehtiram edirlər, çünki o, ümmə-
tin idarəçiliyində, dinin səhih əsasları üzərində qorunmasında 
Peyğəmbərin vəzifəsini icra edir. Xəlifənin heybəti Allahın Rə-
sulundan qaynaqlanır. Bu isə Allah və Rəsulunun əmri ilə qanu-
ni, müəyyən xəlifə üçündür. Əslində xəlifə dini daha yaxşı bilən, 
anlayan,  daha  təqvalı,  daha  etibarlı  kəsdir.  O,  müsəlmanların 
ixtiyar sahibidir, din və dünya işlərində onların rəsmi müraciət 
etdikləri yerdir. Ancaq təəssüf olsun ki, qələbə qazanmaq, xə-
lifəliyi əldə etmək qəsbkarlıq və zor işlətmək yolu ilə yayılıb. 
Beləcə, qanuni xəlifəliyin əzəməti qələbə çalmış xəlifəyə keçir 
ki, hökmünün qanuni olmasının heç bir legitimliyi yoxdur. Bu-
rada yalnız bircə qüvvə qalır. Hərçənd xəlifə (hakim və ya əmir) 
Peyğəmbərin xəlifəsi sayılsa da, o, Peyğəmbərin malik olduğu 
bütün  imkanlardan  yararlanırdı.  Həm  də  buna  bir  müqəd-
dəslik  də  qatmış  olurdu  ki,  Peyğəmbərin  xəlifəsinin  vəs inə 
aid  idi.    Bu  qələbə  çalan  (qeyri-qanuni)  xəlifənin  müqəddəs-
liyi  yavaş-yavaş  insanların  zehinlərində  kök  salmağa  başladı. 
Hətta hakimin vermiş olduğu təlim və istiqamətlər dinin əsas 
təlimlərindən hesab olunmağa başladı. Səbəbi isə Peyğəmbər 
xəlifəsi olması və bunun həzrətin müqəddəsliyinə əsaslanması 
168
 Nisa, 59


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə