Rüfət Əhmədzadə Adım anonim qalsın



Yüklə 345,24 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü345,24 Kb.
#64289


1

Rüfət Əhmədzadə

Adım anonim

qalsın

(hekayələr, mənsur şeirlər, esselər)




2

Naşir:

Müşfiq XAN



Redaktorlar:

Müşfiq XAN, Cəlil Cavanşir



Korrektor və mətn tərtibatçısı:

Çinarə Əhmədzadə



Dizayner:

Teymur Fərzi (Proyekt.Az)



Müəllifin rəsmi səhifəsi:

Facebook.com/RufatAhmadzada.page

Müəllifin bloqu:

www.rufatahmad.wordpress.com

Kitab Hədəf Nəşrlərinin “XAN Çağdaş Ədəbiyyat”

silsiləsində çap olunub.

© Rüfət Əhmədzadə / 2014

© Hədəf Nəşrləri / 2014



3

“Adım  anonim  qalsın”  kitabı  gənc  yaşında av-

tomobil  qəzasında  dünyasını  dəyişən,  tanınmış  jurnalist

Şahin Ağabəylinin əziz xatirəsinə ithaf olunur. Biz onun-

la çox yaxın dostlar olmamışıq. Amma uzaq da deyildik.

Vaxtaşırı rastlaşardıq,  aradabir  internetdə hal-əhval  tu-

tardıq. Yaxın  olmadıqları  ilə də çox  mehriban,  səmimi

davranan, çox jurnalistin qibtə etdiyi bir insan idi.

Və nədənsə,  həmişə mənə “partizan”  deyərdi.

Adımla  yox, məhz  bu  “partizan” ləqəbiylə çağırmasına

öyrəşmişdim. Əvvəlcə incimişdim, çünki ləqəb  taxmaq

söhbətlərinə heç vaxt yaxşı baxmamışam.

O  isə belə demişdi:  “Sənə baxanda  partizan  gö-

rürəm.  Yaxşı  mənada  deyirəm,  pisinə gəlməsin ha.  İndi

partizan ruhlu gənc tapmaq çox çətindir”...

Şahinə təşəkkür  edirəm.  Bu  kitabı  məhz  “partizan”

ləqəbinin  təsiri  ilə yazdım.  Ümid  edirəm,  Şahinin  eti-

madını doğrulda biləcəyəm.



4

Mündəricat

Hekayələr

Adi səhnə ................................................................... 8

Kəlağayı ilə striptiz ................................................... 15

Qonşu arvadıyla qorxulu yuxu ............................... 28

Yol yoldaşları .............................................................. 50

Atdılar .......................................................................... 54

Dilənçi rus qadın ........................................................ 56

Dostlar haqqında qısa hekayə .................................. 67

Bir qızın hekayəsi ....................................................... 68

Yersiz adam ................................................................ 71

Üçtərəfli dialoq ........................................................... 74

Hər şey və heç nə ....................................................... 81

Bitən yerdən başlamaq .............................................. 84

Adım anonim qalsın .................................................. 87

Dostum intihar etdi ................................................... 96



5

Onların hekayəsi ...................................................... 102

Evlənmə təklifi ......................................................... 107

Mənsur şeirlər

Qəlbə sancılan kitab ............................................... 113

Unutmuşam, qayıt, gəl ............................................ 115

Ölüm xəbəri .............................................................. 117

Orta statistik şeir ...................................................... 119

Bir sevgili  tap özünə ............................................... 120

Qonşu evdəki uşaq .................................................. 122

Bir dəqiqə inqilab ..................................................... 124

DAŞAM...................................................................... 126

Doğulmamış oğluma ............................................... 129

Yazıram ki, gedəsən ................................................ 133

Xoflu gözü tor basar ................................................ 135

Zibilxanada sevgi ..................................................... 136



6

Küçə uşağı ..................................................................138

Həyat yoldaşım üçün ...............................................140

Mən sənsiz də bacararam ....................................... 142

Mələk ......................................................................... 144

Sən tərk etdin gecəni ............................................... 146

Melanxolik monoloq ............................................... 148

Gəliş rapsodiyası ..................................................... 152

Azərbaycan gözəli ................................................... 154

Seans .......................................................................... 156

Biz qəfildən qocaldıq ............................................... 157

Dəccalın təntənəsi .................................................... 160



Esselər (içsəslər)

İdeal nəsil axtarışında ............................................ 163

Erosun siyasəti ......................................................... 165

Psevdo-freydizm ..................................................... 170

Sən ölməyəcəksən ................................................... 173



7

Optimistin göz yaşları ............................................ 176

Sərdabədə səadət ..................................................... 182

Yazanda “orqazm” hiss eləmək ............................. 186

Gülə-gülə ayrılmaq .................................................. 190

Ağsaqqallara məktub .............................................. 194

Əcəl marşrutu ........................................................... 197

Axarıncı söz .............................................................. 200




8

Hekayələr



“Adi səhnə”

D

ünən  mən  kiçik  bir  qızın  gözləri  qarşısında

gənc  bir  qadının  üstünə qışqırdım.  Və sonra  sağ

əlim  havaya  qalxdı.  Sol əlim  isə yumruq  halında,

növbəti  zərbəyə hazır…  Kiçik  qız  ağladı.  Mənim

zərbəmə yox, bəlkə də silləmin ardınca gələn ani qa-

dın çığırtısına.

Mən  durdum.  Qadın əlləri  ilə üzünü  tutub

susdu. Uşaq susmaq istəmirdi, daha da şiddətlə ağ-

lamalıydı.  O,  durmamışdı,  duran  kimi  görünürdü,

amma  titrəyirdi… Hönkürtüsü  artdıqca,  titrəyişi

daha da güclənirdi. Az qalmışdı, bu uşağın içindəki

dünya  partlasın.  Amma  sadəcə qucağındakı  gəlin-

ciyi yerə düşdü.

Qızcığaz  ayaqlarının    arasında  yerə düşən  gə-

linciyə baxdı; sonra isə aralarında, amma  bir addım

kənarda durduğu valideynlərinə. Bu ağlama da, tit-



9

rəmə də, aşağı-yuxarı baxışlar da bir dəqiqədən çox

çəkmədi. Amma o an, mən də donub yerimdə qal-

mışdım – sağ əlim  açıq  vəziyyətdə,  sol əlim  isə

yumruq  halında. Əllərim  yanımda  dönüb  sağa –

uşağa baxdım.

Qadının da cınqırı çıxmırdı, elə ayaq üstə, iki əli

də üzündə idi.  O  da  mənimlə eyni  anda əllərini

üzündən çəkib sola – uşağa baxdı .  İkimiz də buz

heykəl  kimiydik. Əgər  özümün  nə hislər  keçir-

diyimi deyə bilmirəmsə, qadının o an yaşadığı duy-

ğuları heç təxmin də edə bilmərəm. Amma biz hələ

çox baxacaqdıq, sanki bu ağlama səhnəsinə hələ bir

neçə dəqiqə, hətta bir saat da nəfəs almadan tama-

şaçı kəsilməyə hazır idik. Nəfəs almaq demişkən, az

əvvəlki əsəbi  təngnəfəsliyimdən əsər  qalmamışdı.

Qızcığaza baxarkən nəfəs alırdımmı, yax yox... Bil-

mirəm.


Ağlamağında bir tərslik var idi, ya da bizim ba-

xışlarımızdan  özünü  itirmişdi…  Qəfil  dayandı.  Bir

dəfə hıçqırdı, burnunu çəkdi və bütün səsini, üsya-

nını yenidən öz içində qaytararaq susdu. Daha titrə-

mirdi də. Dodaqlarını yığıb pərçimlədi. Sanki deyə-

cəkdi:



10

– Ata, ana, bəsdirin! Sizin mübahisəniz mənim

qəlbimi qırır!

Amma  heç  nə demədi.  Totuq əllərini  önündə

birləşdirdi. Onun da sol əli yumruq halında idi, am-

ma  bu  yumruq  onun  sağ  ovcunda  sığınacaq  tap-

mışdı.  Başını  aşağı əymiş,  gözlərini  yerdəki  gəlin-

ciyə zilləmişdi.  Qolları  yana  açıq  vəziyyətdə yerə

düşmüş gəlinciyin gülən siması isə indi sanki təəc-

cüblə dolmuşdu.  Həm  də kədərli  bir  təbəssümlə.

Qızcığazı  ovundurmaq,  könlünü  almaq  istəyirdi,

bəlkə də… Amma qızcığazın duruşunda, baxışında

gəlincik  həsrətindən  daha  böyük  şeylər əks  olu-

nurdu.


Ya bu böyük şeylər biz insanların ağlı kəsəcək

dərəcədə deyil,  ya  da  o  qədər  adi  bir  səhnədir  ki,

indiyədək  heç  bir  müdrik  bu  duruşun,  bu  baxışın

fəlsəfəsini  açmağa cəhd  göstərməyib. Mən  də o  an

fəlsəfə düşünəcək    halda  deyildim.  Hansı  halda

idimsə, qızcığazın gözləri ilə baxmaq, sonra demək

lazımdır.

Biz – mən  və qadın  yerimizdən  tərpənməyə

çalışdıq. Amma o, biza dalaşmağa macal vermədiyi

kimi, nəsə deməyə də macal vermədi. Yumruğunu

və ovcunu bir-birindən ayırmadan, nəzərlərini  yer-



11

dən qaldırmadan, bizə – atasına və anasına arxa çe-

virdi. Elə o vəziyyətdə də durdu.

Bir insanın yaxınlarına qarşı etdiyi üsyanda ən

zirvə nöqtə,  yəqin  ki,  bu  olar:  susaraq arxa  çevir-

mək.


Bizim  donumuz  açılmışdı,  amma  qızcığaza

yaxınlaşmağa  heç  birimiz  cürət  etmədik.  Mən  su-

saraq otaqdan çıxdım. Evin kiçik bağçasında siqaret

çəkəcəkdim. Elə bir gün əvvəl qızımla dünyanın ən

xoşbəxt insanları kimi oynadığımız həmin bağçada.

Qadın isə heç nə demədən, deyinmədən, hətta

qızına nəvaziş belə etmədən şkafın qapısını açacaq,

ordan vacib alt və üst geyimlərini tələsik şəkildə bir

çamadana yığacaqdı. Şkaf həmin şkaf idi – hələ altı

il əvvəl, qızımızın dünyaya gəlməsinə bir ay qalmış

onun  üçün  bir  yerdə seçib  aldığımız  cürbəcür  pal-

tarları elə birlikdə yerləşdirdiyimiz. Nə dəyişmişdi?

Elə biz  də həmin  adamlar  idik. Həmin  sevgi  dolu.

Yoxsa…  Daha  içimizdə sevgiyə aid  nəsə qal-

mamışdı?

Nə bu sualları, nə də onların cavabını həmin an

düşünmürdüm.  Ancaq  siqaret  çəkir,  dərin  iç  ağ-

rısıyla zəhərli tüstünü içimə sümürürdüm. Siqa-ret

bu  gecənin  qaranlığına  öz  közərtisiylə ya-raşıq  ve-



12

rirdi, ya da əksinə. Bir insan varlığının acı həqiqətini

qara fonda işıqlandırdı… Siqaret hər nə edirdisə də,

sadəcə közərir  və tüstülənirdi.  O  an  insanların

əməlləri gecənin qaranlığını ya tamamlamalı, ya da

dağıtmalıydı.

İnsanlıq  isə öz  qaranlığından  macal  tapa,  nə

gecəni, nə də səhəri düşünə bilmirdi.

Qadın da sual-cavab marağında olmazdı, ya da

düşünürdü bəlkə də… Amma əsas o idi ki, qadın bu

evdən çıxıb getmək üçün əşyalarını yığırdı. Belə bir

məqamda düşüncə yox, hərəkət məna kəsb edir.

Mən bir siqareti bitirdim, sonra bağçada bir az

var-gəl  etdim…  Nəsə çatışmırdı. Əlbəttə ki,  ikinci

siqaret.  İkinci  siqaret  bitəndə isə onlar  da  artıq

bağçada  idilər.  Hər  ikisi  qısaqol  paltarların  üs-

tündən  jaket    geyinmişdilər.  Yay  gecəsi  olsa  da,

soyuq  ola  bilərdi…  Atasız  və ərsiz  həyatın  ilk  ge-

cəsi, əslində bundan  sonra  başlayacaq  soyuq  ge-

cələrin ən ilığıdır.

Ana  sol əli  ilə balasını  qucağında  tutaraq  dar-

vazaya  yaxınlaşdı,  sağ əli  isə təkərli  çamadanı

sürüyürdü. Gəlinciyini əlində tutmuş qızcığaz ana-

sının  çiynindən  mənə baxırdı.  Mən  də tərpən-

mədən, dillənmədən onlara.



13

Darvazaya çatanda, qadın dilə gəldi:

– Boşanacam.  Fikrim  qətidir.  Razı  olmasan,

məhkəmə boşandırar.

Daha heç nə demədi. Deməyinə ehtiyac  da yox

idi. Son sözünü, son xəbərdarlığını edib gedirdi.

Mən də heç nə deməyəcəkdim. Deməyimə eh-

tiyac  da  yox  idi.  Amma…  Darvazanın  qapısı  açı-

landa qızcığaz sanki  böyüklərdə belə olmayan güc

tapdı. Vurnuxaraq, özünü anasının qucağından yerə

atdı. Və onun əlindən çıxaraq, gəlinciyi ilə birlikdə

mənə doğru qaçmağa başladı.

Ağlamırdı,  üzündə elə bir  ifadə də yox  idi.

Qəribə səslənsə də,  mənimlə ayrılıq  anı  yaşayan

qızım  çox  sakit  idi.  Qucağıma  atıldı.  Mən  də sakit

idim.  Hər  iki əlimlə,  onu  bərk-bərk özümə sıx-

mışdım. Mənim də üzümdə kədər yox idi, gözlərim

dolmamışdı,  hətta  o  an  nəfəs  almadığımı  da  deyə

bilərəm.  Hamımız  susmuşduq.  Bu  gecənin sükutu

bir az da uzansaydı… Birdən partlayış oldu:

– Məgər  atamdan  uzaqda  olanda  ağlamaya-

cam?


Mənim əllərim boşaldı. Qızcığaz da sanki növ-

bəti səhnəyə yol açırmış kimi qollarını boynumdan

boşaldaraq, aşağı süzüldü. Keçib solda durdu. Hər



14

ikimiz də sakitcə o qadına baxdıq. Qızcığaz anasına,

mən həyat yoldaşıma.

Onun  da əlləri  boşalmışdı. Əlini  qapıdan  çək-

miş,  çamadanı  yerə buraxmışdı.  Və birdən,  eynən

qızımız kimi mənə sarı qaçdı.

Dünən  mən  kiçik  bir  qızın  gözləri  qarşısında

gənc bir qadını öpdüm. Qızcığaz gülürdü. Gəlincik

də o an xoşbəxt idi. Gecənin qaranlığı bir anda rəng-

bərəng olmuşdu.

Bircə, yerə atılmış təkərli çamadan özünü necə

hiss edirdi, oxucum soruşmasın.




15

Kəlağayı ilə striptiz

Z

öhrə nənə həyətdən  doğma  səsi  eşidəndə

qeyri-ixtiyari  həyəcanlandı,  gözləri  sevincdən  iri

açıldı. Soyduğu kartofu və bıçağı cəld qarşısındakı

boşqaba  atdı.  Və əllərini  masanın  üstündəki  dəs-

malla  tələsik silərək,  qapıya  doğru  qaçdı.  Qapının

ağzına çatanda birdən dayandı,  sağ əlini yüngülcə

başına toxundurdu, sonra yenidən geri qayıtdı. İçiçə

iki otaqdan ibarət evin digər otağına – yataq otağına

qaçdı. Zöhrə nənə bir-iki saniyə alaqaranlıq otaqda

sağa-sola  baxdıqdan  sonra,  cəld  dəmir  çarpayısına

yaxınlaşdı və sürahidən balıncın arxasına sürüşmüş

kələğayısını götürdü.

Elə kəlağayını  başına  bağlaya-bağlaya  da,  çöl

otağa çıxdı, tələsik qapının ağzındakı qaloşları aya-

ğına keçirib, yenidən həyətə çıxdı. Nəvəsi Mehman

onu qabaqlamış, darvazanın qapısını açmışdı. Zöh-

rə nənəni həyəcanlandıran səsin sahibi – qız nəvəsi

Lalənin  siması  qapıda  göründü.  Totuq,  qarayanız

siması,  iri  qara  və şən  gözləri,  qapqara  qıvrım

saçları olan, altı yaşlı bu qızcığaz axırıncı dəfə keçən



16

yay gördüyü nənəsinə sarı yüyürüb, onun qucağına

atıldı.

Alçaqboy,  amma  canımöhkəm  olan  65  yaşlı



Zöhrə nənə “Allah,  Allah!  Kim  gəlib!”  deyə

qollarını  açıb  nəvəsini  bərk-bərk  bağrına  sıxdı.

Uşağı quş kimi sinəsi tuşunda qaldırıb, sağ qolunun

üstündə otuzdurdu.  Nəvəsinin  sağ  və sol  ya-

naqlarından  bərk-bərk  öpüb,  üzünü  qapıdan  girən

növbəti qonaqlara – təxminən otuz yaşlarında olan,

hər ikisi idman tərzində geyinmiş ər-arvada tutdu.

– Xoş  gəlmisiniz,  balalarım!  Həmişə siz  gə-

ləsiniz!  Bəs  niyə belə gec  gəldiniz,  ay  Gülnaz?  Elə

bildim ta...

Gülnaz onun sözünü kəsdi:

– Ay  ana,  tam  yığışıb  gəlmək  üçün  sənəd

işlərimiz  uzandı  bir  az...  Danışarıq  evdə,  qoy  bir

dincimizi alaq. Hələ...

Bu dəfə Gülnazın əri Səməd sözə qarışdı:

– Nə dinc  almaq,  ay  qız? – Cəld  addımlarla

qayınanasına  yaxınlaşıb  sol  yanağından  öpdü. –

Zöhrə xala,  taksi  bizi  çöldə gözləyir.  Laləni  gə-

tirmişik, mən veş-vüşü baqajdan çıxarım, siz bir az

danışın,  dərdləşin.  Biz  ikimiz  də Bakıya  qayı-

dasıyıq... – Qapının yanında  durmuş  qaynıoğlu



17

Mehmanla  da  öpüşüb-görüşdü, əli  ilə uşağın  saç-

larını qarışdırıb dedi: – İgid, gəl mənə komək elə.

Mehman  çıxmağa  tələsmədi,  yaxınlaşıb  bi-

bisiylə də görüşdü,  sonra  getdi  Səmədə kömək  et-

məyə.


Gülnaz  sanki  birdən  diksinərək,  bayaqdan  iki

addımlığında  olan  anasıyla  öpüşüb-görüşmədiyini

xatırladı.  Və tez  də ona  sarı  yüyürüb,  boynunu

qucaqladı,  ağbirçək  qadının  sağ  üzündən,  sol

özündən öpdü.

– Yaman darıxmışdım, anacan!

– Can  ana!  Qurban  olaram  sizə...  Gəl,  heç

olmasa, içəridə söhbət edək.

İçəri  keçdilər.  Gülnazın  bol-bol  üstünə səpdiyi

kəskin  parfyumun  qoxusu  evi  bürüdü.  Bahalı  və

xoş ətir  idi,  amma  bu  qoxudan  evdə nəfəs  almaq

xeyli çətinləşdi.

Anası  kimi  alçaqboy,  saçlarını  saraltsa  da

simasındakı  qarayanızlığı  tez  sezilən  Gülnaz    al-

nından  yuxarıda  saçına  keçirdiyi  eynəyini  çıxardı,

özünü  masanın  yanındakı  stula  ataraq,    bir  “oh”

çəkdi. Zöhrə nənə isə Laləni qucağından düşürərək,

sobaya yaxınlaşdı, çaydanı qızmağa qoydu.




18

– Yol  yordu  məni,  ay  ma!  Bakıya  səhər  10-da

çatmışıq. Səmədin dostugildə bir az çay içdik, çörək

yedik, oturduq taksiyə.

Qadın  qızına  və nəvəsinə çay  süzüb  gətirdi.

Sonra  isə Lalə üçün  nəlbəkiyə çay  süzüb,  qənd-

qabının içindəki şokoladları nəlbəkinin yanına qoy-

du. Nəvəsinin boynundan, çiyinlərindən öpdü.

Birdən,  gözü  qızının  geyiminə və saç  düzü-

münə sataşdı. Qızı keçən il daha abırlı geyimlə gəl-

mişdi. Həm də o vaxt saçları boyalı deyildi:

– Bu nə vid-fasondu, a qız? Qardaşın görsə, nə

deyər? Bəs Səməd nə əcəb...

– A,  toje  mne  qardaşım!  Neynəmişəm  ki,  ay

ma? Saçımı deyirsən? Moskvada qara millətə bir az

pis  baxırlar  ey...  Həm  də Azərbaycanda  çoxu  saç

saraldır da...

Zöhrə nənə duruxdu.  Gülnazın  ağ  koftasının

sinəsi çox geniş idi, iri döşlərinin arası görünürdü.

Əynindəki  kip  və cırıq-cırıq  cins  şalvar  isə onun

əndamının bütün əzalarını büruzə verirdi.

– Ay  qızım,  geyimin  də dəyişib...  Rüstəmi

bilirsən  də,  həmişə belə dar-dayaz  geyimlərə qarşı

olub. Bir az gen geyinsənə, eşitdiyimə görə, Bakı dar

geyinənlərə çox sataşırlar...



19

Gülnaz üzünü turşutdu:

– Yaxşı  da,  mama! Uzatmayaq...  Deməli,  Ma-

sazırda torpaq alasıyıq, Səmədlə sabah gedib torpaq

seçəcəyik,  sonra  da  usta  gətirib  ev  tikdirmək

istəyirik. Lalə də burda qalar 1-2 ay. Səmədin dostu

Oktayın  anası  məktəb  direktorudu  orda.  Dedi  ki,

uşağın  adını  yazdırarıq,  sentyabrda  evə köçə bil-

məsəniz,  lap  oktyabrda  da  dərsə gələr.  Biz  də bir

neçə gün Oktaygildə qalaq, qayıdacağıq Moskvaya.

Orda yarımçıq işlərimiz qalıb.

Gülnaz  çaydan  bir  qurtum  aldı,  sonra  səssiz

durub  ona  baxan  anasının əlindən  tutaraq  özünə

sarı çəkdi:

– Ay  mama,  qurban  olum,  Lalə burda  bö-

yüməlidir.  Səməd  belə istəyir.  Yesli  çesno,  mne

vseravno. Amma nastayivat eləyir ki, yox ey, Mosk-

vada  qız  böyütmərəm.  Vobşim,  məktəblər  açılana

qədər, biz polnostyu  bura yerləşənəcən Lalə burda

qalsın... – Sonra üzünü  qızına çevirdi. – Tak, ağılllı

balam? Yaxşı olacaq hər şey.

Bu an Səməd əlində iki iri çanta ilə içəri girdi.

– Bu da Lalənin veşləri... Başqa pay-puş da var,

gətiririk. Güliçka, nu potoropis, nam uje pora...




20

Onun arxasınca da, Mehman özü boyda bir tə-

kərli çamadanı sürütləyə-sürütləyə evə salmağa ça-

lışırdı.  Gülnaz  isə tələm-tələsik  anası  və qızı  ilə

öpüşüb-görüşdü,  sonra  qapının  yanındakı  güzgü-

nün  qarşısına  keçib  pomasının  yayılmış  boyasını

cibindən çıxardığı bir salfetlə təmizlədi, saçlarını sı-

ğallayıb, evdən çıxmağa hazırlaşdı.

***

Lalə nənəsinin hər hərəkətinə diqqət yetirir, hər



sözünü maraqla dinləyirdi.  Rusiyada göz açmış və

tamam  başqa  bir  mühiti,  insanları  görməyə öy-

rəşmişdi.  Qızcığaz  ildə bir  dəfə,  onda  da  1-2  həf-

təliyinə gördüyü  bu  qadına  heyran  idi.    Bu,  nənə-

nəvə doğmalığından daha çox bir şey idi.

Qızına  çox  zaman  ayırmayan  və ölkəsinin

adətləri və tarixi haqqında bir kəlmə də danışmayan

valideynlərin  yanında  bu  nənə obrazı,  onun  da-

nışdıqları, uzaq və soyuq Rusiyaya qədər ayaq açan

xatirələr daha böyük bir dəyər daşıyırdı Lalə üçün.

Hətta ona dayəlik edən və “Babulya” deyə ça-

ğırdığı Tatyana da, Zöhrə nənənin yoxluğunda  La-

ləni ovundura bilmirdi.



21

Artı iki gün idi ki, Lalə bu kənddə idi. Vaxtının

çoxunu  ya  nənəsi  ilə,  ya  da  eyni  həyətin  içində

yaşayan  dayısı  Rüstəmin  10  yaşlı  oğlu  Mehmanla

keçiridi.  Onlar  çox  vaxt birlikdə yaxınlıqdakı mək-

təbin bağçasına gedir, ora toplaşan digər kənd uşaq-

ları ilə oynayırdılar.

Bu  gün  hava  çox  isti  idi.  Günəş  baş  deşirdi.

Mehmanın anası Çimnaz oğlunu da götürüb qonşu

kənddə yaşayan  qardaşıgilə qonaq getmişdi. Rayon

mərkəzində mağaza  işlədən  Rüstəm  isə evə ancaq

gecə gələcəkdi.  Zöhrə nənə və Lalə evdə tək  qal-

mışdılar.

Günortanın istisində, nənə ilə nəvə ventilyatoru

qoşub,  dəmir  çarpayıda  uzanmışdılar.  Ventilyator

çarpayıdan  2  addım  aralıda  fır-fır  fırlanır,  otağın

havasını sərinlədirdi.

Lalə başını  nənəsinin  dizinə qoymuşdu.  O,

Zöhrə nənənin  başından  açıb  balıncın  yanına

qoyduğu  kəlağayısının  bir  ucundan  tutub  özünə

tərəf  çəkdi  və əlini  kəlağayının  bənöşəyi  butaları

üzərində gəzdirdi.  Bu  ipək,  zəirf  işləmələri  olan

kəlağayı  qızcığazda  heyranlıq  oyadırdı.  Nənəsinin

kəlağayını  necə sevdiyini  və əzizlədiyini  bilirdi.




22

Başını  oxşayan  nənəsi  zümzümə etdikcə,  pişik  ba-

lası kimi mürgüləyən Lalə birdən dilləndi:

– Nənə, ay nənə...

– Ay can, gözümün işığı?

– Bu kəlağayını çox istəyirsən?

– Hə, mənim balam...

– Məndən də?

Zöhrə nənə duruxdu.  Nə deyəcəyini  bilmədi.

Qırışlı,  amma  yumşaq  barmaqlarını  nəvəsinin  bu-

ruq saçlarında daha da dərinə qərq elədi:

– Mənim  balam, bizim  millətin  qadınına  onun

ailəsi necə əzizdirsə, kəlağayısı da o qədər əzizdir.

Mən  gözümü  açmışam,  nənələrimdən  belə gör-

müşəm.  Sən  də məndən  gör,  böyüyəndə sənin  də

nəvələrin  olacaq.  Onlara  deyərsən  ki,  kəlağayı  bi-

zimçün doğmadır, onu atmaq, alçaltmaq olmaz. Kə-

lağayı namusdur, qeyrətdir! Həm də ki...

Elə bu  an  küçədən  hay-küy  və qışqırıq  səsləri

gəldi.  Qapıqonşu  Mehdinin  cavan  arvadı  Zem-

firanın cır səsi ucaldı:

– Vaxsey,  ay  qonşular...  Mehdiylə Rəcəb  qı-

racaq  bir-birini,  kömək  edin.  Gəlin  çatın  ay qon-

şular, qırğın çıxacaq!...




23

Mehdi əsəbi,  amma  sakit  və adi  həyat  tərzi

sürən,  zəhmətkeş  bir  oğlan  idi.  Rayon-kənd  ara-

sında  sürücülük  edirdi.  Rəcəb  isə onun  narkoman

qardaşı idi və ayda-ildə bir dəfə evə gəlir, onda da

evdən nə isə oğurlayıb yoxa çıxırdı. Zöhrə nənə cəld

yerindən durdu. Kəlağayısını da götürüb, üst-başını

düzəltdi. Laləyə heç  nə demədən,  tələsik  küçəyə

çıxdı. Evdən çıxarkən, dediyi bu oldu:

– Lalə, sən otur evdə, çıxma!

Lalə pəncərədən boylandı. Bir az sağda, beş-altı

metr  aralıda  25-30 yaşlarında  iki  cüssəli  cavan

əllərində bıçaq  tutaraq  üz-üzə durmuşdular.  Bir-

birinə hücum  çəkməyə hazır  idilər. Ətrafda  qon-

şular – kişi və qadınlar qadınlar toplaşaraq, hərə bir

söz  deyir,  onları  sakitləşdirməyə çalışırdı.  Zemfira

isə cır səsini başına atıb şaxsey-vaxsey çəkirdi:

– Ay Allah,  öldürəcəklər  bir-birini  qoymayın,

ay  qonşular! – Birdən  qaça-qaça  onlara  yaxınlaşan

Zöhrə nənəni  gördü,  bir  az  ruhlandı. – Ay  Zöhrə

xala,  qurban  olum,  bu  dəlilərə ağıl  ver,  iki  qızım

atasız qalacaq...

Zöhrə nənə qəti  addımlarla  heç  kimin  ya-

xınlaşmağa cürət etmədiyi qardaşalrın arasına girdi,




24

kəlağayısını başından çıxarıb onların qabağında ye-

rə atdı.

– Sizə ana  kimi, qadın  kimi  deyirəm,  özünüzə

yazığınız  gəlmir, əzizlərinizə rəhm  edin.  Bəsdirin!

Qardaşsınız!

Mehdi dişlərini qıcaya-qıcaya dedi:

– Zöhrə nənə, qurban olum, götür o kəlağayını!

Bu biqeyrət gəlib anasının, gəlinbacısının qızıllarını

oğurlayıb...Aparıb verib mala!

Rəcəb isə daha cırt-qoz şəkildə cırnayırdı:

– Qələtvi  elə, əəə!  Şər  atma  mənə!  Deyirəm

xəbərim yoxdur! Mən elə biqeyrətəm?

– Biqeyrət olmasaydın, anan  rəhmətə gedəndə

burda olardın! Nə üçündə, nə yeddisində oldun. Bir

il keçib, bir dəfə də qəbrinə baş çəkməmisən...

Onların qoca ataları, beli iki qatlanmış Rəhman

kişi  yazıq  bir  üz  ifadəsiylə bir  az  irəli  addımlayıb,

onlara yalvardı:

– Qurban  olum,  atanızı  göz  görə-görə yerə

soxmayın!...

Zöhrə nənə hər iki əlini açaraq, qardaşlara sarı

uzatdı. Demək istəyirdi ki, “bıçaqları verin”.



25

– Verin bura! Bəsdirin, ayıbdır! Sizdən uşaqlar

nə götürəcək?!  Qeyrətiniz  varsa,  ana  sözünü  yerə

salmayın!

İkisinin  də əliyavaş-yavaş  boşaldı.  Bıçaqlar

Zöhrə nənənin əlində olanda, kənd camaatı irəli gə-

lib, onları bir-birindən uzağa apardılar.

Zöhrə nənə evə qayıdanda  Lalə təəccüblə

ondan soruşdu:

– Ay  nənə,  deyirdin  ki,  kəlağayını  yerə atmaq

olmaz...

Nənə gülümsündü:

– Hə, mənim balam, olmaz. Amma belə qırğın

düşəndə olar.  Kəlağayını  tapdalayıb  keçməsinlər

deyə...

Lalə tam  da  olmasa,  bu  kəlağayı  hikmətini bir



az  anladı.  Namus-qeyrət  simvolu  olan  kəlağayını

ancaq cavanlar arasında dava düşərkən yerə atmaq

olar. Deməli, kəlağayı həm də sülh simvoludur.

***


Mehmangil bir az olardı qayıtmışdılar. Lalə on-

lara  keçdi.  Çimnaz  Mehman  üçün  çay  süzüb

masaya qoymuş, özü isə mətbəxdə əri üçün yemək

bişirirdi. Mehman çayı nəlbəkiyə süzüb xortuldada-




26

xortuldada içərkən, bir tərəfdən otağın küncündəki

televizora  baxırdı.  Televizorda  bir  konsert  yayım-

lanırdı. Qalın səsli bir qadın oxuyurdu.

Lalə maraqla soruşdu:

– Bu kimdir?

– Rayadır… Yaxşı oxuyur, hə?

Laləyə bu qadının görkəmi və səsi qəribə gəldi.

Rusiyada  çox  müğənni  görmüşdü,  amma  beləsini

yox.


Arıq,  süni  qaralmadan  zənciyə oxşayan Ra-

yanın əynində göbəyi açıq olan gödək kofta və kə-

lağayıdan  tikilmiş  uzun  yubka  var  idi. Ətrafında

dörd yarıçılpaq qız rəqs edir, bir çubuğa bərkitdiləri

bənövşəyi butalı kəlağayıları dalğalandıraraq yerdə

sürüyürdülər.  Və Rayanın ətrafında  dövrə vurur-

dular. Əcaib  mahnı  sona  yetdi.  Qızlar  Rayanın

ətrafında  sıx  birləşərək,  kəlağayıları  birləşdirdilər

və bir növ ara pərdə yarandı. Birdən səhnənin hər

tərəfindən tüstü və alov çıxdı. Gurultulu alqışlar və

fit  səsləri  eşidildi.  Bir  neçə saniyə sonra  isə qızlar

aralaşdılar,  Raya  çimərlik  paltarında  göründü.

Onun kəlağayıdan olan yubkası isə yerdə idi…

Lalə təəccüblə üzünü çüvirib Mehmana baxdı.

– Mehman, bu neynirdi?



27

Mehman şaqqanaq çəkib güldü:

– Oxuyurdu da… İndi ən çox ona qulaq asırlar.

Qəşəy qızdı!

Lalə ilanvurmuş kimi donub, yerində qalmışdı.

Nə deyəcəyini  bilmirdi.  Raya əz əvvəlki  soyunma

səhnəsi ilə, uşağa sarsıdıcı bir zərbə vurmuşdu. Axı

bu soyunma səhnəsi nə mənaya gəlirdi? Həm də kə-

lağayı ilə…

Üstündən  bir-iki  ay  da  keçəcək,  Lalə Bakı  ya-

xınlığındakı  qəsəbəyə - Masazıra  köçəcəkdi.  Onun

həyatındakı yeni mərhələ burda başlayacaqdı. Yeni

ev,  yeni  məktəb,  yeni  adətlər…  Hətta  bir  gün

Rayanın konsertinə getmək üçün, valideynlərinə dil

tökəcəkdi.



28

Qonşu arvadıyla qorxulu yuxu

G

özlərinə inana bilmirdi. Necə olurdu ki, qon-

şu  olduqları  bir  il ərzində həmişə uzaqdan  yanıb-

yaxılaraq baxdığı,  rastlaşanda  isə adi  salam  ver-

məyə utandığı bu qadın indi yanında idi?

Yanında  deyəndə ki,  üstündə.  Üstündə de-

yəndə ki, qucağında... Qucağında deyəndə ki... Əşşi,

necə izah eləsən, yenə də Kazımın düşdüyü bu və-

ziyyəti təsvir eləmək çətin olar.

Qonşu  arvadı  ilə kipə-kip  birləşmişdi,  böy-

rəkləri  qadının  dizləri  arasında sıxıla-sıxıla  qalmış-

dı,  boynu,  sinəsi  və beli  cırmaq-cırmaq  olmuşdu...

amma  ağrıları  həzzə qarışaraq,  böyrək  nədir,  can

nədir,  dünyanı  belə yadından  çıxarmışdı  Kazımın!

İndi Kazım tamam başqa dünyanın sakini idi. Bəlkə

də Kosmosda uçurdu, özünün xəbəri yox idi.

Amma  yox,  o, Yerdə,  Azərbaycanda,  Bakının

M* kəndinin “Bələdiyyə” küçəsində idi və qonşu ar-

vadı ilə vacib bir məsələni həll edirdi. Amma niyə?

Nəyə əsasən? Və necə olmuşdu ki, Kazım hər gecə

öz xarabasında, öz arvadının yanında yatdığı halda,



29

birdən-birə gəlib  bu  canıyanmışın  qucağına  düş-

müşdü? Ya da ki, altına girmişdi... Ya da ki... Əsl zi-

bilə düşmək deyildimi bu?

Gərgin ehtiraslı anlar içində, Kazımın ağlına qı-

sa qapanma kimi ani gələn bu fikirlərlə, daha doğ-

rusu, cavabsız  suallarla əlləşməsi çox  çəkmədi  və

öz-özünə ürəyində “sonra”  deyib,  “indi”nin  ləz-

zətini çıxarmağı üstün tutdu.

Qonşu  arvadı  üstündə daha  da  acımasız  şə-

kildə atılıb-düşməyə, onu da cırnatmağa başlayırdı.

Kazım  bir  istədi  yanına  düşüb  qalan  qollarını

hərəkətə gətirsin, qucağındakı çılpaq qadının ağap-

paq bədənini, hamar və yumşaq sinəsini sığallasın,

lap xarici filmlərin qəhrəmanları kimi ikiəlli bu mə-

ləyin  döşlərindən  sıxıb arxası  üstə yıxsın,  mövqeyi

dəyişsin,  sonra  da  onu  qucağına  alıb  ayağa  qal-

dırsın...

Bax, məsələn, son illər ürəyində bir arzu yaran-

mışdı  Kazımın:  nə vaxtsa  gözəl  bir  gündə,  100

kiloluq arvadını qucağına alıb divara dirəyəcək, tər

su yerinə axacaqdı divardan... Lap təzə evləndikləri

günlərdə olduğu  kimi.  “Günlərdə”  deyəndə ki,

toydan 1 ay sonra olardı, hələ özündən 15 kiloqram

ağır  olan 75 kiloluq Tükəzi qucağına  alıb  divara



30

söykəmişdi, onda da beli sərpmiş və bu cür tryuk-

lar üçün yararsız hala düşmüşdü.

Bir  pələng  çevikliyi  ilə, Sadiqəni qucağına alıb

divara söykədi. İtələ ki, itələyəsən.

– Off,  Sadiqə, sən  nə yaman  şeysənmiş...  Ra-

simin  ağlı  yoxdu,  sənin  kimi  mələyi  qoyub  gedib

Rusyetə...

Sadiqə isə dinmir,  sadəcə xoş iniltilər  çı-

xarmaqla  yetinir  və uzun  dırnaqları  ilə onun  kü-

rəyini cırmaqlayırdı.

– Hə, Sadiqə... Belə... İndi qurtaracam...

– Kazım, ay Kazım!

– Can  Kazım,  de  görüm, canım  mənim,  Sadi-

qəm mənim...

– Canıva azzar, dur ə yuxudan!

Danq! Başına nəsə bərk şey dəydi.

Yerindən  dik  atıldı.  Tükəz əlindəki  qapa-

qovuranla ərinin başından necə ilişdirmişdisə, yazıq

Kazım bimirdi ufultuyla yerində qıvrılsın, yoxsa, nə

baş verdiyini ayırd edib tələsik bəhanə uydursun.

– Nə sadiqəbazlıqdı,  ay  oğrac?  Bu  nədi,  səsin

uşaqları da durğuzub yuxudan. Utanmırsən ə?!

Kazım dikəlib yerində oturdu.  Bir əlində qa-

paqovuran  tutan  arvadına,  bir  də qapının  ağzında



31

sual dolu nəzərlərlə duran  yarıyuxulu  oğlu  və qı-

zına baxdı. Bir anlıq utandı özündən. Amma indiyə

qədər ərinə əl qaldırmayan,  sadəcə deyinməklə ki-

fayətlənən  Tükəzin  indi  başına  tava  çırpması  ona

yer eləmişdi. İstədi, bir az şeşələnib valı dəyişdirsin.

– Özüvü yığışdır, azz. Sən xeyr ola...

– Kəs səsivi, düdük, - Tükəz yaman qızışmışdı.

– Sadiqə,  Rasim,  Rusyet...  Bu  nədi,  ay  oğrac...  Ol-

maya nəsə var?!

Kazım gördü ki, əks-hücum alınmadı, ona görə

də dərhal müdafiəyə keçdi.

– Vallah  arvad,  heç  nə yoxdu,  balarımızın  ca-

nıyçün heç nə yoxdu. Yuxudu də... Adi yuxu!

Tükəzin  iri  sinəsi  qalxıb-enir,  genişlənmiş  bu-

run pərlərindən çıxan fısıltı bütün otağı bürüyürdü.

Tükəz daha  dinmədi,  amma  üzünə baxanda  bi-

linirdi  ki,  bu  dəqiqə ərini  parçalamağa,  tikə-tikə

doğramağa belə hazırdır.

Kazım cəld  yerindən  durdu,  uşaqlara  “gedin

otağıvıza”  deyə çımxırdı,  onlar qapıdan  uzaq-

laşandan  sonra  isə, tələsik  çarpayının  yanındakı

stuldan  şalvarını  götürüb  geyindi.  Və arvadının

qəzəbli baxışları altında dəhlizə çıxdı.

– Tez elə, şirinçay-zad hazırla, işə gecikmişəm.



32

Tükəz  daha  heç  nə demədi.  Amma  ürəyində

dedi ki, “Kazım, bir də duxun var, hansısa pozğunu

öz yuxunda  gör”.  Hətta  Sadiqəni  belə tutub  cırıq-

lamaq barədə ani plan qurdu. Sonra isə dərhal fik-

rini dəyişdi. Ayıbdır, millət buna nə deyər? O yazıq

nə etsin ki...

İldırım sürəti ilə, bu sözlər də beynindən keçdi:

– Harası  yazıqdı  ki?  Dükançı  Eminlə gəzən

qancıq  mənim ərimlə də gəzər, hələ o  yana  da ke-

çər! Aaa, görəsən, bu həyasız ibnə başqa kişilərin də

yuxusuna girirmi?

***

Sadiqə on  bir  yaşlı  oğlu  Cümşüdü  qonşu  kü-



çədəki dükana göndərmişdi. Uşağa da belə deməyi

tapşırmışdı:  “Anam  deyir  ki,  bir  kilo  yağ,  bir  kilo

qənd, iki çörək, bir qutu da çay versin, bir saata özü

gəlib  pulunu  verəcək”. Əslində pul-zad  ver-

məyəcəkdi. Belədir ki, uşaqla göndərməyə pulu da

var idi... Amma məsələ başqa idi və uşağın həmişə

dükançı  Eminə dediyi  “anam  özü  filan  vaxta  gə-

ləcək”  sözləri bir ismarıc  idi.  Yəni  ki:  “Hazır  ol,

anam  gələcək  səni  bihuş  eləməyə!”...  Emin  də bu

“bihuş  olmağın” əvəzində Sadiqənin  nəinki ərzaq




33

borcunu  silir,  hətta  şəhərdən  aldığı ətir,  pomada,

pudra  və ya  başqa  bahalı  hədiyyələr  verirdi. Əsas

məsələ heç  hədiyyə də deyildi.  Emin  zorla  baş-

qasına ərə verilən  qonşu  qızı  Fəridənin  acısını  hə-

min dəqiqələrdə unudur, Sadiqə isə Rusiyada arvad

saxlayan ərindən  bu  yolla  qisas  alırdı.  Beləcə,  hər

ikisi başqalarına olan  acıqlarını  bir-birindən  çıxır-

dılar.

Həm  də ehtirasla...  Eminin  özü  demişkən:  “-



casına” və “-cəsinə”. Yaxşı, bəs niyə Sadiqə gələcəyi

xəbərini  Eminə telefonla  bildirmirdi ki? Əvvəla,

Rasim  ona  telefon  işlətməyə icazə vermirdi,  amma

o,  özü  üçün  gizli  bir mobil telefon  almışdı. Və bu

telefonu  da  çox  nadir  hallarda  istifadə edirdi.

Gecələr  uşaq  yatandan  sonra,  ya  da  səhər  tezdən

lazım  olardı.  Gündüzlər  isə xəbər  aparıb-gətirmək

üçün Cümşüd var idi. Və belə daha maraqlı idi. O,

Moskvadakı uşağını Bakıdakı uşağından əziz tutan

kişidən  ikiqat  qisas  alırdı.  Onun  belindən  gələn

övlad  da  bu  xəyanətin,  bu  intiqamın  iştirakçısına

çevrilmişdi.  Sadəcə görüş xəbərlərini aparıb-gə-

tirməklə.

Uzun  qamətli,  qara  buruq  saçlı,  ağ  sinəli,  bə-

dəni  çox  da  kök  olmayan,  amma  iri  döşləri,  ağ



34

əndamı, ətli  dodaqları  və badamı  qara  gözləri  ilə

hər  yanından  keçdiyi  kişini  özünə tamarzı  edən

Sadiqənin də dərdi var idi. Bu dərdin adı Rasim idi

- ilk  illər  dolanışıq  üçün  Rusiyaya  gedən,  sonrakı

illərdə isə sadəcə ikinci  dəfə ailə qurub  birinci  ai-

ləsini unudan əri. Onu qaytara bilmirdisə də, öz alə-

mində belə cəzalandırırdı.

Hətta  Eminin  üstündə vəhşi  kimi  atılıb-düş-

düyü  anlarda  da  bu  sözləri  deyirdi:  “Ala, Rasim!

Bax, Rasim. Ay, Rasim... Səni sevirdim axı!”... Emin

əvvəlcə bu sayıqlamalardan qorxmuşdu, amma son-

ra  məsələnin  nə yerdə olduğunu  anlayıb  öyrəşdi.

Hətta Sadiqə onunla sevişəndə “Can Emin” dediyi

zaman  üzünü  turşudur,  “ərini  nə tez  unutdun,

azz?” deyərək qonşu arvadına tərbiyə verirdi.

Rasim ailəsinə nə qədər biganə olsa belə, tez-tez

maraqlanırdı, mobil telefon işlətməyə icazə vermir,

ev  telefonuna  gələn  zənglərin  siyahısını  da  Bakıya

gələndə ATS-dən  çıxarırdı. Hətta  Sadiqənin  tez-tez

Eminin yanına getməsi, ondan sonra dükanın bağ-

lanması  da  qulağına  çatmış,  ötən  həftə evə zəng

edib arvadını hədələmişdi.

Uşaq  mağazada  olarkən,  Sadiqə duş  almağa

girmiş,  özünü  bu  həftəlik  görüşə hazır  edirdi.



35

Əslində Sadiqə elə də gəzəyən qadın deyildi. Sadəcə

həftədə bir  dəfə Eminlə görüşürdü,  başqa  heç  nə.

Hə.. Bir də ki, aradabir Rasimin dostu Zülfüqar qo-

naq  gəlirdi.  Onda  da  təsadüfən,  heç  özü  də is-

təmədən,  bir  il əvvəl  bu  evə təzə köçdükləri  gün-

lərdə ilişmişdi.  Rasim  özü  tələsik  Moskvaya  uçan

günün səhərisi Zülfüqar məhz onun tapşırığı ilə bu

evə təzə çilçırağı  quraşdırmağa  gəlmiş,  bu  an  Sa-

diqənin  xalatının  kəməri  açılmış, Zülfüqar  da  gör-

düyü  mənzərədən  dəli  olub  gəlinbacısının  üstünə

atılmışdı. Və o gündən bu günə, Sadiqə heç özü də

bilmədən... Hə, harda qalmışdıq, elə bu arada Cüm-

şüd hövlnak içəri girdi, qaça-qaça düz hamamın qa-

pısının ağzında dayandı.

– Ay mama, ay mama!

Sadiqə tez  duşun  səsini  kəsdi,  tələsik  qətifəyə

bürünüb başını qapıdan çıxardı.

– Nolub, dədə?

Rasim  oğluna  atasının  adını  qoymuşdu,  ona

görə də,  Cümşüdə hamı  “dədə”  deyirdi.  Hətta

qonşular da.

– Nolacaq, Səməd məhlədə ağzına gələni danı-

şır!


Sadiqə heyrətləndi.


36

– Səməd kimdi, a bala?

Qaraşın, qırmızı yanaq və toppuş bir uşaq olan

Cümşüdün  qara  gözləri  bərəlmişdi.  At  kimi  töv-

şüyürdü.

– Ay  mama,  Tükəz  xalanın  oğlu  da.  Uşaqlara

deyib  ki,  atam  yuxuda  Sadiqə xalanı  görüb.  Onlar

da mənə lağ edib gülürlər.

Sadiqəni sanki ildırım vurdu.

– Vaxsey!  Tez  get  Səmədi  çağır  bura,  ona  tap-

şırım ki, belə gic-gic şeyləri danışmasın.

Uşaq ağlamsınmışdı.

–Ay mama, hamı danışır ey...

Sadiqənin səsi daha da sərtləşdi.

– Get uşaqların hamısını yığ gətir.

Uşaq  donquldana-donquldana  çölə çıxdı,  Sa-

diqə isə cəld  geyinib  üzünü-gözünü  səliqəyə saldı.

Beş dəqiqə sonra qonaq otağında beş-altı oğlan uşa-

ğı  var  idi.  Amma  Səməd  qorxusundan  gəlməmiş,

qaçıb evə getmişdi.

Sadiqə pulqabından  bir  dəstə manatlıq  çıxarıb

Cümşüdə verdi.

– Ala, hərəsinə iki manat ver, - sonra ciddi sifət

alıb  uşaqlara  xəbərdarlıq  etdi, - Yekə oğlanlarsız,

hansısa  başıxarab  nə deyirsə,  siz  buna  qulaq  as-



37

mayın, danışmayın. Cümşüd də bir kişinin oğludu.

Heç bilirsiz, Rasim əmi xəbər tutsa nə edər? Bütün

məhləni  qırar!  Eşitdiz?  Bir  də belə şeylər  eşit-

məyim!

Uşaqlar  “Baş  üstə,  Sadiqə xala”  deyib,  ac-



gözlüklə Cümşüdün payladığı pulları alıb ciblərinə

dürtüşdürdülər.

- Bax, belə! Evdə də heç nə deməyin, sabah da

sizə dondurma  alacam.  Səmədə də qulaqburması

verin, bir də elə qələt eləməsin.

Cümşüd  də əlində qalan  üç  manatı  özünə

saxladı, uşaqlar hamısı bayıra çıxdılar. Sadiqə Cüm-

şüdün  də bayıra  çıxdığını  görəndə arxadan  səs-

ləndi:

– Dədə,  sən  gəl  bura  görüm! Dediyimi Emin



əmiyə çatdırdınmı?

– Emin əmi dükanda yoxdu, ay mama, dükanı

da  bağlayıb  gedib  rayona.  Suğra  xalayla  Məmməd

Əmini aparıb qayıdacaqmış.

– Yaxşı,  onda  özüm  gedib  “İ-Market”dən  ba-

zarlıq  edərəm. Sən  get  oyna  bala,  mənim  evdə az-

maz işim var.

Sadiqənin  “İ-Market”  dediyi  yer  Eminin  qatı

düşməni,  onun  nakam  məhəbbəti  Fəridənin  atası



38

İsfəndiyarın obyekti idi. “Mini-market” tipli bu ma-

ğaza  küçədən  bir  az  aralıda,  maşın  yolunun  kə-

narında  idi.  Vaxt  var  idi,  bütün  yaxın  küçələrin

sakinləri İsfəndiyarın mağazasından bazarlıq edirdi.

Baha olsa da, nisyə mal verirdi. Amma ondan nisyə

mal  alan  adam  borcunu  bir  aydan  çox  gecikdirsə,

borcunun  üstünə faiz  gəlirdi.  Ona  görə də,  İsfən-

diyarı  bu ərazidə kimsə sevmir,  “sələmçi”  kimi

tanıyırdılar. Əvvəl  ondan  çəkinirdilər,  amma  kasıb

uşaq  kimi  tanıdığı,  “bir  dəri,  bir  sümükdür”  deyə

qızını vermədiyi Emin düz qapısında mağaza açan-

dan  sonra  İsfəndiyarın  bazarı  ölmüşdü.  Emin  on-

dan-bundan borc alaraq dükan açmış, qiymətləri də

ucuz eləmişdi ki, “İ-Market”in bazarı zəifləsin. Düz

üç ay olardı ki, Eminin ticarətə girişməsi İsfəndiyarı

dəli eləmişdi. Və qərara almışdı ki, bu cüvəllağının

qulağını bursun. Amma necə? Necə olacaqdı, Emi-

nin  Sadiqə ilə yatıb-qalxması  şayiə kimi  də olsa,

küçədə hamıya  məlum  idi.  Sadəcə əlverişli  fürsət

olmalı idi ki, Emini ilişdirib Rasimlə üz-üzə qoysun.

Rasim də ki, neçə aydır – qışdan bəri öz xarabasına

gəlmək bilmirdi.

Lopa  bığlı,  daz  başlı,  50  yaşlarında  olan  İsfən-

diyar kişi uzaqdan burcuda-burcuda gələn Sadiqəni



39

görəndə təəccübləndi. “Nə əcəb, bu matah biz tərəfə

də gəlir”, - deyə öz-özünə donquldandı.

Uzun ətəkli,  amma  sinəsi  döşlərinin  arası  gö-

rünəcək qədər açıq olan mavi don geyinmiş Sadiqə

mağazanın  qapısından  girəndə,  İsfəndiyar  piştax-

tanın arxasından çıxıb qabağına qaçdı.

– Salam, ay  gəlin,  necəsən?  Eşitdim  çoxdandı

naxoş idin?

Sadiqə çaşbaş halda:.

– Nə naxoşluq, ay İsfəndiyar əmi?

– Nəbilim, uşaqlardan soruşdum ki, bizim gəlin

görünmür,  köçüblərmi?  Dedilər  naxoşlayıb,  evdən

bayıra çıxmır, – İsfəndiyarın irişə-irişə dediyi sözlər

Sadiqəni  sancdı.  Kişi  qarşsındakı  gəlinin  tutul-

duğunu  hiss  edəndə daha  da  ürəkləndi. – Əslində

elə gəlin  evdə oturmalıdır  də....  Amma  insafın  ol-

sun,  uşağı  arada  biz  tərəfə də yolla,  pay-puşunu

göndərək!

Sadiqə məsələni  anladı.  Nəsə sərt  bir  söz de-

məyə çaışdı, amma bilmədi nə desin. Odur ki, guya

utana-utana dilləndi:

– Eh, İsfəndiyar əmi, Rasim gedəndən, evdə hər

iş mənim boynuma  düşüb.  Durub  turba-zad  dü-

zəldirəm evdə... Bir az naxoşlamışdım. Cümşüd də



40

uzaqlığı bəhanə edir, gedib Emindən alır şey-şüyü.

Həmin o oğlan da.. Sən tanıyırsan.

“Sən  tanıyırsan”  cümləsi  İsfəndiyarı  silkələdi.

Qızı  Fəridənin  toy  günündə Eminin  restorana  içib

gəlməsi,  dava-dalaş  salmasını  xatırladı.  Onda  qar-

daşı  uşaqları  Emini  yaxşıca  çırpmışdılar,  amma

İsfəndiyarın hirsi soyumamışdı. Tüfəng götürüb bir

dəfə Eminin  üstünə də getmişdi.  Amma  Eminin

atası  Məmməd  də köhnə hərbiçiydi – İsfəndiyarı

əlində qumbarayla qarşılamışdı. Və bununla da, İs-

fəndiyar suyu süzülə-süzülə evə qayıtmışdı.

İsfəndiyar  daha  heç  nə demədi,  Sadiqənin  nə

istədiyini soruşub  tələsik  yola  saldı.  Amma  Sadiqə

mağazadan  çıxmağa  hazırlaşanda  Tükəzin  içəri

girməsi  ab-havanı  daha  da  ağırlaşdırdı.Tükəz  Sa-

diqəni görən kimi, onun qolundan yapışdı.

– Bura  bax,  ay  lotu, bizim  uşağı  niyə döy-

dürmüsən?

Sadiqə yenə çaş-baş qaldı. Nə döydürmək? Və

birdən  anladı  ki,  ondan  pul  alan  qonşu  uşaqları

həvəsə gəliblər, Səmədi bir qırağa çəkib əzişdiriblər.

Amma özünü o yerə qoymadı.

– Ay qonşu, bu nə danışıqdı, hansı lotuluğumu

görmüsən? Kimi döydürmüşəm, axı?



41

Balacaboy olsa da, yekə qarnı, yoğun ətli qolları

olan və daim belinə şal bağlayıb gəzən Tükəz daha

kükrədi:


– Ağəz, lotuluqlarıvı saysam, qurtarmaz ey! Sən

kimsən, uşaqlara pul verib demisən ki, Səmədin qu-

lağını burun, hə?

İsfəndiyar da, Sadiqə də özlərini itirmişdilər. İs-

fəndiyar  narahat  idi  ki, bu  dəqiqə mağazası  dar-

madağın  olacaq.  Sadiqə isə dükanın  ortasında

saçları yolunmaqdan qorxmağa başlamışdı.

– Ay  Tükəz  bacı,  ona-buna  deyirdi  ki,  atam

Sadiqəni yuxuda görüb. Mən də həm onu, həm də

başqa  uşaqları  evə çağırdım  ki,  başa  salım.  Başa

salım ki, ayıbdı belə şeyləri danışmaq. O da qorxdu,

gəlmədi. Mən nə bileydim ki...

Tükəz düz Sadiqənin çənəsinin altına qədər gə-

lərək, yerindən tullanırmış kimi, onun sözünü kəsib

çımxırdı:

– Uşaq neynəsin, ağəz? Uşaqdı da... Sən də yax-

şı gəlinsən, onun-bunun yuxusuna girmə.

Sadiqə qəhqəhə çəkdi. Amma Tükəzin daha da

hirslə onun  üstünə gəlirmiş  kimi  qollarını  çar-

pazlayıb sinə gərməsindən narahat oldu. Qarşısın-

dakı tosun qadını  itələyə bilməyəcəyini  anlayaraq,



42

bir  addım  geri  çəkildi. Əslində Tükəz də mənasız

söz  işlətdiyinin  fərqində idi,  amma  ortada  şərəf

məsələsi  var  idi  və əvvəlcə ərinin  yuxusuna  girən,

sonra da doqquz yaşlı oğlunu döydürən bu həyasızı

“nokaut” eləməliydi.

Sadiqə qapıya doğru  gedərək,  Tükəzə bax-

madan dedi:

– Sənin ərin xalxın arvadını niyə yuxuda görür,

get ondan soruş!

Tükəz qollarını yanlarına qoyub, Sadiqənin ar-

xasınca çığırdı.

– Ay ləçər, ay lotu... Zato, mənim ərim arvadını

atıb nataşaların yanına getməyib!

Sadiqə özünü  eşitməzliyə qoyub  mağazadan

çıxdı.  Arxada  isə gərgin  müzakirə gedirdi.  Tükəz

bütün olanları  məsələdən  bixəbər  İsfəndiyara

danışır,  o  isə hiss  etdiyi  ləzzəti  gizlədərək,  qaş-

qabaqla başını bulayırdı. Həmin gün axşama qədər

bu  söhbət  bütün  küçəyə,  sonra  da  başqa  küçələrə

yayıldı.  Biabırçılıq  idi.  Amma  kimin  günahkar  ol-

duğu hələ dəqiq deyildi. Tükəz ərinə hirsli olsa da,

onu özgənin ayağına vermirdi:

– Ərim neynəsin? Kişidi də... Yəqin, bu lotu ona

göz-qaş atıb, yazıq Kazımın da ağlı qarışıb. Bəlkə də



43

cadu-zad eləyib, bilmək olmaz... Mən görürəm, çox-

dan bizim kişini qıyqacı süzürdü...

Yazıq Sadiqə isə Kazımın üzünü əməlli-başlı x-

atırlamırdı. Amma bilirdi ki, mebel sexində usta iş-

ləyən Kazım çox eybəcər kişidir və qonşu arvadlar

tez-tez öz aralarında “Tükəzin meymun əri” deyir-

dilər. Amma bu yuxu söhbətindən sonra, Sadiqənin

özündə də ona qarşı maraq yaranmışdı. Hərdən Tü-

kəzin həyasızlığını xatırlayıb gülümsünür, öz-özünə

deyirdi:

– Görəsən, yuxuda nə görüb? Nə eləmişik? Am-

ma pis olmazdı ha... Tükəzə od qoyardım.

Amma  sonra  özünü  yığışdırır,  “Bircə bu  ça-

tışmırdı”  deyərək,  fantaziyalarını  idmançı  bədənli,

yaraşıqlı Eminə yönəldirdi.

***

Axşama  bütün  qonşular  Kazımın  yuxusundan



danışırdı.  Qadınlar  narahat  idi  ki,  birdən  onların

kişiləri  də yuxuda  bu  gəlini  görər,  biabırçılıq  olar.

Elə o  kişilər  də narahat  idi  ki,  niyə Sadiqə onların

yox,  Kazımın  yuxusuna  girir.  Elə həmin  gecə mö-

cüzə baş verdi. Amma möcüzənin xəbəri səhər çıx-

dı.



44

Gecə içkili  halda  toydan  qayıdıb  qonaq  ota-

ğında  yatan  Kazım,  səhər  tezdən  qonşu  arvad-

larının  həyətdən  gələn  səsinə oyandı.  Fatma,  Xey-

ransa  və Səmayə adlı  qonşu  arvadları  “Tükəz,  ay

Tükəz”  deyə çağırır,  hamısının  da  səsindən  və

üzündən hövsələsizlik, əsəb yağırdı. Kazım gözünü

ovuşdura-ovuşdura  pəncərənin  yanında  durdu,

amma səsini  çıxarmadı.  Bilirdi  ki,  arvad  söhbətini

kənardan izləmək və dinləmək daha faydalı olar.

Donquldana-donquldana  yataq  otağından  qa-

pıya doğru qaçan Tükəz əynindəki xalatın kəmərini

bərkidib üzünü qonşu arvadlarına çevirdi:

– Nə var, azz? Nolub, səhər-səhər nə xəbərdi?

Birinci Fatma danışdı:

– Nə olasıdı, ay bajı, bu qanjıx bizim Ələs-gərin

yuxusuna girifdi.

Sonra Xeyransa söhbətə qarışdı:

– Tükəz, bu nə bəladı, bizim qoca Kərim də yu-

xuda “Sadiqə, Sadiqə” deyirdi.

Onun sözünü iki oğlu da nişanlı olan dul qadın

Səmayə kəsdi:

– Mənim öz yuxuma girib o lotu. Hə-dələyirdi

məni. Deyirdi, oğlanlarını az təriflə, bir göz eləsəm,

ikisinin də nişanı pozular!



45

Tükəzin  dəhşətdən  dili-dodağı  qurumuşdu.

Elə, içəridən söhbəti dinləyən Kazımın da...

Elə bu vaxt Sadiqə uşağın yatmasından istifadə

edərək, tələsik  Eminin  dükanına  getmiş,  rayondan

təzəcə gələn  Emindən  məsləhət  istəmişdi.  Qərara

gəlmişdilər  ki,  bir  neçə gün  görüşməsinlər,  amma

Emin dükana gəlib-gedən qonşuları sakitləşdirməli,

yuxulara  inanmamağa  çağırmalıydı.  Amma  fay-

dasız...  Yuxu  söhbəti  acı  bağırsaq  kimi  uzanıb  ge-

dirdi. Emin demişdi:

– Ceyran,  ehtiyatlı  ol!  Bu  söhbətlər  hamımız

üçün “-casına” və “-cəsinə” qurtara bilər!..

***


Kazımın Sadiqəni yuxuda görməsindən üç gün

keçirdi.  Artıq  küçədə bığ  yeri  təzə tərləyən  yeni-

yetmələr belə, hər səhər dostlarına yuxuda Sadiqəni

gördüklərini deyir, hərəsi də bir cür süjetli əhvalat

uydurub danışırdı. Sadiqəni yuxuda görmək qürur

əlaməti  olmuşdu.  Hətta  yuxusunda  hansısa  qadını

görən  başqa  küçələrin  cayılları  da  "Bələdiyyə"  kü-

çəsinə axışırdı ki, yuxudakı o qadının Sadiqə olub-

olmadığına əmin  olsunlar.  Bu  isə küçənin  qa-



46

dınlarını dəli edirdi. Bəs necə? Qeyrət-namus əldən

gedirdi! Bir yol tapılmalıydı! Axırda Fatma xala ilə

Xeyransa  xala  hardansa  Rasimin  Rusiya  nömrəsini

tapdılar,  zəng  edib  dedilər  ki:  "Tez  elə,  dur  gəl,

arvadıvı xalxın yuxularından yığışdır!"

Rasim  onların  nə demək  istədiyini  anlamadı.

Fatma  bir  ağız  danışıb  telefonu  Xeyransaya  verdi,

Xeyransa da cır səsi ilə şaxsey-vaxsey qaldırıb tele-

fonu Fatmanın üstünə atdı. Axırda kontur bitdi, am-

ma Rasim anladı ki, arvadı nəsə düz iş görmür.

Onda İsfəndiyarın telefon nömrəsi var idi, cəld

ona yığdı.

– Ay  İsfəndiyar əmi,  nə məsələdir?  Qonşu  ar-

vadları  mənə zəng  eləmişdilər.  Vay-şüvəndən  heç

nə anlamadım.

İsfəndiyarın əlinə fürsət düşmüşdü, amma özü-

nü baiskar çıxarmaq istəmədən nəm-nüm elədi.

– Qardaşoğlu, necə deyim... Biz M* kəndini ta-

nımırsan? Burdan asqırırsan, o başda eşidirlər...

– Yaxşı,  nə məsələdir?  Omaya  bizim  arvada

kimsə sataşıb?

– Necə deyim ey... Bu dükançı Emin var ha...

Rasimin səbri daraldı.

– Hə, tanıyıram, nə qələt edib?



47

– Əşşi.. Bir az özünü yaxşı aparmır. Necə deyim

ey,  subay  oğlandır,  söz  qoşur  ki,  ay  filan  gəlinin

məndən xoşu gəlir...

– Bəsdi,  başa  düşdüm,  ilk  reyslə Bakıya  uçu-

ram! – Rasim əsəbi halda dəstəyi asdı, İsfəndiyar isə

kefikök  halda  soyuducudan  bir  pivə götürməyə

getdi.


***

Kazımı  kim  içirtmişdi  belə?  Niyə bu  qədər  iç-

mişdi? Və niyə evə səhərəyaxın gəlirdi? Yaxşı, tak-

sini  burda  niyə saxlatdırıb?  Öz  qapısına  hələ var

idi... Amma Rasimin qapısını döyürdü.

– Sadiqə,  ay  qız!  Eşiyə çıx  görək,  sənə sözüm

var...

Kazım  sözləri  ağzında  çeynəyərək,  hıçqıra-



hıçqıra danışırdı.

Sadiqə əynində xalat çıxdı qapıya. Qorxa-qorxa

qapını açıb sərxoş Kazımı gördü. Bunun nə iti azıb

burda?  Həm  də elə mərəkə qaldırıb  ki,  bütün

qonşular indi yığışacaq.

– Qonşu, nə lazımdır?

– Sən lazımsan, mələyim!



48

Kazım  darvaza  qapısını  zorla  itələyib  özünü

içəri,  daha  doğrusu  Sadiqənin  üstünə atdı.  Sadiqə

müqavimət  göstərib  onu  üstündən  atmağa  çalışdı,

amma  Kazım  artıq  xalatın  yaxasını  açmış,  başını

onun döşləri aasına soxmuşdu. Əlləri ilə Sadiqənin

qollarını  yerə sıxmış,  ayaqlarını  da  qatlayıb

qıçlarının  üstündə oturmuşdu.  Sadiqə hərəkət  edə

bilmirdi.  Amma  qışqırmağa  da  cəsarəti  çatmırdı.

Lakin  üfunətli  araq  qoxusu  onu  necə iyrəndirdisə,

var  gücünü  toplayıb  onu  itələdi  və çığıraraq  evə

qaçdı.


Kazım  da  onun  arxasınca  durub  qaçmağa

çalışarkən... Danq! Tükəz qapaqovuranla özünü çat-

dırmışdı. Kazım tirtap yerə sərilmişdi. Ev qapısının

ağzında  xalatını  səliqəyə salan  Sadiqə isə qəzəbli

Tükəzə uzaqdan-uzağa yalvarırdı.

– Vallah, Tükəz bacı, mən heç nə eləmədim...

– Kəs  səsini,  ləçər,  bütün  məhlənin  yuxusunu

qarışdırmısan... Sürüyəcəm səni!

Xeyransa,  Fatma  və Səmayə də özlərini

çatdırmışdılar. Hamısı da qollarını çırmalayıb? Hü-

cuma hazırlaşırdılar ki...

– Ay qonşular,  Rasim  gəlib,  Emini  dükanın

qabağında it kimi çırpır!



49

Bu  xəbər  hamını  bir  anda  ayıltdı.  Hətta  yerdə

sərilmiş Kazım da başını qaldırıb oğluna baxdı, nəsə

zaryıb yenə üzüqoylu yıxıldı.

Rasim  aeroportdan  birbaşa  qonşu  küçəyə

gəlmiş, Emini yuxudan durğuzub elə həyətdəcə, elə

Eminin  özü  demişkən,  “-casına”  və “-cəsinə”

döyürmüş.

Hay-küyə yığışan  küçənin  sakinləri,  elə Sadi-

qənin özü də əynini geyinib ora qaçdılar. Və tələsik

sözü  bir  yerə qoyub  qərara  gəldilər  ki,  Rasimi  bir-

təhər  sakit  etsinlər,  qan  axmasına  imkan  vermə-

sinlər.

Kazım  isə yazıq idi,  iki  uşaq  atasını zibilə



salmaq günah olardı!


50

Kitabın davamını oxumaq

üçün almaq lazımdır. Link:

http://kitabevim.az/index.

php?route=product/product

&product_id=3160



Yüklə 345,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə