Ruslan Mirzəyev ✵ Beynəlxalq Kommersiya Arbitrajında ictimai qayda: Azərbaycan perspektivi



Yüklə 111,16 Kb.

tarix01.09.2018
ölçüsü111,16 Kb.


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

84 

 

Ruslan Mirzəyev





 

Beynəlxalq Kommersiya Arbitrajında 

ictimai qayda: Azərbaycan perspektivi 

Annotasiya 

Arbitraj mübahisələrin həll edilməsinin xüsusi metodu olaraq, heç də hər zaman 

arbitraj  qərarları  müvafiq  dövlətlərin  qanunlarına  və  hüquqi  maraqlarına 

uyğun olmur. Bu problemlərdən yayınmaq üçün konvensiyalar, milli qanunlar və 

model qanunvericilik aktları ictimai qayda konsepsiyası şərtini qoyur. Arbitraj 

qərarları arbitrajın yerləşdiyi və ya ev sahibi dövlətin ictimai qayda şərtlərinə 

uyğun olmalıdır. Buna baxmayaraq, başqa dövlətlərdən fərqli olaraq Azərbaycan 

Respublikasının qanunvericiliyi ictimai qayda şərtini irəli sürmür. Bunun əvəzinə 

Azərbaycan  Respublikasında  arbitraj  qərarları  Azərbaycan  Respublikasının 

Konstitusiyası ilə uyğunluq təşkil etməlidir. Bu məqalə, bu cür qanunvericiliyin 

dövlətin suverenliyinə və rifahına yaratdığı riskdən və digər dövlətlərin məhkəmə 

qərarları  və  qanunvericilik  təcrübəsini,  alimlərin  fikirlərini  və  beynəlxalq 

təşkilatların ictimai qayda konsepsiyasına dair şərhlərini müzakirə edir.  

Summary 

As  arbitration  is  a  private  method  of  adjudication,  arbitral  awards  are  not 

always in compliance with the laws and legitimate interests of relevant states. In 

order  to  avoid  such  problems  conventions,  national  laws  and  model  laws 

stipulate public policy rule. Arbitral awards are required to be in compliance with 

the  public  policies  of  states  of  lex  arbitri  or  host  states.  However, unlike  most 

other  countries  the  legislation  of  Azerbaijan  Republic  does  not  stipulate  the 

public policy rule. Instead in Azerbaijan Republic arbitral awards are required to 

be  in  accordance  with  the  Constitution  of  Azerbaijan  Republic.  The  article 

discusses the risks such a state of legislation may pose on the sovereignty and 

welfare of the country and analyzes laws and court decisions of other countries, 

and opinions of scholars and international organizations, on interpretation of 

the public policy rule. 

 

u konsepsiyanı milli qanunvericiliyə daxil etməkdən imtina etməsinə 

baxmayaraq, Azərbaycan Republikası üzərinə götürdüyü beynəlxalq 

öhdəliklərlə  bağlı  bu  konsepsiya  ilə  üzləşməli  olur.  “Beynəlxalq 

arbitraj  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  Birləşmiş  Millətlər 

Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) 1985-

ci  il  redaksiyadakı  Beynəlxalq  Kommersiya  Arbitrajı  üzrə  Model  Qanunu 

əsasında  tərtib  olunmuşdur.  Qeyd  edilən  qanun  1999-cu  ildə  Azərbaycan 

Respublikası Milli Məclisi  tərəfindən qəbul olunarkən, 34.2 b (ii) və 36.1 b (ii) 

maddələri  istisna  olmaqla  Model  Qanuna  heç  bir  digər  əsaslı  dəyişiklik 

edilməmişdir.

1

 Model  Qanunun  34.2  b  (ii)-ci  maddəsi  arbitraj  qərarlarının 



mübahisələndirilməsi  üçün,  36.1  b  (ii)-ci  maddəsi  isə  arbitraj  qərarlarının 

tanınması  və  icrasından  imtina  üçün  əsaslardan  biri  kimi  arbitraj  qərarının 

                                                            

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, Mülki proses və Kommersiya hüququ kafedrasının 



müəllimi, Hüquq üzrə fəlsəfə doktoru 

1

 "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikası Qanunu, №: 757-IQ, 18.11.1999 



 

 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

85 

 

ictimai  qaydaya  uyğun  olmamasını  göstərir.  Qeyd  etmək  lazımdır  ki,  Model 



Qanunun  36.1  b  (ii)-ci  maddəsi  Azərbaycanın  da  qoşulduğu  “Xarici  arbitraj 

qərarlarının tanınması və icrası haqqında” 1958-ci il Nyu-York Konvensiyasının 

V. 2 (b) maddəsi ilə eyniyyət təşkil edir.

2

 Yəni, Model Qanun və Konvensiyanın 



müvafiq  maddələri  arbitraj  qərarlarının  aidiyyəti  dövlətin  ictimai  qaydasına 

uyğun olmasını tələb edir. Lakin, Milli Məclis Azərbaycan Respublikası üçün yeni 

olan  ictimai  qayda  konsepsiyasını  qanunvericiliyə  daxil  etməmək  qərarına 

gəlmiş və qanunun 1999-cu ildə qəbul olunan versiyasında arbitraj qərarlarının 

ictimai  qaydaya  deyil,  ümumilikdə  Azərbaycan  Republikası  qanunvericiliyinə 

uyğun olması tələbini müəyyən etmişdir. Belə bir müddəa digər bir çox ölkələrin 

qanunvericiliyi ilə müqayisədə konservativ bir addım idi və beynəlxalq arbitraj 

qərarlarının  Azərbaycan  Respublikası  qanunvericiliyinin  bütün  imperativ 

normalarına  uyğun  olmasının  tələb  edirdi.  Arbitraj  qərarının  hər  hansı  bir 

imperativ normaya zidd olması onun etibarsızlığına və ya onun tanınmasından 

və icrasından imtina olunmasına səbəb ola bilərdi. Lakin, 2005-ci ildə Milli Məclis 

qeyd  edilən  qanuna  dəyişiklik  edərək,  beynəlxalq  arbitraj  qərarlarının  bütün 

qanunvericiliyə  deyil,  yalnız  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğun 

olması  barədə  müddəanı  qanuna  daxil  etdi.

3

 Nəticə  etibarı  ilə,  Azərbaycan 



Respublikası  davamlı  şəkildə  ictimai  qayda  konsepsiyasını  milli  arbitraj 

qanunvericiliyinə daxil etməkdən imtina etdi. 

   

Beynəlxalq  arbitraj  qərarının  mübahisələndirilməsi  və  ya  tanınma  və 



icrasından  imtina  olunması  üçün  Konsitusiyaya  və  ya  ictimai  qaydaya 

uyğunluğun  hansının  daha  geniş  əhatə  dairəsinə  malik  olduğu  bəlli  deyil,  bu, 

onların  şərhindən  asılıdır.  Lakin  aşağıda  aparılan  analiz  göstərir  ki,  adətən 

ictimai  qayda  daha  geniş  anlayışdır  və  konstitusiyaya  əməl  olunması  da  onun 

tərkib hissəsidir. 

   


UNCİTRAL  Model  Qanununu  belə  bir  dəyişikliklə  qəbul  edərək 

Azərbaycan  Respublikası  həm  Respublika  ərazisində  arbitraj  prosesi 

keçirilərkən,  həm  də  xarici  arbitraj  qərarları  Respublikada  icra  olunarkən  öz 

ictimai  qaydası  ilə  bağlı  tələblərindən  imtina  etmişdir.    Çünki,  Azərbaycan 

Respublikası  ərazisində  qəbul  olunan  arbitraj  qərarının  mübahisələndirilməsi 

zamanı  yalnız  “Beynəlxalq  arbitraj  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu  tətbiq  olunur.  Xarici  arbitraj  qərarlarının  Azərbaycan  ərazisində 

icrasına münasibətdə isə Nyu-York Konvensiyasının müddəasına uyğun olaraq 

yenə  də  “Beynəlxalq  arbitraj  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 

tətbiq olunur. Baxmayaraq ki, Konstitusiyaya əsasən Azərbayca Respublikasının 

qoşulduğu  beynəlxalq  sazişlər  və  qanunlar  arasında  ziddiyyət  yaranarsa, 

beynəlxalq sazişlər tətbiq olunur

4

, Nyu-York Konvensiyası maraqlı tərəfə imkan 



verir ki, daha əlverişli qaydaya (rejimə) istinad etsin

5

. Konvensiyanın müddəası 



ikimənalı oxunsa da, burada maraqlı tərəf dedikdə xarici arbitraj qərarını icra 

                                                            

2

 “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Konvensiyaya qoşulmaq barədə 



Azərbaycan Respublikası Qanunu, № 734-I, 9 Noyabr, 1999 

3

 “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi 



barədə Azərbaycan Respublikasının Qanunu, №: 915-IIQD, 10.05.2005 

4

 Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 151. 



5

 New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, Article 

VII. (June 10, 1958) 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

86 

 

etmək üçün müraciət  edən  tərəf nəzərdə tutulur.



6

 Bu qayda  həm də Nyu-York 

Konvensiyasının “daha əlverişli hüquq müddəası” adlanır. Bu səbəbdən də, əgər 

milli  qanunvericilik  xarici  arbitraj  qərarlarının  tanınması  üçün  daha 

əlverişlidirsə, arbitraj qərarının icrasında  maraqlı olan tərəf  Konvensiya deyil, 

sadəcə milli qanunvericiliyin əsasında qərarın icrası üçün müraciət edə bilər. Bu 

müddəa  Azərbaycana  tətbiq  edildikdə  isə  nəticə  belədir:  əgər  xarici  arbitraj 

qərarı  Azərbaycan  Respublikasındakı  ictimai  qaydaya  ziddirsə,  lakin 

Konstitusiyaya  uyğundursa,  qərarın  icrasında  maraqlı  olan  şəxs  milli 

qanunvericiləy istinadən qərarın icrasının tələb edə bilər. 

   

Mövcud  qanunvericiliyin  hazırkı  vəziyyətinin  müsbət  cəhəti  ondan 



ibarətdir  ki,  qanun  mücərrəd  bir  ictimai  qaydaya  deyil,  məlum  bir  sənədə, 

Azərbaycan Respublikasının Konstitusiyasına istinad edir, bununla da arbitrajın 

keçirilməsi  və  arbitraj  qərarlarının  tanınması  üçün  çox  ərverişli  bir  mühit 

yaradır. Əlbəttə ki, qanunun dəqiqliyi biznes mühitinin inkişafına müsbət təsir 

göstərir. Lakin əgər tərəzinin bir tərəfində biznes mühiti (o cümlədən investisiya 

mühiti)  durursa,  digər  tərəfində  dövlətin  suveren  maraqları  durur. 

Qanunvericiliyin  hazırkı  vəziyyəti  dövlət  maraqları  və  dövlətin  suveren 

huquqları  üçün  müəyyən  mənada  risk  yarada  bilər.  Belə  bir  risk  isə  heç  də 

mücərrəd deyildir. 

   


Azərbaycan Respublikasının Konstitusiyası Respublikanın qanunvericilik 

sisteminin  əsasıdır.

7

 Təbiidir  ki,  heç  bir  konstitusiya  cəmiyyətin  və  dövlətin 



bütün maraqlarını,  ən azından cari maraqlarını,  əks etdirə bilməz. Dövlətin və 

cəmiyyətin  maraqlarına  toxunan  bir  çox  məsələ  qanun,  fərman  və  digər 

normativ və normativ xarakterli aktlarda əks olunur. Arbitraj mübahisələri bir 

çox  hallarda  digər  ölkələrin  qanunvericiliklərinə  uyğun  olaraq  həll 

olunduqlarına görə və ya digər səbəblərdən həmin arbitraj qərarları Azərbaycan 

Respublikası üçün böyük əhəmiyyət daşıyan qanunlarla, Respublikada aparılan 

sosial və iqtisadi siyasətlə, həmçinin ölkənin daxili və xarici siyasəti ilə ziddiyyət 

təşkil edə bilər. Azərbaycan da daxil olmaqla, hər bir dövlətin konstitusiyada əks 

olunmayan  cari  və  daimi  maraqları  mövcuddur.  Məhz  bu  maraqları  qorumaq 

üçün  də  əksər  dövlətlər  arbitraj  qanunvericiliklərində  ictimai  qayda 

konsepsiyasını müəyyən edirlər. Azərbaycan kimi UNCİTRAL Model Qanununu 

qəbul  edən  və  post-Sovet  ölkələri  olan      Rusiya  Federasiyası  və  Ukrayna  belə 

Model 

Qanunu 


qəbul 

edərkən 


ictimai 

qayda 


konsepsiyasının 

öz 


qanunvericiliklərinə daxil etmişlərdir.

8

  İctimai 



qayda 

konsepsiyasının 

beynəlxalq  kommersiya  arbitrajı  ilə  bağlı  milli  qanunvericiliyə  daxil  edilib-

edilməməsi  barədə qərar  qəbul edilərkən,  ictimai qayda və müxtəlif ölkələrdə 

onun şərhi barədə ətraflı araşdırma aparılmalıdır.  

    


İctimai qayda konsepsiyası yalnız kommersiya arbitrajına xarakterik bir 

anlayış  deyil,  o  ölkə  qanunvericiliklərinin  və  beynəlxalq  hüququn  digər 

sahələrində  də  tətbiq  olunur.  Məsələn,  "Müqavilə  öhdəliklərinə  tətbiq  olunan 

                                                            

6

 Lew, Mistelis, Kröll. Comparative International Commercial Arbitration, s. 33-36; 66 (Kluwer 



Arbitration 2003); Hilmarton Ltd. v. Omnium de traitement et de valorization - 23 March 1994- 

Cour de Cassation [Supreme Court] 

7

 Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 147 



8

 Law of the Russian Federation on International Commercial Arbitration, Articles 34, 36 

(August 14, 1993); Law of Ukraine on International Commercial Arbitration, Articles 34, 36 

(February 24, 1994) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

87 

 

hüquq haqqında" Roma Konvensiyasında



9

, "İnsan hüquqlarının və əsas azadlıq-

larının  qorunması  haqqında"  Avropa  Konvensiyasında

10

,  "Mülki  və  iqtisadi 



məsələlərdə  aidiyyət  və  məhkəmə  qərarlarının  tanınması  haqqında"  Brussel 

Konvensiyasında

11

, Haaqa-Visbi Qaydalarında



12

 və digər beynəlxalq konvensiya-

larda da ictimai qayda anlayışı mövcuddur. İctimai qayda və ya "ordre public" hər 

bir ölkədə hüquqi sistemin mövcudluğunun və fəaliyyətinin əsasını təşkil edən 

fundamental prinsiplərdən ibarətdir. Belə fundamental prinsiplərin qorunması 

üçün qanunvericiliklərdə ictimai qayda konsepsiyası mövcuddur. Dövlətlər üçün 

belə prinsiplərin qorunması böyük əhəmiyyətə malikdir. Bu prinsipləri qorumaq 

məqsədilə  ictimai  qayda  konsepsiyası  müəyyən  hallarda  tərəflərin  iradə 

azadlığını məhdudlaşdırır.   

    


Beynəlxalq  kommersiya  arbitrajı  hüququnda  ictimai  qayda  anlayışı  bir 

konvensiya  olaraq  ilk  dəfə  1927-ci  ildə  Cenevrə  Konvensiyasında  əks 

olunmuşdur.  Cenevrə  Konvensiyası  müəyyən  edir  ki,  arbitraj  qərarının 

tanınması  və  icrası  ölkənin  ictimai  qaydasına  və  ya  hüquq  prinsiplərinə  zidd 

olmamalıdır

13

.  Nyu-York  Konvensiyası  isə  bu  tələbi  daraltmış  və  müəyyən 



etmişdir ki, arbitraj qərarının tanınması və icrasının ölkənin ictimai qaydasına 

uyğun  olmaması  məhkəmə  tərəfindən  həmin  qərarın  tanınma  və  icrasından 

imtinaya  əsasdır

14

.  Nyu-York  Konvensiyasında  qeyd  olunan  ictimai  qayda 



anlayışı  anqlo-sakson  siteminin  ümumi  hüququnda  istifadə  olunan  və  yalnız 

maddi  məsələləri  əhatə  edən  ictimai  qaydaya  istinad  etmir.  Konvensiyadakı 

anlayış həm maddi, həm də prosessual məsələləri əhatə edən, mülki hüquqdakı 

ictimai  qayda,  "ordre  public",  konsepsiyasına  istinad  edir.  Lakin  Konvensiya 

ictimai  qayda  konsepsiyasını  yalnız  ümumi  hüququn  ictimai  qayda 

konsepsiyasına  məhdudlaşdırmağa  və  ya  hər  hansı  digər  bir  formada 

məhdudlaşdırmağa  qadağa  qoymur.  Belə  ki,  Nyu-York  Konvensiyası  arbitraj 

qərarının tanınma və icrasına münasibətdə minimum deyil, maksimum əsasları 

nəzərdə  tutur.  Yəni,  Nyu  York  Konvensiyasına  üzv  dövlətlər  Konvensiyada 

arbitraj  qərarlarının  tanınma  və  icrasından  imtina  üçün  nəzərdə  tutulmuş 

əsasları  məhdudlaşdıra  və  ya  onlardan  imtina  edə  bilər.  Lakin  dövlətlər 

Konvensiyada  arbitraj  qərarlarının  tanınma  və  icrası  üçün  nəzərdə  tutulmuş 

əsasları genişləndirə, yəni imtina üçün digər əsaslar nəzərdə tuta bilməzlər

15



    

"Xarici  arbitraj  qərarlarının  tanınması  və  icrası  haqqında"  Nyu-York 

Konvensiyasının  5-ci  maddəsinin  2-ci  bəndinin  "b"  yarımbəndində  və  "Xarici 

kommersiya  arbitrajı  haqqında"  UNCİTRAL  Model  Qanununun  34.2-ci 

maddəsinin "b" bəndinin 2-ci yarımbəndində və 36.1-ci maddəsinin "b" bəndinin 

                                                            

9

 Rome Convention on the Law Applicable to Contractual Obligations of 1980, Article 16 



10

 European Convention for the Protection of Human Rights and Fundamental Freedoms, 

Articles 6, 9 (November 4, 1950) 

11

 Brussels  Convention  on  Jurisdiction  and  the  Enforcement  of  Judgments  in  Civil  and 



Commercial  Matters,  September  27,  1968.  This  Convention  has  been  replaced  by  Brussels,  I 

Regulation, Articles 27, 50 (Council Regulation (EC) No 44/2001) 

12

 International Convention for the Unification of Certain Rules of Law relating to Bills of 



Lading,  Article 6 (Amended by the Brussels Protocol 1968) 

13

 Geneva Convention on the Execution of Foreign Arbitral Awards, Article 1 (e) (September 26, 



1927) 

14

 New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, 



Article V. 2 (b) (June 10, 1958) 

15

 Lew, Mistelis, Kröll, s. 33-36; 66; Hilmarton Ltd. v. Omnium de traitement et de valorization - 



23 March 1994-Cour de Cassation [Supreme Court] 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

88 

 

2-ci  yarımbəndində  nəzərdə  tutulmuş  ictimai  qaydanın  anlayışı  bu  sənədlərin 



heç  birində  nəzərdə  tutulmamışdır.  Bu  səbəbdən  də,  ictimai  qayda 

konsepsiyasının  anlayışı  milli  qanunvericiliklərlə  və  məhkəmə  qərarları  ilə 

müəyyən olunur. 

   


Bir çox ölkələrdə ictimai qayda konsepsiyası milli hüquq sistemində geniş 

istifadə  olunur  və  milli  qanunvericiliyin  bir  çox  sahələrinin  mühüm  kompo-

nentidir.  Lakin  beynəlxalq  kommersiya  arbitrajında  istifadə  olunan  ictimai 

qayda anlayışı milli qanunvericiliklərki ictimai qayda anlayışından əksər hallar-

da  fərqlənir. Məhz bu  səbəbdən  də ictimai qayda  konsepsiyasının geniş  tətbiq 

olunmadığı  Azərbaycan  kimi  ölkələrdə  də  beynəlxalq  kommersiya  arbitrajı  ilə 

bağlı belə bir konsepsiyanın tətbiq olunmasında heç bir problem yoxdur. 

   


Aşağıda  qeyd  olunduğu  kimi,  "Xarici  arbitraj  qərarlarının  tanınması  və 

icrası  haqqında"  Nyu-York  Konvensiyasının  və  "Xarici  kommersiya  arbitrajı 

haqqında"  UNCİTRAL  Model  Qanununun  hazırlıq  sənədləri  ("travaux 

prepetoires"),  hesabatlar  və  digər  sənədlərdən  görünür  ki,  ictimai  qayda 

konsepsiyası  məhz  beynəlxalq  arbitraj  qərarlarına  münasibətdə  daha  dar 

mənada şərh edilməlidir. Belə şərh bəzən sadəcə həmin konsepsiyanı dar şərh 

etməklə, bəzən isə "beynəlxalq ictimai qayda"ya istinad etməklə həyata keçirilir. 

Kommersiya  arbitraj  hüququ  sahəsində  çox  nüfuzlu  alimlərdən  biri  Nyu-York 

Konvensiyası ilə bağlı qeyd edir: "baxmayaraq ki, 5-ci maddəsinin 2-ci bəndinin 

"b"  yarımbəndi  bu  məsələyə  aydınlıq  gətirmir,  heç  bir  şübhə  yoxdur  ki, 

müddəada  qeyd  edilən  ictimai  qayda  əslində  həmin  ölkənin  məhz  beynəlxalq 

ictimai  qaydasına  istinaddır."

16

 Aydınlıq  gətirmək  üçün  bu  məqalədə  belə  bir 



radikal ifadədən istifadə olunmalıdır ki, beynəlxalq ictimai qayda əslində həqiqi 

beynəlxalq  ictimai  qayda  deyildir.  Qeyd  edilən  ictimai  qaydanın  beynəlxalq 

ictimai  qayda  adlandırılmasının  yeganə  səbəbi  isə  onun  beynəlxalq  (xarici) 

arbitraj  qərarlarına  münasibətdə  tətbiq  olunmasıdır.  Başqa  sözlə  desək, 

beynəlxalq ictimai qayda milli qanunvericiliyə əsasən müəyyən olunur və milli 

ictimai  qaydanın  tərkib  hissəsidir.  Bu  məsələ  ilə  bağlı,  məşhur  alim  Mauro 

Rubino-Sammartano  qeyd  edir  ki,  beynəlxalq  ictimai  qayda  "milli  ictimai 

qaydanın daha vacib və daha mühüm hissəsidir".

17

 Digər bir müəllif isə qeyd edir 



ki,  beynəlxalq  ictimai  qayda  milli  "hüquq  sisteminin  beynəlxalq  kontekstdə 

ədalətin  fundamental  tələbləri  ilə  bağlı  mövqeyidir"

18

.  Bu  konsepsiyanın  daha 



uğurlu  adı  fransız  dilində  istifadə  olunan  "ordre  public  a  usage  international" 

ifadəsidir. Bu ifadə Azərbaycan dilində "beynəlxalq istifadə üçün ictimai qayda" 

mənası verir.  Lakin, beynəlxalq aləmdə ingilis dilində olan "international public 

policy",  yəni  "beynəlxalq  ictimai  qayda"  daha  geniş  istifadə  olunduğundan,  bu 

məqalədə  qeyd  edilən  konsepsiyaya  məhz  "beynəlxalq  ictimai  qayda"  kimi 

istinad olunacaqdır.  

   


Əksər ölkələrdə milli ictimai qayda və beynəlxalq ictimai qayda birbaşa 

və ya dolayısı ilə fərqləndirilir.

19

 Başqa sözlə desək, bir qrup ölkələrdə qanunve-



ricilik  və  ya  məhkəmələr  birbaşa  beynəlxalq  ictimai  qaydaya  (express 

                                                            

16

 Fouchard, Gaillard, Goldman on International Commercial Arbitration, s. 996 (Edited by 



Emanuel Gaillard and John Savage, Kluwer International c. 1999) 

17

 Mauro Rubino-Sammartano. International Arbitration: Law and  Practice, s. 506; 962 (2nd 



edition, Kluwer Law International 2001) 

18

 Goldman on International Commercial Arbitration, s. 996 



19

 Albert Jan van den Berg. The New York Arbitration Convention of 1958: Towards a Uniform 

Judicial Interpretation, s. 362 (Kluwer Law and Taxation Publishers 1994) 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

89 

 

international  public  policy)  istinad  edir,  digərlərində  isə  beynəlxalq  arbitraj 



qərarlarına  münasibətdə  ictimai  qayda  dar  şərh  olunur.  Beynəlxalq  arbitraj 

qərarlarına  münasibətdə  ictimai  qaydanın  belə  dar  şərh  olunması  beynəlxalq 

ictimai  qaydaya  dolayısı  ilə  istinad  etmək  (implicit  international  public  policy

adlanır. 

   

Qeyd edilən ictimai qaydalar arasında belə fərq qoymaq təbiidir. Bu fərq, 



məsələn,  Amerika  Birləşmiş  Ştarlarının  Ali  Məhkəməsi  tərəfindən  belə 

əsaslandırılmışdır  ki,  bir  ölkənin  məhkəməsinin  hansısa  yerli  marağa  (milli 

ictimai qaydaya) görə arbitraj müqaviləsini icra etməkdən imtina etməsi nəinki 

beynəlxalq  iqtisadi  fəaliyyətin  ardıcıllığını  və  gözləntilərini  pozar,  həmçinin 

müqavilə  tərəflərinin  məhkəmə  üstünlüyü  əldə  etmək  üçün  oynadıqları 

lüzumsuz və destruktiv oyuna səbəb olardı.

20

 

   



Nyu-York 

Konvensiyasının 

Layihə 

Komitəsi 



ictimai 

qayda 


konsepsiyasının  dar  şərh  olunmasını  məsləhət  görərək  qeyd  etmişdir  ki, 

"konsepsiyanın  tətbiqi  arbitraj  qərarlarının  tanınması  və  icrasının  dövlətin 

hüquq  sisteminin  əsas  prinsiplərinə  açıq-aydın  zidd  olma  halları  ilə 

məhdudlaşmalıdır."

21

 Konvensiya  üzrə  İşçi  qrup  isə  qeyd  etmişdir  ki,  "icradan 



ictimai qayda əsasında imtinaya əsas verən müddəa geniş tətbiq dairəsinə malik 

olmamalıdır."

22

 Baxmayaraq ki, bu tövsiyələr məcburi xarakter daşımır və məh-



kəmələr üçün yalnız məsləhət və ya istiqamətverici bir sənəd xarakteri daşıya 

bilər,  əksər  dövlətlərin  məhkəmələri  beynəlxalq  arbitraj  qərarlarına 

münasibətdə  ictimai  qayda  konsepsiyasının  dar  şəkildə  şərh  edirlər.  Aşağıda 

qeyd edilən məhkəmə işləri bu praktikaya daha da aydınlıq gətirir. 

   

Amerika  Birləşmiş  Ştatlarında  ictimai  qayda  konsepsiyasını  dar  şəkildə 



şərh  edən  ən  vacib  və  ilk  işlərdən  biri  Parsons  və  Vittemor  (Parsons  & 

Whittemore)  işidir.  Qeyd  edilən  məhkəmə  mübahisəsində  ABŞ  məhkəməsi 

qərarında  müəyyən  etmişdir  ki,  "Konvesniyanın  ictimai  qayda  müdafiəsi  dar 

şərh olunmalıdır. Xarici arbitraj qərarının icrasından yalnız o halda imtina oluna 

bilər ki, belə icra həmin ştatın ən əsas əxlaq və ədalət anlayışını pozsun."

23

 

   



Avstriya  Ali  Məhkəməsi,  Oberster  Gerichtshof,  müəyyən  etmişdir  ki, 

ictimai qayda konsepsiyası dar şərh olunmalıdır və ictimai qayda konsepsiyası 

"beynəlxalq qərarların harmoniyasını zərurət olmadıqca pozmamaq məqsədilə 

ancaq nadir hallarda istifadə olunmalı müstəsna bir qaydadır". Bununla yanaşı, 

məhkəmə qeyd etmişdir ki, ictimai qayda konsepsiyası federal konstitusiyanın, 

həmçinin cinayət, xüsusi və prosessual hüququn əsas prinsiplərindən ibarətdir 

və  "xarici  arbitraj  qərarları  yalnız  Avstriyanın  konstitusiya,  cinayət,  xüsusi  və 

prosessual hüquqlarının əsas prinsiplərinə zidd olduqları halda etibarsız hesab 

edilə bilərlər."

24

 



   

İsveçrənin Federal Ali Məhkəməsi isə müəyyən etmişdir ki, ictimai qayda 

bir  imtina  əsası  olaraq  dar  şərh  olunmalıdır,  xüsusilə  də  xarici  qərarların 

tanınması  və  icrası  kontekstində.  Məhkəmə  həmçinin  qeyd  etmişdir  ki,  belə 

hallarda  ictimai  qaydanın  tətbiq  dairəsi  xarici  ölkənin  hüququnun  tətbiqi  ilə 

                                                            

20

 Scherk v. Alberto-Culver Co., 417 U.S. 506 (1974) 



21

 Report of the Committee on the Enforcement of International Arbitral Awards, 28 March 

1955, UN Doc. E/2704 and E/AC.42/4/Rev.1. 

22

 UN Doc E/CONF. 26/SR. 17 



23

 Parsons & Whittemore Overseas Co., Inc. v. Societe Generale de L’Industrie Du Papier 

(RAKTA). 508 F.2d 969 (1974) 

24

 Oberster Gerichtshof [Austrian Supreme Court], 26 January 2005, No. 3Ob221/04b 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

90 

 

bağlı məsələlərlə müqayisədə daha dardır. İctimai qayda yalnız o halda pozul-



muş sayılır ki, arbitraj qərarının tanınması və icrası İsveçrənin ədalət konsep-

siyasına  "dözülməz  şəkildə  zidd"  olsun.  Məsələn,  prosessual  hüquqla  bağlı 

İsveçrə ictimai qaydası tələb edir ki, konstitusiyada da nəzərdə tutulmuş, ədalətli 

proses və çəkişmə prinsipləri kimi fundamental prinsiplərə əməl olunsun.

25

 

   



Hindistanın  Ali  Məhkəməsi  isə  məsələyə  nisbətən  fərqli  mövqedən 

yanaşır.  Belə  ki,  məhkəmə  beynəlxalq  ictimai  qaydaya  istinad  etmədiyini  açıq 

şəkildə qeyd edir. Lakin Hindistan Ali Məhkəməsi də xarici arbitraj qərarlarına 

münasibətdə ictimai qaydanı dar şərh edir: "beynəlxalq ictimai qayda"nın işlək 

bir  anlayışının  olmadığı  şəraitdə  Nyu-York  Konvensiyasının  5-ci  maddəsində 

istifadə  olunan  ictimai  qayda  ifadəsinin  beynəlxalq  ictimai  qayda  mənası 

verdiyini  şərh  etmək  çətin  olar.  Bu  səbəbdən  də,  qeyd  edilən  ifadə,  Hindistan 

Xarici  Qərarlar  Aktında  müəyyən  olunduğu  kimi,  Hindistan  məhkəmələri 

tərəfindən tətbiq olunan ictimai qayda doktrinası ilə eyni mənanı ifadə edir və 

dar şərh olunmalıdır."

26

 İctimai qaydanın xarici ölkələrin məhkəmələri tərəfin-



dən şərhi araşdırılarkən Amerika Birləşmiş Ştatlarında tətbiq olunan xüsusi bir 

analiz  metodu  diqqəti  cəlb  edir.  Bu  metod  "rəqib  (və  ya  yarışan)  ictimai 

qaydalar"  testi  adlandırıla  bilər.  Bu  rəqib  ictimai  qaydalar  testinə  əsasən 

tərəzinin bir tərəfində qərarı "icra etmək marağı" (pro-enforcement bias), digər 

tərəfində isə ədaləti qorumaq marağı dayanır. Bu testə əsasən qərarı icra etmək 

marağı o qədər vacibdir ki, o da ictimai qaydanın bir tərkib hissəsi hesab olunur. 

Qərarı icra etmək marağının əsasında dövlətin beynəlxalq ictimaiyyət qarşısında 

öhdəlikləri,  beynəlxalq  kommersiyanın  əhəmiyyəti,  arbitraj  prosesinin 

bütövlüyü, qalib tərəfin qanuni götləntiləri, beynəlxalq arbitraj qərarlarına vahid 

münasibət,  arbitraj  qərarlarının  yekunluğu  və  digər  maraqlar  dayanır.  Digər 

ictimai  qayda,  ədaləti  qorumaq  marağına  isə,  həmin  ərazidə  ictimai  qaydaya 

verilən anlayışa uyğun olaraq, ədalətin əsas prinsipləri, əxlaq, həyata keçirilən 

siyasət,  sosial  və  digər  maraqlar  daxildir.  Bu  testi  tətbiq  edən  məhkəmə  qeyd 

edilən  ictimai  qaydaların  hər  ikisini  nəzərdə  saxlamalı  və  onları  müqayisə 

etməlidir.  Əgər  arbitraj  prosesində  baş  vermiş  pozuntular,  qərarın 

qanunsuzluğu  və  ya  hansısa  marağa  uyğun  olmaması  qərarı  icra  etmək 

marağında nəzərdə tutulmuş məsələlərdən üstün deyildirsə, məhkəmə arbitraj 

qərarını  icra  edir.  Əgər  məhkəmə  müəyyən  edirsə  ki,  arbitraj  qərarı  elə 

maraqlara  toxunur  ki,  onlar  hətta  qərarı  icra  etmək  marağından  üstündür  və 

qorunmalıdır,  məhkəmə  arbitraj  qərarını  icra  etməkdən  imtina  edir.  Belə  bir 

analiz  kifayət  qədər  praqmatikdir  və  əhəmiyyətsiz  pozuntulara  görə  arbitraj 

qərarlarının  icrasından  imtinanın  qarşısını  alır.  Bu  metodun  əlamətlərinə 

məşhur Şerk (Scherk) işi üzrə məhkəmə qərarının əsaslandırma hissəsində

27

 və 



digər ABŞ məhkəmə qərarlarında rast gəlinir. 

   


Yuxarıda  da  qeyd  edildiyi  kimi,  bəzi  normativ  aktlar

28

 və  məhkəmə 



qərarları

29

 birbaşa beynəlxalq ictimai qaydaya istinad edir. 



                                                            

25

 Federal Supreme Court of Switzerland, decision dated December 8, 2003. The case is 



published by ICCA YB in 2004, available on Kluwer Arbitration 

26

 Renusagar Power Co. Ltd. v. General Electric Co., Supreme Court of India, October 7, 1993, 10 



Arb. Int. 2, 141 

27

 Scherk v. Alberto-Culver Co., 417 U.S. 506 (1974) 



28

 Code of Civil Procedure of France, Articles 1498, 1502; Code of Civil and Administrative 

Procedure of Algeria, Article 1051 

29

 Vigel S.p.A v. China National Machine Tool Corporation - 8 April 2004 - Corte di Cassazione 



[Italian Supreme Court], First Chamber 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

91 

 

   



Beynəlxalq  ictimai  qaydaya  birbaşa  istinad  edən  qanunlardan  biri 

Fransada  qüvvədədir.  Fransa  Mülki-Prosessual  Məcəlləsi  qeyd  edir ki,  arbitraj 

qərarının  "tanınması  və  ya  icrasının  beynəlxalq  ictimai  qaydaya  zidd  olması" 

onun  tanınma  və  icrasından  imtina  üçün  əsasdır

30

.  Əlcəzair  qanunvericiliyi  də 



arbitraj  qərarlarının  beynəlxalq  ictimai  qaydaya  uyğun  olmasının  tələb  edir.

31

 



Beynəlxalq ictimai qaydanın anlayışının müəyyən edilməsi məqsədilə aparılmış 

ən  geniş  və  ətraflı  tədqiqatlardan  biri  2000-2002-ci  illərdə  Beynəlxalq  Hüquq 

Assosiasiyası  tərəfindən  həyata  keçirilmişdir.  Assosiasiyanın  Beynəlxalq 

Kommersiya Arbitrajı üzrə Komitəsi beynəlxalq ictimai qaydanın anlayışını belə 

vermişdir: 

"dövlət  tərəfindən  tanınan  elə  prinsip  və  qaydalar  məcmusudur  ki, 

müvafiq  prosedur  (beynəlxalq  prosessual  ictimai  qayda)  və  ya  maddi 

məsələ  (beynəlxalq  maddi  ictimai  qayda)  ilə  bağlı  onların  pozulması 

beynəlxalq  kommersiya  arbitraj  qərarının  tanınması  və  icrasının 

qarşısını  ala  bilər....  Hər  hansı  dövlətin  beynəlxalq  ictimai  qaydası 

aşağıdakılardan ibarətdir: 

- ədalət və ya əxlaqla bağlı (hətta birbaşa əlaqəsi olmasa belə) dövlətin 

qorumaq istədiyi fundamental prinsiplər;  

- dövlətin əsas siyasi, ictimai və ya iqtisadi maraqlarını qorumağa xidmət 

edən qaydalar (bu qaydalar həmçinin "lois de police" və ya ictimai siyasət 

qaydaları kimi də tanınır); 

- dövlətin digər dövlətlərə və ya beynəlxalq təşkilatlara münasibətdə öz 

öhdəliklərinə əməl etmək vəzifəsi"

32

 

Beynəlxalq  Hüquq  Assosiasiyası  tərəfindən  aparılan  tədqiqat  müxtəlif 



ölkələrdən  bir  çox  mütəxəssisi  cəlb  etmişdir.  Bu  tədqiqat  beynəlxalq 

kommersiya arbitrajının ictimai qayda konsepsiyasına ümumbəşəri bir anlayış 

müəyyən etmək üçün uğurlu bir cəhd idi. Göründüyü kimi, tədqiqat ictimai qayda 

konsepsiyasının  üç  tərkib  hissəsini  müəyyən  edir:  əxlaq  və  ədalətlə  bağlı 

dövlətin  fundamental  prinsipləri,  lois  de  police  (siyasi,  ictimai  və  iqtisadi 

maraqlar) və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklər. 

Nəticə  olaraq  qeyd  edilməlidir  ki,  "Beynəlxalq  arbitraj  haqqında" 

Azərbaycan  Respublikası  Qanununun  hal-hazırda  qüvvədə  olan  redaksiyası 

beynəlxalq  arbitraj  qərarları  mübahisələndirilərkən  və  ya  tanınarkən  ölkənin 

suveren maraqlarına risk yarada bilər. Belə ki, Konstitusiyaya uyğun olub, lakin 

dövlət  siyasətinə,  ictimai  və  dövlət  maraqlarına,  əsas  qanunlara  zidd  olan  bir 

arbitraj qərarı Azərbaycan Respublikasında tanınarkən qanunvericilikdə heç bir 

maneə ilə üzləşməyəcəkdir. Əlbəttə, bəlkə də bəzi məsələlərdə Konstitusiya elə 

geniş şərh oluna bilər ki, bir çox məsələləri əhatə etsin və ya sadəcə Azərbaycan 

Respublikası  suveren  hüquqlarına  istinad  edib  arbitraj  qərarını  tanımaqdan 

imtina edə bilər. Lakin belə ekstrimal vasitələrə əl atmağa ehtiyac varmı? Sadəcə 

ictimai  qayda  konsepsiyasına  istinad  etmək  imkanı  olduğu  halda  nəyə  görə 

ölkənin  ali  qanunu  Konstitusiya  məqsədli  şəkildə  geniş  şərh  olunmalı  və  ya 

                                                            

30

 Code of Civil Procedure of France, Articles 1498, 1502; Code of Civil and Administrative 



Procedure of Algeria, Article 1051 

31

 Yenə orada 



32

 International  Law  Association,  Committee  on  International  Commercial  Arbitration  “Final 

Report on Public Policy as a Bar of International Arbitral Awards” (New Dehli Conference, 2002) 

and Resolution 2/2002 

 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

92 

 

Azərbaycan  Respublikası  suveren  hüquqlarına  istinad  edərək  beynəlxalq 



öhdəlilərini  yerinə  yetirməməli  və  beynəlxalq  reputasiyasını  zədələməlidir? 

Məqalənin  nəticəsi  bundan  ibarətdir  ki,  dövlətin  belə  ekstrimal  vasitələrə  əl 

atmaqdansa, beynəlxalq aləmdə çox geniş tətbiq olunan və dövlətin cari və daimi 

maraqlarını  tam  əhatə  edən  ictimai  qayda  konsepsiyasını  qəbul  etməsi  daha 

məqsədəuyğundur.  Azərbaycan  Respublikasının  Konstitusiyası,  beynəlxalq 

öhdəlikləri  və  reputasiyası  daha  vacibdir  və  onların  əhəmiyyətinə  görə  milli 

hüquq sisteminə yad olan ictimai qayda konsepsiyasının qanunvericilikdə qəbul 

edilməsi sahəsində işlər aparılmasına dəyər.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə