RüŞVƏtxorluq və korrupsiya haqqinda. NƏZƏRİ aspekt



Yüklə 61,45 Kb.

tarix15.04.2018
ölçüsü61,45 Kb.


RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA HAQQINDA. NƏZƏRİ ASPEKT. 

RAMELLA GÜLƏLİYEVA,  

BDU, cinayət hüququ kafedrası, dosent, hüquq elmləri namizədi 

 

Korrupsiya,  rüşvətxorluq  kimi  aktual  bir  problemə  baxmazdan  öncə,  təəssüflə  qeyd  olunmalıdır 



ki,  Azərbaycandakı  rüşvətxorluq,  onun  tarixi  və  müasir  vəziyyəti  hüquqi  elmi  problem  kimi 

indiyə  qədər  heç  kim  tərəfindən  tədqiq  olunmayıb.  Respublikada  bu  prolem  üzrə  bir  dənə  də 

olsun monoqrafiya mövcud deyildir və bir dənə də olsun dissertasiya müdafiə olunmayıb. 

Rüşvətxorluğun obyekti nədir? 

Bu  problemin  mövcud  elmi  yanaşmalarına  uyğun  olaraq  yalnız  maddi  dəyərlər  və  maddi 

xarakterli xidmətlər rüşvətxorluğun obyekti ola bilər. Son illərdə vəzifəli şəxslərin ələ alınmasının 

ənənəvi  formaları  ilə  yanaşı  xarici  səfərlərin  ödənilməsi,  güzəştli  kredit  verilməsi,  müxtəlif 

xidmətlərin  göstərilməsi,  dövlət  aparatından  vəzifədən  gedən  şəxsə  sonradan  yüksək  maaşlı 

vəzifənin  verilməsi,  bir  şəxsə  eyni  zamanda  bir  neçə  vəzifənin  verilməsi  və  sairə  bu  kimi  yeni 

formalardan  istifadə  olunur.  Qeyri‐maddi  xarakterli  xidmətlərin  göstərilməsi  isə  rüşvətxorluğun 

obyektina aid edilmir. 



Korrupsiya anlayışı və onun rüşvətxorluqla mütənasibliyi 

Korrupsiya sosial təzahürdür, dövlət qulluqçusunun və ya digər qulluqçunun ələ alınması və ya 

satqınlığı  ilə  və  bunun  əsasında  da  onların  şəxsi  və  ya  dar  qrup,  korporativ  maraqları  naminə 

rəsmi  vəzifə  səlahiyyətlərindən  və  bununla  bağlı  nüfuz  və  imkanlardan  sui‐istifadə  etməsiylə 

səciyyələnir. 

Korrupsiyanın əsas mexanizmləri aşağıdakılardır: 

 

ikitərəfli  əlbir  razılaşma  və  bu  zaman  dövlət  vəzifəsi  və  ya  digər  vəzifə  tutan  şəxs 



vəzifəsinin  nüfuzuna  və  imkanlarına  əsaslanan  xidməti  səlahiyyətlərini,  yaxud 

xidmətlərini  fiziki,  hüquqi  şəxslərə,  qruplara  (o  cümlədən  “mütəşəkkil  cinayətkar 

qurumlara”) 

qeyri‐leqal 

olaraq 

“satır”, 



“alıcı” 

isə 


varlanmaq, 

imtiyazlarını 

qanunvericiliklə  rəsmiləşdirilmək,  qanunla  nəzərdə  tutulan  məsuliyyətdən,  sosial 

nəzarətdən boyun qaçırmaq və sairə bu kimi məqsədləri üçün dövlət qurumundan, yaxud 

digər qurumdan istifadə etmək imkanını əldə edir;  

 



rüşvətin, əlavə hədiyyənin qulluqçu tərəfindən zorla tələb edilməsi;  

 



qulluqçuların  fəal,  təşəbbüslə  və  bir  çox  hallarda  eyni  zamanda  güclü  psixi  təzyiq 

göstərməklə ələ alınması.  

Korrupsiya  ilə  bağlı  qanunpozmaların  müxtəlif  növləri  mövcuddur.  Adətən,  belə 

qanunpozmalarının  iki  növünü  ayırırlar:  birincisi,  bu,  maddi  və  digər  növ  faydanın,  yaxud 

imtiyazların  verilməsi  şəklində  baş  verən  korrupsiya  qanunpozmasıdır;  ikincisi,  bu,  korrupsiya 

üçün  şərait  yaradan  və  onu  təmin  edən  (vəzifə  maraqlarının  əksinə  olaraq  xidməti 




səlahiyyətlərdən istifadə etmək, səlahiyyətlərin aşması və s) qanunpozmasıdır. Bu qanunpozmalar 

çoxnövlüdür və cinayət‐hüquqi, inzibati, mülki‐hüquqi xarakter daşıyırlar. 

Korrupsiya cinayətkarlığı müxtəlif cinayət‐hüquqi növlü əməlləri əhatə edir. O, dövlət xidmətinə 

və  ya  digər  xidmətə  qarşı  bir  çox  cinayətlərdən  ibarət  olur.  Bu,  ilk  növbədə  rüşvətxorluqdur  və 

eləcə  də  onunla  bağlı  xidməti  vəzifədən  sui‐istifadə  əməlləridir,  vəzifəni  və  ya  xidməti 

səlahiyyətləri aşmaqdır; vəzifə saxtakarlığıdır, aşkarcasına günahsız adamı cinayət məsuliyyətinə 

cəlb  etməkdir;  aşkarcasına  qeyri‐hüquqi  qərarı  çıxarmaqdır  və  rüşvət  naminə  və  rüşvətin  zorla 

alınması məqsədilə törədilən bir sıra cinayətlərdir. 

Müvafiq qulluqçu ələ alındıqdan sonra o, dövlətə və ya rəsmən xidmətində olduğu digər subyektə 

(ictimai, kommersiya və s. təşkilat) deyil, daha çox və ya əlavə pul vəsaiti verənə xidmət etməyə 

başlayır. 

Korrupsiya  olduqca  latentlidir  (latınca  Latens  –  gizli,  məxfi,  gözəgörünməz).  Bunun  mühüm 

səbəblərindən biri odur ki, çox vaxt o, iki tərəfin “məxfi razılaşması” kimi təzahür edir və hər iki 

tərəf onun üstünün açılmasında maraqlı olmur. 



Korrupsiyanın səbəbləri və şərtləri 

Burada adətən xidmət, qulluqçu, nəzarət və idarəetmə kimi aspektləri seçib ayırırlar. 

Xidmətə  münasibətdə  korrupsiyanın  yaranmasında  ən  çox  iştirak  edən  üç  şərt  seçilib  ayrılır. 

Birincisi,  qulluqçunun  və  onun  ailəsinin  layiqli  yaşaması  üçün  imkan  yaradan  əmək  haqqının 

ölçüsünün  kifayət  etmədiyi  halda  baş  verir.  İkincisi  idarəetmənin  növü  ilə  bağlıdır.  Normativ 

idarəetmədə  söhbət  əsasən  müxtəlif  vəziyyətləri  nizamlayan  hüquqi  normalardan  gedir.  Situativ 

idarəetmə  isə  onunla  fərqlənir  ki,  müxtəlif  çeşidli  məsələlər  mühüm  dərəcədə  ayrı‐ayrı 

qulluqçuların qərarı ilə həll edilir və bu halda da tamahkarlıq və özbaşınalıq üçün geniş meydan 

açılır.  Üçüncüsü,  sosial‐psixoloji  şəraitdir.  Bu  zaman,  ofisiantların  və  qapıçıların  arasında 

çaypulunun  normal  təzahür  kimi  mövcudluğu  etiraf  edildiyi  kimi,  elə  o  səpgidə  məmurların  da 

arasında korrupsiyanın mövcudluğu etiraf edilir. 

Sosial  mühit  və  korrupsiya  cinayətlərini  törədən  qulluqçulara  gəldikdə  isə  aşağıdakı 

xüsusiyyətləri  və  xarakteristikaları  qeyd  etmək  zəruridir.  Birincisi,  kriminal  yolla  yüksək  maddi 

rifaha  malik  olmuş  şəxslərin  sosial  mühitdə  mövcudluğu  acıqlandırıcı,  qeyri‐sabitlik  yaradan 

amilə  çevrilir  və  ətrafdakıları  da  şəxsi  dövlətə  və  rifaha  nail  olmaq  üçün  bu  üsul  və  vasitələrin 

istifadəsinə  sövq  edən  amil  olur.  İkincisi,  əvvəllər  maddi  rifahla  təmin  olunmuş  ailənin  üzvü, 

həmin rifahın itirilməsindən sonra təminatlı yaşayışı bərpa etmək istədiyi halda da korrupsiya və 

rüşvətxorluğa  təhrik  oluna  bilər.  Üçüncüsü,  mühitin  və  şəxsiyyətin  “hollivud”  milyonerlərinin 

yaşayış  standartlarına  istiqamətlənməsi  də  rüşvətxorluğun  norma  və  prinsiplərinin  bəyənilib 

qəbul  olunması  üçün  imkan  yaradır.  Dördüncüsü,  gələcək  peşəsiylə  qeyri‐qanuni  gəlirlərin, 

hədiyyələrin alınmasını məqsəd tutan şəxs tərəfindən şüurlu surətdə müvafiq ali məktəbi seçməsi, 

artıq lap əvvəldən gələcək cinayət yolunun təhlükəli seçimini müəyyənləşdirir. 

Qulluqçuların  gəlirləri  və  xərcləri,  onların  vəzifə  öhdəliklərinin  icrası  üzərində  nəzarətin 

olmaması,  korrupsiya  faktlarına  biganəliyin  olması  korrupsiyanı  yaradan  ən  güclü  amillərdən 

biridir və bu, cəzasızlıq psixologiyasını doğurur. 



Korrupsiya  cinayətlərinin  geniş  yayılmasının  arxasında  dövlətin  və  cəmiyyətin  idarə 

olunmasındakı  iri  səhvlər,  dövlət  xidmətinin  və  ya  digər  xidmət  növünün  fəaliyyətinin  zəif 

iqtisadi  və  təşkilati  əsasları,  dərəbəylik  və  özbaşınalıq  psixologiyasının  geniş  yayılması,  rifahın, 

mənfəətin  əldə  edilməsi  naminə  hər  cür  vasitələrin  istifadəsinin  qarşısının  alınmaması,  hüquqi 

biganəlik və hüquqi həyasızlıq durur. 

  

Korrupsiya ilə mübarizə tədbirləri 

Korrupsiya cinayətinə qarşı ümumi mütəşəkkil mübarizə aşağıdakılara əsaslanmalıdır: 

 



korrupsiyanın dəyişməsinin və onun səbəblərinin daimi təhlili;  

 



real  sosial‐iqtisadi,  siyasi  şəraitin,  ictimai  şüurun  və  hüquq‐mühafizə  sisteminin 

vəziyyəti  nəzərə  alınmaqla  korrupsiya  ilə  mübarizənin  strategiya  və  taktikasının 

müəyyənləşdirilməsi;  

 



qanun əsasında;  

 



respubllikadakı korrupsiya ilə mübarizənin maddi, kadr, hüquqi cəhətdən real təmin 

olunmuş məqsədli proqramlarının hazırlanması;  

 

bütün 



dövlət 

orqanlarının 

və 

hüquq‐mühafizə 



orqanlarının  fəaliyyətinin 

əlaqələndirilməsi;  

 

kadrların  xüsusi  hazırlanması  və  hüquq‐mühafizə  orqanlarında  xüsusi  təyinatlı 



hissələrin yaradılması;  

 



əhalinin, hüquqi şəxslərin və müxtəlif qurumların yardımından istifadə edilməsi;  

 



işin nəticələrinin sistematik qiymətləndirilməsi və tədbirlərin korrektə edilməsi.  

Xüsusi xəbərdarlıq tədbirləri aşağıdakılardan ibarətdir: 

 

qulluqçuların  və  onların  ailələrinin  layiqli  həyat  səviyyəsini  təmin  edən  əmək 



haqqının qulluqçular üçün təyin edilməsi;  

 



dövlət  qulluqçularının  və  bir  sıra  digər  qulluqçuların  gəlirləri  və  xərcləri  üzərində 

ciddi nəzarətin təyin edilməsi;  

 

kadr siyasətində kadrların rotasiyasından istifadə edilməsi;  



 

korrupsiya ilə mübarizə aparan şəxslərin və onların ailələrinin təhlükəsizliyinin təmin 



edilməsi;  

 



vəzifəli  şəxslərin  səlahiyyətləri  ilə  həmin  səlahiyyətlərin  təmininin  qanunla  təyin 

edilmiş üsulları arasındakı fərq faktlarının aradan qaldırılması;  




 

bahalı  dövlət  mənzilləri,  evləri,  nəqliyyatının  sırf  xidməti  istifadəsi  rejiminin 



yeridilməsi;  

 



büdcədən olan ödənişlərin yalnız qanun əsasında edilməsi;  

 



korrupsiya ilə mübarizə üzrə xarici təcrübənin nəzərə alınması.  

Bir qayda olaraq, korrupsiya qarşılıqlı mənfəət razılaşması olduğu üçün nə o, nə də bu tərəf onun 

ifşasında maraqlı deyildir. Buna görə də belə cinayətlərin üstünün açılması işi mühüm maneələrlə 

qarşılaşır. Həmin cinayətlərin qarşısının alınması və aşkara çıxarılması üçün dövlət funksiyalarını 

icra  edən  şəxslərin  müəyyən  kateqoriyalarının  gəlirləri  və  xərcləri  üzərində  nəzarət  təyin 

olunmalıdır. 



“ANKOR” İnformasiya Agentliyi üçün 

“REYTİNQ” Müstəqil Analitik Qrupu tərəfindən 

“Korrupsiya ‐ şəxsi varlanmaq məqsədilə xidməti vəzifənin sui‐istifadə edilməsidir” mövzusu 

üzrə kütləvi sorğu keçirilib 

Sorğuda 500 respondent iştirak edib: 

Yaş qrupları: 

 



16–25 ‐ 19,4;  

 



26‐35 ‐ 24,2%;  

 



36‐45 ‐ 22,4%;  

 



46‐55 ‐ 18,4%;  

 



56‐… ‐ 15,6%.  

Təhsil qrupları: 

 

natamam orta ‐ 0,2%;  



 

orta ‐ 37,8%;  



 

orta‐ixtisas ‐ 15,4%;  



 

natama ali ‐ 7,4%;  



 

ali ‐ 39,0%.  



Birinci sual“Sizin korrupsiyaya, rüşvətxorluğa münasibətiniz?”: 

 



normal ‐ 8,4%;  

 



mənfi ‐ 78,8%;  


 

bilmirəm ‐ 12,8%.  



İkinci  sual,  “Korrupsiyanı,  rüşvətxorluğu  hər  bir  cəmiyyət  üçün  hər  bir  dövrdə  qanunuyğun 

təzahür hesab edirsinizmi?”: 

 



hə ‐ 10,2%;  

 



yalnız ayrı‐ayrı dövrlərdə ‐ 13,8%;  

 



yox ‐ 60,4%;  

 



bilmirəm ‐ 15,6%  

Üçüncü  sual,  “Ölkəmizdəki  korrupsiyanın,  rüşvətxorluğun  digər  ölkələrə  nisbətən  səviyyəsini 

necə hesab edirsiniz?” 

 



çox yüksək, dövləti başından ayağınadək əhatə edir ‐ 76,6%;  

 



yüksək, dövlət qurluşunun müəyyən hissələrini  

əhatə edir ‐ 13,0%; 

 

orta, korrupsiyanın ayrı‐ayrı təzahürləri  



mövcuddur ‐ 2,6%; 

 



aşağı, korrupsiya xüsusi, təsadüfi xarakter daşıyır ‐ 0,0%;  

 



bilmirəm ‐ 7,8%.  

Dördüncü sual“Korrupsiya, rüşvətxorluq ilk növbədə kimin üçün sərfəlidir” 

 



iqtidara ‐ 66,4%;  

 



məmurlara ‐ 20,4%;  

 



vətəndaşlara ‐ 0,6%;  

 



bilmirəm ‐ 12,6%.  

  

Beşinci  sual,  “Korrupsiyanın,  rüşvətxorluğun  ölkəmizdəki  mövcud  səviyyəsi  üçün  ən  çox  kim 



məsuliyyət daşıyır?” 

 



dövlət başçısı ‐ 35,8%;  

 



hökumət ‐ 11,6%;  

 



hüquq‐mühafizə orqanları ‐ 13,4%;  

 



yuxarıda göstərilənlərin hamısı ‐ 35,4%;  


 

heç kim ‐ 0,0%;  



 

bilmirəm ‐ 3,8%.  



  

Sosioloji sorğunun yekunlarının birinci hissəsinə verilən şərh 

Cəmiyyətimizin  bütün  sahələrinə  korrupsiyanın  hansı  dərəcədə  sirayət  etdiyi  bu  günkü 

reallığımızda  açıq‐aydın  görünür.  Ancaq  sorğu  müəyyən  etdi  ki,  sorğulananların  əksəriyyəti 

(78,8%) korrupsiyaya mənfi münasibət bəsləyir. 

Eyni  zamanda  da,  sorğulananların  əksəriyyəti  (60,4%)  korrupsiya,  ruşvətxorluğu  cəmiyyətin 

inkişafı üçün qanunauyğun təzahür hesab etmir. 

Arasında  16‐dan  yuxarı  bütün  yaş  qruplarının  nümayəndələri  olan  500  respondentdən  heç  biri 

Azərbaycanda korrupsiyanın aşağı, yəni təsadüfi xarakter daşıdığını hesab etmir. 

  

Olkədə orta səviyyəli korrupsiyanın mövcud olduğunu çox az respondent (2,6%, yəni 3%‐dən az) 



hesab edir. Ümumiyyətlə respondentlərin böyük əksəriyyəti, yəni89,3%‐i (76,6%+13,0%) ölkədəki 

korrupsiyanın  səviyyəsini  sadəcə  orta  deyil,  yüksək  qiymətləndirirlər.  Onların  azlıqda  qalan 

hissəsi  (13,0%)  korrupsiyanın  səviyyəsini  yüksək,  yəni  dövlət  qurluşunun  müəyyən  hissələrini 

əhatə  etdiyini  söyləyir,  respondentlərin  tam  əksəriyyəti  isə  (76,6%)  Azərbaycan  Respublikasında 

korrupsiyanın  mövcud  səviyyəsini  çox  yüksək,  yəni  dövləti  başdan  ayağa  qədər  bürüdüyünü 

hesab  edirlər.  Belə  cavablar  aşkar  göstərir  ki,  cəmiyyətin  əksər  hissəsi  mövcüd  reallığı  sağlam 

şüurla  və  aydın  qiymətləndirir.  Buzaman  qeyd  etmək  zəruridir  ki,  bu  məsələdə  respondentlərin 

nümayiş etdirdikləri cəsarət və aşkarlıq onlar tərəfindən bu bəlanın qəbuledilməzliyini və onların 

səbrinin tükəndiyini göstərir. 

Beş yüz respondentdən yalnız üç nəfər hesab edir ki, korrupsiya , rüşvətxorluq vətəndaşlar üçün 

sərfəlidir.  Tam  əksəriyyət  isə,  yəni  86,8%  korrupsiyanın,  rüşvətxorluğun  ilk  növbədə  dövlət 

təmsilçiləri və məmurlar üçün sərfəli olduğunu qeyd edirlər. Onların tam əksəriyyəti, yəni 66,4%‐i 

cəmiyyətdə  mövcud  olan  korrupsiyadan,  rüşvətxorluqdaq  faydalanan  obyekt  kimi  iqtidarı,  yəni 

hakimiyyətin  ən  yüksək  zirvəsini,  qalanları  isə,  yəni  20,4%‐i  məmurları  göstərir.  Eləcə  də 

səciyyəvidir  ki,  respondentlərin  bitərəf  qalmış  əhəmiyyətsiz  azlığından  (3,8%)  savayı  qalan 

əksəriyyəti  hesab  edir  ki,  korrupsiyanın  indiki  mövcud  səviyyəsi  özbaşına  yaranmayıb  və  belə 

vəziyyətin  konkret  səbəbkarları  vardır.  Ümumiyyətlə  (korrupsiyanın  mövcud  səviyyəsinin 

səbəbkarı  kimi  eyni  zamanda  dövlətin  hər  üç  subyektini  göstərənlər  də  hesaba  alınarsa), 

respondentlərin  71,2%‐i  (35,8%+35,4%)  ölkəmizdə  korrrupsiyanın,  rüşvətxorluğun  mövcud 

səviyyəsi üzrə ən çox məsuliyyətin dövlət başçısının üzərinə düşdüyünü qeyd edir. Yalnız 48,8%‐i 

məsuliyyətin hüquq‐mühafizə orqanlarının, 47,0%‐i məsuliyyətin hökumətin üzərinə düşdüyünü 

qeyd edir. 

 “Korrupsiya ‐ şəxsi varlanmaq məqsədilə xidməti vəzifənin sui‐istifadə edilməsidir” mövzusu 

üzrə keçirilən kütləvi sorğunun nəticələrinin ardı 



Altıncı  sual,  “Məmurların  seçim  imkanı  vardırmı:  rüşvəti  almaq  və  ya  almamaq,  korrupsiya 

sisteminə qoşulmaq və ya qoşulmamaq?” 

 



hə ‐ 27,8%;  

 



yox ‐ 41,6%;  

 



bilmirəm ‐ 30,6%.  

Yeddinci sual“Məmurları korrupsioner, rüşvətxor olmağa ilk növbədə nə vadar edir?” 

 



fəaliyyət mühiti ‐ 2,6%;  

 



yüxarı vəzifəni tutan rəislərə payın daim verilməsi ‐ 6,6%;  

 



aşağı səviyyəli maaş ‐ 21,2%;  

 



yuxarıda göstərilənlərin hamısı ‐ 53,6%;  

 



heç nə ‐ 0,8%;  

 



bilmirəm ‐ 15,4%.  

Səkkizinci sual“Siz rüşvəti tez‐tezmi verirsiniz?” 

 



lap tez‐tez ‐ 7,6%;  

 



tez‐tez ‐ 18,6%;  

 



hərdən ‐ 29,6%;  

 



heç zaman ‐ 38,4%;  

 



bilmirəm ‐ 5,8%;  

Sorğu 1999‐cu ilin martında keçirilib. 

Sosioloji sorğunun yekunlarının ikinci hissəsinə verilən şərh 

Respondentlərin  nisbətən  əksəriyyəti,  yəni  41,6%‐i  hesab  edir  ki,  məmurların  seçim  imkanı 

yoxdur:  rüşvəti  almaq  və  ya  almamaq,  korrupsiya  sisteminə  qoşulmaq  və  ya  qoşulmamaq.  Yəni 

cəmiyyət  üzvlərinin  əksəriyyəti  məmurların  vəziyyətinin  çıxılmaz  və  vəzifəsindən  çox  asılı 

olduğunu,  vəzifəsinin  onu  rüşvət  almağa,  mövcud  korrupsiya  sisteminin  həmiştirakçısı  olmağa 

məcbur  etdiyini  hesab  edirlər.  Bununla  da  məmurlara  bəraət  qazandırır  və  öz  vəziyyətlərinin 

ümidsizliyini  bir  daha  da  nəzərə  çarpdırırlar  ki,  korrupsiya  kimi  sosial  bəla  ilə  barışmağa 

məcburdurlar. 

Respondentlərin  yarısından  çoxu  (53,6%)  məmurları  korrupsioner,  rüşvətxor  olmağa  vadar  edən 

amillər  kimi  anketdə  təklif  olunan  amillərin  hamısını  göstəriblər.  Bu  respondentlər  də  hesaba 

alınmaqla  ümumən  respondentlərin  74,8%‐i  (21,2%+53,6%)  bunun  səbəbini  ilk  növbədə 

məmurların  maaşlarının  aşağı  səviyyədə  olmasında  görürlər.  Daha  sonra  isə  bütün 




respondentlərin  60,2%‐i  (6,6%+53,6%)  bünün  səbəbini  özündən  yuxarı  vəzifəni  tutan  rəislərin 

payının daim verilməsində görürlər. Nəhayət, bütün respondentlərin 56,2%‐i (2,6%+53,6%) bunun 

səbəbini  məmurun  fəaliyyət  göstərdiyi  mühitdə  görürlər.  Yəni  cəmiyyət  üzvlərinin  əksəriyyəti 

məmurların 

düşdükləri 

mühitin, 

vəziyyətin 

korrupsiyalandığını 

və 

uyğun 


olaraq 

korrupsiyalaşdırıcı rolunu çox gözəl anlayırlar. 

Birincisi,  rüşvət  həmişə  yalnız  rüşvətalanın  marağında  deyildir,  ikincisi,  rüşvətalan  həmişə 

prinsipsiz  və  mənəviyyatsız  adam  deyildir.  Bütün  cəmiyyətin  korrupsiya  bəlasına  tutulduğu 

şəraitdə, bəzən namuslu, prinsipial insan da yaranmış şəraitdə obyektiv olaraq elə vəziyyətə düşə 

bilər  ki,  onun  rüşvət  təşəbbüsünə  əl  atmaqdan  başqa  yolu  qalmır.  əgər  bu  nəzərə  alınmazsa, 

“rüşvəti  tez‐tezmi  verirsiniz”  sualına  “heç  zaman”  cavabını  verən  respondentlərin  nisbətən 

yüksək faizini (38,4%) anlamaq mümkün olmaz. 



 

: transpfiles
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> İntellektual hazırlıq
transpfiles -> Ünvanlı dövlət sosial yardım
transpfiles -> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> DöVLƏT Əmlakinin öZƏLLƏŞDİRİLMƏSİ haqqinda yeni qanunveriCİLİK: yeniLİKLƏR, yeni VƏ yeni olmayan problemləR
transpfiles -> Microsoft Word Booklet 9 Pensiya doc
transpfiles -> Qanun nə deyir? Bunu hamı bilməlidir!


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə